Məhkəmə qərarları › İş №e-2-2(119)-1090/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1090/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1090/2024 23.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 17 fevral 2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 926,53 (doqquz yüz iyirmi altı manat əlli üç qəpik) manat məbləğində əsas borc, 167,19 (yüz altmış yeddi manat on doqquz qəpik) manat məbləğində ƏDV və 110 (yüz on) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1203,72 (min iki yüz üç manat yetmiş iki) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 65 (altmış beş) manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 fevral 2021-ci il tarixdə İddiaçı (“icarəyə verən”) və Cavabdeh (“icarəçi”) arasında bağlanan icarə müqaviləsinə əsasən icarəyə verən icarəçiyə ünvan 1 ünvanında yerləşən soyuducu anbarının 12 m2 hissəsini icarəyə verməyi, icarəçi isə aylıq ƏDV daxil 160 (yüz altmış) manat məbləğində icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 6-cı bəndinə əsasən icarəçi icarə haqqını icarə verənin hesabına və ya qanunla müəyyən olunan şərtləri riayyət etməklə nağd ödəyir. “Zəhmət-Ruzi" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib ofis sahəsini icarəyə verməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəlikləri lazimi qaydada yerinə yetirməmiş və 17 fevral 2021-ci il tarixli müqavilə üzrə 1093,72 manat ödənilməmiş borcu yaranmışdır. Bu barədə Cavabdehnə dəfələrlə məlumat verilməsinə baxmayaraq icarəçinin hələ də müqavilə üzrə 1093,72 (min doxsan üç manat yetmiş iki qəpik) manat, gecikdirilmiş icarə haqqı üçün cərimə 110 (yüz on) manat olmaqla, cəmi 1203,72 (min iki yüz üç manat yetmiş iki qəpik) manat borcu qalmışdır. Cavabdeh tərəfindən 532092 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 2021-ci ilin fevral ayı üçün 58,11 manat +18% ƏDV olmaqla cəmi 68,57 manat; 149734 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 2021-ci ilin mart ayı üçün 135,59 manat+18% ƏDV olmaqla cəmi 160 manat; 727262 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 2021-ci ilin aprel ayı üçün 135,59 manat +18% ƏDV olmaqla cəmi 160 manat; 05427 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 2021-ci ilin may-iyun ayları üçün 271,20 manat +18% ƏDV olmaqla cəmi 320,02 manat; 707867 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 2021-ci ilin iyul ayı üçün 135,59 manat +18% ƏDV olmaqla cəmi 160 manat; 376174 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 2021-ci ilin avqust ayı üçün 135,59 manat +18% ƏDV olmaqla cəmi 160 manat; 043212 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 2021-ci ilin sentyabr ayı üçün 135,59 manat +18% ƏDV olmaqla cəmi 160 manat; 595932 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 2021-ci il oktyabr üçün 135,59 manat +18% ƏDV olmaqla cəmi 160 manat icarə haqqı ödənilmişdir. Ümumilikdə cavabdeh tərəfindən 2069,40 manat+18% ƏDV olmaqla cəmi 2441,92 (iki min dörd yüz qırx bir manat doxsan iki qəpik) icarə haqqı ödənilməli olduğu halda, cəmi 1348,2 (min üç yüz qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində ödənilmiş və cavabdehin ödənilməmiş 1093,72 (min doxsan üç manat yetmiç iki qəpik) manat icarə haqqı borcu qalmışdır. 302209 saylı, xx.xx.2021-ci il tarixli və 661314 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimələr üzrə isə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. İddiaçı mübahisənin mediasiya vasitəsi ilə həll etmək məqsədi ilə Cavabdehnə xx.xx.2023-cü il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə” təklif göndərilmiş, lakin xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmamışdır. Bu səbəbdən İddiaçınə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞS/MTO30/2023- 01574 nömrəli arayış verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzə əsasən iddiaçı tərəfindən 65 manat məbləğində mediasiya xərci ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və ən qısa müddətdə müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh tərəfindən İddiaçı xeyrinə ödənilməmiş icarə haqqı üzrə 926,53 manat məbləğində əsas, 167,19 manat məbləğində ƏDV və 110 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1203,72 manat məbləğində icarə haqqı borcunun, habelə 65 manat məbləğində mediasiya xərclərin ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış “Sahənin icarəyə verilməsi haqqında” 17 fevral 2021-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən ünvan 2 ünvanındakı soyuducu anbarın 12 m2 hissəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə həmin sahəni icarəyə qəbul edərək bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqının icarəyə verən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 16 fevral 2022-ci il tarixinədək qüvvədədir. Müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalanadək tərəflər müqavilənin xitamı barədə yazılı bildiriş verilmədikdə müqavilə daha 1 (bir) il müddətinə uzadılır və tərəflər ona xitam verənədək qüvvədə qalır. Həmin müqavilənin 5-ci bəndinə əsasən icarə haqqı 1 (bir) təqvim ayı üçün 160 (yüz altmış) manat (ƏDV daxil) məbləğində müəyyən edilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 68,57 manat məbləğində icarə haqqı borcu ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBAY seriyalı 532092 nömrəli, 160 manat məbləğində icarə haqqı borcu ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBA seriyalı 149734 nömrəli, 160 manat məbləğində icarə haqqı borcu ilə əlaqədar xx.xx.2021ci il tarixli EBBB seriyalı 727267 nömrəli, 320,02 manat məbləğində icarə haqqı borcu ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBE seriyalı 054027 nömrəli, 160 manat məbləğində icarə haqqı borcu ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBF seriyalı 707867 nömrəli, 160 manat məbləğində icarə haqqı borcu ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBH seriyalı 376174 nömrəli, 160 manat məbləğində icarə haqqı borcu ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBK seriyalı 043212 nömrəli, 160 manat məbləğində icarə haqqı borcu ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBL seriyalı 595932 nömrəli, 133,33 manat məbləğində icarə haqqı borcu ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBN seriyalı 302209 nömrəli, 960 manat məbləğində icarə haqqı borcu ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCA seriyalı 661314 nömrəli elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında “Sahənin icarəyə verilməsi haqqında” 17 fevral 2021-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ünvan 2 ünvanındakı soyuducu anbarın 12 m2 hissəsi icarəçinin icarəsinə verilmişdir. İcarəçi tərəfindən ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə icarə haqqı ödənilsə də, Cavabdeh öhdəliyini tam icra etməyərək sözügedən icarə müqaviləsi üzrə icarə haqqı borcunu tam ödəməmişdir. Buna görə də, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. İddia ərizəsində 17 fevral 2021-ci il tarixli müqavilə üzrə cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixli EBBN seriyalı 302209 nömrəli elektron qaiməyə əsasən 2021-ci ilin noyabr ayı üzrə 112,99 əsas borc + 20,34 ƏDV olmaqla, cəmi 133,33 manat, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 661314 nömrəli elektron qaiməyə əsasən 2022-ci ilin yanvar-iyun ayları üzrə isə 813,56 əsas borc +146,44 ƏDV olmaqla, cəmi 960 manat icarə haqqı borcunun olduğu bildirilərək, Cavabdehndən İddiaçı xeyrinə 926,53 manat məbləğində əsas borcun və 167,19 manat məbləğində ƏDV borcunun tutulması xahiş olunmuşdur. Lakin həmin qaimələrdən görünür ki, cavabdehin qeyd olunan qaimələr üzrə əsas borcu 926,55 (112,99+813,56=926,55) manat və ƏDV borcu 166,78 (20,34+146,44=166,78) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən iddiaçının xeyrinə 926,53 (doqquz yüz iyirmi altı manat əlli üç qəpik) manat məbləğində əsas borcun və 167,19 (yüz altmış yeddi manat on doqquz qəpik) manat məbləğində ƏDV borcun tutulması” hissəsində qismən təmin olunmalı, cavabdehdən 926,55 (doqquz yüz iyirmi altı manat əlli beş qəpik) manat məbləğində əsas borc və 166,78 (yüz altmış altı manat yetmiş səkkiz qəpik) manat məbləğində ƏDV borcu tutularaq iddiaçıya ödəniməlidir. Məhkəmə hesab edir ki, iddianın “110 (yüz on) manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göstərilən normaların məzmunundan da göründüyü kimi cərimə öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı cərimənin tutulması tələbini irəli sürsə də, tərəflər arasında cərimə barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də qanun üzrə cərimənin tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cərimənin tutulması hissəsində iddia rədd edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 65 (altmış beş) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Sumqayıt 1 saylı Mediasiya təşkilatının 28 avqust 2023-cü il tarixli MŞS/MTO30/2023- 01574 nömrəli arayışından görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmiş, 65 (altmış beş) manat məbləğində mediasiya xərci idiaçı tərəfindən ödənilmişdir. Buna görə də iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı tərəfindən mediatora ödənilmiş 65 (altmış beş) manat məbləğində mediasiya xərcinin 32,5 (otuz iki manat əlli qəpik) manat hissəsi Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdehndən 926,55 (doqquz yüz iyirmi altı manat əlli beş qəpik) manat məbləğində əsas borc, 166,78 (yüz altmış altı manat yetmiş səkkiz qəpik) manat məbləğində ƏDV borcu və mediasiya ilə əlaqədar ödənilmiş 32,5 (otuz iki manat əlli qəpik) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 1125,83 (min yüz iyirmi beş manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Eləcə də, hazırkı iddia tələbinə uyğun hesablanmış 30,93 (otuz manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 926,55 (doqquz yüz iyirmi altı manat əlli beş qəpik) manat məbləğində əsas borc, 166,78 (yüz altmış altı manat yetmiş səkkiz qəpik) manat məbləğində ƏDV borcu və mediasiya ilə əlaqədar ödənilmiş 32,5 (otuz iki manat əlli qəpik) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 1125,83 (min yüz iyirmi beş manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 30,93 (otuz manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar