Məhkəmə qərarları › İş №e-2-2(119)-10/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-10/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-10/2025 23.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi üzrə 4000 (dörd min) manat məbləğində əsas borc, 2825,28 (iki min səkkiz yüz iyirmi beş manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 6825,28 (altı min səkkiz yüz iyirmi beş manat iyirmi səkkiz qəpik) manat məbləğində borcun, 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsi üzrə 2000 (iki min) manat məbləğində əsas borc, 1431,14 (min dörd yüz otuz bir manat on dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3431,14 (üç min dörd yüz otuz bir manat on dörd qəpik) manat məbləğində borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 10256,42 (on min iki yüz əlli altı manat qırx iki qəpik) manat məbləğində borcun iddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, cavabdeh X5 məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi X4, Cavabdeh4, X2, X3 və Cavabdeh5 paylı mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin birlikdə ilkin satış qiymətinin 16000 (on altı min) manat məbləğində müəyyən edilməsi, tələbi ipoteka qoyulmuş əmlaka yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 10256,42 (on min iki yüz əlli altı manat qırx iki qəpik) manat məbləğində borcun və 200 (iki yüz) manat məbləğində ödənilmiş mediasiya xərcinin "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə Cavabdeh4 arasında bağlanmış 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 30 ay müddətinə illik 21%lə heyvandarlığın inkişafı məqsədilə 4000 (dörd min) manat və 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsinə əsasən 28 ay müddətinə illik 21%-lə heyvandarlığın inkişafı məqsədilə 2000 (iki min) manat olmaqla, cəmi 6000 (altı min) manat məbləğində kredit verilmişdir. 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 15 mart 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən X5 məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evi, habelə onun və onun ailə üzvləri Cavabdeh4, X2, X3 və Cavabdeh5 paylı mülkiyyətində olan 0,07 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı Səhmdar Kredit Təşkilatının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh4 ilə bağlanmış kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. İpoteka müqaviləsinin 3-cü bəndinə görə tərəflər arasında tərtib olunmuş 16 fevral 2018-ci il tarixli qiymətləndirmə aktına əsasən ipoteka predmetinin razılaşdırılmış dəyəri 16000 (on altı min) manat müəyyən edilir. Cavabdeh4 tərəfindən xx.xx.2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi üzrə 4000 (dörd min) manat əsas borc, 2825,28 (iki min səkkiz yüz iyirmi beş manat iyirmi səkkiz qəpik) manat faiz borcu və xx.xx.2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsi üzrə 2000 (iki min) manat əsas borc, 1431,14 (min dörd yüz otuz bir manat on dörd qəpik) manat faiz borcu ödənilməmişdir. Borcun ödənilməsi barədə Cavabdeh4 müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Qeyd olunmalıdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərci nağdsız qaydada ödəmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən İddiaçı Səhmdar Kredit Təşkilatı ilə borcalan Cavabdeh4 arasında bağlanılmış 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsinin 1-ci bəndinə əsasən borcverən borcalana pul vəsaitinin borc verilməsini, borcalan isə alınmış vəsaitin və hesablanmış faizin ödənilməsini öz öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən İddiaçı Səhmdar Kredit Təşkilatı tərəfindən Cavabdeh4 illik faiz dərəcəsi 21 % olmaqla 30 ay müddətinə heyvandarlıq məqsədi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi üzrə tərtib olunmuş ödəniş cədvəlində borcalan Cavabdeh4 banka olan borcunun son ödəniş tarixi 30 sentyabr 2020-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəli borcalan Cavabdeh4 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh4 arasında bağlanılmış 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsinə əlavə 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsinin 1-ci bəndinə əsasən borcverən borcalana pul vəsaitinin borc verilməsini, borcalan isə alınmış vəsaitin və hesablanmış faizin ödənilməsini öz öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən İddiaçı Səhmdar Kredit Təşkilatı tərəfindən Cavabdeh4 illik faiz dərəcəsi 21 % olmaqla 28 ay müddətinə heyvandarlıq məqsədi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsinə əlavə 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsi üzrə tərtib olunmuş ödəniş cədvəlində borcalan Cavabdeh4 banka olan borcunun son ödəniş tarixi 28 noyabr 2020-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəli borcalan Cavabdeh4 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan ipoteka saxlayan - İddiaçı Səhmdar Kredit Təşkilatı ilə ipoteka qoyan - borcalan Cavabdeh4 və ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 arasında bağlanmış 15 mart 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən kredit (faizlə) qaytarılana qədər 23 fevral 2018-ci il tarixində bağlanmış 000451 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ünvan 1ində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 61.6 kvadrat metr, yaşayış sahəsi 50.6 kvadrat metr, yardımçı sahəsi 11 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən tərəflər arasında tərtib olunmuş 16 fevral 2018-ci il tarixli qiymətləndirmə aktına əsasən ipoteka predmetinin razılaşdırılmış dəyəri 16000 (on altı min) manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.07 ha torpaq sahəsi Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 paylı və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 61.6 kvadrat metr olan fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 0.07 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 61.6 kvadrat metr olan fərdi yaşayış evi İddiaçı Səhmdar Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan 14 iyun 2021-ci il tarixli 261 və 262 nömrəli bildirişlərdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh4 01 iyun 2021-ci il tarixə 6000 manat əsas borc, 3791,98 manat faiz borcu olmaqla, cəmi 9791,98 manat borcun 10 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli 153 nömrəli məktubdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edərək, borcalan əsas kredit borcunu və ona hesablanmış faiz borcunu tam ödəmədiyinə görə girov qoyulmuş əmlakla bağlı ipoteka bildirişinin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 13 aprel 2023-cü il tarixli məktubundan görünür ki, paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilmiş tutma barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh4 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi üzrə 01 oktyabr 2021-ci il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına 4000 manat məbləğində əsas borcu, 2825,28 manat məbləğində faiz borcu olmaqla, cəmi 6825,28 manat məbləğində borcu, 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsi üzrə 01 oktyabr 2021-ci il tarixə 2000 manat məbləğində əsas borcu, 1431,14 manat məbləğində faiz borcu olmaqla, cəmi 3431,14 manat məbləğində borcu, hər iki müqavilə üzrə ümumilikdə 10256,42 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 26 avqust 2025-ci il tarixli 9/2664 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh4 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 4000 manat əsas borcu, 2125,67 manat faiz borcu, xx.xx.2021-ci il tarixə 4000 manat əsas borcu, 2125,67 manat faiz borcu, 200,56 manat illik 5%-lə hesablanan borc, xx.xx.2025-ci il tarixə 4000 manat əsas borcu, 2125,67 manat faiz borcu, 653,33 manat illik 5%-lə hesablanan borcu müəyyən olunur. Həmin ekspert rəyinə əsasən Cavabdeh4 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 2000 manat əsas borcu, 1004,5 manat faiz borcu, xx.xx.2021-ci il tarixə 2000 manat əsas borcu, 1004,5 manat faiz borcu, 84,28 manat illik 5%-lə hesablanan borcu, xx.xx.2025-ci il tarixə 2000 manat əsas borcu, 1004,5 manat faiz borcu, 326,67 manat illik 5%-lə hesablanan borcu müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 23 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/8605-9/8982 nömrəli ekspert rəyində göstərilir ki, Xızı rayonu Tıxlı kəndində yerləşən 0.07 ha torpaq sahəsinin və 61.6 kvadrat metr fərdi yaşayış evinin birlikdə qiyməti 36962,8 manat, likvid qiyməti 10 % azalma tətbiq edilməklə təqribən 33266,52 manat manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh4 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsini və 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsinə əlavə 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməli olan əsas borcunu və faiz borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıdan aldığı krediti müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi üzrə 4000 (dörd min) manat məbləğində əsas borcun və 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsinə əlavə 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsi üzrə 2000 (iki min) manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, sözügedən kredit müqavilələri üzrə müvafiq olaraq 4000 (dörd min) manat məbləğində və 2000 (iki min) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi və 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsinə əlavə 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 26 avqust 2025-ci il tarixli 9/2664 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalıdır. Belə ki, iddia ərizəsində tələb edilən 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi üzrə 2825,28 (iki min səkkiz yüz iyirmi beş manat iyirmi səkkiz qəpik) manat faiz borcu və 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsi üzrə 1431,14 (min dörd yüz otuz bir manat on dörd qəpik) manat məbləğində faiz borcu 26 avqust 2025ci il tarixli 9/2664 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Həmin ekspert rəyində Cavabdeh4 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına 2125,67 (iki min yüz iyirmi beş manat altmış yeddi qəpik) manat faiz borcunun və 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsinə əlavə 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixə 1004,5 (min dörd manat əlli qəpik) manat faiz borcunun qaldığı qeyd olunmuşdur. Buna görə iddia həmin hissədə qismən təmin edilməli, 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi üzrə 2125,67 (iki min yüz iyirmi beş manat altmış yeddi qəpik) manat məbləğində faiz bоrcu və 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsinə əlavə 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsi üzrə 1004,5 (min dörd manat əlli qəpik) manat məbləğində faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə borcunyönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə borcunyönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, ipoteka saxlayan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə ipoteka qoyan - borcalan Cavabdeh4 və ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış 15 mart 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Xızı rayonu Tıxlı kəndində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 61.6 kvadrat metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 paylı mülkiyyətində olan 0.07 ha torpaq sahəsi 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan Xızı rayonu ,Tıxlı kəndində yerləşən 0.07 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 61.6 kvadrat metr olan fərdi yaşayış evinin likvid qiyməti müəyyən edilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 23 noyabr 2024-cü il tarixli 3-16-16/2- 10/8605-9/8982 nömrəli ekspert rəyi nəzərə alınaraq, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 33266,52 (otuz üç min iki yüz altmış altı manat əlli iki qəpik) manat müəyyən edilməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 26 avqust 2022-ci il tarixli xx-xx/2022-19488 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеh Cavabdeh4 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi üzrə 4000 (dörd min) manat məbləğində əsas borc, 2125,67 (iki min yüz iyirmi beş manat altmış yeddi qəpik) manat faiz borcu, 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsinə əlavə 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsi üzrə 2000 (iki min) manat məbləğində əsas borc, 1004,5 (min dörd manat əlli qəpik) manat məbləğində faiz bоrcu və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 9330,17 (doqquz min üç yüz otuz manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı, cavabdеh Cavabdeh4 tutulmalı olan 9330,17 (doqquz min üç yüz otuz manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1ində yerləşən 0.07 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 61.6 kvadrat metr olan fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan 9330,17 (doqquz min üç yüz otuz manat on yeddi qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan ünvan 1ində yerləşən 0.07 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 61.6 kvadrat metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 33266,52 (otuz üç min iki yüz altmış altı manat əlli iki qəpik) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 111,3 (yüz on bir manat otuz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh4 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsi üzrə 4000 (dörd min) manat məbləğində əsas borc, 2125,67 (iki min yüz iyirmi beş manat altmış yeddi qəpik) manat faiz borcu, 23 fevral 2018-ci il tarixli 000451 nömrəli kredit müqaviləsinə əlavə 09 iyul 2018-ci il tarixli 000474 nömrəli kredit müqaviləsi üzrə 2000 (iki min) manat məbləğində əsas borc, 1004,5 (min dörd manat əlli qəpik) manat məbləğində faiz bоrcu və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 9330,17 (doqquz min üç yüz otuz manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Cavabdеh Cavabdeh4 tutulmalı olan 9330,17 (doqquz min üç yüz otuz manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1ində yerləşən 0.07 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 61.6 kvadrat metr olan fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan 9330,17 (doqquz min üç yüz otuz manat on yeddi qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan ünvan 1ində yerləşən 0.07 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 61.6 kvadrat metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 33266,52 (otuz üç min iki yüz altmış altı manat əlli iki qəpik) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdеhlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 111,3 (yüz on bir manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar