Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-896/2024 16.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “007R********** saylı kredit razılaşması üzrə 6286.06 manat məbləğində kredit borcu, 806.79 manat məbləğində faiz borcu və 223.81 manat cərimə borcu olmaqla, ümumilikdə 7316.66 manat məbləğində borcun və ödənilmiş 93.17 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “007R********** saylı kredit razılaşması üzrə 6286.06 manat məbləğində kredit borcu, 806.79 manat məbləğində faiz borcu və 223.81 manat cərimə borcu olmaqla, ümumilikdə 7316.66 manat məbləğində borcun və ödənilmiş 93.17 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 007L**********90 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 100 000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixli 007R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 36 ay müddətində aylıq faiz dərəcəsi 2.0833% faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat kredit cavabdehə verilmişdir. Uzunmüddətli kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixindən etibarən hər ay 320.00 manat, sonuncu ay xx.xx.2025-ci il tarixində isə 307.63 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan köçürmə sənədindən görünür ki, Cavabdeh **********079132 nömrəli hesabına 8000 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcları qalmışdır. Cavabdeh götürdüyü kredit məbləğindən 007R********** nömrəli razılaşma üzrə cəmi 1713.94 manat ödəniş etmiş və onun ödənilməmiş 6286.06 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh həmin tarixə 007R********** saylı razılaşma üzrə 6286.06 manat əsas, 806.79 manat faiz və 208 gün gecikdirilmə üçün hesablanmış 223.81 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixində Cavabdeh elektron kabinetinə yerləşdirilmiş, cavabdehin iddia tələbinə qarşı etirazı xx.xx.2024-cü ildə tarixində məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazında bildirmişdir ki, iddia tamamilə əsassızdır. İddiaçı tərəfindən iddianın əsaslı olması barədə heç bir mötəbər sübut iddia ərizəsinə əlavə edilməmişdir. Təqdim edilən sənədlər isə iddiaçı tərəfindən tərtib edilmiş yanlış məlumatlardan ibarətdir. İddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı bu tələbi ilə əsassız varlanmaq istəyir. Cavabdeh İddiaçı QSC-nin ona qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinin rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdeh xx.xx.2024-cü il tarixində məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən cavabdehin etirazına münasibət bildirilərək borcun mövcud olmaması və ya ödənişlərin nəzərə alınmaması, həmçinin borcun ödənilməsinə dair sübutları məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin cavabdeh işin mahiyyətinə təsir edən sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma, ödəniş planı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 007L**********90 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 100 000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 007R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 36 ay müddətində aylıq faiz dərəcəsi 2.0833% faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat kredit cavabdehə verilmişdir. Uzunmüddətli kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixindən etibarən hər ay 320.00 manat, sonuncu ay xx.xx.2025-ci il tarixində isə 307.63 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan köçürmə sənədindən görünür ki, Cavabdeh **********079132 nömrəli hesabına 8000 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcları qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh həmin tarixə 007R********** saylı razılaşma üzrə 6286.06 manat əsas, 806.79 manat faiz və 208 gün gecikdirilmə üçün hesablanmış 223.81 manat cərimə borcu mövcuddur. Eyni zamanda cavabdeh tərəf etirazında bildirmişdir ki, iddia tamamilə əsassızdır. İddiaçı tərəfindən iddianın əsaslı olması barədə heç bir mötəbər sübut iddia ərizəsinə əlavə edilməmişdir. Təqdim edilən sənədlər isə iddiaçı tərəfindən tərtib edilmiş yanlış məlumatlardan ibarətdir. İddiaçıya heç bir borcu qalmamışdır. İddiaçı bu tələbi ilə əsassız varlanmaq istəyir. Cavabdeh İddiaçı QSC-nin ona qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinin rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, cavabdeh xx.xx.2024-cü il tarixində məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə bu hala münasibətdə bildirir ki, cavabdeh tərəf etirazında İddiaçı QSCyə heç bir borcunun olmadığını bildirmiş, lakin nəzərdə tutulan borcu tam şəkildə ödədiyini təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdeh məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etsə də, bu halı özündə əks etdirən sübutları vəsatətinə əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh borcunun olmaması və iddianın rədd edilməsi ilə bağlı ümumi xarakterli müraciətlər etsə də, məhkəmənin sorğularına əsasən aidiyyəti sübutlar təqdim etmədiyinə görə iddiaçının təqdim etdiyi sübutların əksi olan arqumentləri təsdiq edən faktlar ortaya qoyulmadığından məhkəmə hazırkı iş üzrə iddia icraatına keçilməsinə zərurət görməmişdir. MPM-in 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır:284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Məhkəmə tələb edilən əsas və faiz borcuna münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı məhkəməyə etiraz və vəsatətini təqdim etmiş, lakin qeyd etdiklərini heç bir sübutla əsaslandırmamışdır, bu səbəbdən, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçının 007R********** saylı razılaşma üzrə 6286.06 manat əsas, 806.79 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin müvafiq olaraq “223.81 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, iddiaçı 007R********** saylı razılaşma üzrə 6286.06 manat əsas, 806.79 manat faiz, 50 manat cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsas borca və faiz borcuna münasibətdə təmin edildiyindən 93.17 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 007R********** saylı razılaşma üzrə 6286.06 manat əsas borc, 806.79 manat faiz borcu, 50 manat cərimə borcu, və 93.17 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov