Məhkəmə qərarları › İş №e-2-2(119)-1068/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1068/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1068/2024 05.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 16 dekabr 2022-ci il tarixli 345176-CNS-41288 saylı kredit müqaviləsi üzrə 2555,06 (iki min beş yüz əlli beş manat altı qəpik) manat məbləğində əsas borc, 220,37 (iki yüz iyirmi manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 224,44 (iki yüz iyirmi dörd manat qırx dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2999,87 (iki min doqquz yüz doxsan doqquz manat səksən yeddi qəpik) manat məbləğində borcun, 08 avqust 2023-cü il tarixli 345176-CNS-47387 saylı kredit müqaviləsi üzrə 3711,20 (üç min yeddi yüz on bir manat iyirmi qəpik) manat məbləğində əsas borc, 281,03 (iki yüz səksən bir manat üç qəpik) manat məbləğində faiz borcu, 276,50 (iki yüz yetmiş altı manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4268,73 (dörd min iki yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat məbləğində borcun və ödənilmiş 92,68 (doxsan iki manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə sahibkar olan fiziki şəxs Cavabdeh arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli 345176-CNS- 41288 saylı kredit müqaviləsinə əsasən ona dövriyyə vəsaitlərinin artırılması üçün illik 23 faiz hesablanması şərti ilə 18 ay müddətinə 6860 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Bank ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2023-cü il tarixli 345176-CNS-47387 saylı kredit müqaviləsinə əsasən ona dövriyyə vəsaitlərinin artırılması üçün illik 19 faiz hesablanması şərti ilə 12 ay müddətinə 5400 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Lakin borclu 345176-CNS- 41288 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini 16 yanvar 2024cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 2999,87 manat məbləğində borcu yaranmışdır. 345176-CNS-47387 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini 08 yanvar 2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 4268,73 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin tələblərinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin qeyd olunan kredit müqavilələrinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli 345176-CNS-41288 nömrəli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə Cavabdeh 6860 (altı min səkkiz yüz altmış) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 3.3-cü bəndinə görə kredit alan krediti tam məbləğdə 16 iyun 2024-cü il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Həmin kredit müqaviləsinin 3.4.1-ci bəndinə görə kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 23 (iyirmi üç) % olmaqla və bu müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. Həmin kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5 % həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. İş materiallarında olan 16 dekabr 2022-ci il tarixli ödəniş cədvəlində borcalan Cavabdeh banka olan borcunun son ödəniş tarixi 17 iyun 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini kredit alan Cavabdeh imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (VÖEN **********) arasında bağlanmış bağlanmış 08 avqust 2023-cü il tarixli 345176-CNS-47387 nömrəli kredit müqaviləsinə (müştəri ərizə razılaşması) əsasən dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə Cavabdeh illik faiz dərəcəsi 19 % olmaqla 12 ay müddətinə 5400 (beş min dörd yüz) manat məbləğində kredit verilmiş, gecikdirilmiş hər tam və ya natamam 10 manat üçün 0,02 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli ödəniş cədvəlində borcalan Cavabdeh banka olan borcunun son ödəniş tarixi 08 avqust 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini kredit alan Cavabdeh imzası ilə təsdiq etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə tədim edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 16 dekabr 2022-ci il tarixli 345176- CNS-41288 nömrəli kredit müqaviləsi üzrə 03 may 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2555,06 (iki min beş yüz əlli beş manat altı qəpik) manat məbləğində əsas borc, 220,37 (iki yüz iyirmi manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 224,44 (iki yüz iyirmi dörd manat qırx dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2999,87 (iki min doqquz yüz doxsan doqquz manat səksən yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 07 may 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 16 dekabr 2022-ci il tarixli 345176-CNS-41288 nömrəli kredit müqaviləsi üzrə 2555,06 (iki min beş yüz əlli beş manat altı qəpik) manat məbləğində əsas borc, 220,37 (iki yüz iyirmi manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 224,44 (iki yüz iyirmi dörd manat qırx dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2999,87 (iki min doqquz yüz doxsan doqquz manat səksən yeddi qəpik) manat məbləğində borcu olduğu bildirilmiş, borcun 3 iş günü ərzində qaytarılması, əks təqdirdə bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə borcun ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə tədim edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 08 avqust 2023-cü il tarixli 345176- CNS-47387 nömrəli nömrəli kredit müqaviləsi üzrə 03 may 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3711,20 (üç min yeddi yüz on bir manat iyirmi qəpik) manat məbləğində əsas borc, 281,03 (iki yüz səksən bir manat üç qəpik) manat məbləğində faiz borcu, 276,50 (iki yüz yetmiş altı manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4268,73 (dörd min iki yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 07 may 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 08 avqust 2023-cü il tarixli 345176-CNS-47387 nömrəli kredit müqaviləsi üzrə 3711,20 (üç min yeddi yüz on bir manat iyirmi qəpik) manat məbləğində əsas borc, 281,03 (iki yüz səksən bir manat üç qəpik) manat məbləğində faiz borcu, 276,50 (iki yüz yetmiş altı manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4268,73 (dörd min iki yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat məbləğində borcu olduğu bildirilmiş, borcun 3 iş günü ərzində qaytarılması, əks təqdirdə bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə borcun ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh 16 dekabr 2022-ci il tarixli 345176-CNS-41288 nömrəli və 08 avqust 2023-cü il tarixli 345176-CNS-47387 nömrəli kredit müqavilələrini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2022-ci il tarixli 345176-CNS-41288 nömrəli kredit müqaviləsi üzrə 2555,06 (iki min beş yüz əlli beş manat altı qəpik) manat məbləğində əsas borc, 220,37 (iki yüz iyirmi manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 08 avqust 2023-cü il tarixli 345176-CNS-47387 nömrəli kredit müqaviləsi üzrə 3711,20 (üç min yeddi yüz on bir manat iyirmi qəpik) manat məbləğində əsas borc, 281,03 (iki yüz səksən bir manat üç qəpik) manat məbləğində faiz borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın “16 dekabr 2022-ci il tarixli 345176-CNS-41288 nömrəli kredit müqaviləsi üzrə 224,44 (iki yüz iyirmi dörd manat qırx dörd) manat məbləğində cərimənin və 08 avqust 2023-cü il tarixli 345176-CNS-47387 nömrəli kredit müqaviləsi üzrə 276,50 (iki yüz yetmiş altı manat əlli qəpik) manat məbləğində cərimənin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq 16 dekabr 2022-ci il tarixli 345176-CNS- 41288 nömrəli kredit müqaviləsi üzrə 130 (yüz otuz) manat məbləğində cərimə və 08 avqust 2023-cü il tarixli 345176-CNS-47387 nömrəli nömrəli kredit müqaviləsi üzrə 190 (yüz doxsan) manat məbləğində cərimə Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “ödənilmiş 92,68 (doxsan iki manat altmış səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 90,88 (doxsan manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 16 dekabr 2022-ci il tarixli 345176-CNS-41288 nömrəli kredit müqaviləsi üzrə 2555,06 (iki min beş yüz əlli beş manat altı qəpik) manat məbləğində əsas borc, 220,37 (iki yüz iyirmi manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 130 (yüz otuz) manat məbləğində cərimə, 08 avqust 2023-cü il tarixli 345176-CNS-47387 nömrəli nömrəli kredit müqaviləsi üzrə 3711,20 (üç min yeddi yüz on bir manat iyirmi qəpik) manat məbləğində əsas borc, 281,03 (iki yüz səksən bir manat üç qəpik) manat məbləğində faiz borcu, 190 (yüz doxsan) manat məbləğində cərimə və ödənilmiş 90,88 (doxsan manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7178,54 (yeddi min yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 16 dekabr 2022-ci il tarixli 345176-CNS-41288 nömrəli kredit müqaviləsi üzrə 2555,06 (iki min beş yüz əlli beş manat altı qəpik) manat məbləğində əsas borc, 220,37 (iki yüz iyirmi manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 130 (yüz otuz) manat məbləğində cərimə, 08 avqust 2023-cü il tarixli 345176-CNS-47387 nömrəli nömrəli kredit müqaviləsi üzrə 3711,20 (üç min yeddi yüz on bir manat iyirmi qəpik) manat məbləğində əsas borc, 281,03 (iki yüz səksən bir manat üç qəpik) manat məbləğində faiz borcu, 190 (yüz doxsan) manat məbləğində cərimə və ödənilmiş 90,88 (doxsan manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7178,54 (yeddi min yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar