Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-907/2024 23.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC və "xxxx" MMC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, mənzilin boşaldılması, borcun satılmış əmlak nəticəsində əldə olunan vəsait hesabına ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC və "xxxx" MMC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, mənzilin boşaldılması, borcun satılmış əmlak nəticəsində əldə olunan vəsait hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər iştirak etmədiyindən və bu barədə üzürlü səbəb bildirmədiyindən məhkəmə tərəflərin iştirakı olmadan işə baxmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" ASC ilə cavabdehlər arasında razılığa gəlindiyi üçün işin məhkəmədə baxılmasına ehtiyac qalmamışdır. İşin baxılmamış saxlanılmasını və ödənilmiş 735.40 manat dövlət rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iclas məhkəmə hazırlıq iclası olduğundan, iddianın baxılmamış saxlanılması yalnız məhkəmə baxışında mümkün olsa da, iddiaçı iddiasının baxılmamış saxlanılmasını tələb etməklə əslində cavabdeh tərəflə mübahisənin həllini razılaşdığını bildirməklə iddiaya baxılmasında maraqlı deyil, bununla da ərizənin geri qaytarılması da əslində eyni hüquqi nəticələrə səbəb olduğundan iddianın (ərizənin) geri qaytarılması qanuni və əsaslıdır. Məhkəmə iddia tələbinin “735.40 manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə” hissəsinə münasibətdə bildirir ki, MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC və "xxxx" MMC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, mənzilin boşaldılması, borcun satılmış əmlak nəticəsində əldə olunan vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçının xx.xx.2024-cü il tarixdə saat 12:13:55 tarixində ********** nömrəli qəbzlə ödədiyi 735,00 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-907/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-907/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver