Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-951/2024 25.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 6480,27 manat əsas borc, 81 manat gecikdirilmiş dövr üçün xərc, 300 manat hüquqi xidmətin göstərilməsi üzrə xərc və 89 manat dövlət rüsumu olmaqla, cəmi 6950.27 manatın tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səmdar Cəmiyyətinin Cavabdeh qarşı “ cavabdehdən 6480,27 manat əsas borc, 81 manat gecikdirilmiş dövr üçün xərc, 300 manat hüquqi xidmətin göstərilməsi üzrə xərc və 89 manat dövlət rüsumu olmaqla, cəmi 6950.27 manatın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh iddiaçı ilə əlaqə saxlayaraq borcun hissəli şəkildə ödənilməsini təklif etmişdir. Eyni zamanda iddiaçı isə mübahisənin barışıq yolu ilə həll edilməsində maraqlı olduğunu bildirmişdir. İddiaçı, tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qərarı ilə təsdiq edilməsi üçün işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə İddiaçı Qapalı Səmdar Cəmiyyətinin rəhbəri X1 məxsus asan imza ilə təsdiq edilərək imzalanmış və Cavabdeh tərəfindən şəxsən fiziki imza ilə təsdiqlənmiş barışıq sazişi məhkəməyə təqdim edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırkı işə sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə iclası təyin edilməmiş və iddiaçı tərəf də cavabdehlə barışıq sazişinin bağlanması üçün məhkəmə iclasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə –MPM): 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Göründüyü kimi tərəflər arasında barışıq sazişinin bağlanması üçün sadələşdirilmiş icraat qaydasından iddia icraatına keçilməsinin məcburiliyi ilə bağlı qanunvericilikdə hər hansı bir hal nəzərdə tutulmamışdır. Bundan əlavə MPM-in: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Məhkəmə tərəflərin imzası ilə təsdiq edilmiş barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Təqdim edilmiş barışıq sazişinin məzmunundan müəyyən edilir ki, Cavabdeh İddiaçı Qapalı Səmdar Cəmiyyətinin iddia tələbindən imtina etmək müqabilində 6569,27 manat borcun 500 manat məbləğində hissəsini xx.xx.2024-cü il tarixdə ödəməyi, geri qalan 6069,27 manat hissəsini isə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hissə-hissə İddiaçı Qapalı Səmdar Cəmiyyətinin hesabına ödəməyi öz öhdəsinə götürür. Belə ki, hissə-hissə ödənişin cədvələ uyğun olaraq xx.xx.2024-cü ildə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 569,27 manat məbləğində ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı Qapalı Səmdar Cəmiyyəti qeyd edilən razılaşmaya görə 6069,27 manat məbləğin cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir və iddiasından imtina edir. İddiaçı və cavabdehin razılığına əsasən, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı Qapalı Səmdar Cəmiyyətinə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə qeyd edilən qanunvericilik normalarının tələblərinə əsaslanaraq hesab edir ki, nə qədər ki məhkəmənin əsas vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Tərəflər iradələrini ifadə edərək barışıq sazişi təqdim etmiş, qanunvericilikdə isə barışıq sazişinin təsdiq edilməsi üçün sadələşdirilmiş icraat qaydasından iddia icraatına keçilmə üçün əsaslar mövcud olmadığından, eyni zamanda tərəflərin barışıq sazişi ilə bağlı mövqeləri ortada olduğundan, həmçinin prosessual qənaət prinsipini əsas tutaraq iddia icraatına keçilməsi tərəflər və məhkəmə üçün əlavə vaxt itkisinə, həmçinin xərclərə səbəb olacağını əsas tutaraq hazırkı icraat çərçivəsində barışıq sazişinin təsdiqlənməsini məhkəmə mümkün hesab edir. Belə ki, iddia icraatına keçid edilərsə həmin icraatının tələblərinə uyğun olaraq ən azı bir dəfə hazırlıq iclası, bir dəfə məhkəmə baxışı iclası təyin edilməlidir ki, bununla da işin məhkəmədə baxılması ən azı bir ay yarımdan çox müddətə uzanacaqdır. Burada əsas məqsəd tərəflərin iradəsinin məhkəmədə təsdiq edilməsi və tərəflərin iradəsinə uyğun, digər şəxslərin mənafeyinə toxunmayan qərarın qəbul edilməsi məqsədi ilə hazırkı barışıq sazişinin təsdiq edilməsi mümkün hesab edilmişdir. Məhkəmə eyni zamanda, qeyd edir ki, barışıq sazişi iddiaçı tərəfindən elektron imza ilə, cavabdeh tərəfindən isə fiziki icra edilmiş imza ilə imzalanmışdır. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh 6569,27 manat borcu etiraf edərək, həmin məbləğdən xx.xx.2024-cü il tarixdə 500 manat, geri qalan 6069.27 manat məbləği isə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı QSC-nin hesabına hissə-hissə aşağıdakı qaydada ödəməyi öz öhəsinə götürür:
2. xx.xx.2024-cü ildə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 569,27 manat.
3. İddiaçı Qapalı Səmdar Cəmiyyəti iddianın predmeti olan 6069,27 manat məbləğin cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir.
4. İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı Qapalı Səmdar Cəmiyyətinə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək.
5. İddiaçı hazırki saziş imzalandıqdan dərhal sonra məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) əsasən xitam verilməsinə etiraz etmir.
6. Tərəflərin saziş və məhkəmə icraatı ilə əlaqədar xərcləri cavabdehə aid edilir. İddiaçı Qapalı Səmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 6480,27 manat əsas borc, 81 manat gecikdirilmiş dövr üçün xərc, 300 manat hüquqi xidmətin göstərilməsi üzrə xərc və 89 manat dövlət rüsumu olmaqla, cəmi 6950.27 manatın tutulması” tələbinə dair işin icraatına barışıq sazişi bağlandığından xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Hakim : Mübariz Hüseynov