Məhkəmə qərarları › İş №e-2-2(117)-943/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-943/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-943/2024 13.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 1583,08 manat əsas borcun və 35,90 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında cavabdehin istifadəsində olan Göyçay rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2020-ci il tarixli, AMX-1265/20 nömrəli müqavilə bağlanmış və Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00009 nömrəli abonent kodu verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi abonentin saldosundan görünür ki, aktlar üzrə ödənilməli borc məbləği 2023-cü ilin noyabr ayına 3564 manat təşkil etmiş, sonradan 3564 manat borc məbləği ödənildiyindən 2024-cü ilin yanvar ayından etibarən cavabdehə hesablanmış borc məbləği yalnız sayğacdan istifadəyə görə yaranmışdır ki, cavabdehin qalıq borc məbləği sonuncu 2024-cü ilin iyul ayına 1083,08 manat təşkil etmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 1583.08 manat əsas borcun və 35.90 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin X1 İstismarı İdarəsinin xidməti ərazisi olan Göyçay rayonunda yerləşən və fiziki şəxs Cavabdeh istifadəsində olan qeyri yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********00009 saylı qaz hesabı açılmışdır. Sözügedən qeyri yaşayış sahəsinə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə f/ş Cavabdeh arasında sonuncu dəfə xx.xx.2020-ci il tarixli, AMX-1265/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdehistifadə etdiyi təbii qaza görə İsmayıllı Xidmət Sahəsinə 1583.08 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Borclu Cavabdeh debitor borcun ödənilməsi üçün dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixində Cavabdeh Eldar qızının elektron kabinetinə yerləşdirilmiş, lakin cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2020-ci il tarixli AMX-1265/20 nömrəli müqavilə, abonentin saldosu, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi tərəflər arasında cavabdehin istifadəsində olan Göyçay rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2020-ci il tarixli, AMX-1265/20 nömrəli müqavilə bağlanmış və Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00009 nömrəli abonent kodu verilmişdir. Məhkəmə tələbə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən 1583.08 manat qaz borcunun tutulmasını iddia edir ki, bunda da haqlı deyildir. Belə ki, abonentin saldosundan göründüyü kimi aktlar üzrə ödənilməli borc məbləği 3564 manat təşkil etsə də, iddiaçının ərizəsindən də göründüyü kimi cavabdehdən tələb edilən borc məbləği istehlak olunmuş qazın dəyəri olaraq 1583.08 manat olmuşdur. 2024cü ilin iyun ayına cavabdehin borcu 1583,08 manat təşkil etsə də, sonradan cavabdeh tərəfindən 500 manat ödəniş edildiyindən qalıq borc məbləği 1083,08 manat təşkil etmişdir. Göründüyü kimi iddiaçı cavabdehdən 1583,08 manat tələb etməkdə haqlı olmamışdır. Bu səbəbdən 1083.08 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən iddia tələbi qismən təmin edilməklə 1083,08 manat borc cavabdehdən tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 35,83 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən ödənilməli 35,83 manat dövlət rüsumunun 11.32 manatı iddiaçıdan, 24.51 manatı cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən 35.84 manat dövlət büdcəsinə ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmişdir. İddianın qiymətinə uyğun 35.83 manat dövlət rüsumundan iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 11.32 manat çıxılmaqla, qalan 24.51 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Eldar qızından təbii qazdan istifadəyə görə yaranmış 1083,08 manat borc və 24.51 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar