Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-10/2022 08.06.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndələri Nümayəndə1, Abdullayev Ramin Məhəmmədəli oğlunun və X3, Cavabdeh “X13” MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər “X13” MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, X2, X5, X9 və Cavabdeh5 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər cavabdehlər “X13” MMC-yə və digərlərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2- 0-3-18 nömrəli Baş kredit müqaviləsinə əsasən “X13“ MMC-yə "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 36%-dən çox olmamaqla 60 ay müddətinə 5.457.000 (beş milyon dörd yüz əlli yeddi min) manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2018-ci il tarixli BİZG5Z2-2-0-3-18 saylı Baş kredit müqaviləsinə 31 yanvar 2020-ci il tarixli 1№-li razılaşmaya əsasən borcalan tərəfindən kreditora müqavilənin tərkibində verilmiş kredit xətti və kredit müqavilələri üzrə ən azı 200.000 manat ödənildikdən sonra qüvvəyə minir. Qeyd olunan məbləğ ödəniş gününə hesablanmış gecikdirilmiş faiz borcu və cərimə məbləğinin silinməsinə yönəldikdən sonra qalan vəsait xx.xx.2019-cu il tarixli 4-BİZG5Z2- 2-0-3-18 (4) saylı kredit müqaviləsinə əsasən verilmiş 300.000 (üç yüz min ABŞ dolları) ABŞ dolları məbləğində kredit üzrə qalıq əsas borc məbləğinin silinməsinə yönəldilir. 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(1) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC illik 9%-lə 49 ay müddətinə 1.000.000 (bir milyon ) ABŞ dolları məbləğində, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(2) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC illik 14%-lə 49 ay müddətinə 2.757.000 (iki milyon yeddi yüz əlli yeddi min) manat məbləğində, 2018-ci il 07 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18(3) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC illik 14,77%-lə 36 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində, 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18(4) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC illik 5,5%-lə 12 ay müddətinə 300.000 (üç yüz min) ABŞ dolları məbləğində “Nikoyl İKB“ ASC-dən kredit götürmüşdür. 31 yanvar 2020-ci il tarixli xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2- 2-0-3-18 (1) saylı kredit verilməsinə dair razılaşmaya 1№li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 752.224,29 (yeddi yüz əlli iki min iki yüz iyirmi dörd ABŞ dolları, iyirmi doqquz sent) ABŞ dolları təşkil edir, kreditin faiz dərəcəsi illik 7,5 faiz və kreditin müddəti xx.xx.2020 tarixədək təyin edilir. 31 yanvar 2020ci il tarixli xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit verilməsinə dair razılaşmaya 1№li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 2.289.058,54 (iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat təşkil edir, kreditin faiz dərəcəsi illik 12,5 faiz və kreditin müddəti xx.xx.2020 tarixədək təyin edilir. 31 yanvar 2020-ci il tarixli xx.xx.2018-ci il tarixli 4- BİZG5Z2-2-0-3-18 (3) saylı kredit verilməsinə dair razılaşmaya 1 №li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 512.334,83 (beş yüz on iki min üç yüz otuz dörd manat, səksən üç qəpik) manat təşkil edir, illik faiz dərəcəsi 12,5 faiz təyin edilir. 31 yanvar 2020-ci il tarixli xx.xx.2019-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit verilməsinə dair razılaşmaya 1 №li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 200.663,86 (iki yüz min altı yüz altmış üç dollar, səksən altı sent) ABŞ dolları təşkil edir, kreditin müddəti xx.xx.2020 tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh4 və Cavabdeh3 ilə 07 sentyabr 2018-ci il tarixli 4- BİZG5Z2-2-0-3-18 (Z1) və 4-BİZG5Z2-2-0-3-18 (Z2) saylı zaminlik müqaviləsi, “X13 “ MMC ilə 07 sentyabr 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18(G) №li sonrakı girov müqaviləsi bağlanmış, “X13 “ MMC-yə məxsus 07 sentyabr 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18(G) №li sonrakı girov müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş avadanlıqlar banka girov qoyulmuşdur. “X13“ MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə 2018-ci il 07 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 (İ1) №li ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzili 2018-ci il 10 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 (İ2) №li ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzili 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2- 2-0-3-18 (İ3) №li ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh6 mülkiyyətindəki Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (İ4) №li ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh5 mülkiyyətindəki ünvan 5 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisə 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (İ5) №li ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0,1 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il noyabrın 20-dək “X13“ MMC-nin 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752.224,29 ABŞ dolları əsas, 45.289,76 ABŞ dolları faiz, 7.481,47 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 804.995,52 ABŞ dolları borcu; 2020-ci il noyabrın 20-dək “X13 “ MMC-nin 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 manat əsas, 245.914,98 manat faiz, 16.753,23 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2.551.726,75 manat borcu; 2020-ci il noyabrın 20-dək “X13“ MMC-nin 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 manat əsas, 55.039,79 manat faiz, borcu olmaqla ümumilikdə cəmi 567.374,62 manat borcu; 2020-ci il noyabrın 20-dək “X13“ MMC-nin 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə banka 200.63,86 ABŞ dolları əsas, 8.091,95 ABŞ dolları faiz, 33.831,6 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5.599,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu olmaqla, ümumilikdə, cəmi 248.187,06 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq “X13 “ MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. 29 aprel 2019-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən
1. Cavabdehlər “X13“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752.224,29 ABŞ dolları əsas, 45.289,76 ABŞ dolları faiz, 7.481,47 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, cəmi 804.995,52 ABŞ dolları borcun, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 manat əsas, 245.914,98 manat faiz, 16.753,23 manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 2.551.726,75 manat borcun, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 manat əsas, 55.039,79 manat faiz borcu olmaqla ümumilikdə, cəmi 567.374,62 manat borcun, 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə banka 200.663,86 ABŞ dolları əsas, 8.091,95 ABŞ dolları faiz, 33.831,6 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5.599,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 248.187,06 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının ödənilməsi; 2. Borcun əvəzi “X13 ” MMC-nin mülkiyyətindəki iddia ərizəsinə əlavə edilmiş 4-BİZG5Z2-2-0-3-18 (G) saylı, xx.xx.2018-ci il tarixli Sonrakı Girov müqaviləsinə 1 saylı Əlavədə göstərilən avadanlıqlara yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; 3.Tutmanın “X13 “ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; 4. Tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; 5. Tutmanın Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; 6. Tutmanın Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; 7. Tutmanın Cavabdeh5 məxsus ünvan 6 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin torpaq sahəsi və üzərindəki əmlak komleksi kimi müəssisənin açıq hərracdan satılması və borcun ünvan 7 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; 8. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 9. “X13“ MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və Banka təhvil verilməsi; 10. Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, X4 və X8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, X4 və X8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; 11. Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; 12. Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; 13. Cavabdeh5 məxsus olan ünvan 7 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və Banka təhvil verilməsi; 14. “X13“ MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 07 sentyabr 2018ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra İddiaçı ASC məhkəməyə bir neçə dəfə iddia tələbinin həcminin artırılması və azaldılması barədə ərizələr vermiş və sonuncu dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək: 1.Cavabdehlər “X13“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752.224,29 ABŞ dolları əsas, 129.428,01 ABŞ dolları faiz, 157.307,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, cəmi 1.038.959,43 ABŞ dolları borcun, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 manat əsas, 723.915,5 manat faiz, 355.937 manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 3.368.911,04 manat borcun, 2018-ci il 07 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 manat əsas, 161.633,69 manat faiz, 77.333,75 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17.574,4 manat borc olmaqla ümumilikdə, cəmi 768.876,67 manat borcun, 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə banka 40.000 ABŞ dolları əsas, 18.085,6 ABŞ dolları faiz, 89.249,85 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 14.765,4 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu olmaqla ümumilikdə, cəmi 162.100,85 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 80 manat xidmət haqqının ödənilməsi; 2.Borcun əvəzinin “X13 ” MMC-nin mülkiyyətindəki iddia ərizəsinə əlavə edilmiş 4- BİZG5Z2-2-0-3-18 (G) saylı, xx.xx.2018-ci il tarixli Sonrakı Girov müqaviləsinə 1 saylı Əlavədə göstərilən avadanlıqlara yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; 3.Tutmanın ipoteka predmeti olan “X13“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; 4.Tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; 5.Tutmanın Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; 6.Tutmanın Cavabdeh6 məxsusi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; 7.Tutmanın Cavabdeh5 məxsus ünvan 8 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin torpaq sahəsi və üzərindəki əmlak komleksi kimi müəssisənin açıq hərracdan satılması və borcun ünvan 9 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; 8.Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 9.“X13 “ MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi dmi müəssisəyə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və Banka təhvil verilməsi; 10.Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, X4 və X8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, X4 və X8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; 11. Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6, həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; 12. Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədərt ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; 13.Cavabdeh5 məxsus olan ünvan 9 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və Banka təhvil verilməsi; 14.“X13 “ MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 07 sentyabr 2018-ci il tarixli Baş kredit müqaviləsinə əsasən, “X13” MMC-yə illik 36 %-dən çox olmamaqla 60 ay müddətinə 5.475.000 manat məbləğində kredit limiti ayrılıb. Bir kredit xətti üzrə kredit verilməsinə dair razılaşmalara əsasən, 4 dəfə kredit verilib. 1 nömrəli əlavə sazişə əsasən isə qalıq borc kapitallaşdırılıb. Yəni vaxtı-vaxtında ödəniş həyata keçirilmədiyi üçün aylar və ödəniş qrafiki üzrə ödəniş ödəmə qabiliyyəti yaranana qədər aşağı salınıb. Lakin buna baxmayaraq, öhdəliklər yenə də yerinə yetirilməyib. Ona görə də bank məhkəməyə müraciət etməli olub. Nümayəndə3 göstərlənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlər Baş kredit müqaviləsinin şərtlərini pozduqları üçün həmin müqavilə bütövlükdə ləğv edilməli və cavabdehlər müddəti bitmiş müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün bütün razılaşmalar üzrə tələblər təmin olunmalıdır. O, iddia tələbinin həcminin artırılması barədə sonuncu ərizə nəzərə alınmaqla iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, Baş kredit müqaviləsinə əsasən 1 kredit müqaviləsi üzrə gecikmə olduğu halda bank digər kredit müqavilələri üzrə borcları da tələb edə bilər. Buna görə müqavilələrin müddətinin bitməyini gözləmək zərurəti yoxdur. Həmçinin tutma ipoteka predmetlərinə ayrılıqda yönəldilməməlidir. Çünki, Baş kredit sazişində ipoteka predmetləri ümumi qeyd edilmişdir. İ.İbrahimov da sonuncu ərizə nəzərə alınmaqla iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında “X13” MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, “X13” MMC və digər cavabdehlər əsas borclu və ipoteka qoyanlar olaraq "xxxx" İKB ASC-dən müəyyən məğləğdə borca pul götürmüşlər. Bu fakt danılmır. Sadəcə əsas, faiz borcu və dəbbə pulunun müəyyən bir qismi ilə razı deyillər. Faktiki mövcud olan, hüquqi qüvvəsi davam edən bir müqavilə üzrə məhkəməyə müraciət olunarkən müqaviləyə vaxtından əvvəl xitam verilməlidir. Amma iddiaçı tərəf müqavilə üzrə 2022-ci ilə olan ödənişləri də tələb edir. Həmin ödənişləri tələb edirlərsə, deməli bu zaman müqavilə münasibətləri aradan qalxır. İddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi gündən faiz borcu və dəbbə pulunun hesablanması tamamilə qanunsuzdur. Mülki Məcəlləyə əsasən, dəbbə pulu yanlız 5 faiz və ya Mərkəzi Bankın uçot dərəcəsinə uyğun tələb edilə bilər. Müqavilə münasibətləri çərçivəsində dəbbə pulu və faiz tələb oluna bilməz. Bundan əlavə, iddiaçı tərəf müqavilənin tərtibində çox ciddi hüquq pozuntularına yol verib. Məsələn, dörd müqavilədən söhbət gedir, lakin cəmi bir müqavilədə ödəniş qrafiki müəyyən olunub. Digər üç müqavilə üzrə isə ödəniş qrafiki müəyyən olunmayıb. Həmin üç müqavilədə ödənişin hansı qrafik üzrə ödəniləcəyinə dair ödəniş cədvəlləri yoxdur. Əgər bir müqavilə üzrə ödəniş cədvəli müəyyən olunubsa, həmin müqavilə üzrə pul tələb edilə bilər. Digər müqavilələr üzrə isə vaxtından əvvəl pul tələb oluna bilməz. Bütün müqavilələr üzrə restrukturizasiya sazişi imzalandıqdan sonra, yəni 31 yanvar 2020ci ildən əvvəlki ödəniş cədvəlləri qüvvədən düşür. İlkin kredit müqaviləsi bağlananda ödəniş cədvəlləri olub. Lakin iş materiallarında olan sazişdən də göründüyü kimi restrukturizasiyadan sonra faizlər dəyişdiyi üçün yeni ödəniş cədvəlləri olmalı olduğu halda, sadəcə bir müqavilə üzrə, yəni 200.000 dollar borc olan müqavilə üzrə ödəniş cədvəli var. Digər müqavilələr üzrə isə yeni ödəniş cədvəlləri yoxdur. Buradan da məlum olur ki, digər müqavilələr üzrə yeni ödəniş cədvəlləri olmadığından qarşı tərəfin tələb hüququ yaranmır. Həmin müqavilələr üzrə borc müqavilə müddətinin son gününə qədər istənilən vaxtda ödənilə bilər. Cavabdeh “X13” MMC-nin nümayəndəsi Nümayəndə2 bu fikirləri əvvəlki məhkəmə iclaslarında ifadə edərək, sonuncu məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə yazılı ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, eləcə də iş üçün əhəmiyyət kəsb edən faktiki halları məhkəməyə təqdim edə bilməyəcəyini vurğulamış və bu səbəblə məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndələri Nümayəndə2 bu ərizəsinə qəti etiraz etmiş, onun ərizədə göstərdiyi hallara dair heç bir sübut təqdim etmədiyini, məhkəmə prosesinin indiyədək “X13” MMC-nin nümayəndəsi Nümayəndə2 vəsatətləri və digər cəhdləri sayəsində həddən artıq süni surətdə uzadıldığını və hazırkı müraciətinin də bu məqsədə xidmət etdiyini nəzərə alaraq, təkidlə işə baxılmasının yekunlaşdırılmasını tələb etmişlər. Məhkəmə də bu halı nəzərə alaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclas iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə əsasən “X13 “ MMC-yə "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 36%-dən, qaytarılması gecikdirildiyi halda günlük faiz dərəcəsi 0,1 faizdən çox olmamaq şərti ilə 60 ay müddətinə 5.457.000 (beş milyon dörd yüz əlli yeddi min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC “Nikoyl İKB “ ASC-dən illik 9%-lə 49 ay müddətinə 1.000.000 (bir milyon ) ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(2) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC “Nikoyl İKB “ ASC-dən illik 14%-lə 49 ay müddətinə 2.757.000 (iki milyon yeddi yüz əlli yeddi min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(3) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC “Nikoyl İKB “ ASC-dən illik 14,77%-lə 36 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18(4) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC “ Nikoyl İKB “ ASC-dən illik 5,5%-lə 12 ay müddətinə 300.000 (üç yüz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh4 arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (Z1) zaminlik müqaviləsindən görünür ki, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və hissə-hissə icra etməsi üçün Cavabdeh4 məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (Z2) zaminlik müqaviləsindən görünür ki, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və hissə-hissə icra etməsi üçün Cavabdeh3 məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 07 sentyabr 2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18(G) №li sonrakı girov müqaviləsindən görünür ki, borcalan/girov qoyan (“X13“ MMC) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Əlavəsində göstərilən ünvan 1 ünvanındakı əmlak kompleksi kimi müəssisədə yerləşən əmlakları (“X13“ MMC-yə məxsus avadanlıqları) 2018-ci il 07 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi kreditora/girov saxlayana girova verir. İş materiallarında olan 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ1) №li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan-“X13 “ MMC mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı-ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 2.860.500 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “X13“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ2) №li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan-Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı-Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilini 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 57.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ3) №li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan-Cavabdeh3 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı - Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin 22 nömrəli mənzilini 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 60.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin 22 nömrəli mənzilinin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ4) №li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan-Cavabdeh6 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı- Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 380.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi , 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan 2018-ci il 10 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(İ5) №li sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan-Cavabdeh5 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı- ünvan 7 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəni 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinə, o cümlədən həmin müqavilə əsasında bağlanacaq razılaşmalara əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana sonrakı ipotekaya vermişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən əmlakın dəyəri 800.000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh5 məxsus ünvan 5 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit verilməsinə dair razılaşmaya 31 yanvar 2020-ci il tarixli 1 №li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla Bu sazişin tarixinə 752.224,29 (yeddi yüz əlli iki min iki yüz iyirmi dörd ABŞ dolları, iyirmi doqquz sent) ABŞ dolları təşkil edir, kreditin faiz dərəcəsi illik 7,5 faiz və əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti xx.xx.2020ci il tarixdən xx.xx.2020 tarixədək təyin edilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit verilməsinə dair razılaşmaya 31 yanvar 2020-ci il tarixli 1№li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla Bu sazişin tarixinə 2.289.058,54 ( iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat təşkil edir, kreditin faiz dərəcəsi illik 12,5 faiz və əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020 tarixədək təyin edilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit verilməsinə dair razılaşmaya 31 yanvar 2020-ci il tarixli 1 №li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla Bu sazişin tarixinə 512.334,83 ( beş yüz on iki min üç yüz otuz dörd manat, səksən üç qəpik) manat təşkil edir, illik faiz dərəcəsi 12,5 faiz təyin edilir. İş materiallarında olan xx.xx.2019-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit verilməsinə dair razılaşmaya 31 yanvar 2020-ci il tarixli 1 №li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla Bu sazişin tarixinə 200.663,86 ( iki yüz min altı yüz altmış üç dollar, səksən altı sent) ABŞ dolları təşkil edir, əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020 tarixədək təyin edilir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4111 nömrəli rəyindən görünür ki, xx.xx.2019-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə “X13“ MMC-nin Banka xx.xx.2021-ci il tarixə (son ödəniş tarixi) əsas borc üzrə 200.004,60 ABŞ dolları, faiz borcu üzrə 3.587,30 ABŞ dolları, 5% dərəcəsi ilə faiz borcu üzrə 9.194,65 ABŞ dolları borcu olmuşdur. Həmçinin qeyd edilmişdir ki, "xxxx" İKB ASC ilə “X13” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı, xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2- 2-0-3-18 (2) saylı, xx.xx.2018-ci il tarixli 4- BİZG5Z2-2-0-3-18 (3) saylı və kredit müqavilələri üzrə rəsmiləşdirilmiş əlavə sazişlər üzrə tərtib edilmiş ödəniş qrafikləri ekspertizaya təqdim edilmədiyinə görə və həmçinin həmin kredit müqavilələri üzrə son ödəniş müddəti borcun hesablanması ilə bağlı ekspert qarşısında qoyulmuş müddətlərdən daha sonrakı tarixdə bitdiyinə görə “X13” MMC-nin borcunu hesablamaq mümkün olmadığından, “X13” MMC-nin (1), (2), (3) saylı müqavilələr üzrə 09 fevral 2021-ci il tarixinə və 30 mart 2021-ci il tarixə Banka olan əsas borcu, faiz borcu və cərimə borcunun nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/307 nömrəli rəyindən qeyd edilmişdir ki, xx.xx.2020-cı il tarixli 4-BİZG5Z2-2-0- 3-18 (1) saylı kredit verilməsinə dair X12 №1-in 1.2. bəndində qeyd edilən yeni ödəniş qrafikinin mövcud olmadığı təqdirdə, “X13” MMC ilə "xxxx" arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18(1) saylı kredit verilməsinə dair Razılaşmanın və xx.xx.2020-cı il tarixli 4-BİZG5Z2-2-0-3-18(1) saylı kredit verilməsinə dair X12 №1-in şərtləri məhkəmə tərəfindən əsaslı hesab edildikdə, xx.xx.2022-ci il tarixə “X13” MMC-nin "xxxx" İKB ASC-yə olan əsas borcu 752.224,29 ABŞ dolları, faiz borcu 109.072,52 ABŞ dolları; xx.xx.2020-cı il tarixli 4-BİZG5Z2-2-0- 3-18 (2) saylı kredit verilməsinə dair X12 №1-in 1.2. bəndində qeyd edilən yeni ödəniş qrafikinin mövcud olmadığı təqdirdə, “X13” MMC ilə "xxxx" arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit verilməsinə dair Razılaşmanın və xx.xx.2020-cı il tarixli 4-BİZG5Z2-2-0-3- 18 (2) saylı kredit verilməsinə dair X12 №1-in şərtləri məhkəmə tərəfindən əsaslı hesab edildikdə xx.xx.2022-ci il tarixə “X13” MMC-in "xxxx" İKB ASC-yə olan əsas borcu 2.289.058,54 manat, faiz borcu 608.126,55 manat; xx.xx.2020-cı il tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit xətti ayrılmasına dair Razılaşma üzrə xx.xx.2022-ci il tarixə “X13” MMC-nin "xxxx" İKB ASC-yə olan əsas borcu 512.334,83 manat, faiz borcu 136.110,29 manat müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq "xxxx" MMC Qiymətləndirmə şirkəti tərəfindən məhkəməyə təqdim olunmuş qiymətləndirmə aktlarından görünür ki, 1. ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 2.850.000 (iki milyon səkkiz yüz əlli min) manat, likvid dəyəri 2.000.000 (iki milyon) manat; 2. Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mkr ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin bazar dəyəri 70.000 (yetmiş min) manat, likvid dəyəri 65.000 (altmış beş min) manat; 3. Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin bazar dəyəri 85.000 (səksən beş min) manat, likvid dəyəri 77.000 (yetmiş yeddi min) manat; 4. Cavabdeh6 məxsusi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 430.000 (dörd yüz otuz min) manat, likvid dəyəri 390.000 (üç yüz doxsan min) manat; 5. Cavabdeh5 məxsus ünvan 13 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 1.600.000 (bir milyon altı yüz min) manat, likvid dəyəri 1.110.000 (bir milyon yüz on min) manat müəyyən edilmişdir. İş materiallarında olan materiallarıda olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş **********986800 nömrəli çıxarışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC kimi qeydiyyata alınmışdır. İş materiallarında olan bildirişlərin surətindən görünür ki, cavabdehlərə bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, KBD 6024 nömrəli maliyyə arayışından görünür ki, həmin tarixə “X13” MMC-nin 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3- 18(1) nömrəli kredit müqaviləsinə əsasən 752.224,29 ABŞ dolları əsas borcu, 129.428,01 ABŞ dolları faiz borcu, 157.307,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1.038.954,43 ABŞ dolları borcu olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, KBD 6025 nömrəli maliyyə arayışından görünür ki, həmin tarixə “X13” MMC-nin 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3- 18(2) nömrəli kredit müqaviləsinə əsasən 2.289.058,54 manat əsas borcu, 723.915,5 manat faiz borcu, 355.937 manat cərimə borcu olmaqla, ümumilikdə 3.368.911,04 manat borcu olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, KBD 6026 nömrəli maliyyə arayışından görünür ki, həmin tarixə “X13” MMC-nin 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3- 18(3) nömrəli kredit müqaviləsinə əsasən 512.334,83 manat əsas borcu, 161.633,69 manat faiz borcu, 77.333,75 manat cərimə borcu, illik 5 (beş) faizlə hesablanmış 17.574,40 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə, 768.876,67 manat borcu olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, KBD 6025 nömrəli maliyyə arayışından görünür ki, həmin tarixə “X13” MMC-nin 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) nömrəli kredit müqaviləsinə əsasən 40.000 ABŞ dolları əsas borcu, 18.085,60 ABŞ dolları faiz borcu, 89.249,85 ABŞ dolları cərimə borcu, illik 5 (beş) faizlə hesablanmış 14.765,40 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 162.100,85 manat borcu olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “X13” MMC kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən Baş kredit müqaviləsi əsasında kredit məbləğlərini, müvafiq razılaşmalarla müəyyən edilmiş faizləri və cərimələri iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitlərini, həmin kreditlərdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bununla da, “X13” MMC onunla İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC) arasında bağlanılmış 07 sentyabr 2018-ci il tarixli Baş kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbə görə məhkəmə hesab edir ki, iddia tələbi Baş kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır. Məhkəmə bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından göründüyü kimi, "xxxx" İKB ASC (hazırkı adı İddiaçı ASC) ilə “X13” MMC arasında 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsi imzalanmış və müqavilənin 1.1-ci bəndində göstərildiyi kimi, həmin müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən Kreditorla bağlanılacaq ayrıca razılaşmalar üzrə verilməsi üçün Borcalana, yəni “X13“ MMC-yə "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 36%-dən çox olmamaqla 60 ay müddətinə 5.457.000 (beş milyon dörd yüz əlli yeddi min) manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanılmış 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(1) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC illik 9%-lə 49 ay müddətinə 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2- 0-3-18(2) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC illik 14%-lə 49 ay müddətinə 2.757.000 (iki milyon yeddi yüz əlli yeddi min) manat məbləğində, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(3) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC illik 14,77%-lə 36 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində, 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18(4) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC illik 5,5%-lə 12 ay müddətinə 300.000 (üç yüz min) ABŞ dolları məbləğində “Nikoyl İKB“ ASC-dən kredit götürmüşdür. Müəyyən müddət keçdikdən sonra “X13” MMC qeyd edilən razılaşmalar üzrə tərtib edilmiş ödəniş cədvəllərinə əməl etməyərək, götürdüyü kredit borclarının qaytarılması üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tərəflər arasında 31 yanvar 2020-ci il tarixli xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit verilməsinə dair razılaşmaya 1№li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 752.224,29 (yeddi yüz əlli iki min iki yüz iyirmi dörd ABŞ dolları, iyirmi doqquz sent) ABŞ dolları təşkil etdiyi müəyyən olunaraq, kreditin faiz dərəcəsi illik 7,5 faiz və əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti xx.xx.2020 tarixədək təyin edilmişdir. Həmçinin, 31 yanvar 2020-ci il tarixli xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit verilməsinə dair razılaşmaya 1№li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 2.289.058,54 (iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat təşkil etdiyi müəyyən olunaraq, kreditin faiz dərəcəsi illik 12,5 faiz və əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti xx.xx.2020 tarixədək təyin edilmişdir. Həmçinin, 31 yanvar 2020-ci il tarixli xx.xx.2018-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit verilməsinə dair razılaşmaya 1 №li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə 512.334,83 (beş yüz on iki min üç yüz otuz dörd manat, səksən üç qəpik) manat təşkil etdiyi müəyyən olunaraq, illik faiz dərəcəsi 12,5 faiz təyin edilmişdir. Eləcə də, 31 yanvar 2020-ci il tarixli xx.xx.2019-ci il tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit verilməsinə dair razılaşmaya 1 №li Əlavə Sazişə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla bu sazişin tarixinə əsas borc məbləğinin 200.663,86 (iki yüz min altı yüz altmış üç dollar, səksən altı sent) ABŞ dolları təşkil etdiyi müəyyən olunaraq, əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti xx.xx.2020 tarixədək təyin edilmişdir. 1, 2 və 3-cü razılaşmalar üzrə yeni ödəniş cədvəlləri tərtib edilməmişdir. 07 sentyabr 2018-ci il tarixli 1 və 2 nömrəli razılaşmalar üzrə müqavilə müddətləri 2022-ci il oktyabrın 7-də bitir (həmin razılaşmalar üzrə kredit məbləğləri 49 ay müddətinə verilib). 07 sentyabr 2018-ci il tarixli 3 nömrəli razılaşma üzrə müqavilə müddətləri 2021-ci il sentyabrın 7-də bitmişdir (həmin razılaşma üzrə kredit məbləği 36 ay müddətinə verilib). 29 aprel 2019-cu il tarixli 4 nömrəli razılaşma üzrə müqavilə müddəti 2020-ci il oktyabrın 29-da bitmişdir (həmin razılaşma üzrə kredit məbləği 12 ay müddətinə verilib). Göründüyü kimi, iş üzrə cavabdeh “X13” MMC "xxxx" İKB ASC (hazırkı adı İddiaçı ASC) ilə “X13” MMC arasında bağlanılmış 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3- 18 nömrəli Baş kredit müqaviləsinin tərkib hissəsi olan 4 razılaşma əsasənda götürdüyü kredit məbləğləri üzrə öhdəliklərini yerinə yetirməmiş və buna görə də Borcalana güzəşt edilərək, həmin razılaşmalar üzrə verilmiş qalıq kredit məbləğləri kapitallaşdırılmış, faizlərdə dəyişikliklər edilmiş, vaxt güzəştləri müəyyən olunmuş, lakin bütün bunlara, həmçinin edilmiş xəbərdarlıqlara baxmayaraq, Borcalan öhdəliklərini yerinə yetriməməyə davam etmiş və bununla da Baş kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Nəticədə, Kreditor İddiaçı ASC hazırkı tələblərlə, o cümlədən Baş kredit müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunduğu kimi, qətnamə çıxarılan tarixə Baş kredit müqaviləsinin tərkib hissəsi olan 4 razılaşmanın 2-si üzrə kredit müqavilə müddəti bitmiş, digər 2-si üzrə isə müddətin bitməsinə 4 ay qalmışdır. Qeyd olunduğu kimi, Borcalan bütün razılaşmalar üzrə götürdüyü öhdəlikləri pozduğu üçün həmin razılaşmalar üzrə verilmiş qalıq kredit məbləğləri kapitallaşdırılmış, güzəştlər edilmiş, lakin buna baxmayaraq, borcalan öhdəliklərini yerinə yetiriməməyə davam etmişdir və hazırda da davam edir. 2 razılaşma üzrə kredit müqavilə müddəti bitməsə də, ümumilikdə, bütün razılaşmaların və onların tərkib hissəsi olduğu Baş kredit müqaviləsinin əhəmiyyətli dərəcədə pozulması faktdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" İKB ASC (hazırkı adı İddiaçı ASC) ilə “X13” MMC arasında bağlanılmış 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3- 18 nömrəli Baş kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" İKB ASC (hazırkı adı İddiaçı ASC) ilə “X13” MMC arasında bağlanılmış 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən sonradan tərəflər arasında bağlanılmış razılaşmaların hamısı Baş kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olduğu üçün Baş kredit müqaviləsinin ləğvi onun əsasında bağlanılmış razılaşmaların və onlara əlavə sazişlərin də ləğvinə səbəb olur. Buna görə də iddiaçı həmin razılaşmalar üzrə əsas və digər borcları tələb edə bilər. Bundan əlavə, məhkəmə hesab edir ki, Baş kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan razılaşmaların və onlara əlavə sazişlərin şərtləri qanunvericiliyə zidd olmadığı və mübahisələndirilmədiyi üçün asaslı sayılmalıdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC) Baş kredit müqaviləsinin ləğvini, verdiyi kreditləri, həmin kreditlərə hesablanmış faizləri, cəriməni, əldən çıxmış faydanı və həmin kreditlərin əvəzinin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cavabdehlər “X13“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə 752.224,29 ABŞ dolları əsas, 129.428,01 ABŞ dolları faiz, 157.307,13 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 1.038.959,43 ABŞ dolları borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı faiz borcunu 129.428,01 ABŞ dolları məbləğində tələb etsə də, iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/307 №-li rəyində faiz borcu 109.072,52 ABŞ dolları məbləğində müəyyən edildiyi üçün, həmin hissədə tələb qismən təmin edilərək, faiz borcu 109.072,52 ABŞ dolları məbləğində tutulmalıdır. Həmin tələbin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, əsas borc 752.224,29 ABŞ dolları olduğu halda cərimənin 157.307,13 ABŞ dolları məbləğində hesablanması tənasübsüz dərəcədə yüksəkdir, ona görə də cərimənin məbləği 80.000 ABŞ dollarınadək azaldılmalıdır. Beləliklə, iddia tələbi həmin hissədə qismən əsaslı olduğu üçün qismən təmin edilərək, “X13“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə 752.224,29 ABŞ dolları əsas, 109.072,01 ABŞ dolları faiz, 80.000 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə, 941.297 ABŞ dolları borc ödəniş gününə olan məzənnə ilə manatla tutulmalıdır. Tələb qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər “X13“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 manat əsas, 723.915,5 manat faiz, 355.937 manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 3.368.911.04 manat borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı faiz borcunu 723.915,5 manat məbləğində tələb etsə də, iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/307 №-li rəyində faiz borcu 608.126,55 manat məbləğində müəyyən edildiyi üçün, həmin hissədə tələb qismən təmin edilərək, faiz borcu 608.126,55 manat məbləğində tutulmalıdır. Həmin tələbin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, əsas borc 2.289.058,54 manat olduğu halda cərimənin 355.937 manat məbləğində hesablanması tənasübsüz dərəcədə yüksəkdir, ona görə də cərimənin məbləği 230.000 manatadək azaldılmalıdır. Beləliklə, iddia tələbi həmin hissədə qismən əsaslı olduğu üçün qismən təmin edilərək, “X13“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə 2.289.058,54 manat əsas borc, 608.126,55 manat faiz borcu, 230.000 manat cərimə olmaqla ümumilikdə, 3.127,185 manat məbləğində borc tutulmalıdır. Tələb qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər “X13“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə 512.334,83 manat əsas, 161.633,69 manat faiz, 77.333,75 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17.574.4 manat borc olmaqla ümumilikdə, cəmi 768.876,67 manat borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı faiz borcunu 161.633,69 manat məbləğində tələb etsə də, iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/307 №-li rəyində faiz borcu 136.110,29 manat məbləğində müəyyən edildiyi üçün, həmin hissədə tələb qismən təmin edilərək, faiz borcu 136.110,29 manat məbləğində tutulmalıdır. Həmin tələbin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, əsas borc 512.334,83 manat olduğu halda cərimənin 77.333,75 manat məbləğində hesablanması tənasübsüz dərəcədə yüksəkdir, ona görə də cərimənin məbləği 50.000 manatadək azaldılmalıdır. Beləliklə, iddia tələbi həmin hissədə qismən əsaslı olduğu üçün qismən təmin edilərək, “X13“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə 512.334,83 manat əsas borc, 136.110,29 manat faiz borcu, 50.000 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17.574,4 manat borc olmaqla ümumilikdə, 716.020,52 manat məbləğində borc tutulmalıdır. Tələb qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər “X13“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə 40.000 ABŞ dolları əsas, 18.085,6 ABŞ dolları faiz, 89.249,85 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 14.765,4 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla borcu olmaqla, ümumilikdə, cəmi 162.100,85 ABŞ dolları borcun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı faiz borcunu 18.085,6 ABŞ dolları məbləğində tələb etsə də, iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4111 №-li rəyində faiz borcu 3.587,30 ABŞ dolları məbləğində müəyyən edildiyi üçün, həmin hissədə tələb qismən təmin edilərək, faiz borcu 3.587,30 ABŞ dolları məbləğində tutulmalıdır. Həmin tələbin cərimə hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, əsas borc 40.000 ABŞ dolları olduğu halda cərimənin 89.249,85 ABŞ dolları məbləğində hesablanması tənasübsüz dərəcədə yüksəkdir, ona görə də cərimənin məbləği 5.000 ABŞ dollarınadək azaldılmalıdır. Beləliklə, iddia tələbi həmin hissədə qismən əsaslı olduğu üçün qismən təmin edilərək, “X13“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18 (4) saylı kredit müqaviləsi üzrə 40.000 ABŞ dolları əsas borc, 3.587,30 ABŞ dolları faiz borcu, 5.000 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 14.765,4 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, 63.353 ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə ilə manatla tutulmalıdır. Tələb qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. İddia tələbi borcun əvəzinin “X13 ” MMC-nin mülkiyyətindəki iddia ərizəsinə əlavə edilmiş 4-BİZG5Z2-2-0-3-18 (G) saylı, xx.xx.2018-ci il tarixli Sonrakı Girov müqaviləsinə 1 saylı Əlavədə göstərilən avadanlıqlara yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən: “Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.” Məhkəmə, tələbin ipotekaya qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidərsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. İddia tələbi tutmanın ipoteka predmeti olan “X13“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlak kompleksi kimi müəssisənin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməli və həmin əmlak kompleksinin ilkin satış qiyməti 2.000.000 (iki milyon) manat müəyyən edilməlidir. İddia tələbi tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməli və həmin mənzilin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat müəyyən edilməlidir. İddia tələbi tutmanın Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASCyə ödənilməsi hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməli və həmin mənzilin ilkin satış qiyməti 77.000 (yetmiş yeddi min) manat müəyyən edilməlidir. İddia tələbi tutmanın Cavabdeh6 məxsusi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməli və həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 390.000 (üç yüz doxsan min) manat müəyyən edilməlidir. İddia tələbi tutmanın Cavabdeh5 məxsus ünvan 8 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin torpaq sahəsi və üzərindəki əmlak komleksi kimi müəssisənin açıq hərracdan satılması və borcun ünvan 9 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASCyə ödənilməsi hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməli və həmin həmin torpaq sahəsi və üzərindəki əmlak komleksi kimi müəssisənin ilkin satış qiyməti 1.110.000 (bir milyon yüz on min) manat müəyyən edilməlidir. İddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, bu, icra məsələsi olaraq müvafiq qanunvericilikdə nəzərdə tutulduğu üçün tələbi həmin hissədə təmin etməyə zərurət yoxdur. İddia tələbi “X13“ MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin satıldıqdan 1 ay sonra boşaldılması və Banka təhvil verilməsi hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməlidir. İddia tələbi Cavabdeh5 məxsus olan ünvan 9 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisənin boşaldılması və Banka təhvil verilməsi hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməlidir. İddia tələbinin Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1, X4 və X8 Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66 A nömrəli evin 21 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X1, X4 və X8 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh6, həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6 və digər şəxslərin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədərt ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi hissələri ilə bağlı məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satıldıqdan, münasibətlərə yeni mülkiyyətçi daxil olduqdan sonra, yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı bankın, yəni ipoteka saxlayanın belə tələblə məhkəməyə müraciət etmək hüququ yoxdur. Ona görə də, hazırkı iş üzrə ipoteka predmeti olan mənzillərə və fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi qeyd olunan səbəbə görə əsassız olduğu üçün təmin edilməməlidir. Öz növbəsində, hazırkı iş üzrə ipoteka predmeti olan mənzillərə və fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi təmin edilmədiyinə görə iddia tələbində göstərilən şəxslərin qeyd olunan mənzillərdən və ya fərdi yaşayış evindən çıxarılmaları, onların boşaldılması və Banka təhvil verilməsi tələbləri də təmin oluna bilməz. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddənin tələblərinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 445.7-cimaddəsinin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli,“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin yönəldilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə görə ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca ivra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsidə daxil olmaqla tam həcmdə təmin edilir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutmaya yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" İKB ASC (hazırkı adı İddiaçı ASC) ilə “X13” MMC arasında 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 nömrəli Baş kredit müqaviləsi imzalanmış və həmin müqavilənin ayrılmaz tərkib hissələri hesab edilən Kreditorla bağlanılacaq ayrıca razılaşmalar üzrə verilməsi üçün Borcalana, yəni “X13“ MMC-yə "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 36%-dən çox olmamaqla 60 ay müddətinə 5.457.000 (beş milyon dörd yüz əlli yeddi min) manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanılmış 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2- 0-3-18(1) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC illik 9%-lə 49 ay müddətinə 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində, 2018-ci il 07 sentyabr tarixli 4- BİZG5Z2-2-0-3-18(2) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC illik 14%-lə 49 ay müddətinə 2.757.000 (iki milyon yeddi yüz əlli yeddi min) manat məbləğində, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18(3) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC illik 14,77%-lə 36 ay müddətinə 500.000 (beş yüz min) manat məbləğində, 2019-cu il 29 aprel tarixli 4-BİZG5Z2-2-0-3-18(4) №-li kredit verilməsinə dair razılaşmaya əsasən “X13” MMC illik 5,5%-lə 12 ay müddətinə 300.000 (üç yüz min) ABŞ dolları məbləğində “Nikoyl İKB“ ASC-dən kredit götürmüşdür. Müəyyən müddət keçdikdən sonra “X13” MMC qeyd edilən razılaşmalar üzrə tərtib edilmiş ödəniş cədvəllərinə əməl etməyərək, götürdüyü kredit borclarının qaytarılması üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tərəflər arasında razılaşmalara edilən əlavə sazişlərə əsasən kreditlərin qalıq borc məbləğləri kapitallaşdırılmaqla faizlərdə dəyişikliklər edilmiş, vaxt güzəştləri müəyyən olunmuş, lakin bütün bunlara, həmçinin edilmiş xəbərdarlıqlara baxmayaraq, Borcalan öhdəliklərini yerinə yetriməməyə davam etmiş və bununla da Baş kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Nəticədə, Kreditor İddiaçı ASC hazırkı tələblərlə, o cümlədən Baş kredit müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC) Baş kredit müqaviləsinin ləğvini, verdiyi kreditləri, həmin kreditlərə hesablanmış faizləri, cəriməni, əldən çıxmış faydanı və həmin kreditlərin əvəzinin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilərək, “X13 “ MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli Baş kredit müqaviləsi ləğv edilməli; Cavabdehlər “X13“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçıASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752.224,29 (yeddi yüz əlli iki min iki yüz iyirmi dörd ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 109.072,52 (yüz doqquz min yetmiş iki ABŞ dolları əlli iki sent) ABŞ dolları məbləğində faiz borcu, 80.000 (səksən min) ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə 941.297 (doqquz yüz qırx bir min iki yüz doxsan yeddi) ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə üzrə manatla, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 (iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat məbləğində əsas borc, 608.126,55 (altı yüz səkkiz min yüz iyirmi altı manat əlli beş qəpik) manat məbləğində faiz borcu, 230.000 (iki yüz otuz min) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 3.127.185 (üç milyon yüz iyirmi yeddi min yüz səksən beş) manat məbləğində borc, 2018ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 (beş yüz on iki min üç yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində əsas borc, 136.110,29 (yüz otuz altı min yüz on manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, 50.000 (əlli min) manat məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17.574,4 (on yeddi min beş yüz yetmiş dörd manat qırx qəpik) manat məbləğində borc olmaqla, ümumilikdə 716.020,52 (yeddi yüz on altı min iyirmi manat əlli iki qəpik) manat məbləğində borc, 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2- 0-3-18 (4) saylı kredit müqaviləsi üzrə 40.000 (qırx min ABŞ dolları) ABŞ dolları məbləğində əsas borc, 3587,30 (üç min beş yüz səksən yeddi ABŞ dolları otuz sent) ABŞ dolları məbləğində faiz borcu, 5.000 (beş min) ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 14.765,4 (on dörd min yeddi yüz altmış beş ABŞ dolları qırx sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 63.353 (altmış üç min üç yüz əlli üç) ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə üzrə manatla tutulmalı; Tutma “X13” MMC-nin mülkiyyətindəki iddia ərizəsinə əlavə edilmiş 4- BİZG5Z2-2-0- 3-18 (G) saylı, xx.xx.2018-ci il tarixli Sonrakı Girov müqaviləsinə 1 saylı Əlavədə göstərilən girov predmeti olan avadanlıqlara yönəldilməli və həmin avadanlıqlar açıq hərracdan satılmalı və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməli; Tutma ipoteka predmeti olan “X13“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməli, həmin əmlak kompleksi kimi müəssisə açıq hərracdan satılmalı və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməli; İpoteka predmeti olan “X13“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 2.000 000 (iki milyon manat) müəyyən edilməli; Tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməli; İpoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mkr ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin satış qiyməti 65.000 (altmış beş min) manat müəyyən edilməli; Tutma ipoteka predmeti olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməli; İpoteka predmeti olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin satış qiyməti 77.000 (yetmiş yeddi min) manat müəyyən edilməli; Tutma ipoteka predmeti olan Cavabdeh6 məxsusi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməli; İpoteka predmeti olan Cavabdeh6 məxsusi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin satış qiyməti 390.000 (üç yüz doxsan min) manat müəyyən edilməli; Tutma ipoteka predmeti olan Cavabdeh5 məxsus ünvan 13 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilməli, həmin torpaq sahəsi və üzərindəki əmlak komleksi kimi müəssisə açıq hərracdan satılmalı və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməli; İpoteka predmeti olan Cavabdeh5 məxsus ünvan 13 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin satış qiyməti 1.110.000 (bir milyon yüz on min) manat müəyyən edilməli; “X13“ MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisə boşaldılmalı və Banka təhvil verilməli; Cavabdeh5 məxsus olan ünvan 9 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisə satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisə boşaldılmalı və Banka təhvil verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MM-nin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı ASC-nin cavabdehlər “X13” MMC-yə, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, X2, X5, X9 və Cavabdeh5 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. “X13 “ MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli Baş kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər “X13“ MMC-dən, Cavabdeh4 və Cavabdeh3 İddiaçıASC-nin xeyrinə 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (1) saylı kredit müqaviləsi üzrə banka 752.224,29 (yeddi yüz əlli iki min iki yüz iyirmi dörd ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 109.072,52 (yüz doqquz min yetmiş iki ABŞ dolları əlli iki sent) ABŞ dolları məbləğində faiz borcu, 80.000 (səksən min) ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə 941.297 (doqquz yüz qırx bir min iki yüz doxsan yeddi) ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə üzrə manatla, 2018-ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (2) saylı kredit müqaviləsi üzrə banka 2.289.058,54 (iki milyon iki yüz səksən doqquz min əlli səkkiz manat əlli dörd qəpik) manat məbləğində əsas borc, 608.126,55 (altı yüz səkkiz min yüz iyirmi altı manat əlli beş qəpik) manat məbləğində faiz borcu, 230.000 (iki yüz otuz min) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 3.127.185 (üç milyon yüz iyirmi yeddi min yüz səksən beş) manat məbləğində borc, 2018ci il 07 sentyabr tarixli 4-BİZG5Z2-2-0-3-18 (3) saylı kredit müqaviləsi üzrə banka 512.334,83 (beş yüz on iki min üç yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində əsas borc, 136.110,29 (yüz otuz altı min yüz on manat iyirmi doqquz qəpik) manat məbləğində faiz borcu, 50.000 (əlli min) manat məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17.574,4 (on yeddi min beş yüz yetmiş dörd manat qırx qəpik) manat məbləğində borc olmaqla, ümumilikdə 716.020,52 (yeddi yüz on altı min iyirmi manat əlli iki qəpik) manat məbləğində borc, 2019-ci il 29 aprel tarixli 4-BİZG5Z2-2- 0-3-18 (4) saylı kredit müqaviləsi üzrə 40.000 (qırx min ABŞ dolları) ABŞ dolları məbləğində əsas borc, 3587,30 (üç min beş yüz səksən yeddi ABŞ dolları otuz sent) ABŞ dolları məbləğində faiz borcu, 5.000 (beş min) ABŞ dolları məbləğində cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 14.765,4 (on dörd min yeddi yüz altmış beş ABŞ dolları qırx sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 63.353 (altmış üç min üç yüz əlli üç) ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə üzrə manatla tutulsun; Tutma “X13” MMC-nin mülkiyyətindəki iddia ərizəsinə əlavə edilmiş 4- BİZG5Z2-2-0- 3-18 (G) saylı, xx.xx.2018-ci il tarixli Sonrakı Girov müqaviləsinə 1 saylı Əlavədə göstərilən girov predmeti olan avadanlıqlara yönəldilsin və həmin avadanlıqlar açıq hərracdan satılsın və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilsin; Tutma ipoteka predmeti olan “X13“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilsin, həmin əmlak kompleksi kimi müəssisə açıq hərracdan satılsın və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilsin; İpoteka predmeti olan “X13“ MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 2.000 000 (iki milyon manat) müəyyən edilsin; Tutma ipoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilsin; İpoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 10-cu mkr ünvanında yerləşən, 68.3 kv.m ümumi sahədən ibarət 66A nömrəli evin 21 nömrəli mənzilinin satış qiyməti 65.000 (altmış beş min) manat müəyyən edilsin; Tutma ipoteka predmeti olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilsin; İpoteka predmeti olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 112.6 kv.m ümumi sahədən ibarət 9 nömrəli evin, 22 nömrəli mənzilinin satış qiyməti 77.000 (yetmiş yeddi min) manat müəyyən edilsin; Tutma ipoteka predmeti olan Cavabdeh6 məxsusi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərracdan satılsın və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilsin; İpoteka predmeti olan Cavabdeh6 məxsusi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 105 ünvanında yerləşən, 599.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin satış qiyməti 390.000 (üç yüz doxsan min) manat müəyyən edilsin; Tutma ipoteka predmeti olan Cavabdeh5 məxsus ünvan 13 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisəyə yönəldilsin, həmin torpaq sahəsi və üzərindəki əmlak komleksi kimi müəssisə açıq hərracdan satılsın və əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəldilsin; İpoteka predmeti olan Cavabdeh5 məxsus ünvan 13 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisənin satış qiyməti 1.110.000 (bir milyon yüz on min) manat müəyyən edilsin; “X13“ MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən, 7492.8 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisə boşaldılsın və Banka təhvil verilsin; Cavabdeh5 məxsus olan ünvan 9 ünvanında yerləşən 0.2857 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisə satıldıqdan 1 ay sonra həmin əmlak kompleksi kimi müəssisə boşaldılsın və Banka təhvil verilsin; İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərclərinin 10%- iddiaçıya, 90%-i cavabdehlərə aid edilsin. Məhkəmə xərcini təşkil edən 30 manat ödənilmiş dövlət rüsumunun 3 manatı iddiaçıya 27 manatı cavabdehlərə aid edisin, cavabdehlərdən müştərək qaydada 27 manat pul tutularaq, iddiaçıya verilsin. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun 4 manatı manatı iddiaçıya 36 manatı cavabdehlərə aid edisin, cavabdehlərdən müştərək qaydada 36 manat pul tutularaq, iddiaçıya verilsin. İddiaçı tərəfindən 80 manat xidmət haqqının 8 manatı iddiaçıya 72 manatı cavabdehlərə aid edisin, cavabdehlərdən müştərək qaydada 72 manat pul tutularaq, iddiaçıya verilsin. Məhkəmə xərcini təşkil edən əmlakların qiymətləndirilməsi ilə bağlı məhkəməəmtəəşünaslıq ekspertizası üzrə ödəniləsi 2300 manatın 230 manatı iddiaçıya, 2070 manatı cavabdehlərə aid edisin, iddiaçıdan 230 manat, cavabdehlərdən müştərək qaydada 2070 manat pul tutularaq, "xxxx" MMC Qiymətləndirmə şirkətinin hesabına ödənilsin. Məhkəmə xərcini təşkil edən məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə cəmi 350 manatın 35 manatı iddiaçıya, 315 manatı cavabdehlərə aid edisin, iddiaçıdan 35 manat, cavabdehlərdən müştərək qaydada 315 manat pul tutularaq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Xəqani Tağıyev