Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-936/2025 13.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 2140.58 manat kredit borcu, 125.12 manat faiz borcu və 36.74 manat cərimə borcu olmaqla, ümumilikdə 2302.44 manat borcun, ödənilmiş 43.03 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 2140.58 manat kredit borcu, 125.12 manat faiz borcu və 36.74 manat cərimə borcu olmaqla, ümumilikdə 2302.44 manat borcun, ödənilmiş 43.03 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırkı iş üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş və onun banka borcu qalmamışdır. Odur ki, həmin mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin İddiaçı QSC-yə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı işə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə iclası təyin etməmiş və tərəfləri dəvət etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respubliaksı Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən 23-1 fəslində iddia ərizəsinin qaytarılması, iddiadan imtina və ya iddia ərizəsinin baxılmamış saxlanması ilə bağlı məsələlər tənzimlənməmişdir. Bu səbəbdən məhkəmə ümumi iddia icraatını tənzimləyən normaların hazırkı iş üzrə tətbiq edilməsində maneə görmür. Belə ki, MPM-in: 13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 13.2. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. 13.3. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işin baxılmamış saxlanılması xahiş edildiyidən, hazırkı işə sadələşdirilmiş icraat qaydasında baxıldığından və bu halda iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı məsələlər tənzimlənmədiyindən hazırkı işə baxılarkən Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinin şərtləri tətbiq edilməlidir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini geri qaytarmaqla baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə cavabdehlərin məhkəmənin icraatında olan hazırkı işdən xəbərdar olmalarına baxmayaraq hər hansı münasibət bildirməmələrini hazırkı işə mahiyyəti üzrə baxılmasını tələb etməmələri kimi qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı işə baxılması ilə əlaqədar xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə X1 və ya Asanpay vasitəsilə məhkəmənin hesabına ödənilmiş 43.03 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 2140.58 manat kredit borcu, 125.12 manat faiz borcu və 36.74 manat cərimə borcu olmaqla, ümumilikdə 2302.44 manat borcun, ödənilmiş 43.03 manat dövlət rüsumunun tutulması” tələbinə dair ərizə baxılmamış saxlanılsın. İddiaçı tərəfindən X1nda və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 43.03 manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-936/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-936/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver