Məhkəmə qərarları › İş №e-2-2(117)-902/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-902/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-902/2024 30.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “akt əsasında əsassız hesablanmış 25002 manat borcun silinməsi və 167 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “akt əsasında əsassız hesablanmış 25002 manat borcun silinməsi və 167 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən “Metlax” sexində iddiaçının məlumatı olmadan yoxlama işləri aparılmışdır. Sonradan sənədlərdən məlum olmuşdur ki, 2024-cü ilin fevral ayında 25002 manat məbləğində cərimə hesablanmışdır. Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il KY242081548 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsaslanaraq istifadəsindəki qeyri-yaşayış sahəsində sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayılması əsasında plandankənar yoxlama aparılması, yoxlama xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yoxlayıcı kimi Baş mühəndis Zaur Məmmədov tərəfindən aparılması nəzərdə tutulmuşdur. Zaqatala RQİİ-nin nümayəndələrinin (M.Şirinov, M.Hacıyev, A.Xəlilova, M.Abdullayev) iştirakı ilə təbii qazdan isrifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il ******* saylı yoxlama aktı tərtib edilmişdir. Aktda gostərilmişdir ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldı və müəyyən olundu ki, obyektin qaz xətti üzərində quraşdırılmış sayğaca və sayğacdan sonra quraşdırılan cihazlara baxış keçirərkən sayğacın maksimal gücündən əlavə sərfiyyat aşma aşkar edildi. Nəticədə 25002 manat cərimə hesabatı aparılmışdır. İddiaçı cərimənin onun hesabından silinməsini xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, həmin akta əsasən qaz xətti üzərində quraşdırılan G-6 markalı 28260164 nömrəli qaz sayğacı və sayğacdan sonra quraşdırılmış qaz cihazlarına baxış keçirən zaman müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmişdir. Eyni zamanda təqdim olunmuş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbaməyə əsasən xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən itirilmiş qazın həcmi olaraq 100008 m3 müəyyən olunmuşdur. Sahibkarlık sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi İddiaçı məxsus sahibkarlıq obyektinə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək qanunsuz qoşulma hallarının müəyyən edilməsi, sayğaca müdaxilənin müəyyən edilməsi və s məqsədilə yoxlama aparılmışdır. Məhkəməyə təqdim olunmuş abonentin saldosundan da görünür ki, **********00000 abonent nömrəli İddiaçı məxsus sahibkarlıq obyektinə 2024-cü il fevral tarixində 25002 manat akt əsasında borc hesablanmışdır. Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixində etiraz ərizəsi məhkəməyə təqdim edilmiş, etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli KY242081548 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamalrın vahid məlumat reyestrindən çıxarış alınmışdır. Çıxarış əsasında sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. İstehlakçının nümayəndəsinin iştirakı ilə aparılan yoxlama zamanı obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı 28260164 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfi qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmiş, həmçinin yoxlamada texniki təhlükəsizlik qaydalarının pozulması, detektorların işlək olmaması, Rejim sazlama işlərinin, qaz cihazlarının standarta uyğun olması barədə sertifkatın olmaması müəyyən edilmişdir. Göstərilənlərlə əlaqədar olaraq xx.xx.2024-cü il tarxili yoxlama aktı və sonda xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Sözügedən aktda istehlakçının iki ədəd radiator sobası, bir ədəd sac altı, bir ədəd “Boiler Production” Markalı istilik qazanı istifadə edildiyi müəyyən olunmuşdur. Bundan sonra Cavabdeh İB-nın İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilməklə mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/ saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 102.6 m3/ saat hesabat müddətinn 90 gün olduğunu nəzərə alaraq hesabat forması aşağıdakı kimi aparılmışdır: 102.60 – 10 = 92.6 x 12 x 90 = 100008 m3 və onun pul dəyəri 25002 manat. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsdən irəli gəlir. Göstərilənlərə əsasən, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 25002 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixində məhkəmə tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialına xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama və yoxlamanın nəticəsində hesablanmış vəsaitin müvafiq Qaydaların tələblərinə uyğunluğu və itirilmiş sərfiyyatın Qazdan istifadə haqqında Qaydaların tələblərinə uyğun hesablanması və ya sərfiyyatı nə qədər olması ehtimal edilməsi ilə bağlı rəyin təqdim olunması ilə bağlı sorğu verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində müəyyən olunmuşdur ki, Cavabdeh İB-nin Zaqatala RQİİ nümayəndələri tərəfindən qeyd olunan ünvanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamaların vahid mılumat Reyestrindən verilmiş Çıxarış əsasında yoxlama aparılan zaman qanunun bir sıra tələbləri nəzərə alınmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixli KY242081548 nömrəli çıxarışda yoxlamanın aparılmasına əsas sayğacın göstəricilərinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və sayğaca müdaxilənin müəyyən edilməsi göstərilsə də, vətəndaşa məxsus hər iki obyektin daxilində yerləşən qaz kəmərlərinə və quraşdırılmış qaz qurğularına dair yoxlama aparılmış və bununla da qanunun tələbləri pozulmuşdur. Tərtib olunmuş xx.xx.2024-cü il tarixli yoxlama aktında “Boiler Production” markalı su qızdırıcı qazanın gücü 93 kw göstərilsə də, Zaqatala RQİİ tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda həmin qazanın gücü 930 kw göstərilmişdir. Bununla da İddiaçı məxsus qeyri-yaşayış sahəsində xx.xx.2024-cü il tarixində Zaqatala RQİİ-nin nümayəndələri tərəfindən aparılan yoxlama nəticəsində xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istiadə qaydalarının pozulması haqqında” akt əsasında iddiaçıya məxsus metlax sexinin abonent hesabına daxil edilmiş 25002 manat məbləğində əlavə hesabat mövcud qanunvericiliyin tələblərinə zidd olaraq aparılmışdır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(014)-273/2024 nömrəli qərarından müəyyən edilir ki, X3 Azərbaycan Respublikası inzibati xətalar Məcəlləsinin 602.3-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən inzibati xətaya səbəb “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində” yoxlayıcı şəxslər siyahısında X4 olduğundan, xx.xx.2024-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda İddiaçı məxsus sexdə yoxlamada qanunsuz olaraq yoxlayıcı qismində iştirak etməklə bağlı olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini əsassız hesab edir, xx.xx.2024-cü il tarixindın xx.xx.2024-cü il tarixədək sahibkara məxsus qeyri-yaşayış binasında yoxlama aparılmışdır. Baxış zamanı sahibkarın obyektə əlavə qurğular quraşdırıldığı müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixində tərtib edilmiş aktda itirilmiş qazın dəyərinin 25000 manat olması müəyyən edilmişdir. Mütəxəssis rəyi ilə razı deyil. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, teleqramla məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə İddiaçı iştirakı olmadan baxmışdır. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara akt, tələbnamə, etiraz, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 2-ci bəndinə əsasən qazın istehsalını, alınmasını və topdansatış təchizatını etibarlı və müvafiq qiymətlərlə təşkil və təmin etmək məqsədilə qaz paylayıcılarına assosiasiya və müəssisələrlə birləşməyə icazə verilir. Bu Qanunun 12-ci maddəsinin 6-cı hissəsi eyni qaydada müvafiq sazişlərə tətbiq edilir. 2-1-ci bəndinə əsasən istehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir. 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən Metlax sexində yoxlama işləri aparılmışdır. Sonradan sənədlərdən məlum olmuşdur ki, 2024-cü ilin fevral ayında 25002 manat məbləğində cərimə hesablanmışdır. Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il KY242081548 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsaslanaraq istifadəsindəki qeyri-yaşayış sahəsində sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayılması əsasında plandankənar yoxlama aparılması, yoxlama xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yoxlayıcı kimi Baş mühəndis Zaur Məmmədov tərəfindən aparılması nəzərdə tutulmuşdur. Zaqatala RQİİ-nin nümayəndələrinin (M.Şirinov, M.Hacıyev, A.Xəlilova, M.Abdullayev) iştirakı ilə təbii qazdan isrifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il ******* saylı yoxlama aktı tərtib edilmişdir. Aktda gostərilmişdir ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldı və müəyyən olundu ki, obyektin qaz xətti üzərində quraşdırılmış sayğaca və sayğacdan sonra quraşdırılan cihazlara baxış keçirərkən sayğacın maksimal gücündən əlavə sərfiyyat aşma aşkar edildi. Nəticədə 25002 manat cərimə hesabatı aparılmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində müəyyən olunmuşdur ki, Cavabdeh İB-nin Zaqatala RQİİ nümayəndələri tərəfindən qeyd olunan ünvanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamaların vahid mılumat Reyestrindən verilmiş Çıxarış əsasında yoxlama aparılan zaman qanunun bir sıra tələbləri nəzərə alınmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixli KY242081548 nömrəli çıxarışda yoxlamanın aparılmasına əsas sayğacın göstəricilərinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və sayğaca müdaxilənin müəyyən edilməsi göstərilsə də, vətəndaşa məxsus hər iki obyektin daxilində yerləşən qaz kəmərlərinə və quraşdırılmış qaz qurğularına dair yoxlama aparılmış və bununla da qanunun tələbləri pozulmuşdur. Tərtib olunmuş xx.xx.2024-cü il tarixli yoxlama aktında “Boiler Production” markalı su qızdırıcı qazanın gücü 93 kw göstərilsə də, Zaqatala RQİİ tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda həmin qazanın gücü 930 kw göstərilmişdir. Bununla da İddiaçı məxsus qeyri-yaşayış sahəsində xx.xx.2024-cü il tarixində Zaqatala RQİİ-nin nümayəndələri tərəfindən aparılan yoxlama nəticəsində xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istiadə qaydalarının pozulması haqqında” akt əsasında iddiaçıya məxsus metlax sexinin abonent hesabına daxil edilmiş 25002 manat məbləğində əlavə hesabat mövcud qanunvericiliyin tələblərinə zidd olaraq aparılmışdır. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu metlax sexində aparılmış yoxlama qanunsuz olmuşdur. Bundan əlavə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(014)-273/2024 nömrəli qərarından müəyyən edilir ki, X3 Azərbaycan Respublikası inzibati xətalar Məcəlləsinin 602.3-cü maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmiş, inzibati xətaya səbəb “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində” yoxlayıcı şəxslər siyahısında X4 olduğundan, xx.xx.2024-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda İddiaçı məxsus sexdə yoxlamada qanunsuz olaraq yoxlayıcı qismində iştirak etməklə bağlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən qaz xətti üzərində quraşdırılan G-6 markalı 28260164 nömrəli qaz sayğacı və sayğacdan sonra quraşdırılmış qaz cihazlarına baxış keçirən zaman müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbaməyə əsasən xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən itirilmiş qazın həcmi olaraq 100008 m3 müəyyən olunmuşdur. Məhkəməyə təqdim olunmuş abonentin saldosundan da görünür ki, **********00000 abonent nömrəli İddiaçı məxsus sahibkarlıq obyektinə 02.2024-cü il tarixində 25002 manat akt əsasında borc hesablanmışdır. Sahibkarlık sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi İddiaçı məxsus sahibkarlıq obyektinə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək qanunsuz qoşulma hallarının müəyyən edilməsi, sayğaca müdaxilənin müəyyən edilməsi və s məqsədilə yoxlama aparılmışdır. Məhkəmə sahibkarlıq sahəsində aparılmış yoxlamaya münasibətdə qeyd edir ki, sahibkarlıq subyektinə yazılmış akt sahibkarlıq sahəsində aparılmış yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınsa da, yoxlamanın predmeti müqavilə şərtlərinə əməl olunması qeyd olunmuşdur. “Qazdan istifadə Qaydaları” haqqında qərardan görünür ki, sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 1-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır. 2.1-1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən, cavabdehə məxsus “Metlax sexində” qaz sayğacı və sayğacdan sonra quraşdırılmış qaz cihazlarına baxış keçirən zaman müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğacının maksimal ölçmə həddindən çox olmasına görə yoxlama aparmaqla akt yazıla bilməzdi. Eyni zamanda, buna görə istehlakçının üzərinə bununla bağlı maddi ziyanın ödənilməsi öhdəliyi qoyula bilməz. Çünki, yuxarıda qeyd edilən Qanunun 2.1-ci maddəsində səlahiyyətli dövlət orqanlarının sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar aparmaq hüququ vardır. Qanunun 2.1-1-ci maddəsi isə hazırkı predmet üzrə yəni, (qaz sərfinin maksimal saatlıq həddinin sayğacın qaz buraxma həcmindən yüksək olmasına görə) yoxlama aparılması qadağa edilmiş, ən azı 2025-ci il yanvarın 1dək bu yoxlama aparıla bilməzdi. Buradan aydın olunur ki, iddiaçı qeyd edilən predmet üzrə yoxlamanın keçirilməsində haqlı deyil, eyni zamanda həmin xx.xx.2024-cü il tarixli akt əsasında akt tərtib etməklə cavabdeh üzərinə öhdəlik qoyulması əsassızdır. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı və İddiaçı abonent hesabına yazılmış 25002 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 167 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən “xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 25002 manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdehndən 167 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçıya geri ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar