Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1051/2023 13.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 13 noyabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına tərəflər gəlməmişlər. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti 13 noyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və bank tərəfindən ödənilmiş 2789 manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsi üçün 08 avqust 2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə 2789 (iki min yeddi yüz səksən doqquz) manat məbləğində dövlət rüsumu ödənilmişdir (ödənişin tarixi və saatı: 08 avqust 2023-cü il, saat 15:28; Sumqayıt Kommersiya Məhkəməsi üçün). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılmalı və iddia ərizəsi iddiaçıya geri qaytarılmış olduğundan, həmin iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 2789 (iki min yeddi yüz səksən doqquz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 avqust 2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 2789 (iki min yeddi yüz səksən doqquz) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 08 avqust 2023-cü il, saat 15:28; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1051/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1051/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver