Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1053/2023 23.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 09 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 aprel 2022-ci il tarixli DC00313695-01 nömrəli kredit üzrə 4454,04 manat əsas borc, 487,96 manat faiz borcu və 77,94 manat cərimə borcu olmaqla, cəmi 5019,94 manat məbləğində borcun, 01 iyun 2022-ci il tarixli DCL00313695-03 nömrəli kredit üzrə 5000 manat əsas borc, 442,76 manat faiz borcu və 160 manat cərimə borcu olmaqla, cəmi 5602,76 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə cavabdeh “Cavabdeh (bundan sonra “Borcalan”) arasında 26 fevral 2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 08 fevral 2021-ci il tarixli 1.0.3 nömrəli Versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/8322 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalamaqla, borcalan www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Qeyd olunan X5 çərçivəsində tərəflər arasında: - 15 aprel 2022-ci il tarixli DDC00313695-01 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və həmin ərizə üzrə Bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 17% olmaqla 15 aprel 2024-cü il tarixədək 6000 (altı min) manat məbləğində birdəfəlik kredit verilmiş; 01 iyun 2022-ci il tarixli DCL00313695-03 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və Bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 17% olmaqla 01 iyun 2023-cü il tarixədək 5000 (beş min) manat məbləğində birdəfəlik kredit verilmişdir. Lakin, Borcalan qeyd edilən DC00313695-01 saylı müqavilə üzrə öhdəliklərini 203 gün, DC00313695-03 saylı müqavilə üzrə öhdəliklərini 217 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın 06 iyul 2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DC00313695-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 4454,04 (dörd min dörd yüz əlli dörd manat 04 qəpik) manat əsas borc, 487,96 (dörd yüz səksən yeddi manat 96 qəpik) manat faiz borcu, 77,94 (yetmiş yeddi manat 94 qəpik) manat cərimə borcu olmaqla, cəmi 5019,94 (beş min on doqquz manat 94 qəpik) manat təşkil edir; DCL00313695-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5000 (beş min) manat əsas borc, 442,76 (dörd yüz qırx iki manat yetmiş altı qəpik) manat gecikdirilmiş faiz borcu, 160 (yüz altmış) manat cərimə borcu olmaqla, cəmi 5602,76 (beş min altı yüz iki manat 76 qəpik) manat təşkil edir. X4 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X1 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. İddiaçı "xxxx" ASC mediasiya prosesi üzrə 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə 11 sentyabr 2023-cü il tarixli ərizə təqdim edilərək, 15 aprel 2022-ci il tarixli DC00313695-01 nömrəli kredit üzrə 4454,04 (dörd min dörd yüz əlli dörd manat 04 qəpik) manat əsas borc, 622,43 (altı yüz iyirmi iki manat 43 qəpik) manat faiz borcu və 131,9 (yüz otuz bir manat 90 qəpik) manat cərimə olmaqla, cəmi 5208,37 (beş min iki yüz səkkiz manat 37 qəpik) manat məbləğində borcun, 01 iyun 2022-ci il tarixli DCL00313695-03 nömrəli kredit üzrə 5000 (beş min) manat əsas borc, 442,76 (dörd yüz qırx iki manat 76 qəpik) manat faiz borcu və 444,44 (dörd yüz qırx dörd manat 44 qəpik) manat cərimə olmaqla, cəmi 5887,2 (beş min səkkiz yüz səksən yeddi manat 20 qəpik) manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizə - məhkəməyə müraciət olunduqdan sonra da heç bir ödəniş edilmədiyi üçün 08 sentyabr 2023-cü il tarixinə borcalan Cavabdeh 15 aprel 2022-ci il tarixli DC00313695-01 nömrəli kredit üzrə və 01 iyun 2022-ci il tarixli DCL00313695-03 nömrəli kredit üzrə gecikmə günlərinin sayına uyğun olaraq müqavilə şərtlərinə əsasən faiz və cərimə borclarının artması ilə əsaslandırılaraq, məhkəməyə 11 sentyabr 2023-cü il tarixli PB/BPŞ-OUT-01039-2023/2 nömrəli Maliyyə Arayışı təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasına Cavabdeh gəlsə də, məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş Cavabdeh isə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsinə etiraz etməmişdir. Odur ki, məhkəmə, Cavabdeh mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, hüquqi şəxs yaratmadan məşğul olduğu fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar iddiaçı “Paşa Bank" Açıq Səhmdar Cəmiyyətindən aldığı 15 aprel 2022-ci il tarixli DC00313695-01 nömrəli və 01 iyun 2022-ci il tarixli DCL00313695-03 nömrəli kreditlər üzrə işində yaranmış problemlərə görə vaxtlı-vaxtında ödənişlər edə bilmədiyini və buna görə də, aldığı kreditləri tam qaytara bilmədiyini, lakin hazırkı iddia ərizəsi üzrə ondan yalnız əsas borcların tutulmasına razı olsa da, iddia tələbi ilə qalan hissədə, yəni faiz və cərimə borclarının tutulması hissəsində razı olmadığını bildirərək, məhkəmədən yalnız əsas borcların ondan tutulması hissəsində iddianın təmin olunması, faiz və cərimə borclarının tutulması hissəsində isə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "Bank" “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə "müştəri" Cavabdeh (VÖEN **********) arasında 26 fevral 2021-ci ildə “Bank xidmətlərinin göstərilməsinə dair X1 08 fevral 2021-ci il tarixli 1.0.3 nömrəli Versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC/SE/8322 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla sonuncu X2 qeyd edilmiş şərtləri qəbul etmişdir. Həmin X5 çərçivəsində 15 aprel 2022-ci il tarixli DC00313695-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh illik faiz dərəcəsi 17% olmaqla, 15 aprel 2024-cü il tarixədək 6000 (altı min) manat məbləğində və eləcə də, "Bank" “Paşa Bank" ASC ilə "müştəri" “Cavabdeh arasında yuxarıda qeyd olunan X5 çərçivəsində 01 iyun 2022-ci il tarixli DCL00313695-03 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh illik faiz dərəcəsi 17% olmaqla, 01 iyun 2023-cü il tarixədək 5000 (beş min) manat məbləğində birdəfəlik kreditlər verilmişdir (həmin Maliyyələşdirmə üçün Ərizələrdə kreditin illik/gündəlik cərimə faiz dərəcəsi – 15% (on beş faiz) (gündəlik 0,0416%), kreditin illik/gündəlik cərimə faiz dərəcəsi (kreditin müddəti bitdikdən sonra) – 32 % (otuz iki faiz) (gündəlik 0,0889%) olması qeyd olunmuşdur). Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, “Cavabdeh (VÖEN **********) şəxsində bu Razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X1 bankın rəsmi internet səhifəsində “https://www.pashabank, az/gsa addendum/lang,az/” link üzrə yerləşdirilən 08 fevral 2021-ci il tarixli 1.0.3 nömrəli Versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. İş materiallarına əlavə edilmiş “Bank xidmətlərinin göstərilməsinə dair” X1 08 fevral 2021-ci il tarixli 1.0.3 nömrəli Versiyasına əsasən, bu Müqavilədə, Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”nı müəyyən edən 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi etdikdə təqdim olunan “Maliyyələşdirmə üçün Ərizə” Bankın krediti vermək üçün təklifə dəvətini ifadə edir və Müştəri onu imzalamaqla təklif edir, Bank isə maliyyələşdirməni həyata keçirməklə əqdi aksept etmiş olur. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdarı və ödənilməsi şərtlərini” müəyyən edən 3.8-ci bəndinə əsasən, Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdarı və ödənilməsi şərtlərini” müəyyən edən 3.11-ci bəndinə əsasən, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunanqaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 11 sentyabr 2023-cü il tarixli PB/BPŞ- OUT-01039-2023/2 nömrəli Maliyyə Arayışında borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 08 sentyabr 2023-cü il tarixinə borcalan Cavabdeh 15 aprel 2022-ci il tarixli DC00313695-01 nömrəli kredit üzrə 4454,04 manat məbləğində əsas borc, 622,43 manat məbləğində faiz borcu və 131,9 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5208,37 manat məbləğində borcunun (gecikmə günün sayı – 267) və 01 iyun 2022-ci il tarixli DCL00313695-03 nömrəli kredit üzrə isə 5000 manat məbləğində əsas borc, 442,76 manat məbləğində faiz borcu və 444,44 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5887,2 manat məbləğində borcunun (gecikmə günün sayı – 281) olduğu göstərilmişdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məlum “Maliyyələşdirmə üçün Ərizə”lər əsasında verilmiş kredit tam qaytarılmadığı üçün krediti vermiş Bank tərəfindən borcalan Cavabdeh 08 sentyabr 2023-cü il tarixə 15 aprel 2022-ci il tarixli DC00313695-01 nömrəli kredit üzrə 4454,04 manat məbləğində əsas borc, 622,43 manat məbləğində faiz borcu və 131,9 manat məbləğində cərimə borcu və 01 iyun 2022-ci il tarixli DCL00313695-03 nömrəli kredit üzrə isə 5000 manat məbləğində əsas borc, 442,76 manat məbləğində faiz borcu və 444,44 manat məbləğində cərimə borcunun olduğu müəyyən edilmiş və həmin borcların Cavabdeh tutulması üçün 11 sentyabr 2023-cü ildə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, borcalan (cavabdeh) Cavabdeh 15 aprel 2022-ci il tarixli DC00313695-01 nömrəli Kredit və 01 iyun 2022-ci il tarixli DCL00313695-03 nömrəli Kredit üzrə öhdəliklərini pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri müqavilələrdə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən alınmış kreditləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, 15 aprel 2022-ci il tarixli DC00313695-01 nömrəli kredit üzrə 4454,04 manat əsas borc, 622,43 manat faiz borcu və 131,9 manat cərimə olmaqla, cəmi 5208,37 manat məbləğində borcun və 01 iyun 2022-ci il tarixli DCL00313695-03 nömrəli kredit üzrə isə 5000 manat əsas borc, 442,76 manat faiz borcu və 444,44 manat cərimə olmaqla, cəmi 5887,2 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Lakin, iddia tələbi “mediasiya prosesi ilə əlaqədar ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində qismən təmin edilməli və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdeh iddiaçının xeyrinə mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının 100 (yüz) manat hissəsi tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 15 aprel 2022-ci il tarixli DC00313695-01 nömrəli kredit üzrə 4454,04 manat əsas borc, 622,43 manat faiz borcu və 131,9 manat cərimə, 01 iyun 2022-ci il tarixli DCL00313695-03 nömrəli kredit üzrə 5000 manat əsas borc, 442,76 manat faiz borcu və 444,44 manat cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, Cavabdeh dövlət nəfinə 123,28 (yüz iyirmi üç manat 28 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 15 aprel 2022-ci il tarixli DC00313695-01 nömrəli kredit üzrə 4454,04 (dörd min dörd yüz əlli dörd manat 04 qəpik) manat əsas borc, 622,43 (altı yüz iyirmi iki manat 43 qəpik) manat faiz borcu və 131,9 (yüz otuz bir manat 90 qəpik) manat cərimə, 01 iyun 2022-ci il tarixli DCL00313695-03 nömrəli kredit üzrə 5000 (beş min) manat əsas borc, 442,76 (dörd yüz qırx iki manat 76 qəpik) manat faiz borcu və 444,44 (dörd yüz qırx dörd manat 44 qəpik) manat cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi olmaqla, cəmi 11195,57 (on bir min yüz doxsan beş manat 57 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 123,28 (yüz iyirmi üç manat 28 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1053/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1053/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver