Məhkəmə qərarları › İş №e-2-2(119)-1067/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1067/2025

21.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1067/2025 21.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6805,35 (altı min səkkiz yüz beş manat otuz beş qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 88,06 (səksən səkkiz manat altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7393,41 (yeddi min üç yüz doxsan üç manat qırx bir qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı adı Cavabdeh) arasında bağlanmış 02 may 2023-cü il tarixli 06 nömrəli alqı-satqısı müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qida qablaşdırılması üçün vakuum paketlər, çoxqatlı plenkalar, klipslər və avadanlıqlar satır, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş elektron qaimə-fakturaya əsasən yekun borc 6805,35 (altı min səkkiz yüz beş manat otuz beş qəpik) manat məbləğində müəyyən olunmuşdur. İddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaq cavabdeh tərəfindən borcun ödənilməsi üçün hər hansı addım atılmamış, bu günə qədər borc məbləği ödənilməmişdir. İddiaçı 29 iyul 2025-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 6805,35 (altı min səkkiz yüz beş manat otuz beş qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqı və 88,06 (səksən səkkiz manat altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7893,41 (yeddi min səkkiz yüz doxsan üç manat qırx bir qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia tələbinin həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və iddia tələbinin həcminin artırılmasına dair ərizəni, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə alıcı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) (hazırkı adı Cavabdeh) arasında bağlanmış 02 may 2023-cü il tarixli 06 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı qida qablaşdırılması üçün vakuum paketlər, çoxqatlı plenkalar, klipslər və avadanlıqlar satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı razılaşma yolu ilə elektron qaiməyə əsasən təsdiq edilir. Həmin müqavilənin 3.1.1-ci yarımbəndinə əsasən satıcı müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən mal alıcıya təhvil verildikdən sonra alıcı 30 (otuz) iş günü ərzində malın dəyərini ödəməlidir. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə 6805,35 manat dəyərində malların satılması ilə əlaqədar 12 may 2023-cü il tarixli EBDF seriyalı 500183 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunan maliyyə arayışında göstərilir ki, 02 may 2023-cü il tarixli 06 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdehnə) 5767,25 (beş min yeddi yüz altmış yeddi manat iyirmi beş qəpik) manat məbləğində qida qablaşdırılması üçün vakuum paketlər, çoxqatlı plenkalar, klipslər və avadanlıqlar satılmış, bunun üçün 1038,1 (min otuz səkkiz manat on qəpik) manat məbləğində ƏDV borcu hesablanmışdır. Cavabdeh bugünədək nə əsas, nə də ƏDV borcu üzrə heç bir ödəniş etməmiş və hazırda onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil 6805,35 (altı min səkkiz yüz beş manat otuz beş qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 02 may 2023-cü il tarixli 06 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 6805,35 (altı min səkkiz yüz beş manat otuz beş qəpik) manat dəyərində müvafiq mallar satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı Cavabdehnə təhvil verilmiş, lakin Cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini ödəməmişdir. Buna görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi 02 may 2023-cü il tarixli 06 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 6805,35 (altı min səkkiz yüz beş manat otuz beş qəpik) manat məbləğində əsas borcun Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə hüquqi yardıma görə cavabdehdən tələb olunan 1000 (min) manat məbləğində xidmət haqqı ağlabatan və əsaslı olmadığından iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı - hazırkı iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı məhkəməyə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına hüquqi xidmətə görə 1000 (min) manat məbləğində pul ödənilməsini təsdiq edən 05 mart 2025-ci il tarixli MT2503 seriyalı 10231987 nömrəli elektron qaimə-fakturanı və hüquqi xidmətlərin göstərilməsi haqqında 26 fevral 2025-ci il tarixli 157 nömrəli müqaviləni təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən “Kəngərli və Partnyorları” Vəkil Bürosunun bank hesabına köçürülmüş 1000 (min) manat məbləğində pulun da cavabdehdən tutulması tələb olunur ki, bu məbləğ bu iş üzrə vəkilin göstərdiyi yardıma görə cavabdeh tərəfindən ödənilməli olan ağlabatan məbləğ hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 1000 (min) manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 1000 (min) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 500 (beş yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “ödənilmiş 88,06 (səksən səkkiz manat altı qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 05 iyun 2025-ci il tarixli **********65 nömrəli ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 88,06 (səksən səkkiz manat altı qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 88,06 (səksən səkkiz manat altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 6805,35 (altı min səkkiz yüz beş manat otuz beş qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 88,06 (səksən səkkiz manat altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7393,41 (yeddi min üç yüz doxsan üç manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 6805,35 (altı min səkkiz yüz beş manat otuz beş qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 88,06 (səksən səkkiz manat altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7393,41 (yeddi min üç yüz doxsan üç manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar