Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-904/2022 03.10.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 MMC-nin cavabdeh X2 qarşı “9300 manat məbləğində pul vəsaitinin, 100 manat mediasiya xərcinin, 13 manat dövlət rüsumunun əvəzi olaraq ödənilmiş məbləğin, cəmi 9413 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı1 MMC ilə cavabdeh X5 arasında bağlanmış şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cəmiyyət müxtəlif çeşidli malları cavabdehə satmağı, cavabdeh isə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı1 MMC cəmiyyətdə satış üzrə nümayəndə vəzifəsində işləmiş X6 barəsində müəssisəyə zərər vurulması ilə bağlı Göyçay Rayon Prokurorluğuna müraciət etmiş, sonuncu tərəfindən müəssisəyə 13479,72 manat məbləğində zərər vurulması müəyyən edilərək Göyçay rayon prokurorluğunda ********* nömrəli cinayət işi açılmış, xx.xx.2021-ci il tarixli “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarla X6 cinayət məsuliyyətindən azad edilərək sözügedən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş hazırki iş üzrə cavabdeh X5 ifadəsində bildirmişdir ki, yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində icarəyə götürdüyü “Yuxarı Ləki” adlı marketi 2014-cü ilin sentyabr ayından 2020-ci ilin avqust ayınadək işlətmişdir. 2020-ci ilin avqust ayında isə işləri düz getmədiyindən həmin marketi təhvil verib bağlamışdır. Marketi işlətdiyi müddətdə müxtəlif firmalarla, o cümlədən İddiaçı1 MMC ilə işləmiş, həmin firmanın mallarını satmışdır. İddiaçı1 MMC-də satış nümayəndəsi kimi işləmiş, X4 tanımış, sonuncu İddiaçı1 MMC şirkətinə məxsus “Bizon” adlı içkilərin satışını həyata keçirmiş, Vasifdən təxminən 15000 manat civarında “Bizon” enerji içkiləri götürmüşdür. Həmin malların dəyərinin təxminən 4000 manat civarında və ya daha artıq hissəsini ödəmiş, lakin sonda şirkətə təxminən 9300 manat civarında borcu qalmışdır. xx.xx.2021-ci il tarixli “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarla cavabdeh X5 tərəfindən 9300 manat borcun etiraf edildiyinə əsaslanaraq yerdə qalan məbləğin 4081,15 manat hissəsini də təqsirləndirilən şəxs X3 İddiaçı1 MMC-yə ödəməsi səbəbindən cinayət işinə xitam verilmişdir. Bundan sonra iddiaçı cəmiyyət tərəfindən borcun 3 iş gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmiş, buna baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş X6 tərəfindən müəssisəyə 13479,72 manat məbləğində zərər vurulmasına dair Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsinə əsasən ********* nömrəli cinayət işi açılmış, xx.xx.2021-ci il tarixli “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarla X6 cinayət məsuliyyətindən azad edilərək sözügedən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki kəndində icarəyə götürdüyü “Yuxarı Ləki” adlı marketi işlətmişdir. Marketi işlətdiyi müddətdə İddiaçı1 MMC şirkətinə məxsus “bizon” adlı içkilərin satışını həyata keçirmişdir. Həmin malların dəyərinin təxminən 4000 manat civarında və ya daha artıq hissəsini ödəmiş, lakin sonda şirkətə təxminən 9300 manat civarında borcu qalmışdır. xx.xx.2021-ci il tarixli “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarla cavabdeh X5 tərəfindən 9300 manat borcun etiraf edildiyinə əsaslanaraq yerdə qalan məbləğin 4081,15 manat hissəsini də təqsirləndirilən şəxs X3 İddiaçı1 MMC-yə ödədiyi səbəbindən cinayət işinə xitam verilmişdir. Cavabdeh etiraf etdiyi borc məbləğini bu günə qədər ödəməmiş, nəticədə onun İddiaçı1 MMC-yə 9300 manat borcu ödənilməmiş qalmışdır. Odur ki, 9300 manat məbləğində pul vəsaitinin, 100 manat mediasiya xərcinin,13 manat dövlət rüsumunun əvəzi olaraq ödənilmiş məbləğin, cəmi 9413 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz və iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianı qəbul etmir və hesab edir ki, iddia tələbi müddət ötürülməklə verildiyindən rədd edilməlidir. Belə ki, 2014-cü ildə “Yuxarı Ləki” marketini icarəyə götürmüş və 2020-ci ilin avqust ayına kimi həmin mağazanı işlətmişdir. İşlədiyi müddətdə İddiaçı1 MMC-dən şifahi razılaşma yolu ilə müxtəlif çeşidli mallar alıb satmışdır. 2018-ci ildə iddiaçının nümayəndəsi Vasif Qurbanov ona bildimişdir ki, “Bizon” adlı energetik içkilərin qiyməti bir neçə günə qalxacaqdır. Ona inanıb ümumilikdə 15000 manat civarında həmin içkilərdən götürmüşdür. Lakin məhsulun qiyməti qalxmadığından Vasif adlı şəxsdən gəlib həmin içkiləri geri götürməsini xahiş etmiş, o da gəlib götürəcəyini bildirsə də, içkiləri götürməmişdir. Həmin içkilərin istifadə müddəti başa çatdığından satılmayan mal kimi gəlib götürməsini iddiaçının nümayəndəsindən xahiş etdikdə isə, cavabında həmin məhsulları atmağını, vaxtı keçmiş malları götürməyəcəyini bildirmişdir. Halbuki, bütün firmalarla, o cümlədən iddiaçının nümayəndəsi ilə aralarındakı razılaşmaya əsasən, götürülmüş malların vaxtı keçdikdə əvvəlcədən onlar xəbərdarlıq edilməklə mallar geri qaytarılırdı. Götürülmüş malların satışından əldə edilən vəsait həmin müddətdə iddiaçıya qaytarılmışdır. 2019-cu ilə mağazanın iddiaçı cəmiyyətə 9300 manat borcu qalmışdır. Həmin borcdan təxminən 4000 manat civarında məbləğ iddiaçı cəmiyyətə qaytarılmış, 5000 manat dəyərində malın istifadə müddəti keçdiyinə görə iddiaçı cəmiyyətin nümayəndəsinə xəbərdarlıq edilməklə satışdan çıxarılmış və iddiaçı cəmiyyətin nümayəndəsinin göstərişi və iştirakı ilə həmin içkilər atılmışdır. 2018-ci ilin sonlarından 2022-ci ilin yanvar ayına kimi iddiaçı tərəfindən ona borcun yaranması barədə heç nə bildirilməmiş və mübahisələndirilməmişdir. Göründüyü kimi iddiaçı keçən 4 ilə yaxın müddətdə aralarında yaranmış borcu mübahisələndirməmişdir. Buna görə də qanunla müəyyən edilmiş iddia tələbi irəli sürmək üçün müddəti ötürmüş, yəni 3 il müddətində bu hüququndan istifadə etməmişdir. Hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciətlə bağlı iddia müddətini buraxdığından iddianın heç bir hüquqi əsası yoxdur. Odur ki, iddia tələbinin iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu bildikləri vaxt xx.xx.2021-ci il tarixdə cinayət işinə xitam verildiyi vaxt olmuşdur, yəni həmin vaxt onlara məlum olmuşdur ki, pul cavabdehdədir. Daha sonra mediasiyaya müraciət etmişlər, cavabdehə xəbərdarlıq göndərmişlər və sonda məhkəməyə müraciət etmişlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, 210346007 nömrəli cinayət işi üzrə qəbul edilmiş qərarlar, Şahidin dindirilməsi haqqında protokol, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). İddiaçı1 MMC ilə cavabdeh X5 arasında bağlanmış şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cəmiyyət müxtəlif çeşidli malları cavabdehə satmağı, cavabdeh isə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı1 MMC cəmiyyətdə satış üzrə nümayəndə vəzifəsində işləmiş X6 barəsində müəssisəyə zərər vurulması ilə bağlı Göyçay Rayon Prokurorluğuna müraciət etmiş, sonuncu tərəfindən müəssisəyə 13479,72 manat məbləğində zərər vurulması müəyyən edilərək Göyçay rayon prokurorluğunda ********* nömrəli cinayət işi açılmış, xx.xx.2021-ci il tarixli “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarla X6 cinayət məsuliyyətindən azad edilərək sözügedən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş hazırki iş üzrə cavabdeh X5 ifadəsində bildirmişdir ki, yaşadığı Ağdaş rayonu Yuxarı Ləki kəndində icarəyə götürdüyü “Yuxarı Ləki” adlı marketi 2014-cü ilin sentyabr ayından 2020-ci ilin avqust ayınadək işlətmişdir. 2020-ci ilin avqust ayında isə işləri düz getmədiyindən həmin marketi təhvil verib bağlamışdır. Marketi işlətdiyi müddətdə müxtəlif firmalarla, o cümlədən İddiaçı1 MMC ilə işləmiş, həmin firmanın mallarını satmışdır. İddiaçı1 MMC-də satış nümayəndəsi kimi işləmiş, X4 tanımış, sonuncu İddiaçı1 MMC şirkətinə məxsus “Bizon” adlı içkilərin satışını həyata keçirmiş, Vasifdən təxminən 15000 manat civarında “Bizon” enerji içkiləri götürmüşdür. Həmin malların dəyərinin təxminən 4000 manat civarında və ya daha artıq hissəsini ödəmiş, lakin sonda şirkətə təxminən 9300 manat civarında borcu qalmışdır. xx.xx.2021-ci il tarixli “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarla cavabdeh X5 tərəfindən 9300 manat borcun etiraf edildiyinə əsaslanaraq yerdə qalan məbləğin 4081,15 manat hissəsini də təqsirləndirilən şəxs X3 İddiaçı1 MMC-yə ödəməsi səbəbindən cinayət işinə xitam verilmişdir. Göründüyü kimi, cavabdeh Vüqar Şərifov sözügedən cinayət işinin istintaqı zamanı verdiyi ifadəsində, habelə iddia tələbin qarşı məhkəməyə təqdim etdiyi etiraz və iddia müddətinin tətbiqinə dair ərizəsində İddiaçı1 MMC-yə 9300 manat borcu olmasını etiraf etmişdir. Cavabdeh məhkəməyə müraciətində 9300 manat borcunun olduğunu və sonradan 4000 manat borcundan ödədiyini bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmiş və məhkəmə araşdırması zamanı bu hal təsdiqini tapmamışdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının iddia dəlillərinin əsaslı olması məhkəmə araşdırması zamanı təsdiqini tapmış, cavabdeh etiraz dəlilləri isə əsassız olmuşdur. Bundan başqa məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi iddia müddəti, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün nəzərdə tutulmuş müddətdir ki, həmin müddətin keçməsindən asılı olmayaraq hüququn müdafiəsi haqqında tələb məhkəmə tərəfindən baxılmağa qəbul edilir və yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Yəni iddia müddətinin tətbiq edilməsi barədə ərizə, qanunvericiliklə cavabdehə verilmiş bir hüquqdur ki, o həmin hüquqdan yalnız ona qarşı tələb irəli sürüldüyündə və həmin müddət ötürüldüyündə istifadə edə bilər. Hazırki iş üzrə iddia müddətinin başlanğıcı iddiaçının cavabdeh tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxt ilə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı cəmiyyət əvvəlcə öz işçisinin ona zərər vurduğunu hesab edərək prokurorluq orqanlarına müraciət etmiş, iş üzrə aparılan ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixli “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda cavabdeh X5 tərəfindən 9300 manat borcun etiraf edilməsindən sonra hüquqlarının məhz hazırki iş üzrə cavabdeh Vüqar Şərifov tərəfindən pozulduğunu bilmiş və iddiaçı üçün müddət axımı həmin tarixdən başlamışdır. Belə ki, qeyd olunduğu kimi iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır və iddiaçı xx.xx.2021-ci il tarixdə prokurorluq orqanları tərəfindən qəbul edilmiş qərarla hüquqlarının məhz hazırki iş üzrə cavabdeh tərəfindən pozulduğunu bilmiş və iddiaçı müddətini ötürmədən xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunduğu kimi, tərəflər arasında şifahi algı-satqı müqaviləsi bağlandığından müqavilə öhdəliklərindən əmələ gələn iddialar üzrə iddia müddəti 3 ildir (Mülki Məcəllə maddə 373.2) ki, iddiaçının məhkəməyə müraciəti xx.xx.2021-ci il tarixdən sonra bir il keçmədən baş vermiş və bununla da iddia müddətini ötürməmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, 9300 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmaqla İddiaçı1 MMC-yə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 113 manat olmalıdır ki, iddiaçı mediasiya xərci olaraq 100 manat mediasiya qurumuna ödədiyindən o, yalnız məhkəməyə müraciət etmək imkanını əldə etmək üçün çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. İddia tələbi təmin edildiyindən ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 100 manat mediasiya xərci və 13 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləğləri tələb etdiyindən ödənilmiş 100 manat mediasiya xərci və 13 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 9300 manat məbləğində pul vəsaiti, 100 manat mediasiya xərci,13 manat dövlət rüsumunun əvəzi olaraq ödənilmiş məbləğ tutularaq İddiaçı1 MMC-yə ödənilsin. Ödənilməmiş 100 manat dövlət rüsumu X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-904/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-904/2022
03.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver