Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-893/2023 06.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2022-ci il tarixli 047336 nömrəli akt əsasında hesablanmış 1300 manat borc məbləğinin **********3 nömrəli abonent hesabından silinməsi və 50 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2022-ci il tarixli 047336 nömrəli akt əsasında hesablanmış 1300 manat borc məbləğinin **********3 nömrəli abonent hesabından silinməsi və 50 manat mediasiya xərcinin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilmədiyindən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya iddiaçınin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir. Məhkəmə ilkin olaraq iddia ərizəsini məhkəmənin icraatına qəbul etmiş, sorğu verməklə sənədləri tələb etmək qərarına gəlmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya məktub ünvanlanaraq ərizə ilə bağlı borcun hesablanmasını əks etdirən sənədlərin, borcun ödənilməsi tələb edilən sənədlərin və digər aidiyyəti sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən bununla bağlı hər hansı tədbir görülməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2022-ci il tarixli 047336 nömrəli akt əsasında hesablanmış 1300 manat borc məbləğinin **********3 nömrəli abonent hesabından silinməsi və 50 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-893/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-893/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver