Məhkəmə qərarları › İş №e-2-2(119)-1029/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1029/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1029/2023 28.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 06 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5279,91 (beş min iki yüz yetmiş doqquz manat doxsan bir qəpik) manat məbləğində əsas borcun, 365,2 (üç yüz altmış beş manat iyirmi qəpik) manat məbləğində faiz borcunun, 34,83 (otuz dörd manat səksən üç qəpik) manat məbləğində cərimənin və 105 (yüz beş) manat məbləğində ödənilmiş mediasiya xərcinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 06 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 22 faizlə 24 ay müddətinə 7500 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 06 aprel 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 05 may 2023-cü il tarixədək Cavabdeh3 banka 06 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5279,91 manat əsas borcu, 365,2 manat faiz borcu və 69,66 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5714,77 manat borcu vardır. Cavabdeh3 06 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 69,66 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 34,83 manat məbləğində tələb olunur. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “Etiraz” ərizəsi ünvanlayaraq işə iddia icraatı qaydasında onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli e-2-2(119)- 1029/2023 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 06 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 06 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 izahatlarında iddianı qəbul etdiklərini bildirmişlər. 27 sentyabr 2023-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər isə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 06 aprel 2022-ci il tarixli 11-MCR-1-441-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya (Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə 4 nömrəli əlavə) əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən aylıq faiz dərəcəsi 2,5 % olmaqla 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. - 06 aprel 2022-ci il tarixli 11-MCR-1-441-22/1 nömrəli kreditin verilməsinə dair razılaşmaya (Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə 5 nömrəli əlavə) əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aylıq faiz dərəcəsi 1,83%, FİFD 22 % olmaqla 24 ay müddətinə 7500 manat məbləğində kredit götürmüşdür. - 11-MCR-1-441-22/1 nömrəli kredit müqaviləsinə 06 aprel 2022-ci il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh3 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh3 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 06 aprel 2024-cü il müəyyən olunmuşdur. - 06 aprel 2022-ci il tarixli Z/05164/22 nömrəli zaminlik müqaviləsindən görünür ki, bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 05 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5279,91 manat məbləğində əsas borcu, 365,2 manat məbləğində faiz borcu və 69,66 manat məbləğində cərimə olmaqla, cəmi 5714,77 manat məbləğində borcu vardır. -03 iyul 2023-cü il tarixli, MŞS/MT030/2023-01200 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmiş, mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti 105 (yüz beş) manat məbləğində mediasiya ödənişini həyata keçirmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh3 kreditin verilməsinə dair razılaşmaya əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 aprel 2022-ci il tarixli 11-MCR-1-441-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 5279,91 (beş min iki yüz yetmiş doqquz manat doxsan bir qəpik) manat əsas borc, 365,2 (üç yüz altmış beş manat iyirmi qəpik) manat faiz borcu və 34,83 (otuz dörd manat səksən üç qəpik) manat cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 06 aprel 2022-ci il tarixli Z/05164/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 bankdan kredit götürmüş Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh2 münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5279,91 (beş min iki yüz yetmiş doqquz manat doxsan bir qəpik) manat məbləğində əsas bоrc, 365,2 (üç yüz altmış beş manat iyirmi qəpik) manat məbləğində faiz borcu və 34,83 (otuz dörd manat səksən üç qəpik) manat məbləğində cərimə tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etdiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 105 (yüz beş) manat məbləğində mediasiya xərcinin 52,5 (əlli iki manat əlli qəpik) manat hissəsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 76,80 (yetmiş altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasıya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasıya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5279,91 (beş min iki yüz yetmiş doqquz manat doxsan bir qəpik) manat məbləğində əsas bоrc, 365,2 (üç yüz altmış beş manat iyirmi qəpik) manat məbləğində faiz borcu, 34,83 (otuz dörd manat səksən üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 5679,94 (beş min altı yüz yetmiş doqquz manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 52,5 (əlli iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 76,80 (yetmiş altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar