Məhkəmə qərarları › İş №e-2-2(117)-899/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-899/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-899/2024 30.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2018 il tarixli, KRFS-12025 nömrəli kredit müqaviləsi üzrə 49943,87 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 1863,86 manat məbləğində faiz borcu və 16982,01 manat məbləğində dəbbə borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 296.37 manat məbləğində, cəmi 431,37 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinə (tam) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməklə, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2018 il tarixli, KRFS-12025 nömrəli kredit müqaviləsi üzrə cəmi 68789,74 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 296.37 manat məbləğində, cəmi 431,37 məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümüumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinə (tam) boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018 il tarixli, KRFS-12025 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh2 tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2018 il tarixli, KRFS-12025 nömrəli kredit müqaviləsi üzrə 49943,87 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 1863,86 manat məbləğində faiz borcu və 16982,01 manat məbləğində dəbbə borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 296.37 manat məbləğində, cəmi 431,37 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinə (tam) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməklə, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2018 il tarixli, KRFS-12025 nömrəli kredit müqaviləsi üzrə cəmi 68789,74 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 296.37 manat məbləğində, cəmi 431,37 məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümüumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinə (tam) boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018 il tarixli, KRFS-12025 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh2 tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə öhdəlik borclu tərəfindən tam yerinə yetirildiyindən iddia ərizəsinin hazırlıq iclasından geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2018 il tarixli, KRFS-12025 nömrəli kredit müqaviləsi üzrə 49943,87 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 1863,86 manat məbləğində faiz borcu və 16982,01 manat məbləğində dəbbə borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 296.37 manat məbləğində, cəmi 431,37 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinə (tam) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməklə, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2018 il tarixli, KRFS-12025 nömrəli kredit müqaviləsi üzrə cəmi 68789,74 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 296.37 manat məbləğində, cəmi 431,37 məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Fatmayı kəndində 0,1586 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümüumi sahəsi 571,6 kv.m olan fərdi yaşayış evinə (tam) boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018 il tarixli, KRFS-12025 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh2 tutulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar