Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-912/2024 17.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “3215.62 manat icarə haqqı borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı 10 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “3215.62 manat icarə haqqı borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 saylı Fərmanının 2.5-ci maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna olmaqla dövlətə məxsus digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Belə ki, Oğuz rayon İcra Hakimiyyəti başçısı ilə Cavabdeh (VÖEN: **********) arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2037-ci ilə qədər 636.12 (altı yüz otuz altı hektar, on iki sot) hektar dövlət ehtiyat fondundan torpaq sahəsinin icarəsi üzrə müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən bir illik icarə haqqı 1908.36 manat təşkil etməklə 636.12 (altı yüz otuz altı hektar, on iki sot) hektar dövlət ehtiyat fondundan torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə xx.xx.2024-cü il tarixə torpaq icarə haqqı üzrə 3215.62 manat borcu ödənilməmiş qalmışdır. Qeyd olunan icarə haqqı üzrə borcun 7 (yeddi) gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin olunmasının tələb edilməsi barədə cavabdehə xx.xx.2024-cü il tarixli **********067600 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçı ərizəsində Cavabdeh “3215.62 manat icarə haqqı borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2024-cü il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. xx.xx.2022-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 1.1ci bəndinə əsasən icraəyəverən icarə əsasında 636.12 (altı yüz otuz altı hektar, on iki sot) hektar olar torpaq sahəsini icarəçiyə 15 (on beş) ilə icarəyə verir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi hər il 1908.36 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.5-ci bəndinə əsasən göstərilmiş müddətdə icarəçi icarə haqqını ödəməsə, hesablama günündən başlayaraq hər gün üçün 0,2 % həcmində dayanıqsızlıq ödəməlidir. Müqavilənin 2.6-cı və 2.8-ci bəndlərinə əsasən bu müqavilə üzrə ödənişlər hər rübün axırıncı ayının 25-dən gec olmayaraq Oğuz RYXO-nun X1 filialındakı hesablaşma hesabına ödənilməlidir. Müqavilənin 2.7-ci bəndinə əsasən icarə haqqının miqdarı müqavilədə göstərildikdə bir ildə bir dəfə və ya tərəflərin birinin tələbi normativ qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda vaxtından əvvəl dəyişdirilə bilər. Müqavilənin 2.8-ci bəndinə əsasən icarə haqqı hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilir. Cavabdeh (VÖEN **********) vergi orqanında qeydə alınan vergilər üzrə şəxsi hesab vərəqəsinin Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqədə icarə haqqı üzrə 3215.62 manat borcu vardır. Həmçinin cavabdeh müxtəlif tarixlərdə ödənişlər etmişdir. Cavabdeh tərəfindən son dəfə xx.xx.2023-cü il tarixdə 600 manat məbləğində icarə haqqı ödənilmişdir. İcarəçi Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı 3215.62 manat icarə haqqı borcunun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, şəxsi hesab vərəqəsi, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1.Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan respublikası Qanununun 14-cü maddəsinin 9cu bəndinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli Fərmanıın 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Oğuz rayon İcra Hakimiyyəti başçısı ilə Cavabdeh (VÖEN: **********) arasında xx.xx.2022-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən icraəyəverən icarə əsasında 636.12 (altı yüz otuz altı hektar, on iki sot) hektar olar torpaq sahəsini icarəçiyə 15 (on beş) ilə icarəyə verir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi hər il 1908.36 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.5-ci bəndinə əsasən göstərilmiş müddətdə icarəçi icarə haqqını ödəməsə, hesablama günündən başlayaraq hər gün üçün 0,2 % həcmində dayanıqsızlıq ödəməlidir. Müqavilənin 2.6-cı və 2.8-ci bəndlərinə əsasən bu müqavilə üzrə ödənişlər hər rübün axırıncı ayının 25-dən gec olmayaraq Oğuz RYXO-nun X1 filialındakı hesablaşma hesabına ödənilməlidir.Müqavilənin 2.7-ci bəndinə əsasən icarə haqqının miqdarı müqavilədə göstərildikdə bir ildə bir dəfə və ya tərəflərin birinin tələbi normativ qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda vaxtından əvvəl dəyişdirilə bilər.Müqavilənin 2.8-ci bəndinə əsasən icarə haqqı hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilir. Cavabdeh (VÖEN **********) vergi orqanında qeydə alınan vergilər üzrə şəxsi hesab vərəqəsinin Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqədə icarə haqqı üzrə 3215.62 manat borcu vardır. Həmçinin cavabdeh 1.350 manat və 600 manat olmaqla müxtəlif tarixlərdə ödənişlər etmişdir. Cavabdeh son dəfə xx.xx.2023-cü il tarixdə 600 manat məbləğində icarə haqqı ödəmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi hər il 1908.36 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, şəxsi hesab vərəqəsindən də göründüyü kimi cavabdehə birinci il 1348.90 manat icarə haqqı, digər illər üçen isə illik 1908.36 manat icarə haqqı hesablanmışdır. Cavabdeh 3 illik dövr üçün ödəməli olduğu 5165.62 manat (1908.36 * 2+1348.90= 5165.62 manat) icarə haqqı borcundan cəmi 1950 manat (1350+600= 1950 manat) ödəniş etmiş və onun ödənilməmiş 3215.62 manat (5165.62 -1950 = 3215.62 manat) icarə haqqı borcu qalmışdır. Cavabdeh hazırki tarixə dövlət büdcəsinə 3215.62 manat icarə haqqı borcu olduğu təsdiq olunur. Bundan başqa cavabdehin iddia tələbinin əsassızlığı ilə bağlı etirazı və hazırki iş üzrə əks arqumentlərin olması ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 3215.62 manat icarə haqqı borcu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunur. İddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 52.16 manat olmalıdır. Odur ki, ödənilməmiş 52.16 manat dövlət rüsumu cavabdehdən dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3215.62 manat icarə haqqı və ödənilməmiş 52.16 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-912/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-912/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver