Məhkəmə qərarları › İş №e-2-2(119)-1071/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1071/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1071/2025 31.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi ilə iddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 13775,51 (on üç min yeddi yüz yetmiş beş manat əlli bir qəpik) manat məbləğində əsas borc, 1076,04 (min yetmiş altı manat dörd qəpik) manat məbləğində faiz borcu, 53,39 (əlli üç manat otuz doqquz qəpik) manat məbləğində penya olmaqla, cəmi 14904,94 (on dörd min doqquz yüz dörd manat doxsan dörd qəpik) manat məbləğində borcun və 134,72 (yüz otuz dörd manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 31 iyul 2025-ci il tarixdə iddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmamış saxlanılmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 03 iyun 2025-ci il tarixli **********30 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 134,72 (yüz otuz dörd manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 03 iyun 2025-ci il, saat 14:12; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 03 iyun 2025-ci il tarixli **********30 nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 134,72 (yüz otuz dörd manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 03 iyun 2025-ci il, saat 14:12; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı "Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar