Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-973/2022 18.08.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MMC, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2 və Cavabdeh5 xx.xx.2019cu il tarixli RBN-6476/BK nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 18500,55 manat, faiz borcuna görə 2549,67 manat olmaqla, cəmi 21050,22 manat borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və mediasiya xidmətinə ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh4 tam mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanında istifadədə olan 158,8 kv.m ümumi sahədən ibarət 29 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli RBN-6476/BK nömrəli kredit müqaviləsi üzrə cəmi 21050,22 manat borcuna və 245 manat dövlət rüsumu məbləğində pulun ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ünvan 1 ünvanında istifadədə olan (yeni qaydalarla ünvan 2) 158,8 kv.m ümumi sahədən ibarət 29 nömrəli mənzildən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2 və Cavabdeh5 tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MMC, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehlər "xxxx" MMCdən, Cavabdeh2 və Cavabdeh5 xx.xx.2019-cu il tarixli RBN-6476/BK nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 18500,55 manat, faiz borcuna görə 2549,67 manat olmaqla, cəmi 21050,22 manat borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və mediasiya xidmətinə ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh4 tam mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanında istifadədə olan 158,8 kv.m ümumi sahədən ibarət 29 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli RBN-6476/BK nömrəli kredit müqaviləsi üzrə cəmi 21050,22 manat borcuna və 245 manat dövlət rüsumu məbləğində pulun ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ünvan 1 ünvanında istifadədə olan (yeni qaydalarla ünvan 2) 158,8 kv.m ümumi sahədən ibarət 29 nömrəli mənzildən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2 və Cavabdeh5 tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək ödənişlərlə bağlı "xxxx" MMC ilə razılıq əldə edildiyini bildirmiş və iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini araşdırıb, cavabdehlərin məhkəmə iclasında iştirak etməməsini onlar tərəfindən işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, "xxxx" MMC, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2 və Cavabdeh5 xx.xx.2019cu il tarixli RBN-6476/BK nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 18500,55 manat, faiz borcuna görə 2549,67 manat olmaqla, cəmi 21050,22 manat borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və mediasiya xidmətinə ödənilmiş 200 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh4 tam mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanında istifadədə olan 158,8 kv.m ümumi sahədən ibarət 29 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli RBN-6476/BK nömrəli kredit müqaviləsi üzrə cəmi 21050,22 manat borcuna və 245 manat dövlət rüsumu məbləğində pulun ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ünvan 1 ünvanında istifadədə olan (yeni qaydalarla ünvan 2) 158,8 kv.m ümumi sahədən ibarət 29 nömrəli mənzildən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2 və Cavabdeh5 tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-973/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-973/2022
18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver