Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-918/2023 20.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “4939,13 manat əsas, 1198,15 manat faiz borcu, 438,01 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 1251,66 manat faiz borcu olmaqla, cəmi 7826,95 manat pulun, 100 manat mediasiya xərcinin tutulması” tələbinə dair işə məhkəmənin binasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “4939,13 manat əsas, 1198,15 manat faiz borcu, 438,01 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 1251,66 manat faiz borcu olmaqla, cəmi 7826,95 manat pulun, 100 manat mediasiya xərcinin tutulması” barədə ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(117)-668/2019 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “4939,13 manat əsas, 596,22 manat faiz borcu və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair təmin edilmişdir. Məhkəmə qeyd edilən qətnamənin məzmunundan müəyyən etmişdir ki, həmin qətnamə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2304 nömrəli kredit müqaviləsindən yaranmış mübahisə ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İddiaçı dövlət rüsumu ödəmədiyindən məhkəmə tərəfindən həmin məsələ araşdırılmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “4939,13 manat əsas, 1198,15 manat faiz borcu, 438,01 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra M-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 1251,66 manat faiz borcu olmaqla, cəmi 7826,95 manat pulun, 100 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-918/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-918/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver