Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-896/2023 14.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Ağaəli oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “8255,77 manat məbləğində kredit borcu, 746,11 manat məbləğində faiz borcu və 222,22 manat cərimə borcu olmaqla ümumilikdə 9224,1 manat məbləğində borcun və ödənilmiş 100 manat mediasiya xərcinin, 12,24 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Ağaəli oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “8255,77 manat məbləğində kredit borcu, 746,11 manat məbləöində faiz borcu və 222,22 manat cərimə borcu olmaqla ümumilikdə 9224,1 manat məbləğində borcun və ödənilmiş 100 manat mediasiya xərcinin, 12,24 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001L**********2 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana uzunmüddətli kredit xəttini açır. Kreditin məbləği 200000 manat müəyyən edilməklə 120 ay müddətinə xx.xx.2032-ci il tarixədək bağlanmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 4.2-ci bəndinə əsasən biznes krediti və girov barədə qarışıq razılaşma üzrə kredit məbləği, kreditin müddəti, kreditin faiz dərəcəsi maksimum FİFD və digər xüsusi şərtlər hər bir kredit sazişində müəyyən olunur. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i həcmində cərimə məbləği hesablayaraq, onun ödənilməsini kredit alandan tələb edə bilər. 11.1-ci bəndinin tələbinə uyğun olaraq zaminlər (Cavabdeh1 Ağaəli oğlu və Cavabdeh3) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün bank qarşısında və kredit alanla tam və birgə məsuliyyət daşımağını bəyan etmişlər. xx.xx.2022-ci il tarixli 001R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank 10000 manat məbləği illik 24 % dərəcəsi ilə 15 ay müddətinə kredit alana verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə 8255,77 manat əsas, 746,11 manat faiz, 222,22 manat cərimə borcu mövcuddur və borcunu 163 gün gecikdirdiyi təsdiq olunur. xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, 10000 manat vəsait bank tərəfindən borclu Cavabdeh2 AZ11ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Cavabdehlər (əsas borclu və zaminlər) kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə Cavabdeh3, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 göndərilmşidir. Digər Cavabdeh1 Ağaəli oğluna məhkəmə bildirişi və sənədləri xx.xx.2023-cü il tarixdə göndərilmiş, lakin bildiriş “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Cavabdehlə mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlanılmış, məhkəmə bildirişinin və sənədlərinin fotoşəkli həmin şəxsin whatsapp hesabına xx.xx.2023-cü il tarixdə göndərilmiş və etiraz vermək hüququnun olması ilə bağlı məlumatlandırılmışdır (çıxarış əlavə edilmişdir). Buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2021-ci il tarixli 015A********** nömrəli kredit müqaviləsi və zaminlik müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bunan sonra mətndə MM) maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001L**********2 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana uzunmüddətli kredit xəttini açır. Kreditin məbləği 200000 manat müəyyən edilməklə 120 ay müddətinə xx.xx.2032-ci il tarixədək bağlanmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 4.2-ci bəndinə əsasən biznes krediti və girov barədə qarışıq razılaşma üzrə kredit məbləği, kreditin müddəti, kreditin faiz dərəcəsi maksimum FİFD və digər xüsusi şərtlər hər bir kredit sazişində müəyyən olunur. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i həcmində cərimə məbləği hesablayaraq, onun ödənilməsini kredit alandan tələb edə bilər. 11.1-ci bəndinin tələbinə uyğun olaraq zaminlər (Cavabdeh1 Ağaəli oğlu və Cavabdeh3) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün bank qarşısında və kredit alanla tam və birgə məsuliyyət daşımağını bəyan etmişlər. xx.xx.2022-ci il tarixli 001R********** nömrəli kredit sazişinə (biznes krediti və girov barədə qarışıq razılaşma) əsasən bank 10000 manat məbləği illik 24 % dərəcəsi ilə 15 ay müddətinə kredit alana verməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixə 8255,77 manat əsas, 746,11 manat faiz, 222,22 manat cərimə borcu mövcuddur və borcunu 163 gün gecikdirdiyi maliyyə arayışı ilə təsdiq olunur. xx.xx.2022-ci il tarixli köçürmə sənədindən 10000 manat vəsait bank tərəfindən borclu Cavabdeh2 AZ11ACAB******************** nömrəli hesabına köçürülməsi məlum olur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 8255,77 manat əsas, 746,11 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “222,22 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i həcmində cərimə məbləği hesablayaraq, onun ödənilməsini kredit alandan tələb edə bilər. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 20 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 8255,77 manat əsas, 746,11 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə borcunun tutulması hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən ödənilməli dövlət rüsumu 112,24 manat təşkil edir. İddiaçı tərəfindən 12,24 manat dövlət rüsumu ödənilmişdir və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Bu səbəbdən həmin məbləğdən iddiaçının ödədiyi 12,24 manat çıxılaraq 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, qalan 12,24 manat iddiaçının tələbi üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 100 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən 100 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Ağaəli oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 8255,77 manat əsas, 746,11 manat faiz, 20 manat məbləğində cərimə borcu, 12,24 manat ödənilmiş dövlət rüsumu və 100 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-896/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-896/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver