Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1096/2025 03.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 67936,59 (altmış yeddi min doqquz yüz otuz altı manat əlli doqquz qəpik) manat məbləğində borcun, 500 (beş yüz) manat məbləğində dəbbə pulunun və 297 (iki yüz doxsan yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil 16 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə verərək İddiaçı ilə Cavabdeh arasında barışıq sazişi bağlanması əsası ilə iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə ərizə təqdim edərək məhkəmədən barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 10 iyun 2025-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişinə əsasən İddiaçı ilə Cavabdeh aşağıdakı məzmunda və şərtlərlə razılığa gəlmişlər:
1. Tərəflər Cavabdeh İddiaçınə xx-xx/2021 nömrəli 08 may 2021-ci il tarixli müqavilə üzrə qarşılıqlı üzləşmə aktına əsasən 14 may 2025-ci il tarixə 67936,59 manat məbləğində borclu olduğunu qarşılıqlı surətdə təsdiq edirlər.
2. Cavabdeh borclu olduğu 67936,59 manat məbləğində pulu 01 noyabr 2025-ci il tarixədək İddiaçınə ödəyir.
3. Borc ödənişinin son tarixi 01 noyabr 2025-ci ildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 10 iyun 2025-ci il tarixli barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 10 iyun 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)- 1096/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA A L D İ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər Cavabdeh İddiaçınə xx-xx/2021 nömrəli 08 may 2021-ci il tarixli müqavilə üzrə qarşılıqlı üzləşmə aktına əsasən 14 may 2025-ci il tarixə 67936,59 manat məbləğində borclu olduğunu qarşılıqlı surətdə təsdiq edirlər.
2. Cavabdeh borclu olduğu 67936,59 manat məbləğində pulu 01 noyabr 2025-ci il tarixədək İddiaçınə ödəyir.
3. Borc ödənişinin son tarixi 01 noyabr 2025-ci ildir. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-1096/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Həlimə Alıyeva