Məhkəmə qərarları › İş №e-2-2(117)-910/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-910/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-910/2023 26.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5187,08 manat, faiz borcuna görə 1126,69 manat, dəbbə borcuna görə 1200 manat, cəmi 7513,77 manat məbləğində pulun, 300 manat məbləğində ödənilmiş mediasiya xərcinin və 92 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması, tələblərin xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Şəki” filialı ilə – Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı saxlanc girov müqaviləsi üzrə qızıl-zinət əşyalarına (1 ədəd Köhnə qulpsuz beşlik – çəkisi –4,3 qr.,əyarı – 880; - 1 ədəd Kəsmə qulplu lirə– çəkisi – 7,2 qr.,əyarı – 880; - 1 ədəd Kulon – çəkisi – 4,6 qr.,əyarı – 583: - 1 ədəd Boyunbağı– çəkisi – 7,8 qr.,əyarı – 585; - 1 ədəd Mirvari Komplekt– çəkisi – 4,4 qr.,əyarı – 585; - 1 ədəd qaşlı üzük– çəkisi – 2,9 qr.,əyarı – 585; - 1 ədəd tək qaş üzük– çəkisi – 3 qr.,əyarı – 750; - 1 ədəd kişi üzüyü– çəkisi – 4,3 qr.,əyarı – 750; - 1 ədəd nişan üzüyü– çəkisi – 4,5 qr.,əyarı – 583; - 1 ədəd Yoluçka sepli saat – çəkisi – 22,8 qr.,əyarı – 500) yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılması və satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5187,08 manat, faiz borcuna görə 1126,69 manat, dəbbə borcuna görə 1200 manat, cəmi 7513,77 manat məbləğində pulun, 300 manat məbləğində ödənilmiş mediasiya xərcinin və 92 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması, tələblərin xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Şəki” filialı ilə – Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı saxlanc girov müqaviləsi üzrə qızıl-zinət əşyalarına (1 ədəd Köhnə qulpsuz beşlik – çəkisi –4,3 qr.,əyarı – 880; - 1 ədəd Kəsmə qulplu lirə– çəkisi – 7,2 qr.,əyarı – 880; - 1 ədəd Kulon – çəkisi – 4,6 qr.,əyarı – 583: - 1 ədəd Boyunbağı– çəkisi – 7,8 qr.,əyarı – 585; - 1 ədəd Mirvari Komplekt– çəkisi – 4,4 qr.,əyarı – 585; - 1 ədəd qaşlı üzük– çəkisi – 2,9 qr.,əyarı – 585; - 1 ədəd tək qaş üzük– çəkisi – 3 qr.,əyarı – 750; - 1 ədəd kişi üzüyü– çəkisi – 4,3 qr.,əyarı – 750; - 1 ədəd nişan üzüyü– çəkisi – 4,5 qr.,əyarı – 583; - 1 ədəd Yoluçka sepli saat – çəkisi – 22,8 qr.,əyarı – 500) yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılması və satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, uşağı autizm xəstəsidir. Maddi imkanı olmadığına görə borcu ödəyə bilmir. Ödəniş üçün vaxt verilməsini xahiş edir. Qızıl-zinət əşyalarının müqavilədə müəyyən edilmiş qiyməti ilə razıdır. Odur ki, məhkəmədən köməklik göstərilməsini xahiş etdi. İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı kredit müqaviləsinə əsasən bank bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərinin artırılması məqsədilə 6000 manat məbləğində kredit verməyi, sonuncu isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. 2.3-cü bəndinə əsasən kreditə görə illik faiz 24 % dərəcəsi ilə hesablanır. Müqavilə üzrə FİFD (faktiki illik faiz fərəcəsi) 25% təşkil edir. 2.7-ci bəndinə əsasən müqavilənin müddəti bitdikdə və borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 qatı həcmində, yəni, 48% borc tam ödənilən günədək hesablanır və borc alan tərəfindən tam ödənilməlidir. 2.14.2-ci bəndinə əsasən, “kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi məbləğində cərimə tutulur. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, penya), girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından görünür ki, cavabdeh kredit vəsaitini hər ay 317,23 manat, sonuncu ay üçün isə 317,71 manat olmaqla annuitet qaydada kreditə hesablanmış 1614 manat faizlə birlikdə ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini tam yerinə yetirməmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı “saxlanc girovu haqqında” müqavilə bağlanaraq - 1 ədəd Köhnə qulpsuz beşlik – çəkisi –4,3 qr.,əyarı – 880; - 1 ədəd Kəsmə qulplu lirə– çəkisi – 7,2 qr.,əyarı – 880; - 1 ədəd Kulon – çəkisi – 4,6 qr.,əyarı – 583: - 1 ədəd Boyunbağı– çəkisi – 7,8 qr.,əyarı – 585; - 1 ədəd Mirvari Komplekt– çəkisi – 4,4 qr.,əyarı – 585; - 1 ədəd qaşlı üzük– çəkisi – 2,9 qr.,əyarı – 585; - 1 ədəd tək qaş üzük– çəkisi – 3 qr.,əyarı – 750; 1 ədəd kişi üzüyü– çəkisi – 4,3 qr.,əyarı – 750; - 1 ədəd nişan üzüyü– çəkisi – 4,5 qr.,əyarı – 583; - 1 ədəd Yoluçka seplisaat – çəkisi – 22,8 qr.,əyarı – 500 cəmi çəkisi: 65,8 qram qızıl-zinət əşyaları girov qoyulmuş və saxlanc üçün kassaya təhvil verilmişdir. Həmin müqaviləyə əsasən girov saxlayan girov qoyana əsas vəsaitlərin tikintisi məqsədilə xx.xx.2022-ci il tarixli SKM- 2221/3 nömrəli kredit müqaviləsinə əsasən 6000 manat məbləğində 24 ay müddətinə, illik 24 % ödənilməsi şərtilə təminatlı borc verməyi, kredit alan isə aldığı borcu ödəniş gününə 318 manat məbləğində qaytarmağı və bu müqavilə ilə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən girovun predmeti olaraq bu müqavilənin ayrılmaz tərkib hissəs iolan Əlavədə sadalanan qızıl-zinət əşyaları hesab edilir. 4.2-ci bəndinə əsasən girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılşamasına və qiymətləndiricinin təyin etməsinə əsasən likvid dəyəri 4034 manat, bazar dəyəri 5977 manat olan 10 sayda 65.8 qram təşkil edir. 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı və kreditin faktiki olaraq verildiyi andan qüvvəyə minir və girovqoyan tərəfindən onun tam qaytarıldığı və gorpv saxlayan qarşısında olan öhdəliklərinin tam icra edənədək qüvvədə olur. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Şəki” filialı ilə – Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə zamin və borclu öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. 02 avqust 2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2nın xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5187,08 (beş min yüz səksən yeddi manat səkkiz qəpik) manat, faiz borcuna görə 1126,69 (min yüz iyirmi altı manat altmış doqquz qəpik) manat, dəbbə borcuna görə 1200 (min iki yüz) manat, borcun cəmi məbləği 7513,77 (yeddi min beş yüz on üç manat yetmiş yeddi qəpik) manat təşkil edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, girov müqaviləsi, zaminlik müqaviləsi, bildiriş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı kredit müqaviləsinə əsasən bank bu müqavilənin şərtləri daxilində borc alana əsas vəsaitlərinin artırılması məqsədilə 6000 manat məbləğində kredit verməyi, sonuncu isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. 2.3-cü bəndinə əsasən kreditə görə illik faiz 24 % dərəcəsi ilə hesablanır. Müqavilə üzrə FİFD (faktiki illik faiz fərəcəsi) 25 % təşkil edir. 2.7-ci bəndinə əsasən müqavilənin müddəti bitdikdə və borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 qatı həcmində, yəni, 48% borc tam ödənilən günədək hesablanır və borc alan tərəfindən tam ödənilməlidir. 2.14.2-ci bəndinə əsasən, “kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi məbləğində cərimə tutulur. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, penya), girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından görünür ki, cavabdeh kredit vəsaitini hər ay 317,23 manat, sonuncu ay üçün isə 317,71 manat olmaqla annuitet qaydada kreditə hesablanmış 1614 manat faizlə birlikdə ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini tam yerinə yetirməmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı “saxlanc girovu haqqında” müqavilə bağlanaraq - 1 ədəd Köhnə qulpsuz beşlik – çəkisi –4,3 qr.,əyarı – 880; - 1 ədəd Kəsmə qulplu lirə– çəkisi – 7,2 qr.,əyarı – 880; - 1 ədəd Kulon – çəkisi – 4,6 qr.,əyarı – 583: - 1 ədəd Boyunbağı– çəkisi – 7,8 qr.,əyarı – 585; - 1 ədəd Mirvari Komplekt– çəkisi – 4,4 qr.,əyarı – 585; - 1 ədəd qaşlı üzük– çəkisi – 2,9 qr.,əyarı – 585; - 1 ədəd tək qaş üzük– çəkisi – 3 qr.,əyarı – 750; 1 ədəd kişi üzüyü– çəkisi – 4,3 qr.,əyarı – 750; - 1 ədəd nişan üzüyü– çəkisi – 4,5 qr.,əyarı – 583; - 1 ədəd Yoluçka seplisaat – çəkisi – 22,8 qr.,əyarı – 500 cəmiçəkisi: 65,8 qram qızıl-zinət əşyaları girov qoyulmuş və saxlanc üçün kassaya təhvil verilmişdir. Həmin müqaviləyə əsasən girov saxlayan girov qoyana əsas vəsaitlərin tikintisi məqsədilə xx.xx.2022-ci il tarixli SKM- 2221/3 nömrəli kredit müqaviləsinə əsasən 6000 manat məbləğində 24 ay müddətinə, illik 24 % ödənilməsi şərtilə təminatlı borc verməyi, kredit alan isə aldığı borcu ödəniş gününə 318 manat məbləğində qaytarmağı və bu müqavilə ilə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən girovun predmeti olaraq bu müqavilənin ayrılmaz tərkib hissəs iolan Əlavədə sadalanan qızıl-zinət əşyaları hesab edilir. 4.2-ci bəndinə əsasən girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılşamasına və qiymətləndiricinin təyin etməsinə əsasən likvid dəyəri 4034 manat, bazar dəyəri 5977 manat olan 10 sayda 65.8 qram təşkil edir. 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı və kreditin faktiki olaraq verildiyi andan qüvvəyə minir və girovqoyan tərəfindən onun tam qaytarıldığı və gorpv saxlayan qarşısında olan öhdəliklərinin tam icra edənədək qüvvədə olur. 02 avqust 2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2nın xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5187,08 (beş min yüz səksən yeddi manat səkkiz qəpik) manat, faiz borcuna görə 1126,69 (min yüz iyirmi altı manat altmış doqquz qəpik) manat, dəbbə borcuna görə 1200 (min iki yüz) manat, borcun cəmi məbləği 7513,77 (yeddi min beş yüz on üç manat yetmiş yeddi qəpik) manat təşkil edir. İddia tələbinin əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehlərdən 5187,08 manat əsas, 1126,69 manat faiz borcunun ödənilməsini tələb edir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə müqavilə münasibətləri davam etdiyindən və əsas və faiz borcuna münasibətdə öhdəliyin mövcudluğu təsdiq edildiyindən iddiaçı tələbində həmin hissədə haqlıdır. Cavabdeh əsas və faiz borcu ilə razılaşmamasına dair məhkəməyə hər hansı bir etiraz bildirməmişdir. Ona görə də məhkəmə qeyd edilən borca münasibətdə əlavə araşdırma aparmamışdır. Müqavilə üzrə hesablanmış 1200 cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının 2.14.2-ci bəndinə əsasən “kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi məbləğində cərimə tutulur. 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, penya), girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 100 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. İddia tələbinin xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Şəki” filialı ilə – Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı saxlanc girov müqaviləsi üzrə qızıl-zinət əşyalarına (1 ədəd Köhnə qulpsuz beşlik – çəkisi –4,3 qr.,əyarı – 880; - 1 ədəd Kəsmə qulplu lirə– çəkisi – 7,2 qr.,əyarı – 880; - 1 ədəd Kulon – çəkisi – 4,6 qr.,əyarı – 583: - 1 ədəd Boyunbağı– çəkisi – 7,8 qr.,əyarı – 585; - 1 ədəd Mirvari Komplekt– çəkisi – 4,4 qr.,əyarı – 585; - 1 ədəd qaşlı üzük– çəkisi – 2,9 qr.,əyarı – 585; - 1 ədəd tək qaş üzük– çəkisi – 3 qr.,əyarı – 750; - 1 ədəd kişi üzüyü– çəkisi – 4,3 qr.,əyarı – 750; - 1 ədəd nişan üzüyü– çəkisi – 4,5 qr.,əyarı – 583; - 1 ədəd Yoluçka sepli saat – çəkisi – 22,8 qr.,əyarı – 500) yönəldilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 296.2. Girov predmetinə tutma aşağıdakı hallarda yalnız məhkəmənin qərarı ilə yönəldilə bilər: 296.2.1. girov müqaviləsinin bağlanması üçün başqa şəxsin razılığı və icazəsi tələb olunduqda; 296.2.2. girov predmeti cəmiyyət üçün mühüm tarixi, bədii və ya mədəni dəyərli əşya olduqda.

297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298.1. Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.2. Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. 298.3. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. 299.1. Tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqısatqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi istisna olmaqla məhkəmənin girov predmeti olan qızıl-zinət əşyalarının ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hər hansı bir öhdəliyi yoxdur. Buna baxmayaraq məhkəmə qeyd edir ki, cavabdeh qızıl-zinət əşyalarının likvid və bazar dəyərinin müqavilədə müəyyən edilən qiymətlə razı olduğunu bildirmişdir. Tələbin “qızıl-zinət əşyalarının açıq hərracdan satılması və satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən tələb gələcəkdə baş verəcək icra proseslərindən yəni, qızıl əşyalarının hansı qimətə satılacağından asılıdır. Məhkəmənin isə gələcəkdə baş verə biləcək hadisələrin nəticəsi ilə bağlı bu gün qərar qəbul etməsi məntiqə və qanuna uyğun olmazdı. Məhkəmə qərar qəbul edilənədək hüquq münasibətləri üzrə baş vermiş hadisələrlə bağlı real olaraq qərarlar qəbul edir. Prosessual xərclər olaraq ödənilmiş 100 manat mediasiya xərci Mülki Prosessaul Məcələlnin 119-cu maddəsinin tələblərinə əsasən cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin himayəsində “autizm” diaqnozu xəstəliyi olan uşaq olduğundan məhkəmə ödənilməmiş dövlət rüsumunu cavabdehlərdən tutmur.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5187,08 manat, faiz borcuna görə 1126,69 manat, dəbbə borcuna görə 100 manat, 100 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləği xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı saxlanc girov müqaviləsi üzrə qızıl-zinət əşyalarına (1 ədəd Köhnə qulpsuz beşlik – çəkisi –4,3 qr.,əyarı – 880; - 1 ədəd Kəsmə qulplu lirə– çəkisi – 7,2 qr.,əyarı – 880; - 1 ədəd Kulon – çəkisi – 4,6 qr.,əyarı – 583: - 1 ədəd Boyunbağı– çəkisi – 7,8 qr.,əyarı – 585; - 1 ədəd Mirvari Komplekt– çəkisi – 4,4 qr.,əyarı – 585; - 1 ədəd qaşlı üzük– çəkisi – 2,9 qr.,əyarı – 585; - 1 ədəd tək qaş üzük– çəkisi – 3 qr.,əyarı – 750; - 1 ədəd kişi üzüyü– çəkisi – 4,3 qr.,əyarı – 750; - 1 ədəd nişan üzüyü– çəkisi – 4,5 qr.,əyarı – 583; - 1 ədəd Yoluçka sepli saat – çəkisi – 22,8 qr.,əyarı – 500) yönəldilsin. xx.xx.2022-ci il tarixli, SKM-2221/3 saylı saxlanc girov müqaviləsi üzrə qızıl-zinət əşyaları (likvid dəyəri 4034 manat, bazar dəyəri 5977 manat məbləğində müəyyən edilmişdir) açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar