Məhkəmə qərarları › İş №e-2-2(119)-1072/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1072/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1072/2024 20.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 001R********** saylı krеdit razılaşması üzrə 5834,35 (beş min səkkiz yüz otuz dörd manat 35 qəpik) manat məbləğində krеdit bоrcu, 645,5 (altı yüz qırx beş manat 50 qəpik) manat məbləğində faiz bоrcu və 263,63 (iki yüz altmış üç manat 63 qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6743,48 (altı min yeddi yüz qırx üç manat 48 qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 87,43 (səksən yeddi manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 1072/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, həmin kommersiya işinin icraatı ekspert rəyi alınanadək dayandırılmışdır. 22 noyabr 2024-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə təqdim edilərək ekspert rəyi alınmadan icraatın təzələnərək geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi 19 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və işin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, hazırkı mübahisənin obyektiv həlli məqsədi ilə iş üzrə məkəmə-mühasibatlıq ekspertizaları keçirilmiş və ekspertiza tərəfindən 10 sentyabr 2024-ci il tarixli 9/6159 nömrəli və 29 noyabr 2024-cü il tarixli 9/8899 nömrəli ekspert rəyləri verilmişdir. 10 sentyabr 2024-ci il tarixli 9/6159 nömrəli rəyə əlavə edilmiş “ekspertiza xərclərinə dair” bildirişə əsasən keçirilmiş ekspertiza tədqiqatının 50 (əlli) manat məbləğində, 29 noyabr 2024-cü il tarixli 9/8899 nömrəli rəyə əlavə edilmiş “ekspertiza xərclərinə dair” bildirişə əsasən keçirilmiş ekspertiza tədqiqatının 100 (əlli) manat məbləğində müəyyən edilərək, həmin məbləğlərin müvafiq qaydada tutularaq aidiyyəti üzrə ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin 75 (yetmiş beş) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 75 (yetmiş beş) manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin 75 (yetmiş beş) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 75 (yetmiş beş) manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X1 ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar