Məhkəmə qərarları › İş №e-2-2(119)-1024/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1024/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1024/2024 16.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 5446,43 (beş min dörd yüz qırx altı manat qırx üç qəpik) manat məbləğində əsas bоrc, 720,98 (yeddi yüz iyirmi manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 376,40 (üç yüz yetmiş altı manat qırx qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 6543,81 (altı min beş yüz qırx üç manat səksən bir qəpik) manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 85,44 (səksən beş manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə xx.xx.2021-ci il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,9167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 006A**********S saylı, xx.xx.2023-cü il tarixli 006A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 4553,57 manat ödəniş etmiş və оnun iddiaçıya 5446,43 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün Cavabdeh4 xx.xx.2024-cü il tarixə 129 gün üçün hesablanmış faiz borcu 720,98 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 %-i məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 129 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 376,40 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. xx.xx.2022-ci il tarixli 006A**********S saylı, xx.xx.2023-cü il tarixli 006A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına edilmiş dəyişikliklər zaminlərlə razılaşdırılmış və buna dair tərəflər arasında müvafiq sazişlər bağlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 (VÖEN: **********) arasında bağlanmış 13 aprel 2021-ci il tarixli 006A********** nömrəli kredit müqaviləsinin 1-ci bəndinə görə bank məbləği 10000 (on min) manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 30 ay müddətidə kredit alana verir. Kredit alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin müqavilənin 4.2.3-cü bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan ödəniş planında borcalan Cavabdeh4 13 aprel 2021-ci il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə banka olan borcunun son ödəniş tarixi 15 aprel 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh4 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında 23 iyun 2022-ci il tarixli 006A**********S nömrəli sazişin 1-ci bəndinə əsasən kredit alan-Cavabdeh4 13 aprel 2021-ci il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 23 iyun 2022-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 23 iyun 2022-ci il tarixli ödəniş planında borcalan Cavabdeh4 13 aprel 2021-ci il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə banka olan borcunun son ödəniş tarixi 13 avqust 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh4 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında 12 may 2023-cü il tarixli 006A**********SA nömrəli sazişin 1-ci bəndinə əsasən kredit alan-Cavabdeh4 13 aprel 2021-ci il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 12 may 2023-cü il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 12 may 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh4 13 aprel 2021-ci il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə banka olan borcunun son ödəniş tarixi 13 may 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh4 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli 006G**********801 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun 13 aprel 2021-ci il tarixli 006A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli 006G**********802 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun 13 aprel 2021-ci il tarixli 006A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 13 may 2022-ci il tarixli 006G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən borclunun 13 aprel 2021-ci il tarixli 006A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 23 iyun 2022-ci il tarixli 006G**********801S nömrəli Sazişə əsasən 1-ci bəndinə əsasən 13 aprel 2021-ci il tarixli 006G**********801 nömrəli zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək kreditin müddəti 26 (iyirmi altı) ay müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanılmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 23 iyun 2022-ci il tarixli 006G**********802S nömrəli Sazişə əsasən 1-ci bəndinə əsasən 13 aprel 2021-ci il tarixli 006G**********802 nömrəli zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək kreditin müddəti 26 (iyirmi altı) ay müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 23 iyun 2022-ci il tarixli 006G**********01S nömrəli Sazişə əsasən 1-ci bəndinə əsasən 13 may 2022-ci il tarixli 006G**********01 nömrəli zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək kreditin müddəti 26 (iyirmi altı) ay müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 12 may 2023cü il tarixli 006G**********801SA nömrəli Sazişə əsasən 1-ci bəndinə əsasən 13 aprel 2021-ci il tarixli 006G**********801 nömrəli zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək kreditin müddəti 25 (iyirmi beş) ay müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanılmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 12 may 2023cü il tarixli 006G**********802SA nömrəli Sazişə əsasən 1-ci bəndinə əsasən 13 aprel 2021-ci il tarixli 006G**********802 nömrəli zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək kreditin müddəti 25 (iyirmi beş) ay müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanılmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 12 may 2023cü il tarixli 006G**********01SA nömrəli Sazişə əsasən 1-ci bəndinə əsasən 13 may 2022ci il tarixli 006G**********01 nömrəli zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək kreditin müddəti 25 ay müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə tədim edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh4 13 aprel 2021-ci il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə 22 yanvar 2024-cü il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 5446,43 (beş min dörd yüz qırx altı manat qırx üç qəpik) manat məbləğində əsas bоrc, 720,98 (yeddi yüz iyirmi manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 376,40 (üç yüz yetmiş altı manat qırx qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 6543,81 (altı min beş yüz qırx üç manat səksən bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 22 yanvar 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 13 aprel 2021-ci il tarixli kredit müqaviləsi üzrə 5446,43 (beş min dörd yüz qırx altı manat qırx üç qəpik) manat məbləğində əsas bоrc, 720,98 (yeddi yüz iyirmi manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 376,40 (üç yüz yetmiş altı manat qırx qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 6543,81 (altı min beş yüz qırx üç manat səksən bir qəpik) manat məbləğində borcu olduğu bildirilmiş, borcun 31 yanvar 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi, 20 yanvar 2024-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh4 13 aprel 2021-ci il tarixli 006A********** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, həmin kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə 5446,43 (beş min dörd yüz qırx altı manat qırx üç qəpik) manat məbləğində əsas bоrc və 720,98 (yeddi yüz iyirmi manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın “376,40 (üç yüz yetmiş altı manat qırx qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq kredit müqaviləsi üzrə 270 (iki yüz yetmiş) manat məbləğində cərimə tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 13 aprel 2021-ci il tarixli 006G**********801 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1, 13 aprel 2021-ci il tarixli 006G**********802 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 və 13 may 2022-ci il tarixli 006G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclunun 13 aprel 2021-ci il tarixli 006A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “ödənilmiş 85,44 (səksən beş manat qırx dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 84,37 (səksən dörd manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5446,43 (beş min dörd yüz qırx altı manat qırx üç qəpik) manat məbləğində əsas bоrc, 720,98 (yeddi yüz iyirmi manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu, 270 (iki yüz yetmiş) manat məbləğində cərimə və ödənilmiş 84,37 (səksən dörd manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6521,78 (altı min beş yüz iyirmi bir manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5446,43 (beş min dörd yüz qırx altı manat qırx üç qəpik) manat məbləğində əsas bоrc, 720,98 (yeddi yüz iyirmi manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcu, 270 (iki yüz yetmiş) manat məbləğində cərimə və ödənilmiş 84,37 (səksən dörd manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6521,78 (altı min beş yüz iyirmi bir manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar