Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-106/2023 14.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Allahverdiyev Ramin Hüseyn oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 28 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 15 fevral 2021-ci il tarixli “Məhsulların nisyə alqı-satqısı” müqaviləsi üzrə ödənilməmiş 7140 (yeddi min yüz qırx) manat məbləğində borcun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış 15 fevral 2021-ci il tarixli 018/2021 saylı “Alqı-satqı” Müqaviləsinin 1-ci bəndinə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh ümumi dəyəri 7140 (yeddi min yüz qırx) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, alıcı Cavabdeh isə Müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən o, malların dəyərini pul şəklində 5 (beş) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra alıcı Cavabdeh satıcı İddiaçı MMC-nin rəhbərliyinə yazdığı 01 mart 2021-ci il tarixli ərizədə borcunu etiraf etmiş və beş ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan 7140 (yeddi min yüz qırx) manat məbləğində borcunu bu günədək ödəməmişdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edilərək, müqavilə üzrə öhdəliklərini icra etməsi və İddiaçı MMC-yə olan borcunu ödəməsi xahiş edilsə də, o, xəbərdarlıqlara məhəl qoymamış və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınmışdır. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin də təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və tərəflər arasında bağlanmış 15 fevral 2021-ci il tarixli “Məhsulların nisyə alqı-satqısı” müqaviləsi üzrə ödənilməmiş 7140 manat məbləğində borcun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, tərəflər arasında bağlanmış 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli “Məhsulların nisyə alqı-satqısı” Müqaviləsi əsasında 15 fevral 2021-ci il tarixli Təhvil- Təslim Aktı ilə satıcı İddiaçı MMC tərəfindən 6050,90 manat dəyərində müxtəlif içki məhsulları alıcı Cavabdeh təhvil verilmiş olsa da, həmin malların satılması və bu alqı-satqı üzrə 1089,10 manat məbləğində X1 hesablanması ilə əlaqədar sonuncuya müvafiq qaydada elektron qaimə təqdim edilməmişdir. Məhkəmə iclaslarında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, İddiaçı ona qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, adi işçi kimi işlədiyi ticarət obyektində rəhbərliyinin, yəni həmin ticarət obyektinin sahiblərinin göstərişi əsasında adına VÖEN açdırmış və buna görə də, ticarət obyektini satış malları ilə təmin edən İddiaçı ilə bağlanmış 15 fevral 2021-ci il tarixli 018/2021 saylı “Alqı-satqı” Müqaviləsini və digər sənədləri o, imzalamışdır. Lakin, həmin Müqavilə əsasında ona hər hansı bir mal verilməmiş və müvafiq qaydada elektron qaimə təqdim olunmamışdır. Bununla belə, o, həmin ticarət obyektində adi bir işçi olaraq, aylıq maaşa işlədiyinə, mağazanın ona deyil başqa şəxsə məxsus olduğuna, həmin mağazanın gəliri ona deyil, əsl sahiblərinə aid olduğuna və İddiaçı MMC tərəfindən də mallar ona deyil, ticarət obyektinə verildiyinə görə iddia ərizəsində tələb olunan borc ondan tutulmalı deyildir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli “Məhsulların nisyə alqısatqısı” Müqaviləsinin şərtlərinə görə, "Satıcı" "Alıcı"ya nisyə (borc) olaraq ümumi dəyəri 7140 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır (1-ci bənd). Həmin Müqavilənin 2-ci bəndinə əsasən, "Alıcı" "Satıcı"dan ümumi dəyəri 7140 məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, “Alıcı” “Satıcı”ya 7140 manat məbləğində olan borcunu 5 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 6-cı bəndinə əsasən, tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzim olunur. İş materiallarında olan 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar tərtib edilərək imzalanmış 15 fevral 2021-ci il tarixli Təhvil- Təslim Aktından görünür ki, alıcı Cavabdeh 15 fevral 2021-ci ildə satıcı İddiaçındən 6050,90 (altı min əlli manat 90 qəpik) manat dəyərində malları (həmin sənəddə satılan hər bir malın (içkinin) qiyməti, miqdarı və digər əlamətləri ayrı-ayrılıqda göstərilmişdir) təhvil almış və həmin alqı-satqı üzrə təhvil verilən cəmi 6050,9 (altı min əlli manat 90 qəpik) manat dəyərində müxtəlif adda və çeşiddə içki məhsullarına görə 1089,1 (min səksən doqquz manat 10 qəpik) manat məbləğində X2 hesablanaraq həmin Aktda qeyd olunmuşdur (6050,9 manat malın dəyəri + 1089,1 manat ƏDV = 7140 manat). İş materiallarında olan kreditor İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 15 fevral 2021-ci il tarixli “Borcun etirafı haqqında mücərrəd Müqavilə”də Kreditor tərəfindən Borcluya verilmiş müxtəlif çeşidli məhsullara görə Borclunun Kreditora ümumilikdə 7140 manat məbləğində borcunun olduğu və Borclunun həmin borcun bu Müqavilə bağlandıqdan sonra hər ay 700 manat olmaqla, 31 sentyabr 2021-ci il tarixinədək tam olaraq Kreditora ödəməyi öhdəsinə götürməsi qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh adından tərtib edilərək, sonuncu tərəfindən imzalanmış 01 mart 2021-ci il tarixli ərizədə qeyd olunur ki, o, 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli “Məhsulların nisyə alqı-satqısı” Müqaviləsinə əsasən 7140 manat məbləğində borcu yarandığını etiraf etmiş və 31 sentyabr 2021-ci il tarixinədək həmin borcu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar Cavabdeh müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə İddiaçı tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli “Məhsulların nisyə alqı-satqısı” Müqaviləsinə əsasən satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında müxtəlif çeşidli məhsulların nisyə alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə “alıcı” Cavabdeh “satıcı” İddiaçındən 6050,9 (altı min əlli manat 90 qəpik) manat dəyərində müxtəlif içki məhsullarını nisyə almışdır və 15 fevral 2021-ci il tarixli Təhvil-Təslim Aktında həmin 6050,9 (altı min əlli manat 90 qəpik) manat dəyərində satılan məhsullara görə 1089,1 (min səksən doqquz manat 10 qəpik) manat məbləğində X2 (ƏDV) hesablanmışdır (15 fevral 2021-ci il tarixli Təhvil-Təslim Aktı). Buna görə də, tərəflər arasında baş tutmuş həmin alqı-satqı üzrə Alıcının (cavabdehin) borcu 6050,9 manat məbləğində malların dəyəri və 1089,1 manat məbləğində ƏDV olmaqla, ümumilikdə cəmi 7140 manat miqdarında müəyyən edilərək, hazırkı iddia ərizəsində ödənilməmiş cəmi 7140 manat məbləğində borcun Cavabdeh tutulması xahiş olunmuşdur. Lakin, iş materiallarında olan 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli “Məhsulların nisyə alqı-satqısı” müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 15 fevral 2021-ci il tarixli Təhvil-Təslim Aktında alıcı Cavabdeh 15 fevral 2021-ci ildə satıcı İddiaçı MMC-dən 6050,9 manat dəyərində malları təhvil alması və həmin alqı-satqı üzrə 1089,1 manat məbləğində ƏDV-nin hesablandığı qeyd olunsa da, iddiaçının və cavabdehin izahatları, iddia ərizəsinin məzmunu və iş materiallarında olan digər sənədlərlə müəyyən olunur ki, satıcı İddiaçı MMC tərəfindən müvafiq VÖEN əsasında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli Müqavilə əsasında baş tutmuş alqı-satqı üzrə ƏDV daxil cəmi 7140 manat miqdarında borcun ödənilməsi ilə əlaqədar mövcud Qanunvericiliyin müəyyən etdiyi qaydada Elektron Qaimə təqdim olunmamış və həmin alqı-satqı üzrə maliyyə-mahasibatlıq əməliyyatı Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada rəsmi qeydiyyata (uçota) alınmayaraq, ƏDV hesablaşması və ödənilməsi aparılmamışdır. Yəni, 15 fevral 2021-ci tarixli “Məhsulların nisyə alqı-satqısı” Müqaviləsi ilə əlaqədar Satıcı (iddiaçı) tərəfindən müvafiq qaydada Elektron Qaimə tərtib edilərək Alıcı (cavabdeh) tərəfə təqdim edilmədiyindən, həmin alqı-satqı üzrə Elektron Qaimə verildiyi halda hesablanaraq tutulmalı olan 1089,1 (min səksən doqquz manat 10 qəpik) manat miqdarında ƏDV məbləği Satıcı tərəfindən müvafiq qaydada ƏDV hesabına ödənilməmişdir. Belə olan halda, yəni baş tutmuş alqı-satqı üzrə müvafiq qaydada Elektron Qaimə vermədiyinə görə Satıcı (iddiaçı) tərəfindən ƏDV hesablanmamış və müvafiq qaydada ödənməmişdir. Halbuki, məlum alqı-satqı üzrə müvafiq qaydada Elektron Qaimənin də tərtib edilərək təqdim olunması Satıcının (iddiaçının) vəzifəsi olmuşdur. Eyni zamanda, bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, 29 mart 2023cü il tarixində İddiaçı nümayəndəsi Nümayəndə4 iştirakı ilə keçirilən məhkəmə iclasında izahatlar dinlənildikdən və sənədlər tədqiq edildikdən sonra, məlum alqı-satqı üzrə elektron qaimənin təqdim olunmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinə şərait yaradılması məqsədilə məhkəmə baxış iclasında fasilə elan edilərək, məhkəmə iclasının davamı 14 aprel 2023-cü il tarixinə təyin edilməsinə baxmayaraq, həmin iclasa gəlmiş İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 15 fevral 2021-ci il tarixli Təhvil-Təslim Aktı ilə satıcı İddiaçı MMC tərəfindən 6050,9 manat dəyərində müxtəlif içki məhsulları alıcı Cavabdeh təhvil verilmiş olsa da, həmin malların satılması və bu alqı-satqı üzrə 1089,1 manat məbləğində X1 hesablanması ilə əlaqədar sonuncuya müvafiq qaydada elektron qaimə təqdim edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli “Məhsulların nisyə alqı-satqısı” Müqaviləsi üzrə malların satışı ilə əlaqədar Alıcının (cavabdehin) alınmış malların dəyəri olan cəmi 6050,9 manat məbləğində ödənilməmiş borcu vardır. Çünki, malların alqı-satqısı ilə əlaqədar alıcı Cavabdeh müvafiq qaydada Elektron Qaimənin təqdim edilməsi iş materialları ilə sübuta yetirilməmişdir və cavabdehə təqdim olunmuş “elektron qaimə” olmadığından, həmin nisyə satılmış mallara görə ödənilməli olan 6050,9 manat əsas borc üzrə “X2” (ƏDV) kimi nəzərdə tutulan 1089,1 (min səksən doqquz manat 10 qəpik) manat məbləğində pulun əvəzinin cavabdehdən tələb olunmasının əsaslılığı - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, xidmət göstərmiş (mal satmış) tərəf xidmətinə (alqı-satqıya) görə hesablanmış pul vəsaiti üzrə qanunvericiliyin müəyyən etdiyi qaydada hesablanmış ƏDV-ni Dövlət Büdcəsinə ödəmiş olduğu halda (qanunvericiliyin tələb etdiyi qaydada “elektron-qaimə” təqdim etməklə), onun həmin ƏDV məbləğinin əvəzini qarşı tərəfdən (alıcıdan - cavabdehdən) tələb etmək hüququ yaranmış olardı. Yəni, satdığı mala (göstərdiyi xidmətə) görə xidmət haqqı kimi yaranmış borcunu tələb edən iddiaçı tərəfin (Satıcının) həmin xidmətlər üzrə “elektron-qaimə” təqdim etmədiyinə görə, müvafiq qaydada hesablanaraq Dövlət Büdcəsinə ödənilməmiş “1089,1 manat məbləğində ƏDV-nin” əvəzinin də hazırkı iddia tələbində malların dəyəri olan əsas borc məbləğinə daxil edilməklə, cavabdehdən “iddiaçının xeyrinə tutulmasını” tələb etməsi - tamamilə əsassızdır. Çünki, məlum alqısatqı üzrə müvafiq qaydada elektron qaimənin tərtib edilərək hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Alıcıya təqdim olunması Satıcının (iddiaçının) vəzifəsi olmasına baxmayaraq, sonuncu bu vəzifəsinin Qanunvericiliyin tələb etdiyi qaydada icra etməmişdir. Belə olan halda isə, 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli “Məhsulların nisyə alqı-satqısı” Müqaviləsi üzrə ödənilməmiş borc ümumilikdə 6050,9 (altı min əlli manat 90 qəpik) manat təşkil edəcəkdir (7140 əsas borc – 1089,1 ƏDV məbləği = cəmi 6050,9 manat). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 6050,9 manat məbləğində əsas borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq İddiaçınə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh dövlət nəfinə 80,5 (səksən manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 6050,9 (altı min əlli manat 90 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 6150,9 (altı min yüz əlli manat 90 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 80,5 (səksən manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-106/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-106/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver