Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-103/2024 04.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil4, cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 265233,93 (iki yüz altmış beş min iki yüz otuz üç ABŞ dolları doxsan üç sent) ABŞ dollarının ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 82076 (səksən iki min yetmiş altı) ABŞ dolları və 492000 (dörd yüz doxsan iki min) manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 169740 (yüz altmış doqquz min yeddi yüz qırx) manat pulun və 199,27 (yüz doxsan doqquz manat iyirmi yeddi qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil2 15 sentyabr 2024-cü il tarixdə məhkəməyə “iddia tələbinin artırılması barədə” ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 237900 (iki yüz otuz yeddi min doqquz yüz) ABŞ dollarının ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 92120,16 (doxsan iki min yüz iyirmi ABŞ dolları on altı sent) ABŞ dolları və 492000 (dörd yüz doxsan iki min) manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 190513,33 (bir yüz doxsan min beş yüz on üç manat otuz üç qəpik) manat pulun və 238 (iki yüz otuz səkkiz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28 noyabr 2024-cü il tarixdə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin adından Muxtar Mustafayev və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmış 28 noyabr 2024-cü il tarixli barışıq sazişini məhkəməyə təqdim etmiş və həmin barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil4 izahatında barışıq sazişinin 1-ci və 2-ci bəndlərində qeyd olunan borc məbləğinin cavabdehlər tərəfindən ödənildiyini bildirərək məhkəmədən barışıq sazişinin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş və bununla bağlı ərizə təqdim etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmədən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 28 noyabr 2024-cü il tarixdə iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdehlər arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. Həmin barışıq sazişi ilə iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aşağıdakı məzmunda və şərtlərlə razılığa gəlmişlər:
1. Cavabdeh1 və Cavabdeh2 öhdələrinə götürürlər ki, 29 noyabr 2024-cü il tarixədək 38170 (otuz səkkiz min yüz yetmiş) manat məbləğində pul vəsaitini “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödəyəcəklər. Bu öhdəliyin icrasına Cavabdeh1 və Cavabdeh2 birgə məsuliyyət daşıyırlar.
2. “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti öhdəsinə götürür ki, 38170 (otuz səkkiz min yüz yetmiş) manat məbləğində pul vəsaitinin 29 noyabr 2024-cü il tarixədək ödəniləcəyi (hesabına mədaxil edildiyi) təqdirdə e-2-2(119)-103/2024 saylı iş üzrə cavabdehlərə qarşı hər hansı tələbi qalmayacaq.
3. Tərəflər təsdiq edir ki, barışıq sazişinin bağlanması ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 261-ci maddələrinin tələbləri və nəticələri onlara məlumdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 28 noyabr 2024-cü il tarixli barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “pul tələbi” barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 28 noyabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli və həmin Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)-103/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA A L D İ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh1 və Cavabdeh2 öhdələrinə götürürlər ki, 29 noyabr 2024-cü il tarixədək 38170 (otuz səkkiz min yüz yetmiş) manat məbləğində pul vəsaitini “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödəyəcəklər. Bu öhdəliyin icrasına Cavabdeh1 və Cavabdeh2 birgə məsuliyyət daşıyırlar.
2. “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti öhdəsinə götürür ki, 38170 (otuz səkkiz min yüz yetmiş) manat məbləğində pul vəsaitinin 29 noyabr 2024-cü il tarixədək ödəniləcəyi (hesabına mədaxil edildiyi) təqdirdə e-2-2(119)-103/2024 saylı iş üzrə cavabdehlərə qarşı hər hansı tələbi qalmayacaq.
3. Tərəflər təsdiq edir ki, barışıq sazişinin bağlanması ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 261-ci maddələrinin tələbləri və nəticələri onlara məlumdur. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(119)-103/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Həlimə Alıyeva