Məhkəmə qərarları › İş №e-2-2(117)-9/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-9/2023

27.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-9/2023 27.02.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 9900 manat dəymiş maddi ziyanın və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 9900 manat dəymiş maddi ziyanın və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında barışıq sazişini məhkəməyə təqdim edərək sazişdə göstərilən şərtlərlə razılığa gəldiklərini bildirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materialları araşdırıb hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər, iddiaçının nümayəndəsi və cavabdehin imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişini məhkəməyə təqdim etmişlər, sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə xx.xx.2023-cü il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin imzaları ilə təsdiq edildiyindən və tərəflərin buna səlahiyyəti olduğundan, habelə qanuna zidd olmadığından və tərəflərin qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, məhkəmənin təşəbbüsü ilə iş üzrə məhkəmə xəttşünaslıq və məhkəmə mühasibatlıq olmaqla kompleks ekspertiza təyin edilmiş, ekspert rəyi məhkəməyə tədim edilmişdir. Ekspert rəyinin verilməsinə görə dövlət büdcəsinə 126 manat vəsait ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki iş üzrə kompleks ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən və ekspertiza xərcinin bölüşdürülməsi barədə tərəflər arasında razılıq olmaığından məhkəmə hesab edir ki, dövlət büdcəsinə ödənilməli olan 126 manat ekspertiza xərci tərəflər arasında bərabər bölüşdürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. Cavabdehin iddiaçıdan 2021-ci il 01 iyun tarixli 03/01415 nömrəli operativ lizinq müqaviləsi əsasında götürdüyü SR-2045 (şassi 561298, mühərrik Z28186) markalı taxılyığan kombayna dəymiş 8500 manat məbləğində maddi ziyanı cavabdeh 2023-cü ilin 01 sentyabr tarixinədək iddiaçıya ödənilməsini öhdəsinə götürür.

2. İddiaçı cavabdehin 8500 manat dəymiş ziyanı ödənilməsini üzərinə götürdüyünü nəzərə alaraq onun Tərtər rayon bölməsinin istifadəsində olan 2020-ci il buraxılışlı, ** AB *** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi 0000058, mühərrik nömrəsi G48413 olan SR-2065 markalı və plan öhdəliyi 7500 manat olan taxılyığan kombaynı 2023-cü il taxıl biçini mövsümündə işləməsi məqsədilə müqavilə əsasında cavabdehə istifadəyə verir. Cavabdeh yeni müqavilə əsasında istifadəyə verilmiş kombaynın müqavilə şərtlərinə uyğun öhdəliklərini icra etməyi öhdəsinə götürür. İddiaçı ASC-nin Cavabdeh qarşı “1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 9900 manat dəymiş maddi ziyanın və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işin icraatına xitam verilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 126 manat ekspertiza xərcinin 63 manat hissəsi İddiaçı ASC-dən və 63 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı - X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar