Məhkəmə qərarları › İş №e-2-2(119)-1049/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1049/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1049/2023 18.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 011R********** saylı krеdit razılaşması üzrə 9156,2 manat məbləğində krеdit bоrcu, 1678,89 manat məbləğində faiz bоrcu və 838,14 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11673,23 manat məbləğində bоrcun və ödənilmiş 205 manat məbləğində mediasiya xərcinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2013-cü il tarixli 11L000002061 saylı krеdit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 11L000002061S saylı sazişlə kredit xəttinin müddəti 212 (iki yüz on iki) ay müddətində, kredit xəttinin məbləği 300000 (üç yüz min) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli 011R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat məbləğində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fərdi mikro kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 011R**********S saylı, xx.xx.2020-ci il tarixli 011R**********SA saylı, xx.xx.2020-ci il tarixli 011R**********SC saylı, xx.xx.2021-ci il tarixli 011R**********SD saylı, xx.xx.2021-ci il tarixli 011R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 7843,8 manat ödəmiş, onun 9156,2 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 224 gün üçün hesablanmış faiz borcu 1678,89 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 224 gün üçün hеsablanmış cərimə 838,14 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 205 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahatında əsas və faiz borcunu qəbul etdiyini bildirmiş və məhkəmədən cərimənin azaldılmasını xahiş etmişdir. 30 avqust 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 izahatlarında əsas və faiz borcunu qəbul etdiklərini bildirmiş və məhkəmədən cərimənin azaldılmasını xahiş etmişlər. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X4 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə gəlmiş tərəfi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 27 fevral 2013-cü il tarixli 11L000002061 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış 27 fevral 2013-cü il tarixli 11L000002061 saylı “Uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 04 dekabr 2020-ci il tarixli 11L000002061S nömrəli Sazişə əsasən 27 fevral 2013-cü il tarixli 11L000002061 nömrəli uzunmüddətli kredit müqaviləsinin 1.1, 1.2 və 1.3-cü bəndlərinə dəyişiklik və əlavələr edilmiş və Cavabdeh2 212 (iki yüz on iki) ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 27 fevral 2013-cü il tarixli uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq bağlanmış 02 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşmasının 1-ci bəndinə görə bank məbləği 17000 manat olan krediti aylıq faiz dərəcəsi 1,9167% olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 02 sentyabr 2019-cu il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 12 sentyabr 2022-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuş, həmin ödəniş planı borcalan Cavabdeh2 və zamin Cavabdeh4 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 10 aprel 2020-ci il tarixli 011R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən 27 fevral 2013-cü il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 02 sentyabr 2019cu il tarixli 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 10 aprel 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 10 aprel 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 12 sentyabr 2022-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 və Cavabdeh4 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 18 may 2020-ci il tarixli 011R**********SA nömrəli sazişin 1-ci bəndinə əsasən 27 fevral 2013-cü il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 02 sentyabr 2019cu il tarixli 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 18 may 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 18 may 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 10 noyabr 2022-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 və Cavabdeh4 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 04 dekabr 2020-ci il tarixli 011R**********SC nömrəli sazişin 1-ci bəndinə əsasən 27 fevral 2013-cü il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 02 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 04 dekabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 04 dekabr 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 10 aprel 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 27 aprel 2021-ci il tarixli 011R**********SD nömrəli sazişin 1-ci bəndinə əsasən 27 fevral 2013-cü il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 02 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 27 aprel 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 10 avqust 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 19 oktyabr 2021-ci il tarixli 011R**********SE nömrəli sazişin 1-ci bəndinə əsasən 27 fevral 2013-cü il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 02 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 19 oktyabr 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 19 oktyabr 2021-ci il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 22 avqust 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 03 noyabr 2017-ci il tarixli 001S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanılmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 04 dekabr 2020-ci il tarixli 011S**********01S nömrəli Sazişə əsasən zaminlik müqaviləsi bank və borclu Cavabdeh2 arasında bağlanmış 27 fevral 2013-cü il tarixli 11L000002061 saylı uzunmüddətli kredit müqaviləsi və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma və bank hesabının kreditləşdirilməsi barədə razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir. Uzunmüddətli kredit müqaviləsinin müddəti 212 ay, məbləği 300000 ABŞ dolları göstərilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 may 2020-ci il tarixli 011S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 04 dekabr 2020-ci il tarixli 011S**********01S nömrəli Sazişə əsasən zaminlik müqaviləsi bank və borclu Cavabdeh2 arasında bağlanmış 27 fevral 2013-cü il tarixli 11L000002061 saylı uzunmüddətli kredit müqaviləsi və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma və bank hesabının kreditləşdirilməsi barədə razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir. Uzunmüddətli kredit müqaviləsinin müddəti 212 ay, məbləği 300000 ABŞ dolları göstərilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli 011S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanılmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 04 dekabr 2020-ci il tarixli 011S**********01S nömrəli Sazişə əsasən zaminlik müqaviləsi bank və borclu Cavabdeh2 arasında bağlanmış 27 fevral 2013-cü il tarixli 11L000002061 saylı uzunmüddətli kredit müqaviləsi və bu uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma və bank hesabının kreditləşdirilməsi barədə razılaşma formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir. Uzunmüddətli kredit müqaviləsinin müddəti 212 ay, məbləği 300000 ABŞ dolları göstərilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 24 fevral 2014-cü il tarixli 11S000006712 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh5 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 29 avqust 2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8956,2 manat məbləğində əsas borcu, 1767,27 manat məbləğində faiz borcu və 939,02 manat məbləğində cərimə borcu olmaqla, cəmi 11662,49 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X4 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 02 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması, “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi” haqqında Sazişləri bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri nəzərdə tutulan qaydada və müddətdə ödəməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş 29 avqust 2023-cü il tarixli maliyyə arayışı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, 29 avqust 2023-cü il tarixli maliyyə arayışında "Cavabdeh2 02 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 29 avqust 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8956,2 manat məbləğində əsas borcu və 1767,27 manat məbləğində faiz borcunun olması” qeyd olunsa da, iddia tələbində iddiaçı tərəfindən “9156,2 manat məbləğində krеdit bоrcu və 1678,89 manat məbləğində faiz bоrcunun“ tutulması tələb olunur (yeni maliyyə arayışına görə hal-hazırda əsas borcun məbləği azaldılmış və hesablanan faiz borcunun və cərimənin məbləğləri artırılmışdır). Buna görə məhkəmə hesab edir ki, 02 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 8956,2 (səkkiz min doqquz yüz əlli altı manat iyirmi qəpik) manat məbləğində əsas borc və 1678,89 (min altı yüz yetmiş səkkiz manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 03 noyabr 2017-ci il tarixli 001S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4, 18 may 2020-ci il tarixli 011S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və 02 sentyabr 2019-cu il tarixli 011S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehzamin X3 qarşı yönəlmiş iddia tələbinin əsaslılığı öz təsdiqini tapmadığına və sübuta yetirilmədiyinə görə, ona qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Belə ki, bankla kredit alan Cavabdeh2 arasında imzalanmış 27 fevral 2013-cü il tarixli 11L000002061 saylı “Uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 04 dekabr 2020-ci il tarixli 11L000002061S nömrəli Sazişin, 02 sentyabr 2019cu il tarixli 011R********** nömrəli kredit razılaşmasının, “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi” haqqında Sazişlərin və həmin Sazişlər üzrə tərtib edilmiş ödəniş planlarının zamin Cavabdeh5 təqdim olunması və onun zamin qismində həmin sənədləri imza edərək tanış olması - iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh - borcalan Cavabdeh2 verilən suallara cavab olaraq X4 ilə aralarındakı münasibətlər pozulduğu üçün X2 zamin qismində həmin sənədləri imzalamadığını bildirmişdir. Halbuki, bankla Cavabdeh5 arasında 24 fevral 2014-cü il tarixli zaminlik müqaviləsi 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xəttinin açılması ilə əlaqədar bağlanmış 27 fevral 2013-cü il tarixli 11L000002061 saylı kredit xətti müqaviləsi üzrə imzalanmış olsa da, həmin zaminin imzalamadığı (tanış edilmədiyi) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış “Uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 04 dekabr 2020-ci il tarixli 11L000002061S nömrəli Sazişə əsasən 27 fevral 2013-cü il tarixli 11L000002061 nömrəli uzunmüddətli kredit müqaviləsinin 1.1, 1.2 və 1.3-cü bəndlərinə dəyişiklik və əlavələr edilmiş və Cavabdeh2 212 (iki yüz on iki) ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bununla yanaşı 27 fevral 2013-cü il tarixli 11L000002061 saylı kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmiş, daha sonra 02 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması bağlanarkən faiz dərəcəsi barədə zamin Cavabdeh5 razılığı alınmamışdır. Eyni zamanda 02 sentyabr 2019cu il tarixli 011R********** nömrəli kredit razılaşması bağlanarkən kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin valyutası dəyişdirilmişdir. Göründüyü kimi, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədiyi halda həmin kredit xətti müqaviləsi üzrə kredit razılaşması bağlanarkən faiz dərəcəsi barədə zamin X2 razılığının alınmaması, kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin artırılması, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsi zaminin vəziyyətini ağırlaşdıran və pisləşdirən şərtlər kimi qiymətləndirilməlidir. Həmçinin digər zaminlərdən fərqli olaraq X4 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 fevral 2014-cü il tarixli 11S000006712 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında hər hansı saziş də məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda - zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında qərara alınmışdır ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən, onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Göründüyü kimi, yuxarıda qeyd olunan işin konkret halları və qanunvericilik normaları “Uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 04 dekabr 2020-ci il tarixli 11L000002061S nömrəli Saziş, 02 sentyabr 2019-cu il tarixli 011R********** nömrəli kredit razılaşması, həmin kredit razılaşması və ödəniş planlarına dəyişiklik edilməsi haqqında Sazişlər və həmin Sazişlər üzrə tərtib edilmiş ödəniş planları əsasında əmələ gələn fərqli öhdəliklərdən zamin X2 azad olunmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın "838,14 manat (səkkiz yüz otuz səkkiz manat on dörd qəpik) məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi də qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada cəmi 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 205 (iki yüz beş) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 19 iyun 2023-cü il tarixli MŞS/MT030/2023//01172 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh2 iştirak etmiş olsa da, digər cavabdehlər iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin 100 (yüz) manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 8956,2 (səkkiz min doqquz yüz əlli altı manat iyirmi qəpik) manat məbləğində əsas borc, 1678,89 (min altı yüz yetmiş səkkiz manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 10935,09 (on min doqquz yüz otuz beş manat doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 122,50 (yüz iyirmi iki manat əlli qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 8956,2 (səkkiz min doqquz yüz əlli altı manat iyirmi qəpik) manat məbləğində əsas borc, 1678,89 (min altı yüz yetmiş səkkiz manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 10935,09 (on min doqquz yüz otuz beş manat doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 122,50 (yüz iyirmi iki manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar