Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-907/2023 05.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “3756,35 manat əsas, 2219,47 manat faiz və AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 43,68 manat faiz borcunun, ödənilmiş 100 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “3756,35 manat əsas, 2219,47 manat faiz və AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 43,68 manat faiz borcunun, ödənilmiş 100 manat mediasiya xərcinin tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 09/0231/KBK nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə bank məbləği müqavilənin 2.1 və 4.2-ci bəndlərində göstərilən məbləğdə və faizlə, yəni 4500 manat məbləği illik 24 % dərəcəsi ilə krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə kredit alana verməyi, sonuncu isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və krediti ona hesablanmış faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə kreditin/kredit xəttinin (dövriyyə vəsaitinin artırılması üçün) məqsədilə verilməsi nəzərdə tutulmuşdur. 4.1-ci bəndinə əsasən kreditlər üzrə faizlər borc yarandığı tarixdən başlayır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır. 4.3-cü bəndinə əsasən cavabdeh alınmış krediti və hesablanmış faizləri bu kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş tarixdə ödəniş planı üzrə bərabər hissələrlə ödənilməsini öhdəsinə götürmüşdür. 6.10-cu bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 36 ay müddətinə qüvvədədir. 6.11-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixli 09/0231/KBK nömrəli kredit müqaviləsinə görə Cavabdeh2 4500 manat krediti götürmüş və 90 manat məbləğində komisyon haqqını ödəmişdir. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 25,52 % müəyyən olunmuşdur. İş materiallarında olan sənəddən (“müddətli öhdəçilik” haqqında) görünür ki, xx.xx.2019-cü il tarixdə 4500 manat vəsait cavabdehin AZ28NBCB4101009AZN********** nömrəli hesabına köçürülmüş və sonuncunun imzası ilə təsdiq olunmuşdur. xx.xx.2023-cü il tarixli 09/0231/KBK nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsi ilə həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun bank qarşısında 09/0231/KBK nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyənə digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürməsini bəyan etmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən həmin müqavilə hər iki tərəfin onu imzaladığı andan bağlanmış hesab edilir və kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədən kredit müqaviləsinin müddətinin uzadıldığı müddətədək qüvvədə olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2019-cu il tarixli 09/0231/KBK nömrəli kredit müqaviləsi və zaminlik müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bunan sonra mətndə MM) maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 09/0231/KBK nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə bank məbləği müqavilənin 2.1 və 4.2-ci bəndlərində göstərilən məbləğdə və faizlə, yəni 4500 manat məbləği illik 24 % dərəcəsi ilə krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə kredit alana verməyi, sonuncu isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və krediti ona hesablanmış faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə kreditin/kredit xəttinin (dövriyyə vəsaitinin artırılması üçün) məqsədilə verilməsi nəzərdə tutulmuşdur. 4.1-ci bəndinə əsasən kreditlər üzrə faizlər borc yarandığı tarixdən başlayır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır. 4.3-cü bəndinə əsasən cavabdeh alınmış krediti və hesablanmış faizləri bu kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş tarixdə ödəniş planı üzrə bərabər hissələrlə ödənilməsini öhdəsinə götürmüşdür. 6.10-cu bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 36 ay müddətinə qüvvədədir. 6.11-ci bəndinə əsasən xx.xx.2019-cu il tarixli 09/0231/KBK nömrəli kredit müqaviləsinə görə Cavabdeh2 4500 manat krediti götürmüş və 90 manat məbləğində komisyon haqqını ödəmişdir. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 25,52 % müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli 09/0231/KBK nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsi ilə həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun bank qarşısında 09/0231/KBK nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyənə digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürməsini bəyan etmişdir. Məhkəmə borcun zamin Cavabdeh1 tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə hər iki tərəfin onu imzaladığı andan bağlanmış hesab edilir və kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədən kredit müqaviləsinin müddətinin uzadıldığı müddətədək qüvvədə olur. Kredit müqaviləsi xx.xx.2019-cu ildə bağlanmış və müqavilədə onun qüvvədə olma müddəti 36 ay müəyyən edilmişdir. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən zaminlik müqaviləsinin də qüvvədə olma müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zəminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Odur ki, məhkəmə hesab edir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “3756,35 manat əsas, 2219,47 manat faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 3756,35 manat əsas, 2219,47 manat faiz borcu qalmışdır ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin “AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 43,68 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Normanın məzmunundan göründüyü kimi, bank borcludan digər əsasdan çıxış edərək daha böyük məbləğ tələb etməmiş, dir. Bu səbəbdən gecikdirilmiş vaxta illik 5 % kimi 43,68 manat məbləğin tutulmasını tələb edə bilər. Müqavilənin müddəti bitdiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək yəni təxminən 1 il üçün iddiaçının cavabdehlərdən illik ödənilməyən əsas borc məbləğində münasibətdə 5 faiz olmaqla borc tələb etmək hüququ yaranır. İddiaçı isə daha az məbləğ tələb edir, bu səbəbdən də məhkəmə iddiaçının tələbi ilə razılaşır. İş materiallarında olan sənəddən (“müddətli öhdəçilik” haqqında) görünür ki, xx.xx.2019-cü il tarixdə 4500 manat vəsait cavabdehin AZ28NBCB4101009AZN********** nömrəli hesabına köçürülmüş və sonuncunun imzası ilə təsdiq olunmuşdur. Odur ki, iddia tələbi təmin edilməli və 3756,35 manat əsas, 2219,47 manat faiz borcu və AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 43,68 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 100 manat mediasiya xərci cavabdehdən tutulmalı, ödənilməli olan 60,19 manat dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 3756,35 manat əsas, 2219,47 manat faiz borcu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 43,68 faiz borcu, 100 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 ödənilməmiş 60,19 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-907/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-907/2023
05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver