Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-93/2025 18.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada iddiaçı AccеssBank Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 005R********** saylı krеdit razılaşması üzrə 4499.81 manat məbləğində krеdit bоrcu, 133.70 manat məbləğində faiz bоrcu və 334.86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4968,37 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 69.68 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evinə və Cavabdeh3 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 64 saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzilə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin və mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 4968,37 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 69.68 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumi müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 005L**********87 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хəttiaçılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 005R********** saylı krеdit razılaşmasıəsasında 30 ay müddətinə,aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 005L**********87S saylı müqavilə ilə xx.xx.2018-ci il tarixli 005L**********87 saylı uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Qeyd edilən dəyişiklərlə zaminlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 tanış olmuş və özimzaları ilə təsdiqləmişdirlər. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 95500.19 manat ödəmiş, onun 4499.81 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1Allahverdi kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 267 gün üçün hesablanmış faiz borcu 133.70 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 267 gün üçün hеsablanmış cərimə 334.86 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyan Cavabdeh4 və borclu Cavabdeh1Allahverdi və Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 005M**********01 saylı ipoteka müqaviləsi (Bərdə regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilib) əsasında Cavabdeh4xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 005M**********01S saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında müqavilə ilə xx.xx.2019-cu il tarixli 005M**********01 saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh4 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka predmetində qeydiyyatda olan X3Cavabdeh4 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evini İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdürlər (razılıq ərizəsinin surəti əlavə olunur). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2- ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə 05.08..2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyan Cavabdeh3 və borclu Cavabdeh1 və Bank arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 005M**********01 saylı ipoteka müqaviləsi (Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilib) əsasında Cavabdeh3xüsusi mülkiyyətində olan Mingəçecir şəhəri, Heydər Əliyev prospekti, 64 saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətlimənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 005M**********01S saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında müqavilə ilə xx.xx.2018-ci il tarixli, 005M**********01 saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3 xüsusi mülkiyyətində olan Mingəçecir şəhəri, Heydər Əliyev prospekti, 64 saylıevin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka predmetində qeydiyyatda olan və ipoteka qoyanın həyat yoldaşı X9 və yetkinlik yaşına çatmış X7, X10 və X1 Etibar Məhəmmədiyə oğlunun xüsusi mülkiyyətində olan Mingəçecir şəhəri, Heydər Əliyev prospekti, 64 saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzili İddiaçı QSCnə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdürlər (razılıq ərizəsinin surəti əlavə olunur). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2- cimaddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir.
İİ. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 005L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla ******* manat məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 005L**********87S saylı müqavilə ilə xx.xx.2018-ci il tarixli 005L**********87 saylı uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Qeyd edilən dəyişiklərlə zaminlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 tanış olmuş və öz imzaları ilə təsdiqləmişlər.
7. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə 005R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh1 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333 % оlmaqla 100000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bank məbləği 100000 manat olan krediti aylıq faiz dərəcəsi 1.3333 % olmaqla, 30 ay müddətində kredit alana verir, 1.2-ci bəndinə əsasən isə kredit alan bu razılaşmanın əlavə tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş cədvəlinə əsasən ona hesablanmış faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin razılaşmanın 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir.
8. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 005S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4, Cavabdeh1 xx.xx.2018-ci il tarixli 005L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri qarşısında məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
9. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 005S**********02 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3, Cavabdeh1 xx.xx.2018-ci il tarixli 005L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri qarşısında məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
10. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh1 xx.xx.2018-ci il tarixli 005L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri qarşısında məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
11. İddiaçı QSC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan və xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 005R********** saylı krеdit razılaşması üzrə 4499,81 manat məbləğində krеdit bоrcu, 133,70 manat məbləğində faiz bоrcu və 334,86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4968,37 manat məbləğində bоrcu yaranmışdır.
12. İddiaçı QSC tərəfindən verilmiş məxaric orderindən görünür ki, Cavabdeh1 **********746749 nömrəli bank hesabına bank tərəfindən xx.xx.2021-ci il tarixdə 100000 manat məbləğində pul köçürülmüşdür.
13. İddiaçı QSC ilə Cavabdeh4 və Cavabdeh1 arasında 005M**********01 nömrəli xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh4 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evi hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********12-10301 nömrəli çıxarışadan da göründüyü kimi xx.xx.2018-ci il tarixdə bağlanmış 005L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir.
14. İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh1 arasında 005M**********01 nömrəli xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 64 saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzil xx.xx.2018-ci il tarixdə bağlanmış 005L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir.
15. Hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********09-05101-093011 nömrəli çıxarışdan görününür ki, Cavabdeh3 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 64 saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzil xx.xx.2018-ci il tarixli, 005L**********87 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir.
16. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 005M**********01S saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında müqavilə ilə xx.xx.2018-ci il tarixli, 005M**********01 saylı ipoteka müqaviləsinə edilmi dəyişiklik və əlavələrə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3 xüsusi mülkiyyətində olan Mingəçecir şəhəri, Heydər Əliyev prospekti, 64 saylıevin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
17. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyan Cavabdeh4 və borclu Cavabdeh1 və bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 005M**********01 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh4 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
18. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 005M**********01S saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında müqavilə ilə xx.xx.2019-cu il tarixli 005M**********01 saylı ipoteka müqaviləsinə edilmiş dəyişiklik və əlavələrə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh4 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
19. İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarxli ərizəyə əsasən bank tərəfindən ipoteka predmenti olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh4 göndərilmiş bildirişin xx.xx.2024-cü il tarixdə ona çatdırılması əsası ilə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ƏMDK DƏDRX-nin 17 saylı Ərazi İdarəsindən xahiş edilmişdir.
20. İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarxli ərizəyə əsasən bank tərəfindən ipoteka predmenti olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 64 saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzilinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh3 göndərilmiş bildirişin xx.xx.2024-cü il tarixdə ona çatdırılması əsası ilə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ƏMDK DƏDRX-nin 17 saylı Ərazi İdarəsindən xahiş edilmişdir.
21. İş materiallarında olan məhkəmənin sorğusu əsasında Mərkəzi Ekspertiza Bürosu tərəfindən verilən xx.xx.2025-ci il tarixli MEB/01-4750/2025 nömrəli qiymətləndirmə barədə rəydən görünür ki, Cavabdeh4 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evinin likvid dəyəri 108000 manat, Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 64 saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzilin dəyəri isə 50000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 600 manat təşkil edir.
22. İddiaçı QSC tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixli xəbərdarlıqlar göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
V. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 270.1-ci maddəsinə əsasən Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Vl. Məhkəmənin mövqeyi:
24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
26. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit, zaminlik və ipoteka müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək kredit müqaviləsi ilə nəzərdə tutulmuş 100000 manat məbləğində pulu Cavabdeh1 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir.
27. Məhkəmə qeyd edir ki, tərəflər öz aralarında öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik və ipoteka müqaviləsi çıxış edir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
28. Məhkəmə hesab edir ki, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından iddia əsas və faiz borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
29. Məhkəmə iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləğinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehlərdən xx.xx.2021-ci il tarixli 005R********** nömrəli kredit razılaşmasına əsasən 224.99 manat məbləğində dəbbə pulunun tələb edilməsi ağlabatan və ədalətlidir.
30. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh4 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evinə və Cavabdeh3 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 64 saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzilə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin və mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 4968,37 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 69.68 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiklərindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır.
31. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlaklar - Cavabdeh4 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 108000 manat, Cavabdeh3 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 64 saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzilin likvid dəyəri isə (ilkin satış) 50000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır.
32. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
33. Bundan başqa iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir.
34. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
35. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi üzrə cavabdehlərin borcuna münasibətdə ipoteka predmenti olan əmlakların dəyəri əsas öhdəlik üzrə borc məbləğindən xeyli yüksəkdir. Göründüyü kimi ipoteka predmenti olan əmlakların satışından əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halı mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir.
37. Bu səbəbdən də məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 600 manat pul cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun "xxxx" ASC-də ola bank hesabına (Bank Vöeni: **********, m/h:AZ61NABZ********************, b/h: AZ26RBTA********************) ödənilməlidir.
38. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqı da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
39. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir.
40. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 69,68 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, məhkəmə cərimə məbləğinə münasibətdə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmış və tələbin hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən tutulmasına münasibətdə iddianı qismən təmin etmişdir. İddiaçı tərəfindən 69,68 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və ödədiyi həmin dövlət rüsumunu tələb etdiyindən 69,68 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
41. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 005R********** saylı krеdit razılaşması üzrə 4499.81 manat məbləğində krеdit bоrcu, 133.70 manat məbləğində faiz bоrcu və 224.99 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4858,5 manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 72 manat xidmət haqqı, 68,58 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməli, xx.xx.2021-ci il tarixli, 005R********** saylı krеdit razılaşması üzrə borc məbləği Cavabdeh4 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evinə və Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 64 saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzilə yönəldilməli, ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evinin birlikdə likvid dəyəri (ilkin satış) 108000 manat, Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 64 saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzilin likvid dəyəri (ilkin satış) 50000 manat məbləğində müəyyən edilsin və həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait cavabdehin xx.xx.2021-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməli, aparılmış tədqiqatın dəyəri olan 600 manat pul cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun "xxxx" ASC-də ola bank hesabına (Bank Vöeni: **********, m/h:AZ61NABZ********************, b/h: AZ26RBTA********************) ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir.
Vİ. Nəticə:
42. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 005R********** saylı krеdit razılaşması üzrə 4499.81 manat məbləğində krеdit bоrcu, 133.70 manat məbləğində faiz bоrcu və 224.99 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4858,5 manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 72 manat xidmət haqqı, 68,58 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. xx.xx.2021-ci il tarixli, 005R********** saylı krеdit razılaşması üzrə borc məbləği Cavabdeh4 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evinə və Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 64 saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzilə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan Mingəçevir şəhəri, 1-ci Təbriz döngəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0425 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 148.60 kv.m olan 14 saylı fərdi yaşayış evinin birlikdə likvid dəyəri (ilkin satış) 108000 manat, Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 64 saylıevin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 42.36 kv.m, yaşayış sahəsi 27.5 kv.m, yardımçı sahəsi 14.86 kv.m olan 2 otaqlı 7 nömrəli xüsusi mülkiyyətli mənzilin likvid dəyəri (ilkin satış) 50000 manat məbləğində müəyyən edilsin və həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehin xx.xx.2021-ci il tarixli, 005R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 600 manat pul cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Mərkəzi Ekspertiza Bürosunun "xxxx" ASC-də ola bank hesabına (Bank Vöeni: **********, m/h:AZ61NABZ********************, b/h: AZ26RBTA********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova