Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1004/2024 05.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 28 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 126,67 manat əsas bоrcun, 116,31 manat faiz bоrcunun və 46,21 manat cərimənin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 21 dekabr 2021-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 2726,17 manat əsas bоrcun, 470,12 manat faiz bоrcunun və 195,69 manat cərimənin və 15 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 417,83 manat əsas bоrcun, 93,13 manat faiz bоrcunun və 28,74 manat cərimənin və 62,21 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəznin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tam təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən də Cavabdeh2 – “Kredit alan” olmaqla bağlanmış 09 iyun 2021-ci il tarixli 011L**********89 nömrəli Uzunmüddətli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alan Cavabdeh2 (VÖEN **********) 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə», «Akkreditiv açılması üçün razılaşma» və «Bank hesabının kreaitləşmasi barədə razılaşma» formasında bağlanacaq ayrıca Razılaşmalar (bundan sonra «Kredit Razılaşmaları») əsasında veriləcəkdir. X1 kredit vermək vədini ifadə etmir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu Müqavilə və kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay 09 iyun 2031-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli 011S**********02 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh3 – “Zamin” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh3 zamin olaraq kredit alan Cavabdeh2 09 iyun 2021-ci il tarixli 011L**********89 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi (bundan sonra «Uzunmüddətli Kredit Müqaviləsi») və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə», «Akkreditiv açılması üçün razılaşma» və «Bank hesabının kreditləşdirilməsi barədə razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar (bundan sonra «Razılaşmalar») əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Kredit alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən Cavabdeh2 – “Kredit alan” olmaqla bağlanmış 28 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsinə əsasən təyinatı (məqsədi) “fərdi mikro kredit” olaraq, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh2 (VÖEN **********) 12 ay müddətinə aylıq 2,1667 % dərəcəsi ilə 1190 (min yüz doxsan) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit alan Cavabdeh2 Banka olan borcunu müvafiq ödəniş planına (ödəniş cədvəlinə) əsasən 28 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə son ödəniş tarixi 03 noyabr 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli 011G**********01 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh1 – “Zamin” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 zamin olaraq kredit alan Cavabdeh2 28 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Kredit alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 14 mart 2024-cü il tarixli OUT-2024/03/14-37 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh2 28 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə 14 mart 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 126,67 manat məbləğində əsas bоrc, 116,31 manat məbləğində faiz borcu və 46,21 manat məbləğində cərimə оlmaqla, cəmi 289,19 (iki yüz səksən doqquz manat 19 qəpik) manat məbləğində borcu vardır və həmin kredit müqaviləsi üzrə gecikmə 377 gün təşkil edir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən Cavabdeh2 – “Kredit alan” olmaqla bağlanmış 21 dekabr 2021-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsinə əsasən təyinatı (məqsədi) “fərdi mikro kredit” olaraq, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh2 (VÖEN **********) 24 ay müddətinə aylıq 2,0833 % dərəcəsi ilə 5500 (beş min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit alan Cavabdeh2 Banka olan borcunu müvafiq ödəniş planına (ödəniş cədvəlinə) əsasən 21 dekabr 2021-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə son ödəniş tarixi 21 dekabr 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 14 mart 2024-cü il tarixli OUT-2024/03/14-32 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh2 21 dekabr 2021-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə 14 mart 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2726,17 manat məbləğində əsas bоrc, 470,12 manat məbləğində faiz borcu və 195,69 manat məbləğində cərimə оlmaqla, cəmi 3391,98 (üç min üç yüz doxsan bir manat 98 qəpik) manat məbləğində borcu vardır və həmin kredit müqaviləsi üzrə gecikmə 387 gün təşkil edir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank” və digər tərəfdən Cavabdeh2 – “Kredit alan” olmaqla bağlanmış 15 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsinə əsasən təyinatı (məqsədi) “fərdi mikro kredit” olaraq, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh2 (VÖEN **********) 12 ay müddətinə aylıq 2,1667 % dərəcəsi ilə 1000 (min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit alan Cavabdeh2 Banka olan borcunu müvafiq ödəniş planına (ödəniş cədvəlinə) əsasən 15 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə son ödəniş tarixi 17 iyul 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 14 mart 2024-cü il tarixli OUT-2024/03/14-33 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh2 15 iyul 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə 14 mart 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 417,83 manat məbləğində əsas bоrc, 93,13 manat məbləğində faiz borcu və 28,74 manat məbləğində cərimə оlmaqla, cəmi 539,7 (beş yüz otuz doqquz manat 70 qəpik) manat məbləğində borcu vardır və həmin kredit müqaviləsi üzrə gecikmə 365 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh2 (VÖEN **********) 09 iyun 2021-ci il tarixli 011L**********89 nömrəli Uzunmüddətli Kredit Müqaviləsini, 28 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli, 21 dekabr 2021-ci il tarixli 011A********** nömrəli və 15 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqavilələrini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək, kredit verən "xxxx" QSC-yə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı kreditləri müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Kredit alan Cavabdeh2 kredit müqavilələri üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlər Cavabdeh1 və Cavabdeh3 da müvafiq müqavilələr üzrə borcverən Bank qarşısında öhdəlikləri yaranmışlar. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunarkən 62,31 (altmış iki manat 31 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 28 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 126,67 manat əsas bоrcun, 116,31 manat faiz bоrcun və 46,21 manat cərimənin və eləcə də, cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh3 isə müştərək qaydada 21 dekabr 2021-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 2726,17 manat əsas bоrcun, 470,12 manat faiz bоrcun və 195,69 manat cərimənin və 15 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 417,83 manat əsas bоrc, 93,13 manat faiz bоrcu və 28,74 manat cərimənin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 28 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 126,67 manat əsas bоrc, 116,31 manat faiz bоrcu və 46,21 manat cərimə, cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh3 müştərək qaydada 21 dekabr 2021-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 2726,17 manat əsas bоrc, 470,12 manat faiz bоrcu və 195,69 manat cərimə, 15 iyul 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 417,83 manat əsas bоrc, 93,13 manat faiz bоrcu və 28,74 manat cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfin “62,21 (altmış iki manat 21 qəpik) manat məbləğində rüsumun tutulması” barədə iddia tələbinə əsasən ödənilmiş 62,21 (altmış iki manat 21 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh3 müştərək qaydada 21 dekabr 2021-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 2726,17 (iki min yeddi yüz iyirmi altı manat 17 qəpik) manat əsas bоrc, 470,12 (dörd yüz yetmiş manat 12 qəpik) manat faiz bоrcu və 195,69 (yüz doxsan beş manat 69 qəpik) manat cərimə, 15 iyul 2022ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 417,83 (dörd yüz on yeddi manat 83 qəpik) manat əsas bоrc, 93,13 (doxsan üç manat 13 qəpik) manat faiz bоrcu və 28,74 (iyirmi səkkiz manat 74 qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 3931,68 (üç min doqquz yüz otuz bir manat 68 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 28 oktyabr 2022-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsi üzrə 126,67 (yüz iyirmi altı manat 67 qəpik) manat əsas bоrc, 116,31 (yüz on altı manat 31 qəpik) manat faiz bоrcu və 46,21 (qırx altı manat 21 qəpik) manat cərimə olmaqla, cəmi 289,19 (iki yüz səksən doqquz manat 19 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 62,21 (altmış iki manat 21 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1004/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1004/2024
05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver