Məhkəmə qərarları › İş №e-2-2(117)-906/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-906/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-906/2024 07.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdеh Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 019R********** saylı krеdit razılaşması üzrə 1186.94 manat məbləğində krеdit bоrcu, 98.58 manat məbləğində faiz bоrcu və 77.39 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1362,91 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33.63 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “cavabdеh Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 019R********** saylı krеdit razılaşması üzrə 1186.94 manat məbləğində krеdit bоrcu, 98.58 manat məbləğində faiz bоrcu və 77.39 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1362,91 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33.63 manat məbləğində dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilməməklə icraata götürüldüyündən və bununla da mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmalı olmadığından iş materialları baxılması üçün aidiyyəti üzrə ümumi (rayon, şəhər) məhkəməyə göndərilməlidir. Əvvəlcə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Hazırki mübahisə kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından işə kommersiya məhkəmələri tərəfindən baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən edilir ki, hazırkı mübahisədə tərəflərin subyektiv tərkibi və mübahisənin xarakteri mübahisənin kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Hazırki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 019L**********60 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 70000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə X2 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 019R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 manat krеdit verilmişdir. 019L**********60 nömrəli uzunmüddətli kredit müqaviləsi və əsasında bağlanmış kredit razılaşması üzrə kredit X2 verilmişdir ki, həmin dövr üçün müqaviləni bağlayan borclunun VÖEN-i mövcud olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilmiş arayışından göründüyü kimi X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X1 vərəsəsi kimi Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2021-cü il tarixli 019R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş və Cavabdeh xx.xx.2021-ci il tarixli 019 R********** nömrəli kredit razılşması üzrə kreditin qalığını və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, Cavabdeh VÖEN-i mövcud deyil, yəni vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmamışdır, fərdi sahibkar statusuna malik deyildir. Hazırki vəziyyətdə Cavabdeh vergi ödəyicisi deyildir ki, onunla iddiaçı arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə mövcud deyildir və iddiaçı bankla müqavilə bağlamış və sonradan xx.xx.2021-ci il tarixdə ölmüş kredit alan X1 vərəsəsi kimi Cavabdeh xx.xx.2021-cü il tarixli 019R**********S nömrəli sazişlə T.Məhərrəmovanın öhdəlikləri üzrə iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı müqaviləni bağlamış və sonradan ölmüş kredit alanın VÖEN-i olması və mübahisənin kommersiya fəaliyyətindən irəli gəlməsi əsası ilə kommersiya məhkəməsinə müraciət etmişdir ki, bunda da haqlı olmamışdır. Belə ki, iddiaçı ilə ölmüş kredit alan arasında onların sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə mövcud olsa belə, hazırki vəziyyətdə mübahisə tərəfi olan Cavabdeh VÖEN-i mövcud deyildir ki, belə olan halda fərdi sahibkar statusu olmayan şəxsə münasibətdə hazırki tələbə dair tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəlmir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarında göstərilmidir ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Göründüyü kimi fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrə 2 hal istisna olmaqla ümumi məhkəmələr tərəfindən baxılır ki, hazırki iş üzrə işin kommersiya məhkəmələri tərəfindən baxılmalı olması imkanı olmadığından məhkəmə hesab edir ki, hazırki mübahisə mülki xarakterlidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə məhkəmə aidiyyəti qaydalarına əsasən kommersiya məhkəmələrində baxılmalı olmadığından ərizə baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdеh Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 019R********** saylı krеdit razılaşması üzrə 1186.94 manat məbləğində krеdit bоrcu, 98.58 manat məbləğində faiz bоrcu və 77.39 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1362,91 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33.63 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar