Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-946/2023 22.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “5776,15 manat məbləğində kredit borcu, 644,41 manat məbləğində faiz borcu və 152,49 manat cərimə borcu olmaqla ümumilikdə 6573,05 manat məbləğində borcun və ödənilmiş 100 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “5776,15 manat məbləğində kredit borcu, 644,41 manat məbləğində faiz borcu və 152,49 manat cərimə borcu olmaqla ümumilikdə 6573,05 manat məbləğində borcun və ödənilmiş 100 manat mediasiya xərcinin tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 015L**********0 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana uzunmüddətli kredit xəttini açır. Kreditin məbləği 200000 manat müəyyən edilməklə 120 ay müddətinə xx.xx.2032-ci il tarixədək bağlanmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 4.2-ci bəndinə əsasən biznes krediti və girov barədə qarışıq razılaşma üzrə kredit məbləği, kreditin müddəti, kreditin faiz dərəcəsi maksimum FİFD və digər xüsusi şərtlər hər bir kredit sazişində müəyyən olunur. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i həcmində cərimə məbləği hesablayaraq onun ödənilməsini kredit alandan tələb edə bilər. 11.1-ci bəndinin tələbinə uyğun olaraq zamin (Cavabdeh2) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün bank qarşısında və kredit alanla tam və birgə məsuliyyət daşımağını bəyan etmişlər. 12.1.2-ci bəndinin tələbinə uyğun olaraq kredit alan krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtınan əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququ vardır. Cavabdeh2 yuxarıda qeyd edilən kredit və təminat müqaviləsi üzrə zamin olaraq öhdəlik daşıması ilə bağlı müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli 015R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank 6000 manat məbləği illik 26 % dərəcəsi ilə 36 ay müddətinə kredit alana verməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli köçürmə sənədi üzrə 6000 manat pul vəsaiti Cavabdeh1 **********1168409 nömrəli hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş borcları qalmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə 5776,15 manat məbləğində kredit borcu, 644,41 manat məbləğində faiz borcu və 152,49 manat cərimə borcu mövcuddur və borcunu 132 gün gecikdirdiyi təsdiq olunur. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehlərə təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2022-ci il tarixli 015R********** nömrəli kredit müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 015L**********0 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana uzunmüddətli kredit xəttini açır. Kreditin məbləği 200000 manat müəyyən edilməklə 120 ay müddətinə xx.xx.2032-ci il tarixədək bağlanmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 4.2-ci bəndinə əsasən biznes krediti və girov barədə qarışıq razılaşma üzrə kredit məbləği, kreditin müddəti, kreditin faiz dərəcəsi maksimum FİFD və digər xüsusi şərtlər hər bir kredit sazişində müəyyən olunur. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i həcmində cərimə məbləği hesablayaraq onun ödənilməsini kredit alandan tələb edə bilər. 11.1-ci bəndinin tələbinə uyğun olaraq zamin (Cavabdeh2) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün bank qarşısında və kredit alanla tam və birgə məsuliyyət daşımağını bəyan etmişlər. 12.1.2-ci bəndinin tələbinə uyğun olaraq kredit alan krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtınan əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququ vardır. Cavabdeh2 hazırkı tələb üzrə kredit və təminat müqaviləsinin tərkibində qazılaşdırmaqla rəsmiləşdirilmiş müqavilə ilə zamin olaraq öhdəlik götürmüşdür. xx.xx.2022-ci il tarixli 015R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank 6000 manat məbləği illik 26 % dərəcəsi ilə 36 ay müddətinə kredit alana verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə 5776,15 manat məbləğində kredit borcu, 644,41 manat məbləğində faiz borcu və 152,49 manat cərimə borcu mövcuddur və borcunu 132 gün gecikdirdiyi təsdiq olunur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 5776,15 manat əsas, 644,41 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “152,49 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2.3-cü bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, iddiaçı 10 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 100 manat mediasiya xərci cavabdehdən tutulmalı, ödənilməli olan 85,73 manat dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5776,15 manat məbləğində kredit borcu, 644,41 manat faiz, 10 manat məbləğində cərimə borcu və 100 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehlərdən ödənilməmiş 85,73 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov