Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-96/2025 03.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, İddiaçı2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 140000 ABŞ dolları (və ya həmin günə Azərbaycan Respublikasının Mərkəz Bankının müəyyən etdiyi məzənnə ilə manat olaraq) və ödənilmiş 528 manat dövlət rüsumunun alınaraq İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsinin məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aramızda xx.xx.2020-ci il tarixdə borc müqavilə bağlanmışdır. Cavabdeh ilə aramızda bağlanmış borc müqaviləsinə əsasən O mənə 160000 (bir yüz altmış min) ABŞ dollarını bir imüddətində bir ay əvvəl xəbərdarlıq etmək şərti iləistənilən zaman ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd etdiyim borc müqaviləsini Cavabdeh, onun ailə üzvləri, mən və mənim ailə üzvlərim imzalamışdır. xx.xx.2024-cü ilədək Cavabdeh həmin borc müqaviləsi üzrə borcundan 20000 (iyirmi min) ABŞ dollarını mənə hissə-hissə olaraq nağd şəkildə və terminallar vasitəsilə ödəmişdir. Lakin qalan 140000 (bir yüz qırx min) ABŞ dollarını isə dəfələrlə tələb etməyimə baxmayaraq mənə ödəməmişdir. Bununlada müəyyən etmək olar ki, Cavabdeh borc müqaviləsi üzrə üzərinə qoyulmuşhdəliyə əməl etməmişdir. Bununlada O aramızda bağlanmış borc müqaviləsinin tələblərini pozmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixində cavabdehin ünvanına “borc müqaviləsi üzrə öhdəliklərin icra edilməsiaqqında ”Pretenziya (təklif) göndərmişəm. Pretenziyanın cavabdehə çatması haqqında poçt qəbzi (cavabdehin şəxsən imza etdiyi xəbərnamə) almışam.
3. İddiaçı2 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən 200000 manat məbləğində pulun və ödənilmiş 528 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehi uzun illərdir tanıyır və yaxın dost olublar. Birgə iş görmək üçün maddi imkanı yaxşı olanda ona 160 000 ABŞ dolları borca pul vermişdir. Sonradan cavavdeh pulu qaytarmadığı üçün o və ailə üzvləri ev şəraitində yazılı müqavilə imzalamışlar. Bir müddət sonra borca verdiyi pulu geri istəmişdir. Ondan sonra aralarında soyuqluq və mübahisə yarandı. Uzun söz-söhbətlərdən sonra Nəriman ona 20 000 ABŞ dolları qaytardı.Lakin qalan 140 000 ABŞ dolları borc hələ də onda qalıb və qaytarmır. Hazırda iddia tələbini azaldaraq, cavabdehdən 200000 manat məbləğində pulun və ödənilmiş 528 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddiaçı ilə 30-35 il aralarında dostluq münasibətləri olub. 2020-ci ilə qədər birgə iş görmək üçün İddiaçı2 bir neçə dəfə ona pul vermişdir, o da həmin pulları aylar üzrə ona qaytarmışdır. 2020-ci ilə qədər iddiaçıya 360 000 manat pul qaytarıb. Aralarında ev şəraitində borc müqaviləsi imzalayıblar, həmin vaxt həmin müqaviləni imzaladı ki, Süleyman ondan şikayət etməsin. Hesab edir ki, imzalanan müqavilə etibarsızdır. Belə ki, müqavilənin əvvəlində yazılan ad, familya və şəxsiyyət vəsiqəsi məlumatları düzgün tərtib edilməyib. İmzaladığı müqavilə üzrə ona həmin məbləğdə pul verilməyib. İddiaçı tərəfindən ona əvvəllər pul verilib, Süleymana olan borcu devalivasiyadan sonra yaranıb. İndi maddi vəziyyəti yaxşı deyil, müflis olub. Bank hesablarında 754 000 manat həcmində vergi sanksiyası tətbiq edən pul vəsaiti var. Vergi orqanı ona cinayət işi açmışdır. Hal-hazırda işinə Şəki Apelyasiya Məhkəməsində baxılır. Borcun silinməsi üçün də Şəki İnzibati Məhkəməsinə müraciət edib. Süleyman ona cəmi 20000-30000 manat aralığında pul verib, həmin pulu da artıqlaması ilə qaytarıb. Hazırda iddiaçıya 140 000 ABŞ dolları məbləğində borcu yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, cavabdeh tərəf borcu qəbul etmir. O qeyd edir ki, iddiaçıya olan borcunu ödəyib. Bununla bağlı kifayət qədər sübut yoxdur. Tərəflər arasında bağlanan müqavilədən əvvəl də müəyyən qədər pul verilib. Həmçinin iddiaçı polis şöbəsinə verdiyi şikayət ərizəsində cavabdehin ona 200000 manat borcunun olduğunu qeyd edir. Lakin iddiada isə 140000 ABŞ dolları qeyd edib. Göründüyü kimi burda qeyri-müəyyənlik mövcuddur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Tədqiq olunan sübutlar:
9. İş materiallarında 10 dekabr 2020-ci il tarixdə Zaqatala şəhərində İddiaçı2 Cavabdeh arasında imzalanan borc müqaviləsi mövcuddur. Həmin borc müqaviləsinə əsasən tərəflər təsdiq edirlər ki, həqiqətən də 10 dekabr 2020-ci il tarixə Cavabdeh İddiaçı2 160 000 ABŞ dolları məbləğində borcu var. Cavabdeh borcu bir il müddətində bir ay qabaq xəbərdarlıq etmək şərti ilə istənilən zaman qaytarmağı öz üzərinə öhdəlik kimi götürür. Sözügedən borc müqaviləsi Cavabdeh ailə üzrvləri – X5, X6, X9, İddiaçı2, X3, X1, X2 tərəfindən imzalanmışdır.
10. İş materiallarında xx.xx.2024-cü il tarixli Zaqatala rayon Polis Şöbəsi tərəfindən qəbul edilən “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar”dan görünür ki, İddiaçı2 Cavabdeh barəsində Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmiş və ona qarşı dələduzluq olunduğunu bildirmişdir. Zaqatala Rayon Polis Şöbəsinin qeyd olunan qərarı ilə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığından rədd edilmişdir.
11. Həmin qərarda ilkin yoxlama zamanı izahatı alınmış İddiaçı2 izahatında göstərilmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Barəsində şikayət verdiyi Cavabdeh tanıyır. Belə ki, onunla təxminən 10 ildir ki münasibəti var. Onunla münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2015-ci ildə ona məlum oldu ki, Cavabdeh qaynı Zaxar ləqəbli X4 ilə birlikdə "xxxx" MMC-nin Zaqatala rayonu üzrə Satış nümayəndəliyini həyata keçirir. Həmin vaxtı Cavabdeh ona bir neçə dəfə təklif etmişdir ki, “səndə müəyyən məbləğdə xeyli miqdarda pul vəsaiti qoy biz satışımızı genişləndirək və səni özümüzə şərik edək”. O əvvəlcə razılaşmır, sonradan Nəriman və Zaxara ümumilikdə 160000 ABŞ dolları pul vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən onu Azərsun MMC-nin Zaqatala şəhəri üzrə satış nümayəndəliyinə rəsmi qaydada şərik etməli idilər və o, əsas pulu saxlanılmaq şərti ilə müəyyən qədər gəlir əldə etməli idi. Onlar da gəlirlər üzrə şərik kimi onlara hesabat verməli idilər. O, Nəriman və Zakirlə yaxın münasibəti olduğu üçün onlara inanmış və əlində olduqca Azərsun MMC-yə yatırım əldə etmiş ki, daha çox gəlir əldə etsin. O, sonradan Nəriman və Zakirin niyyətlərinin onu şərik etmək, ona gəlir əldə etməyə imkan vermək yox, niyyətlərinin onu aldadaraq əmlaklarının ələ keçirmək olduğunu başa düşmüşdür. Onlar vədlərinə əməl etməmiş ona hər-hansı məbləğdə gəlir verməmişlər. Uzun müddət keçməsinə və onun dəfələrlə Nərimandan tələb etmsinə baxmayaraq Nəriman müxtəlif bəhanələr gətirməklə onu aldatmış onu şərik etməmişlər. Belə olan halda o Nəriman və Zakirdən verdiyi əsas 160000 ABŞ dolları pulu qaytarmaqlarını tələb etmişdir. Sonra o Zakir və Nərimanla görüşmüş söhbət etmişdir. Zakir ona “sən narahat olma biz sənin pulunu tam şəkildə geri qaytaracağıq sənə təminat olaraq Nəriman ailə üzvləri ilə birlikdə könüllü şəkildə borc müqqaviləi yazıb imza edib sənə versinlər sonra qısa vaxt ərzində hissə-hisssə sənin pulunu qaytaracağıq” demişdir. O məcbur olub və inanıb yenə də onlarla razılaşmışdır. xx.xx.2020-ci ildə onun Nərimanın və ailə üzvlərinin imzası ilə borc müqaviləsi hazırlanmış həmin müqaviləyə əsasən Nəriman 160000 ABŞ dolları pulu bir il müddətində ona ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə iki nüsxədə imzalanmış nir nüsxə ona, bir nüsxə isə Nərimanda qalmışdır. Həmin vaxt müqavilə yazılanda Zakir iştirak etməmişdir. O bunun səbəbini soruşanda Nəriman Zakirin işinin olduğu üçün iştirak edə bilmədiyini bildirmişdir. Onun təkidi ilə 12 iyul 2023-cü ildə tarixə kimi Nəriman və Zakir ona hissə-hissə olmaqla ümumilikdə 20000 ABŞ dolları pul qaytarmışdır. O, onlardan qalan 140000 ABŞ dolları pulu qaytarmağı tələb etsə də Nəriman ona son ödəmədən təxminən bir ay sonra bildirmişdir ki, “mənə zəng vurma, mən sənə pul ödəməyəcəm”. O bir neçə dəfə Zakirdən pulunun geri qaytarılmasının tələb etmişdir. Lakin müsbət nəticə olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Nəriman ona məxsus pulu dələduzluq yolu ilə ələ keçirib sonra həmin pulla oğlu X12 rayonu Yuxarı Tala kəndi ərazisində ev inşa edib, içərisində bahalı mebellər də almışdır. Sonra o məcbur olub ərizə ilə polisə müraciət etmişdir.
12. Zaqatala rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarında Cavabdeh izahatında göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, işsizdir. Barəsində şikayət etmiş İddiaçı2 tanıyır. Belə ki, onunla əvvəllər bir yerdə işləmiş, onunla ailəvi münasibətləri olmuşdur. Münasibətləri həmişə yaxşı olmuşdur. Aralarında düşmənçilik və ədavət olmamışdır. O 2006-cı ildən 2019-cu ilin dekabr ayının 31-nə kimi Azərsun MMC-nin Zaqatala, Qax, Balakən rayonları üzrə bölgə distirubutoru işləmişdir. Süleymanın əlində əlavə pulu olan kimi adətən onun yanına gəlib on vermiş və o da həmin pulu ticarət dövriyyəsində istifadə edib gəlirdən süleymana pul vermişdir. 2015-ci ilin fevral ayında baş vermiş birinci devalvasiya zamanı Süleymanın onda dövriyyədə olan 165000 manat pulu olmuşdur. Həmin puldan gələn gəlirləri hər ay üçün o Süleymana vermişdir. Pulun onda qalıq məbləğinə görə o Süleymana bir faiz vermişdir. 2015-ci ilin fevral ayında baş vermiş devalvasiya zamanı 1 ABŞ dolları 0,78 manatdan 1,05 manata qalxmış həmin vaxt Süleyman onun yanına gəlib ondan olan 165 000 manat pulu 0,78 ABŞ dolları ilə əvəzləməyi xahiş etmişdir. O, uzun illər Süleymanla münasibəti olduğu üçün razılaşmışdır. Əslində isə 1,05 lə əvəzlənməli idi. O, Süleymanın manatla pulunu 0,78 kursla əvəzləmiş və Süleymanın onda 211000 ABŞ dolları pulu olmuşdur. O 2015-ci ilin dekabr ayına kimi Süleymana 211000 ABŞ dolları pulun 2100 ABŞ dolları məbləğində hər ay 1 faizini vermişdir. 2015-ci ilin dekabr ayında növbəti devalvasiya baş vermiş, 1 ABŞ dollar 1,7 manat çıxmışdır. Belə olan ayda Süleyman təxminən 10 ay əvvəl 211000 ABŞ dollarına çevirdiyimiz 165000 manat pulu suni şəkildə qalxaraq 360000 manat olmuşdur. O 2016-cı ilin sonuna kimi 360000 manat pulun 1 faizinin yəni 3600 manatı hər ay Süleymana ödəmişdir. 2017-ci ilin təxminən yanvar ayında süleyman pula ehtiyyacı olduğunu bildirimiş, 100000 ABŞ dolları pulu almışdır. Bundan sonra hər ay olmaqla onda qalan 200000 manatın bir faizini yəni iki min manatını hər ay təminən 2021-ci ilin iyun ayına kimi 4 il 6 ay Süleymana ödəmişdir. 2021ci ilin iyun ayında işləri yaxşı getməmiş və barəsində Dövlət Vergi Xidməti Vergi Cinayətləri Departamentində cinayət işi başlamış və onun bütün hesablarına sanksiya qoyulmuşdur. O, Süleymanla görüşüb vəziyyəti izah etmişdir. Süleyman onunla borc müqaviləsi bağlamağı xahiş etmişdir. O da razı olmuşdur. Həmin sənədi Süleyman hazırlamış sonra özü və ailə üzvləri imza edib vermiş, o da aparıb öz ailə üzvlərinə imza etdirmişdir.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-ci maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
V. Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
17. Məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, tərəflər arasında yaranan hazırki mübahisə borc müqaviləsindən yaranan mübahisədir. Belə ki, İddiaçı2 və Cavabdeh arasında 2020-ci ilin 10 dekabr tarixində borc müqaviləsi bağlanmışdır. Həmin müqavilədə Cavabdeh İddiaçı2 160 000 ABŞ dolları məbləğində borcu vermiş, cavabdeh isə öz növbəsində borcu olduğunu etiraf etmişdir və müəyyən müddət ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə tərəflərin imzaları ilə təsdiq edilməklə etibarsız olmamışdır.
18. Bundan başqa xx.xx.2024-cü il tarixli Zaqatala rayon Polis Şöbəsi tərəfindən qəbul edilən “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar” tərəflər arasında borc müqaviləsinin bağlandığını etiraf etmişdir. Bununla da məhkəmə tərəfindən belə nəticəyə gəlmək olar ki, borc müqaviləsi tərəflərin öz iradə ifadələrinin əks etdirməklə imzalanmışdır.
19. Məhkəmə hesab edir ki, iddiaçı borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra edərək cavabdehə 160 000 ABŞ dolları pulu vermiş cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, qeyd olunan borcun 20000 ABŞ dolları hissəsini ödəniş etmiş, qalan 140000 ABŞ dollarını ödəməmiş və bunun əksinin təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Daha sonra iddiaçı tərəfindən iddia həcminin azaldılaması barədə məhkəməyə ərizə təqdim edilmiş və borcun 200000 manat olaraq qəbul edilməsi və cavabdehdən 200000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
20. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və 200000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı2 ödənilməlidir.
21. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən həmin təmin edilən hissəyə münasibətdə ödənilmiş 490 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş rüsumun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
22. Beləliklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir.
VI. Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Vİİ. Nəticə:
24. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabeh Cavabdeh 200000 manat məbləğində borc və 490 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddaçı İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova