Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-100/2025 28.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin xitam edilməsi, icarə obyektinin boşaldılaraq təhvil verilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin xitam edilməsi, icarə obyektinin boşaldılaraq təhvil verilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 28 yanvar 2025-ci il tarixdə İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edilərək Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək cəmiyyətə olan 2006 (iki min altı) manat borcunu ödədiyi, tərəflər arasında olan razılığa əsasən "icarə müqaviləsinə xitam verilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və icarəçiyə təhvil verilməsi" tələbindən imtina edildiyi, cavabdehdən 2018-ci il tarixdən 2022-ci il tarixədək yaranmış borcun tələb olunmadığı qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. 28 yanvar 2025-ci il tarixdə Cavabdeh nümayəndəsi vəkil Nümayəndə1 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edilərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiklərini və işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirmişdir. İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh oğluna qarşı verilmiş “icarə müqaviləsinin xitam edilməsi, icarə obyektinin boşaldılaraq təhvil verilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizə təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “icarə müqaviləsinin xitam edilməsi, icarə obyektinin boşaldılaraq təhvil verilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-100/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-100/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver