Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-109/2024 13.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdehnə qarşı “icarə müqaviləsinin ləğvi, torpaq sahəsinin qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Bələdiyyəsi 08 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə (VÖEN **********) qarşı “icarə müqaviləsinin ləğvi, torpaq sahəsinin qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Sumqayıt Bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli 34 nömrəli Qərarı və 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X4 əsasında çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə Cavabdeh icarəsinə verilmiş Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən sahəsi 4500 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə Sumqayıt Bələdiyyəsinə yaranmış 6650 (altı min altı yüz əlli) manat icarə haqqı borcu, 3872 (üç min səkkiz yüz yetmiş iki) manat dəbbə pulu və həmin Müqavilə üzrə illik 5%-lə hesablanan 997,5 (doqquz yüz doxsan yeddi manat 50 qəpik) manat olmaqla, ümumilikdə cəmi 11519,5 (on bir min beş yüz on doqquz manat 50 qəpik) manat məbləğində pul vəsaitinin və mediasiya xidməti ilə bağlı ödənilmiş 100 (yüz) manat pulun Cavabdehndən (VÖEN **********) iddiaçı Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, həmin torpaq sahəsinə dair icarəyəverən Sumqayıt Bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında bağlanılmış 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X1 ləğv edilməsi, torpaq sahəsinin cavabdeh tərəfindən və onun hesabına əvvəlki vəziyyətə gətirilərək iddiaçı Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli 34 saylı Qərarı ilə Sumqayıt şəhərinin 9-cu mikrorayonu ərazisində yerləşən sahəsi 4500 kvadrat metr olan torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə icarəçi "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN **********) (hal-hazırda Cavabdeh adlanır) icarəsinə ayrılmışdır. Həmin torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında 28 dekabr 2018ci il tarixli 124 saylı X4 bağlanılmış və illik icarə haqqının məbləği 1800 (min səkkiz yüz) manat olmaqla, müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2024-cü il tarixədək müəyyən edilmişdir. Lakin, icarəçi Cavabdeh sözügedən X4 üzrə müəyyən edilmiş müqavilə öhdəliklərini lazımi şəkildə icra etməmişdir. Belə ki, cavabdeh torpaq sahəsinə dair bağlanılmış icarə müqaviləsi ilə müəyyən edilmiş illik icarə haqqını müəyyən edilmiş müddətlər ərzində ödəməmişdir ki, bunun da nəticəsində icarəçi Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edilən günədək icarəyəverən Sumqayıt Bələdiyyəsinə icarə haqqı üzrə 6650 (altı min altı yüz əlli) manat borcu, həmin müqavilə üzrə illik 5% olmaqla 997,5 (doqquz yüz doxsan yeddi manat 50 qəpik) manat borcu və dəbbə pulu olaraq 3872 (üç min səkkiz yüz yetmiş iki) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı dəfələrlə Cavabdehnə müraciətlər edilsə də, cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməmiş və torpaq icarə haqqı üzrə yaranmış borcunu ödəməmişdir. Cavabdehə “Elektron məhkəmə” sistemi ilə elektron kabinetinə pretenziya ilə müraciət olunaraq yaranmış mübahisənin məhkəməyəqədər həlli qaydasında nizama salınması və borcun ödənilməsi təklif olunsa da, cavabdeh tərəfindən mübahisənin həlli ilə bağlı hər hansı addım atılmamışdır. Bütün bu sadalananlar iddiaçı Sumqayıt Bələdiyyəsinin torpaq üzərində mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqlarının bərpası və cavabdeh tərəfindən yol verilmiş yuxarıda göstərilən qanunsuzluqların aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qoymuşdur. İddiaçı Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanılmış 28 dekabr 2018-ci il tarixli 124 saylı X1 3.1-ci bəndinə əsasən icarəçi torpaq sahəsindən istifadəyə görə hər il icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilələrin 3.3-cü bəndinə görə İcarəçi göstərilən müddətdə icarə haqqını ödəməzsə, hesablama günündən başlayaraq hər gün üçün 0,1% dəbbə pulu ödəməlidir. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar iddiaçı tərəfindən 100 manat xidmət haqqı ödənilərək, mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də bu mübahisənin həll edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və iddiaçı Sumqayıt Bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli 34 nömrəli Qərarı və 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X4 əsasında çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə əvvəlki adı "xxxx" Mənzil-Tikinti Kooperativi olan Cavabdeh icarəsinə verilmiş Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən sahəsi 4500 kvadrat metr olan torpaq sahəsindən istifadəyə görə Sumqayıt Bələdiyyəsinə yaranmış 6650 manat icarə haqqı borcu, 3872 manat dəbbə pulu və həmin müqavilə üzrə illik 5%-lə hesablanmış 997,5 manat olmaqla, ümumilikdə cəmi 11519,5 manat məbləğində pul vəsaitinin və mediasiya xidməti ilə bağlı ödənilmiş 100 manat məbləğində pulun əvəzinin Cavabdehndən iddiaçı Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, həmin torpaq sahəsinə dair icarəyəverən Sumqayıt Bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında bağlanılmış 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X1 ləğv edilməsi, torpaq sahəsinin cavabdeh tərəfindən və onun hesabına əvvəlki vəziyyətə gətirilərək iddiaçı Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 suallara cavab olaraq bildirdi ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli 34 nömrəli Qərarı əsasında çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən sahəsi 4500 kvadrat metr olan torpaq sahəsi həmin vaxt "xxxx" Mənzil-Tikinti Kooperativi adlanan, hal-hazırda isə Cavabdeh adlanan və çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan hüquqi şəxsə icarəyə verilmiş və tərəflər arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X4 əsasında məlum icarə münasibətləri 01 yanvar 2019-cu ildən hesablanmaqla 31 dekabr 2024-cü il tarixədək müəyyən edilmişdir. Cavabdeh 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X4 əsasında icarəyə verilmiş torpaq sahəsində iki ədəd 16 mərtəbəli, çoxmənzilli yaşayış binası tikərək, həmin binalardakı mənzilləri yaşayış məqsədi ilə ayrı-ayrı şəxslərə satmış və həmin binaların mənzillərində sakinlər yaşayırlar. Lakin, cavabdeh məlum torpaq sahəsindən istifadə etsə də, 2019-cu ildən etibarən icarə haqqını müvafiq qaydada ödəməmişdir. Yəni, Bələdiyyənin 22 sentyabr 2006-cı il tarixli qərarına əsasən 4500 kv.metr ölçüdə məlum torpaq sahəsi Cavabdehnə bina tikmək üçün verilmiş və cavabdeh 2006-cı ildən icarəyə götürdüyü həmin torpaq sahəsinə görə 2018-ci ilə qədər icarə haqqını ödəsə də, 2019-cu ildən sonra tərəflər arasında imzalanmış 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X1 şərtlərinə uyğun müvafiq qaydada ödənişlər etməmişdir. Belə ki, cavabdeh 2019 - 2023-cü illər üçün illik 1800 manat olmaqla, ödəməli olduğu ümumilikdə 9000 manat məbləğində icarə haqqından 2020-ci ildə cəmi bir dəfə 2350 manat məbləğində ödəniş etmiş və qalan 6650 manat icarə haqqı borcunu isə dəfələrlə tələb edilməsinə baxmayaraq, ödəməkdən yayınmışdır. Ona görə də, həmin gecikdirilmiş icarə haqqına 3872 manat məbləğində dəbbə pulu və illik 5%-lə cəmi 997,5 manat məbləğində borc hesablanmışdır. Tərəflər arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X1 şərtlərinə uyğun olaraq hesablanmış icarə haqqı borcu ödənmədiyi üçün “İcarəyəverən” olaraq iddiaçının həmin İcarə Müqaviləsini ləğv etmək və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüququ vardır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli 34 nömrəli Qərarından görünür ki, Sumqayıt Bələdiyyəsi tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə 4500 (dörd min beş yüz) kv.m. torpaq sahəsi ayrılmışdır (ayrılmış məlum torpaq sahəsinin Sumqayıt şəhərinin Baş Memarı tərəfindən təsdiq olunmuş cizgi-planı da həmin Qərara əlavə olunmuşdur). İş materialları ilə müəyyən olunur ki, icarəyəverən Sumqayıt Bələdiyyəsi (VÖEN **********) ilə icarəçi "xxxx" Mənzil-Tikinti Kooperativi (hal-hazırda Cavabdeh) (VÖEN **********) arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X3 əsasən icarə obyekti - yəni, Sumqayıt Bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli 34 nömrəli Qərarı əsasında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən ümumi sahəsi 4500 kvadrat metr olan torpaq sahəsi 1 (bir) kvadrat metrinə görə illik olaraq 0,4 (40 qəpik) manat icarə haqqı olmaqla və Müqavilə üzrə illik ümumi icarə haqqı 1800 manat məbləğində hesablanmaqla yüksəkmərtəbəli yaşayış binasının tikilməsi məqsədi ilə 01 yanvar 2019-cu ildən 31 dekabr 2024-cü ilədək sonuncuya (İcarəçiyə) icarəyə verilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, “İcarəyəverən”in - icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, X1 müddətinin uzadılması barədə təkliflər vermək (“q” yarımbəndi), icarəyə verilmiş torpaqlarda icarəyəverənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək (“d” yarımbəndi) və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək (“e” yarımbəndi) hüquqları vardır. Həmin Müqavilənin 2.2-ci bəndinin “b” yarımbəndində - icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə İcarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək - “İcarəyəverən”in vəzifəsi kimi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 2.3-cü bəndinin “a” yarımbəndində torpaq sahəsindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək - “İcarəçi”nin hüququ kimi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “İcarəçi”nin icarəyə verilən torpaq sahəsindən bu müqavilədə göstərilən məqsədlər üçün istifadə etmək (“a” yarımbəndi), torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər məcburi ödənişləri vaxtında ödəmək (“b” yarımbəndi), icarəyə götürdüyü torpaq sahəsini ancaq “İcarəyəverən”in razılığı əsasında subicarəyə vermək, təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucusu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, torpaqların mühafizəsi sahəsində torpağın münbitliyinin və digər xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi kimi lazımı tədbirləri həyata keçirmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək (“v” yarımbəndi) və icarə müqaviləsində başqa hal nəzərdə tutlmamışdırsa, torpaq sahəsindən müvəqqəti icarə müddəti başa çatdıqdan sonra onun tərəfindən ucaldılmış müvəqqəti tikilini öz hesabına sökmək (“e” yarımbəndi) vəzifələri vardır. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, torpağın icarəyə verilməsi bu torpaq üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olmur, ancaq icarə hüququ yaradır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, “İcarəçi” bu Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş icarə haqqını hər rübün əvvəlində “İcarəyəverən”in müvafiq bankdakı hesablaşma hesabına ödəməlidir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, yüksəkmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə İcarəçiyə icarəyə verilmiş ümumi sahəsi 4500 kvadrat metr olan torpaq sahəsinin 1 (bir) kvadrat metrinə görə illik 0,4 (40 qəpik) manat icarə haqqı hesablanmaqla, illik ümumi icarə haqqı 1800 manat məbləğində təyin edilmiş və icarə müddəti 01 yanvar 2019-cu ildən 31 dekabr 2024-cü ilədək olmaqla, 6 il müddətinə müəyyən edilmişdir (bir illik ümumi icarə haqqı cəmi 1800 manat, 6 illik icarə haqqı isə ümumilikdə cəmi 10800 manat). Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, icarə haqqı vaxtında ödənilmədikdə gecikdirilmiş borc yaranır. X4 üzrə gecikdirilmiş borc yarandıqda, “İcarəçi” “İcarəyəverən”ə vaxtı keçmiş ödəniş tarixindən icarə haqqı üzrə yaranmış borcun faktiki ödənildiyi tarixədək olan dövr üçün gündəlik borcun 0,1 %-i məbləğində faizlə hesablanan cərimə faizləri ödəməlidir. Həmin Müqavilənin 4-cü bəndinin 4.4-cü yarımbəndinə əsasən, torpaq vergisi və ya icarə haqqı üzrlü səbəb olmadan bir il ödənilmədikdə - müqaviləyə xitam verilir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu icarə müqaviləsi “ 01 “ yanvar 2019-cu il tarixdən “31” dekabr 2024-cü il tarixə qədər bağlanılmışdır. İş materiallarında olan iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən tərtib edilmiş Maliyyə Arayışdan görünür ki, 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X4 üzrə icarə haqqı 1 kv.m üçün 0,4 manat olan 4500 kv.m. torpaq sahəsindən istifadə edilməsinə görə Cavabdeh 2019-cu ildən - 2023-cü il daxil illik 1800 manat olmaqla, ümumilikdə cəmi 9000 manat məbləğində hesablanmış icarə haqqından 2020-ci ildə cəmi 2350 manat ödəniş edilmişdir. Ona görə də, İcarəçinin həmin Müqavilə üzrə cəmi 6650 (altı min altı yüz əlli) manat məbləğində icarə haqqı borcu vardır və iddiaçı tərəfindən gecikdirilmiş icarə haqqına 3872 manat məbləğində müamilə (dəbbə pulu) və illik 5% olmaqla 997,5 manat məbləğində faiz hesablanmışdır. İş materiallarından görünür ki, 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X4 üzrə icarə haqqının ödənilməməsi ilə əlaqədar yaranmış mövcud mübahisə ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2ci maddəsinə əsasən, istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ - müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinin tələblərinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir; Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir; İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1) və icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (maddə 700.2). Həmin Məcəllənin 706-cı maddəsinin tələblərinə görə, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər (maddə 706.1) və torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir (maddə 706.4). Həmin Məcəllənin 710-cu maddəsinin tələblərinə görə, torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir (maddə 710.1) və icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (maddə 710.3). Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, icarəyəverən (iddiaçı) Sumqayıt Bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli 34 nömrəli Qərarı və 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X4 əsasında Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən sahəsi 4500 kvadrat metr olan torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə icarəçi (cavabdeh) Cavabdeh (əvvəlki adı "xxxx" Mənzil-Tikinti Kooperativi) icarəsinə verilmiş və sonuncu həmin torpaq sahəsində çoxmənzilli və çoxmərtəbəli yaşayış binası tikmişdir. Lakin, icarəçi (cavabdeh) Cavabdeh 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X2 illik icarə haqqı 1800 manatdan hesablanmaqla, 2019 - 2023-cü illər üçün nəzərdə tutulan cəmi 9000 manat məbləğində icarə haqqı məbləğindən 2020-ci ildə cəmi 2350 manat məbləğində ödəniş etsə də, qalan 6650 (altı min altı yüz əlli) manat icarə haqqı borcunu ödəməmişdir. Ona görə də, həmin Müqavilə üzrə ödənilməmiş əsas icarə haqqı borcunun, həmin borc üzrə hesablanmış dəbbə pulunun və illik 5 faiz olmaqla hesablanan borcun və mediasiya xidməti ilə bağlı ödənilmiş 100 manat məbləğində pulun əvəzinin ödənilməsi, 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X1 ləğvi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək qaytarılması üçün iddiaçı (icarəyə verən) Sumqayıt Bələdiyyəsi cavabdeh (icarəçi) Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, Cavabdeh iddiaçı Sumqayıt Bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli 34 nömrəli Qərarı əsasında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə ayrılmış 4500 kv.m. torpaq sahəsini təhvil alıb, həmin sahədə çoxmənzilli və çoxmərtəbəli yaşayış binası tikməklə istifadə etməsinə baxmayaraq, həmin torpaq sahəsinin icarəsi ilə əlaqədar 31 dekabr 2024-cü il tarixinədək bağlanmış 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X2 nəzərdə tutulan 1800 manat məbləğində illik icarə haqqından 2020-ci ildə cəmi 2350 manat məbləğində ödəniş etsə də, 2019 - 2023-cü illər üçün hesablanan cəmi 9000 manat məbləğində icarə haqqı borcunun 6650 (altı min altı yüz əlli) manat hissəsini ödəməmişdir. Bununla da, Cavabdeh MMC məlum Müqavilə əsasında iddiaçı Sumqayıt Bələdiyyəsindən torpaq sahəsini icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, illər üzrə nəzərdə tutulan icarə haqqını müvafiq qaydada ödəməməklə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bu hallara görə də, icarəyəverən Sumqayıt Bələdiyyəsi ödənilməmiş icarə haqqı borcunun icarəçi olaraq ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə də, məhkəmə hesab edir ki, “28 dekabr 2018-ci il tarixli 124 nömrəli X4 üzrə ödənilməmiş 6650 (altı min altı yüz əlli) manat məbləğində icarə haqqı borcunun” həmin Müqavilədə nəzərdə tutulan öhdəliyini lazımi qaydada yerinə yetirməyən Cavabdeh MMC-dən iddiaçı Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddianın "3872 manat məbləğində dəbbə pulunun tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq, Cavabdehndən cəmi 1000 (min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eləcə də, yuxarıda təsvir olunanlar və aşağıda qeyd edilənlərə əsasən müəyyən olunur ki, "iddiaçı Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X1 ləğv edilməsi" hissəsində də iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1);, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2); və müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3). Həmin Məcəllənin 719.7-ci maddəsinin tələblərinə görə, icarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə - icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Həmin Məcəllənin 721.-1-ci maddəsinə əsasən, əgər torpaq icarəsi müqaviləsinin iştirakçıları torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər. Lakin, işin konkret halları ilə müəyyən olunmuşdur ki, cavabdehdən "müqavilə üzrə illik 5%-lə hesablanan 997,5 (doqquz yüz doxsan yeddi manat 50 qəpik) manat məbləğində pulun tutulması" hissəsində iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq edilməmiş və sübut olunmamışdır. Belə ki, 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X1 3.1-ci bəndinin tələblərinə görə “İcarəçi” bu Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş icarə haqqını hər rübün əvvəlində, yəni ildə dörd dəfə olmaqla “İcarəyəverən”in müvafiq bankdakı hesablaşma hesabına ödəməli olduğu halda, 2019-cu ildə heç bir ödəniş etməmiş, 2020-ci ildə yalnız bir dəfə 2350 manat məbləğində ödəniş etsə də, sonradan 2021 – 2023-cü illər ərzində də heç bir ödəniş etməmişdir. Buna görə də, İcarəçinin 2019 – 2023-cü illər üzrə ödəməli olduğu 9000 manat icarə haqqı borcunun 6650 manat hissəsi ödənilməmiş qalmışdır. Göründüyü kimi, cavabdeh müqavilə şərtlərini kobud surətdə pozaraq, müqavilə üzrə nəzərdə tutulan qaydada və məbləğlərdə ödənişləri vaxtlı-vaxtında etməsə də, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilmiş və bu zaman “6650 manat məbləğində” ödənilməmiş icarə haqqı borcuna yuxarıda qeyd olunan tənasübsüz surətdə yüksək dəbbə pulu məbləği ilə yanaşı, həm də “illik 5%-lə 997,5 manat məbləğində” əlavə pul hesablamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, həmin Məcəllənin hüquqdan sui-istifadənin qadağan edilməsini nəzərdə tutan 560-cı maddəsinin tələblərinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (maddə 560.1); Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.2). Eyni zamanda, yuxarıda təsvir olunanlar və aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "torpaq sahəsinin cavabdeh tərəfindən və onun hesabına əvvəlki vəziyyətə gətirilərək iddiaçı Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi" hissəsində də iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq edilməmiş və sübut olunmamışdır. Çünki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icarəyəverən Sumqayıt Bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli 34 nömrəli Qərarı və 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X4 əsasında Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən 4500 kvadrat metr torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə icarəçi Cavabdeh icarəsinə verilmiş və sonuncu həmin torpaq sahəsində çoxmənzilli və çoxmərtəbəli yaşayış binası tikmişdir (məhkəmə araşdırması zamanı icarə obyekti olan torpaq sahəsində “çoxmənzilli və çoxmərtəbəli yaşayış binasının tikilməsi və həmin binadan digər şəxslərin (sakinlərin) yaşayış yeri kimi istifadə etməsi” təkzib olunmamışdır). Halbuki, tərəflər arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X1 2.2-ci bəndinin “b” yarımbəndində icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə İcarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək - icarəyəverən Sumqayıt Bələdiyyəsinin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Həmçinin, məlum Müqavilədə belə bir şərtin (2.2-ci bəndinin “b” yarımbəndi) olmasına və eyni zamanda, müqavilə ləğv edildiyi halda icarə predmetində təyinatı üzrə tikilmiş çoxmənzilli və çoxmərtəbəli yaşayış binasının hər hansı bir şərt olmadan (qeyd-şərtsiz) sökülərək “torpaq sahəsinin əvvəlki vəziyyətdə” geri qaytarılmasını nəzərdə tutan şərtin (şərtlərin) olmaması, məlum torpaq sahəsində cavabdeh (icarəçi) tərəfindən çoxsaylı insanların yaşaması üçün çoxmənzilli və çoxmərtəbəli yaşayış binasının tikiləcəyinin iddiaçıya (icarəyəverənə) əvvəlcədən məlum olması və torpaq sahəsinin İcarəçiyə elə bu məqsədlə də ayrılaraq icarəyə verilməsi və o cümlədən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad olunan 425.2ci və 560-cı maddələrinin tələbləri baxımından da "torpaq sahəsinin cavabdeh tərəfindən və onun hesabına əvvəlki vəziyyətə gətirilərək iddiaçı Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi" barədə iddia tələbinin əsaslılığı müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-cimaddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən (VÖEN **********) 6650 manat məbləğində icarə haqqı borcu və 1000 manat məbləğində dəbbə pulu iddiaçı Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulmalı və iddiaçı Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X4 ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının əvəzi Cavabdehndən tutularaq iddiaçı Sumqayıt Bələdiyyəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, Cavabdehndən dövlət nəfinə 96,5 (doxsan altı manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 6650 (altı min altı yüz əlli) manat məbləğində icarə haqqı borcu, 1000 (min) manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 7750 (yeddi min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulsun. İddiaçı Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli 124 nömrəli X4 ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 96,5 (doxsan altı manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-109/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-109/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver