Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-105/2023 14.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK 037/MK-19 nömrəli kredit müqaviləsi üzrə banka olan 4832,53 manat məbləğində əsas borc, 424,10 manat məbləğində faiz borcu, 3448,39 manat məbləğində cərimə olmaqla, cəmi 8705,02 manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 manat məbləğində rüsumun, mediasiya ilə əlaqədar ödənilmiş 104 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 3,06 manat dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayonda istifadədə olan 0.0867 ha torpaq sahəsində yerləşən 45.9 kv.m ümumi, 29.7 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 75 nömrəli mənzilə yönəldilərək mənzilin açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, ipoteka qoyulmuş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdeh-borcalan Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK 037/MK-19 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 19,5 % olmaqla 18 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, MK 037/MK-19 nömrəli kredit müqaviləsinin xx.xx.2020-ci il tarixli 1 saylı Əlavəsinə əsasən həmin müqavilə üzrə 9671,07 (doqquz min altı yüz yetmiş bir manat yeddi qəpik) manat məbləğində qalıq əsas borcun ödənişinə 4 ay müddətinə (2020-ci ilin iyun, iyul, avqust və sentyabr ayları üzrə) güzəşt verilib. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 (borcalan), İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 037/MK-19 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 8-ci mikrorayonda istifadədə olan 0.0867 ha torpaq sahəsində yerləşən 45.9 kv.m. ümumi, 29.7 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 75 nömrəli mənzil yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığına əsasən 45000 (qırx beş min) manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli, 037/MK-19 nömrəli ipoteka müqaviləsinin xx.xx.2020-ci il tarixli 1 saylı Əlavəsinə əsasən həmin müqavilə üzrə 9671,07 (doqquz min altı yüz yetmiş bir manat yeddi qəpik) manat məbləğində qalıq əsas borcun ödənişinə 4 ay müddətinə (2020-ci ilin iyun, iyul, avqust və sentyabr ayları üzrə) güzəşt verilib. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2022-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 4832,53 manat (dörd min səkkiz yüz otuz iki manat əlli üç qəpik) əsas, 424,10 manat (dörd yüz iyirmi dörd manat on qəpik) faiz, 3448,39 manat (üç min dörd yüz qırx səkkiz manat otuz doqquz qəpik) cərimə borcu olmaqla, cəmi borcu 8705,02 manat (səkkiz min yeddi yüz beş manat iki qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Məsələ ilə bağlı cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK 037/MK-19 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən illik 39 % olmaqla cərimə faizi ödəyir. Həmin müqavilənin 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən ipoteka predmetinə yönəldə bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 20 fevral 2023-cü il tarixdə “iddia ərizəsinə əlavə” təqdim edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK 037/MK-19 nömrəli kredit müqaviləsi üzrə banka olan 4188,29 (dörd min yüz səksən səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 3448,39 (üç min dörd yüz qırx səkkiz manat otuz doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7636,68 (yeddi min altı yüz otuz altı manat altmış səkkiz qəpik) manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 (qırz beş) manat məbləğində rüsumun, mediasiya ilə əlaqədar ödənilmiş 104 (yüz dörd) manat məbləğində mediasiya xərcinin və ödənilmiş 3,06 (üç manat altı qəpik) manat dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayonda istifadədə olan 0.0867 ha torpaq sahəsində yerləşən 45.9 kv.m. ümumi, 29.7 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 75 nömrəli mənzilə yönəldilərək mənzilin açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, xx.xx.2019-cu il tarixli, MK 037/MK-19 nömrəli kredit müqaviləsinin təminatı olan ipoteka qoyulmuş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdeh, borcalan Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia ərizəsinə əlavədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında götürdüyü kreditin 5000 manatını özü üçün aldığını, 10000 manatını isə Cavabdeh2 verdiyini bildirmişdir. Öz payına düşən hissəni ödədiyini, qalan borcun məbləğinin nə qədər olduğunu bilmədiyini qeyd etmişdir. Lakin o, məhkəmə baxış iclasında iddia tələbinə heç bir münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında əsas borcu qəbul etdiyini, cərimənin tutulması hissəsində iddianı qəbul etmədiyini bildirmişdir. Eyni zamanda o, halhazırda ipoteka predmeti olan evin qiymətinin təqribən 69000-70000 manat olduğunu, mənzilin ekspert rəyində qeyd olunan likvid dəyəri ilə razılaşmadığını qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 22 oktyabr 2019-cu il tarixli MK 037/MK-19 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 19,5 % olmaqla 18 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan illik 39 % olmaqla cərimə faizi ödəyir. İş materiallarında olan 22 oktyabr 2019-cu il tarixli MK № 037/MK-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan Ödəniş qrafikində borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 22 aprel 2021-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş qrafiki borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayonda istifadədə olan 0.0867 ha torpaq sahəsində yerləşən 10/9 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 3-cü mərtəbəsində yerləşən 45.9 kv.m. ümumi, 29.7 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 75 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi – **********13-05101-093009); Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – 02 mart 2009-cu il). İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 037/MK-19 nömrəli ipoteka müqaviləsinə əsasən 22 oktyabr 2019-cu il tarixli MK 037/MK-19 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 8-ci mikrorayonda istifadədə olan 0.0867 ha torpaq sahəsində yerləşən 45.9 kv.m. ümumi, 29.7 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 75 nömrəli mənzili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 10/9 nömrəli evin 75 nömrəli mənzili İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 22 oktyabr 2019-cu il tarixli MK 037/MK-19 nömrəli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 22 oktyabr 2019-cu il tarixli MK 037/MK-19 nömrəli kredit müqaviləsinə 24 sentyabr 2020-ci il tarixli 01 saylı Əlavəyə əsasən tərəflər aralarında bağlanmış 22 oktyabr 2019-cu il tarixli MK № 037/MK-19 nömrəli kredit müqaviləsi üzrə 9671,07 manat (doqquz min altı yüz yetmiş bir manat yeddi qəpik) məbləğində qalıq əsas borcun ödənişinə 4 ay müddətinə (2020-ci ilin iyun, iyul, avqust və sentyabr ayları üzrə) güzəşt verilmiş, borcalan tərəfindən həmin tarixədək yalnız faiz borcunun ödənilməsi, növbəti aylar üzrə aylıq ödənişlərin 967,85 manat olaraq ödənilməsi, qalıq əsas borcun isə müddət sonu ödənilməsi, kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinin (01 saylı Əlavə) ləğv edilməsi, qalıq əsas borcun və hesablanacaq faizlərin ödənilməsi üçün 02 saylı Əlavə formasında yeni ödəniş qrafiki tərtib olunması, borcalan tərəfindən aylıq ödənişlərin yeni qrafik üzrə aparılması barədə razılığa gəlmişlər. İş materiallarında olan 22 oktyabr 2019-cu il tarixli MK № 037/MK-19 nömrəli kredit müqaviləsinə 24 sentyabr 2020-ci il tarixli 2 saylı Əlavəyə əsasən borcalan Cavabdeh1 banka olan 9671,07 manat (doqquz min altı yüz yetmiş bir manat yeddi qəpik) məbləğində qalıq əsas borcunun ödənişinə 4 ay müddətinə (2020-ci ilin iyun, iyul, avqust və sentyabr ayları üzrə) güzəşt tətbiq olunmuş, son ödəniş tarixi 22 aprel 2021-ci il nəzərdə tutulmuş və həmin əlavə borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 037/MK-19 nömrəli ipoteka müqaviləsinə 24 sentyabr 2020-ci il tarixli 01 saylı Əlavəyə (dəyişiklik) əsasən tərəflər xx.xx.2019-cu il tarixli, № 037/MK-19 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə razılığa gəlmişdir. Tərəflər bu əlavəni imzalamaqla hazırkı ipoteka müqaviləsi ilə təmin edilmiş borcalan Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № 037/MK-19 nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə hər bir tərəfin məlumatlı olmasını və həmin dəyişiklik (əlavə) üzrə öhdəlikləri qəbul etdiklərini bəyan edirlər. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 20 fevral 2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 4188,29 (dörd min yüz səksən səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 3448,39 (üç min dörd yüz qırx səkkiz manat otuz doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7636,68 (yeddi min altı yüz otuz altı manat altmış səkkiz qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli 10/2277, 9/2468 nömrəli ekspert rəyindən göstərilir ki, ünvan 1 ünvanda yerləşən, sahəsi 45.9 m2 olan 75 nömrəli mənzilin mövcud orta bazar dəyəri təqribən 59500 manat, likvid dəyəri isə təqribən 55300 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 22 oktyabr 2019-cu il tarixli MK № 037/MK-19 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit müqaviləsi üzrə ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış 4188,29 (dörd min yüz səksən səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın "3448,39 (üç min dörd yüz qırx səkkiz manat otuz doqquz qəpik) manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh1 cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müvafiq ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 10/9 nömrəli evin 75 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatın nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 55300 (əlli beş min üç yüz) manat göstərilməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 104 (yüz dörd) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhəməyə təqdim olunmuş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 100 (yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 100 (yüz) manat məbləğində mediasiya xərci tutulmalıdır. Bundan əlavə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman dövlət büdcəsinə ödənilmiş 3,06 (üç manat altı qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 62,88 (altmış iki manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 59,82 (əlli doqquz manat səksən iki qəpik) manat məbləğində (62,88 manat – 3,06 manat = 59,82 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh1 dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4188,29 (dörd min yüz səksən səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində cərimə, iddia ərizəsi verilərkən ödənilmiş 3,06 (üç manat altı qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 4336,35 (dörd min üç yüz otuz altı manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan cəmi 4436,35 (dörd min dörd yüz otuz altı manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 10/9 nömrəli evin 75 nömrəli mənzilinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 4436,35 (dörd min dörd yüz otuz altı manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti ödənilsin. Tutmanın yönəldiyi Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 55300 (əlli beş min üç yüz) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 dövlət nəfinə 59,82 (əlli doqquz manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-105/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-105/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver