Məhkəmə qərarları › İş №e-2-2(119)-1020/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1020/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1020/2025 18.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3560,85 (üç min beş yüz altmış manat səksən beş qəpik) manat məbləğində əsas bоrc, 261,48 (iki yüz altmış bir manat qırx səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 71,85 (yetmiş bir manat səksən beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3894,18 (üç min səkkiz yüz doxsan dörd manat on səkkiz qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 58,95 (əlli səkkiz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması, tutmanın Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsinə və onun üzərindəki 121.8 kvadrat metr ümumi sahədən ibarət 65 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və 3894,18 (üç min səkkiz yüz doxsan dörd manat on səkkiz qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 58,95 (əlli səkkiz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli 017L**********63 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 28 oktyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 03 oktyabr 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 3939,15 manat ödəmiş, onun 3560,85 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12 fevral 2025-ci il tarixə 132 gün üçün hesablanmış faiz borcu 261,48 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. 12 fevral 2025-ci il tarixə 132 gün üçün hеsablanmış cərimə 71,85 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyan Cavabdeh1 və bank arasında bağlanılmış 28 oktyabr 2022ci il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsi və və onun üzərindəki 121.8 kv.m ümumi sahədən ibarət 65 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsi və üzərində yerləşən 121.8 kv.m ümumi sahədən ibarət 65 saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 12 fevral 2025-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə 18 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ərazi idarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. 18 sentyabr 2025-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3560,85 (üç min beş yüz altmış manat səksən beş qəpik) manat məbləğində əsas bоrc, 261,48 (iki yüz altmış bir manat qırx səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 71,85 (yetmiş bir manat səksən beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3894,18 (üç min səkkiz yüz doxsan dörd manat on səkkiz qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 58,95 (əlli səkkiz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 36 (otuz altı) manat məbləğində xidmət haqqının və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması, tutmanın Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsinə və onun üzərindəki 121.8 kvadrat metr ümumi sahədən ibarət 65 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və 3894,18 (üç min səkkiz yüz doxsan dörd manat on səkkiz qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 58,95 (əlli səkkiz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 36 (otuz altı) manat məbləğində xidmət haqqının və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 22 iyul 2025-ci il tarixli e-2-2(119)-1020/2025 nömrəli qərardadına əsasən kommersiya işi üzrə məhkəmə-əmtəəşünaslıq tədqiqatı ilə bağlı mütəxəssis rəyinin verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmış və mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində xidmət haqqı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin artırılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “kredit alan” və Cavabdeh2 – “zamin” arasında bağlanılmış 28 oktyabr 2022ci il tarixli 017L**********63 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 28 oktyabr 2022-ci il tarixli 017L**********63 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlanmış 28 oktyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 7500 (yeddi min beş yüz) manat olan biznes kreditini illik faiz dərəcəsi 24 % olmaqla 36 ay müddətinə kredit alana verir. İş materiallarında olan 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə tərtib olunmuş ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 03 noyabr 2025-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan-borcalan Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli 017M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən 28 oktyabr 2022-ci il tarixli 017L**********63 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsini və onun üzərindəki 121.8 kvadrat metr ümumi sahədən ibarət 65 saylı fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri- ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 60000 (altmış min) manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsi və onun üzərindəki 121.8 kvadrat metr ümumi sahədən ibarət 65 saylı fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsi və onun üzərindəki 65 saylı fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 28 oktyabr 2022-ci il tarixli 017L**********63 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi göstərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 12 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 28 oktyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 12 fevral 2025-ci il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 3560,85 manat məbləğində əsas borcu, 261,48 manat məbləğində faiz borcu və 71,85 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3894,18 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 22 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 28 oktyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 22 iyul 2025-ci il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 3410,85 manat məbləğində əsas borcu, 451,42 manat məbləğində faiz borcu və 185,38 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4047,65 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" tərəfindən verilmiş 21 avqust 2025-ci il tarixli 494/E nömrəli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin real bazar dəyəri 89126 (səksən doqquz min yüz iyirmi altı) manat, likvid dəyəri 80214 (səksən min iki yüz on dörd) manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh1 28 oktyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, Cavabdeh1 iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, həmin kredit razılaşması üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 22 iyul 2025-ci il tarixli maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, həmin maliyyə arayışında Cavabdeh1 28 oktyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 3410,85 (üç min dörd yüz on manat səksən beş qəpik) manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “3560,85 (üç min beş yüz altmış manat səksən beş qəpik) manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, 28 oktyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3410,85 (üç min dörd yüz on manat səksən beş qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin “261,48 (iki yüz altmış bir manat qırx səkkiz qəpik) manat məbləğində faiz bоrcunun və “71,85 (yetmiş bir manat səksən beş qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməli, 261,48 (iki yüz altmış bir manat qırx səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 71,85 (yetmiş bir manat səksən beş qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 28 oktyabr 2022-ci il tarixli 017L**********63 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zamin Cavabdeh2 bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan-borc alan Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli 017M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüquqi əsasında ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsini və onun üzərindəki 121.8 kvadrat metr ümumi sahədən ibarət 65 saylı fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsi və üzərində yerləşən 121.8 kvadrat metr ümumi sahədən ibarət 65 saylı fərdi yaşayış evinin likvid qiyməti müəyyən edilərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 avqust 2025-ci il tarixli 494/E nömrəli mütəxəssis rəyi nəzərə alınaraq ilkin satış (likvid) qiyməti 80214 (səksən min iki yüz on dörd) manat göstərilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “58,95 (əlli səkkiz manat doxsan beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 57,44 (əlli yeddi manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində qeyd edir ki, iş materiallarında olan 18 fevral 2025-ci il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan ödəniş sənədindən mütəxəssis rəyinin verilməsi üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 300 (üç yüz) manat məbləğində ödəniş həyata keçirildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3410,85 (üç min dörd yüz on manat səksən beş qəpik) manat məbləğində əsas bоrc, 261,48 (iki yüz altmış bir manat qırx səkkiz qəpik) manat məbləğində faiz borcu, 71,85 (yetmiş bir manat səksən beş qəpik) manat məbləğində cərimə, 57,44 (əlli yeddi manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı, mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 4152,62 (dörd min yüz əlli iki manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan cəmi 4152,62 (dörd min yüz əlli iki manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsinə və onun üzərindəki 121.8 kvadrat metr ümumi sahədən ibarət 65 saylı fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 4152,62 (dörd min yüz əlli iki manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti ödənilməli, ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsinin və onun üzərindəki 121.8 kvadrat metr ümumi sahədən ibarət 65 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 80214 (səksən min iki yüz on dörd) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3410,85 (üç min dörd yüz on manat səksən beş qəpik) manat məbləğində əsas bоrc, 261,48 (iki yüz altmış bir manat qırx səkkiz qəpik) manat məbləğində faiz borcu, 71,85 (yetmiş bir manat səksən beş qəpik) manat məbləğində cərimə, 57,44 (əlli yeddi manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı, mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 4152,62 (dörd min yüz əlli iki manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan cəmi 4152,62 (dörd min yüz əlli iki manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsinə və onun üzərindəki 121.8 kvadrat metr ümumi sahədən ibarət 65 saylı fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 4152,62 (dörd min yüz əlli iki manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti ödənilsin. İpoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Bayram küçəsində yerləşən 0.009 ha torpaq sahəsinin və onun üzərindəki 121.8 kvadrat metr ümumi sahədən ibarət 65 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 80214 (səksən min iki yüz on dörd) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar