Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-984/2023 05.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “2724,36 manat əsas borc, 240,01 manat faiz borcu və 60 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə X2 arasında borclunun kreditora olan vaxtı keçmiş borclarının restrukturizasiya edilməsi və həmin borcun ödənilməsinə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında şərait yaradılması məqsədilə RNBC-001 nömrəli “fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya” müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı borclu X1 bu müqavilənin 2.1-ci bəndində gösətrilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 3208 manat əsas, 178,93 manat faiz, cəmi 3386,93 manat kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 24 ay müddətinədək uzadılmasını təmin etməyi, borclu isə müvafiq qaydada borca görə təminat təqdim etməklə 3386,93 manat borcu və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq annuitet qaydada kreditora ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən restrukturizasiya olunan kredit borcuna illik 7 % olmaqla faiz məbləği ödəniş cədvəlinə uyğun borclu tərəfindən hər ay ödənilir. Borc gecikdirildikdə isə gecikdirilmiş borc qalığına illik 10 %-lə faiz hesablanır. 2.10-cu bəndinə əsasən bu müqavilənin tərkib hissəsi olan ödəniş cədəvlində göstərilən tarixlərdə əsas borc və faizlər vaxtında ödənilmədikdə, həmin tarixdən borclunun kreditor qarşısında vaxtı keçmiş borcu əmələ gəlir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmiş, vaxtı keçmiş 3386,93 manat kreditin vaxtını xx.xx.2021-ci il tarixdən etibarən 24 ay müddətinə uzatmış, lakin borcalan öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı ilə Cavabdeh3 və Cavabdeh1 arasında Z-1 (RNBC-001) nömrəli və Z-2 (RNBC-001) nömrəli zaminlik müqavilələri bağlanmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini lazımınca yerinə yetirmədiyindən borcu yaranmışdır. xx.xx.2023-cü il tarixə olan ödəniş cədvəlindən göründüyü kimi cavabdeh Polad Mehtiyev tərəfindən ümumilikdə 3386,93 manat borcdan 662,57 manat əsas borc üzrə, 97,43 manat faiz borcu üzrə ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2023-cü tarixdə Cavabdeh1, xx.xx.2023-cü il tarixdə isə digər cavabdehlərə poçt vasitəsilə ünvanları üzrə təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqavilələri, ödəniş cədvəli, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2021-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə X2 arasında borclunun kreditora olan vaxtı keçmiş borclarının restrukturizasiya edilməsi və həmin borcun ödənilməsinə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında şərait yaradılması məqsədilə RNBC-001 nömrəli “fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya” müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı borclu X1 bu müqavilənin 2.1-ci bəndində gösətrilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 3208 manat əsas, 178,93 manat faiz, cəmi 3386,93 manat kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 24 ay müddətinədək uzadılmasını təmin etməyi, borclu isə müvafiq qaydada borca görə təminat təqdim etməklə 3386,93 manat borcu və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq annuitet qaydada kreditora ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən restrukturizasiya olunan kredit borcuna illik 7 % olmaqla faiz məbləği ödəniş cədvəlinə uyğun borclu tərəfindən hər ay ödənilir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmiş, vaxtı keçmiş 3386,93 manat kreditin vaxtını xx.xx.2021-ci il tarixdən etibarən 24 ay müddətinə uzatmış, lakin borcalan öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 2724,36 manat borcu qalmışdır. Belə ki, işin məhkəmə araşdırması zamanı iddiaçının təqdim etdiyi ödəniş cədvəlindən və hesabdan çıxarışdan müəyyən olunur ki, cavabdeh Polad Mehtiyev ümumilikdə 3386,93 manat borcdan 662,57 manat əsas borc üzrə ödəniş etmiş, faiz borcundan 97,43 manat ödəniş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas borc məbləği olan 2724,36 manat pul vəsaiti cavabdehdən tutulmalıdır. Cavabdeh tərəfindən 3386,93 manat kredit məbləğinə münasibətdə 24 ay üçün illik 7 %-lə hesablanmış 474,17 manat faiz (3386,93 x 7 faiz = 237,0851 manat 1 illik x 2 = 474,17 manat) borcu ödənilməlidir ki, bundan 97,43 manat cavabdeh tərəfindən ödənilmiş, qalan 376,74 manat hissəsi ödənilməmiş qalmışdır. İddiaçı hazırki iddia tələbi ilə 240,01 manat faiz ödənilməsini tələb edir. Məhkəmə tələbdən kənara çıxmağa haqlı olmadığından iddiaçının tələbi həddində, yəni 240,01 manat faiz borcu tutulmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, zaminlik müqavilələrinin 6.1-ci bəndindən göründüyü kimi müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2021-ci il tarixli RNBC-001 nömrəli restrukturizasiya müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşdüyündən və hazırki vəziyyətdə restrukturizasiya müqaviləsi qüvvədə olduğundan zaminlik müqaviləsi də qüvvədədir. Buna görə də zaminlər də borclu Polad Mehtiyevin bank qarşısında öhdəliklərinin icra edilməsi üçün onunla birgə məsuliyyət daşıyır. Belə ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllə maddə - 470.1). Bu səbəbdən də məhkəmə qeyd edir ki, tələb olunan 2724,36 manat əsas borc, 240,01 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməldir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (2964,37 manat) ödənilməli dövlət rüsumu 49,64 manat olmalıdır. İddia tələbi təmin edildiyindən ödənilməli olan 49,64 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 60 manat mediasiya xərci cavabdeh olan əsas borcludan tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 2724,36 manat əsas borc, 240,01 manat faiz borcu və 60 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Ödənilməmiş 49,64 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-984/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-984/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver