Məhkəmə qərarları › İş №e-2-2(119)-1097/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1097/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1097/2023 02.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 18 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı qarşısında 02 may 2023cü il tarixinə mövcud olan 39176,96 (otuz doqquz min yüz yetmiş altı manat 96 qəpik) manat həcmində borc məbləği və 39176,96 manat ödənilməmiş borc məbləğinə hesablanmış 3117,12 (üç min yüz on yeddi manat 12 qəpik) manat faiz olmaqla, cəmi 42294,08 (qırx iki min iki yüz doxsan dörd manat 08 qəpik) manat pul, ödənilmiş 200 (iki yüz) manat mediatorun xidmət haqqı və 17 (on yeddi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 42511,08 (qırx iki min beş yüz on bir manat 08 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehdan tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh (VÖEN **********) arasında 05 avqust 2020-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Alqı-satqı Müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən müxtəlif vaxtlarda ümumi dəyəri 96077 (doxsan altı min yetmiş yeddi) ABŞ dolları, yəni 163330,09 (yüz altmış üç min üç yüz otuz manat 09 qəpik) manat dəyərində gübrə və dərman preparatları sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh satılmışdır. Cavabdeh tərəfindən həmin məbləğin 73031,73 (yetmiş üç min otuz bir dollar 73 sent) ABŞ dolları, yəni 124153,94 (yüz iyirmi dörd min yüz əlli üç manat 94 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Şirkətə ödənilməsi təmin edilmişdir. Lakin, qalan 23045,27 (iyirmi üç min qırx beş dollar 27 sent) ABŞ dolları,yəni 39176,96 (otuz doqquz min yüz yetmiş altı manat 96 qəpik) manat qalıq borcu 15 fevral 2022-ci il tarixindən bu günkü günə kimi Cavabdeh tərəfindən müəssisəyə ödənilməmişdir. Bu barədə tərəflər arasında 15 fevral 2022-ci il tarixində “Üzləşmə aktı” tərtib edilmişdir. Baxmayaraq ki, 05 avqust 2020-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsinin 5.2-ci bəndinə görə Cavabdeh tərəfindən həmin Müqavilənin 5.1-ci bəndinə əsasən onun sifarişi iddiaçı tərəfindən təsdiq edildikdən sonra alınması nəzərdə tutulan malın dəyərini əvvəlcədən 100% həcmində müəssisəyə ödənilməli idi, lakin satılan kənd təsərrüfatı təyinatlı gübrə və pestisidlərin dəyəri bu günə kimi onun tərəfindən ödənilməmişdir. 15 fevral 2022-ci il tarixində “Üzləşmə aktı” tərtib edilərək müəssisə qarşısında həmin tarixə Cavabdeh borc öhdəliyinin 23045,27 (iyirmi üç min qırx beş dollar 27 sent) ABŞ dolları olduğu təsdiqlənmişdir. 01 iyul 2022-ci il tarixində 05 avqust 2020-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsi üzrə arada yaranmış ixtilafın məhkəmədənkənar qaydada həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh çatdırılması təsdiq edilmiş Pretenziya ünvanlanmışdır. Lakin, bu günə kimi cavabdeh tərəfindən həmin Pretenziya cavablandırılmamışdır. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, 39176,96 manat məbləğində borc ödənməmiş və bu mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən isə 11 noyabr 2022-ci il tarixində mediatorun xidmət haqqı olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. 05 avqust 2020-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsinin 2.1-ci və 2.2-ci bəndlərinə görə müqavilənin gübrə və pestisid kənd təsərrüfatı sahəsində istifadə olunduğu, mövsimi yığımla, əkinlə və s. əlaqədar satılmış malın dəyərinin ödənişlərinin ləngiməsi halı nəzərə alınaraq malın qiyməti “Alıcı” tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan ABŞ dollarına mütənasib məzənnəsinə uyğun olaraq manatla həyata keçirilir. Digər tərəfdən 05 avqust 2020-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsində ödənişi nəzərdə tutulmuş məbləğinin ödənişi gecikdirildiyi təqdirdə gecikdirilmiş hər gün üçün cərimə hesablanması nəzərdə tutulmamışdır. Lakin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yəni borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, o, müəssisəyə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bunu nəzərə alaraq, 39176,96 manat məbləğinin ödəniş gecikdirildiyi üçün bir təqvim günü üzrə 39176,96 x 5% = 1958,85/360 gün = 5,44 manat olmaqla, Cavabdeh ümumilikdə borc ödənişinin gecikdirildiyi 573 gün üzrə 5,44 x 573 = 3117,12 manat həcmində faiz hesablanmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 05 avqust 2020-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsi üzrə 39176,96 manat məbləğində əsas borcun, həmin ödənilməmiş əsas borc məbləğinə hesablanmış 3117,12 manat faiz borcunun, 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin əvəzinin və 17 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə qismən razı olduğunu bildirərək, izahatında göstərdi ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu zaman Maştağa qəsəbəsi ərazisində yerləşən Qocayev Mehmana məxsus istixananın işlərini aparmış və bununla əlaqədar onun VÖEN-i ilə bağlanmış 05 avqust 2020-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsi əsasında həmin istixana üçün İddiaçındən gübrə və dərman preparatları alınaraq istifadə olunmuşdur. Alınan gübrə və dərman preparatlarının pulunun bir hissəsi istixana sahibi Qocayev Mehman tərəfindən ödənmiş olsa da, həmin alqı-satqı üzrə cəmi 39176,96 manat məbləğində pul vəsaiti ödənməmişdir. Lakin, həmin borca hər hansı bir faiz məbləğinin hesablanması ilə razı deyildir. O, həqiqətən də, iddiaçıya 39176,96 manat məbləğində borcun olduğunu təsdiq etsə də, hesab edir ki, həmin borcu gübrə və dərman preparatlarının istifadə olunduğu istixananın sahibi Qocayev Mehman ödəməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN **********) ilə alıcı – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 05 avqust 2020-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, "Satıcı" "Alıcı"ya gübrə və pestisid (bundan sonra "Mal") satır, "Alıcı" isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini "Satıcı”ya ödəyir (1.1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə predmetinin xüsusiyyətləri nəzərə alınaraq (gübrə və pestisid kənd təsərrüfatı sahəsində istifadə olunduğu, mövsimi yığımla, əkinlə və s. ilə əlaqədar satılmış malın dəyərinin ödənişlərinin ləngiməsi halında) malın qiyməti "Alıcı" tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan ABŞ dollarına münasibətdə məzənnəsi nəzərə alınmaqla həyata keçirilməlidir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, bu Müqavilənin 2.1-ci bəndində elektron qaimə-faktura təqdim edildiyi günlə, Malın dəyərinin ödənişinin həyata keçirildiyi gündə ABŞ dollarının manata olan məzənnə fərqi nəzərdə tutulur. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, malların qiyməti və dəyəri Azərbaycan manatı (AZN) ilə ifadə olunur. İş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında tərtib edilərək imzalanmış 15 fevral 2022-ci il tarixli Üzləşmə Aktından görünür ki, təhvil aldığı mallara görə alıcı Cavabdeh 09 fevral 2022-ci il tarixinə satıcı İddiaçınə 23045,27 ABŞ dolları məbləğində qalıq borcu vardır. İddiaçı tərəfin təqdim etdiyi Maliyyə Arayışında göstərilir ki, 05 avqust 2020-ci il tarixli 01 nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən Cavabdeh almış olduğu mallara görə 17 avqust 2023-cü il tarixə iddiaçı "GBR Trade” MMC-yə 39176,96 (otuz doqquz min yüz yetmiş altı manat 96 qəpik) manat məbləğində əsas borcu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış faizlər üzrə 3117,12 (üç min yüz on yeddi manat 12 qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 05 avqust 2020-ci il tarixli 01 nömrəli alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə cəmi 39176,96 (otuz doqquz min yüz yetmiş altı manat 96 qəpik) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində 05 avqust 2020-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsi üzrə 39176,96 manat məbləğində əsas borcun, həmin ödənilməmiş əsas borc məbləğinə hesablanmış 3117,12 manat faiz borcunun, 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin əvəzinin və 17 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi xahiş olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı iə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki- Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və Dövlət Büdcəsinə isə 17 (on yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, 05 avqust 2020-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə, həmin Müqavilə üzrə alınmış mallar üçün ödənilməmiş 39176,96 (otuz doqquz min yüz yetmiş altı manat 96 qəpik) manat məbləğində əsas borcun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Lakin, İddiaçı iddia tələbində Cavabdeh "3117,12 (üç min yüz on yeddi manat 12 qəpik) manat məbləğində faizin” tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Buna görə də "3117,12 manat məbləğində faizin tutulması” hissəsində iddia tələbi əsaslılığı sübut olunmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdeh (VÖEN **********) 39176,96 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hesablanmış dövlət rüsumunun iddiaçı tərəfindən ödənilmiş 17 (on yeddi) manat hissəsinin əvəzi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Bundan əlavə, hazırkı iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ümumilikdə hesablanan 207,53 (iki yüz yeddi manat 53 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 190,53 (yüz doxsan manat 53 qəpik) manat (207,53 manat – 17 manat = 190,53 manat) məbləğində pul vəsaiti dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 39176,96 (otuz doqquz min yüz yetmiş altı manat 96 qəpik) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 17 (on yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 39393,96 (otuz doqquz min üç yüz doxsan üç manat 96 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun qalığı kimi 190,53 (yüz doxsan manat 53 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar