Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-899/2023 15.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 1971,83 manat maddi zərərin və iddia ərizəsi üçün ödənilmiş 41 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə müraciət edərək “cavabdehdən 1971,83 manat maddi zərərin və iddia ərizəsi üçün ödənilmiş 41 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC uzun illərdir həm fiziki, həm də hüquqi şəxslərə müxtəlif növ tikinti materiallarının satışı ilə məşğul olur. Həmin fiziki şəxslərdən biri olan Cavabdeh İddiaçı MMC–dən 2015-ci ildə müxtəlif növ tikinti materiallarını dəyərini daha sonra ödəmək şərti ilə MMC-dən almış, lakin daha sonra aldığı malların dəyərini ödəməkdən imtina etmişdir. Dəfələrlə edilən xəbərdarlıqdan sonra cavabdeh ilə iddiaçı MMC arasında xx.xx.2015-ci il tarixdə üzləşmə aktı tərtib olunmuşdur. Həmin akta əsasən cavabdeh təhvil aldığı malların dəyəri olan 1971,83 manat məbləği ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini yerinə yetirməmişdir. Ümumilikdə 1971,83 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, 1971,83 manat maddi zərərin və iddia ərizəsi üçün ödənilmiş 41 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2015-ci il tarixldə tərtib edilmiş və hər iki tərəfin imzası ilə təsdiq olunmuş üzləşmə aktından görünür ki, cavabdehin iddiaçı təşkilata 1971,83 manat borcu mövcuddur. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən ödənilməmiş borcu qalmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 1971,83 manat borcu yaranmışdır ki, iddiaçı həmin borc məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmiş, lakin məhkəmə bildirişi “bu ünvanda yaşamır”, “köçüb” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2023cü il tarixdə cavabdehlə mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlanılmış, məhkəmə bildirişinin, iddia ərizəsinin, həmçinin sənədlərin fotoşəkli həmin şəxsin whatsapp hesabına, eyni zamanda cavabdehin təqdim etdiyi e-mail ünvanına göndərilmiş və 10 gün müddətində etiraz vermək hüququnun olması ilə bağlı məlumatlandırılmışdır. Buna baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC müxtəlif növ tikinti materiallarının satışı ilə məşğul olur. Cavabdeh olan Cavabdeh İddiaçı MMC–dən 2015-ci ildə müxtəlif növ tikinti materiallarını dəyərini daha sonra ödəmək şərti ilə İddiaçı MMC-dən almış, lakin daha sonra aldığı malların dəyərini ödəməkdən imtina etmişdir. Daha sonra cavabdeh ilə iddiaçı arasında xx.xx.2015-ci il tarixdə malalrın dəyərini təsdiq edən üzləşmə aktı tərtib olunmuşdur. Həmin akta əsasən cavabdeh təhvil aldığı malların dəyəri olan 1971,83 manat məbləği ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini yerinə yetirməmişdir. Ümumilikdə 1971,83 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2015-ci il tarixldə tərtib edilmiş və hər iki tərəfin imzası ilə təsdiq olunmuş üzləşmə aktından görünür ki, cavabdehin iddiaçı təşkilata 1971,83 manat borcu mövcuddur. Məhkəmə icraatı zamanı cavabdehə bildiriş kağız daşıyıcıda çatdırılmasa da, elektron poçt (mailto:owaridragon14@gmail.comElektron ünvan ) və cavabdehin möbil telefonda olan vasapp şəbəkəsi vasitəsilə xx.xx.2023-cü il tarixdə surətləri təqdim edilmiş, məhkəmənin elektron poçt ünvanına “iddiaçıya borcunun olmaması barədə məlumat” göndərmiş, məhkəmə tərəfindən qeyd edilənləri əsaslandıran sübutları məhkəməyə təqdim etməsi barədə ona məktub ünvanlanmış, lakin yekundə qeyd edilən məktuba hər hansı bir münsibət bildirməmişdir. Bu səbəbdən də məhkəmə təqdim edilən sübutlar əsasında işə baxmış və hazırkı qətnamədə olan qənaətə gəlmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 1971,83 manat borcu yaranmışdır ki, iddiaçı həmin borc məbləğinin ödənilməsini tələb edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 39,72 manat olmalıdır ki, iddiaçı tələbində onun tərəfindən 41 manat dövlət rüsumun ödənildiyini iddia etsə də, bunu əsaslandıran sübutları iddia ərizəsinə əlavə etməmişdir. Bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə 41 manat tutulmamalıdır. İddia tələbi təmin edildiyindən 39,72 manat həmin dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1971,83 manat maddi zərər tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdehdən 39,72 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov