Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-11/2023 14.03.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Baldadaş oğlunun iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 10 dekabr 2021-ci il tarixinə hesablanmış 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 9726,02 manat və faiz borcu üzrə 5593,89 manat olmaqla, cəmi 15319,91 manat məbləğində borcun, 03 iyul 2019-cu il tarixli 101875-516353/4 nömrəli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4204,06 manat və faiz borcu üzrə 2629,42 manat olmaqla, cəmi 6833,48 manat məbləğində borcun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh MMC arasında bağlanmış 22 yanvar 2019cu il tariхli 101875-516353/2 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 21% dərəcəsi ilə 22000 (iyirmi iki min) manat məbləğində krеdit vеrilmişdir. Bundan başqa, borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh MMC arasında bağlanmış 03 iyul 2019-cu il tariхli 101875-516353/4 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 6 ay müddətinə, illik 22% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, cavabdeh banka olan borclarını ödəməmişdir. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada Mediasiya Şurasına müraciət edilmiş və Bank tərəfindən mediasiya xərci olaraq 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. Mediasiya prosesində cavabdeh tərəf iştirak etmədiyinə görə 04 fevral 2022-ci il tarixli 2021-008570 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış verilmişdir. Beləliklə, 10 dekabr 2021-ci il tarixinə 22 yanvar 2019-cu il tariхli 101875-516353/2 nömrəli krеdit müqaviləsi üzrə 9726,02 manat məbləğində əsas bоrcu və 5593,89 manat faiz borcu оlmaqla, ümumilikdə 15319,91 (on beş min üç yüz on doqquz manat 91 qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Eləcə də, 10 dekabr 2021-ci il tarixinə 03 iyul 2019-cu il tariхli 101875-516353/4 nömrəli krеdit müqaviləsi üzrə isə 4204,06 manat məbləğində əsas bоrcu və 2629,42 manat faiz borcu оlmaqla, ümumilikdə 6833,48 (altı min səkkiz yüz otuz üç manat 48 qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqavilələrinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan kreditlərini vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Bеləliklə də, iddiaçı hesab edir ki, krеdit müqavilələri üzrə öhdəliklər yеrinə yеtirilmədiyinə görə yaranmış borclar cavabdеhdən tutulmalıdır. (bundan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 443, 445, 449 və 741-ci maddələrinin məzmunu qeyd olunur). Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 10 dekabr 2021-ci il tarixinə hesablanmış 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli kredit müqaviləsinə əsasən 9726,02 manat əsas kredit borcu və 5593,89 manat faiz borcu olmaqla, cəmi 15319,91 manat məbləğində borcun, 03 iyul 2019-cu il tarixli 101875-516353/4 nömrəli kredit müqaviləsinə əsasən 4204,06 manat əsas kredit borcu və 2629,42 manat faiz borcu olmaqla, cəmi 6833,48 manat məbləğində borcun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində pulun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli Kredit müqaviləsinə əsasən borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc alan Cavabdehnə (VÖEN **********) “dövriyyə vəsaitlərinin artırılması və cari xərclər” məqsədi ilə 12 (on iki) ay müddətinə, yəni 22 yanvar 2020-ci il tarixədək illik 21% dərəcəsi ilə 22000 (iyirmi iki min) manat məbləğində kredit verilmiş və həmin kreditdən 110 manat komissiya haqqı tutulmaqla, 21890 (iyirmi bir min səkkiz yüz doxsan) manat məbləğində pul vəsaiti 22 yanvar 2019-cu ildə borcalan Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Həmin Kredit Müqaviləsinin 7.3-cü bəndinin tələblərinə görə bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 42% dərəcəsi ilə faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarında olan 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh MMC-nin Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh MMC imza etmişdir. X2 əsasən kredit ödənişinin son tarixi 22 yanvar 2020-ci il müəyyən olunmuşdur. Bundan əlavə, tərəflər arasında bağlanmış 03 iyul 2019-cu il tarixli 101875-516353/4 nömrəli Kredit müqaviləsinə əsasən borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc alan Cavabdehnə (VÖEN **********) “dövriyyə vəsaitlərinin artırılması” məqsədi ilə 6 (altı) ay müddətinə, yəni 03 yanvar 2020-ci il tarixədək illik 22 % dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmiş və həmin kredit 25 manat komissiya haqqı tutulmaqla, 4975 (dörd min doqquz yüz yetmiş beş) manat məbləğində pul vəsaiti 03 iyul 2019-cu ildə Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Həmin Kredit Müqaviləsinin 7.3-cü bəndinin tələblərinə görə bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 44% dərəcəsi ilə faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarında olan 03 iyul 2019-cu il tarixli 101875-516353/4 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh MMC-nin Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh MMC imza etmişdir. X2 əsasən kredit ödənişinin son tarixi 03 yanvar 2020-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 10 dekabr 2021-ci il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli Kredit Müqaviləsi üzrə 10 dekabr 2021-ci il tarixə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 9726,02 manat məbləğində əsas bоrcu və 5593,89 manat faiz borcu оlmaqla, cəmi 15319,91 (on beş min üç yüz on doqquz manat 91 qəpik) manat məbləğində kredit borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 809 gün təşkil edir. İş materiallarında olan 10 dekabr 2021-ci il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh 03 iyul 2019-cu il tarixli 101875-516353/4 nömrəli Kredit Müqaviləsi üzrə 10 dekabr 2021-ci il tarixə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 4204,06 manat məbləğində əsas bоrcu və 2629,42 manat faiz borcu оlmaqla, cəmi 6833,48 (altı min səkkiz yüz otuz üç manat 48 qəpik) manat məbləğində kredit borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 809 gün təşkil edir. İş üzrə məhkəmə araşdırması zamanı mübahisənin obyektiv həlli məqsədi ilə borc verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli və 03 iyul 2019-cu il tarixli 101875- 516353/4 nömrəli Kredit Müqavilələri üzrə tələb edilən borcun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 06 iyul 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin Qərardad əsasında verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 05 oktyabr 2022-ci il tarixli 9/5455 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki: 1). 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli kredit müqaviləsi üzrə - müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2020-ci il tarixə əsas borc üzrə 14939,81 manat və faiz borcu üzrə 1577,39 manat; xx.xx.2021-ci il tarixə illik 5%-lə hesablanmaqla isə əsas borc üzrə 14939,81 manat və faiz borcu üzrə 2984,23 manat. 2). 03 iyul 2019-cu il tarixli 101875-516353/4 nömrəli kredit müqaviləsi üzrə - müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2020-ci il tarixə əsas borc üzrə 107,06 manat və faiz borcu üzrə 8,51 manat; xx.xx.2021-ci il tarixə illik 5%-lə hesablanmaqla isə əsas borc üzrə 107,06 manat və faiz borcu üzrə 18,87 manat. Lakin, iddiaçı "xxxx" ASC həmin Ekspert Rəyi ilə razılaşmayaraq, “təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi” barədə vəsatətlə məhkəməyə müraciət etmiş və həmin vəsatət məlum Ekspert Rəyində 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli kredit müqaviləsi və 03 iyul 2019-cu il tarixli 101875-516353/4 nömrəli kredit müqaviləsi üzrə edilmiş ödənişlərin aidiyyəti müqavilələr üzrə silinmələr aparılarkən ekspert tərəfindən səhvə yol verilməsi, yəni bir müqavilə üzrə edilmiş ödənişin digər müqavilə üzrə silinməsi və s. halarla əsaslandırılmışdır. İş materiallarından görünür ki, məhkəmənin 17 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nn “təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi” barədə vəsatəti qismən təmin olunaraq, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 12 yanvar 2023-cü il tarixli 9/8920 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, 1) 22 yanvar 2019cu il tarixli 101875-516353/2 saylı kredit müqaviləsi üzrə: - müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2020-ci il tarixə əsas borc üzrə 9734,26 manat və faiz borcu üzrə 846,07 manat; Sualda qeyd edilən tarixə, yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 9734,26 manat və faiz borcu üzrə 1762,71 manat. 2) 03 iyul 2019-cu il tarixli 101875- 516353/4 saylı kredit müqaviləsi üzrə: - müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2020-ci il tarixə əsas borc üzrə 4214,47 manat və faiz borcu üzrə 372,44 manat; Sualda qeyd edilən tarixə, yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 4214,47 manat və faiz borcu üzrə 780,42 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs olan borc alan (cavabdeh) Cavabdeh (VÖEN **********) 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli və 03 iyul 2019-cu il tarixli 101875-516353/4 nömrəli Kredit Müqavilələrini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək, həmin Müqavilələr üzrə borc verən (iddiaçı) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, borcverən İddiaçı ASC-dən aldığı krediti həmin Müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli və 03 iyul 2019-cu il tarixli 101875-516353/4 nömrəli Kredit müqavilələri üzrə Cavabdehndən tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 12 yanvar 2023-cü il tarixli 9/8920 nömrəli Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehdən tutulmalı olan borc məbləğləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, həmin Rəyə və iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 12 yanvar 2023-cü il tarixli 9/8920 nömrəli Ekspertiza Rəyində Cavabdeh ilə bağlanmış 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən borcun hesablandığı 10 dekabr 2021-ci il tarixə – “əsas borc 9734,26 manat və faiz borcu 1762,71 manat miqdarında” müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən Cavabdehndən “9726,02 manat məbləğində əsas borcun“, yəni nisbətən daha az miqdarda əsas borcun tutulması tələb olunur. Bu halda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli müqavilə üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 9726,02 manat məbləğində əsas borc tutulmalıdır. Çünki, ekspert rəyində əsas borcun 9734,26 manat məbləğində olduğu qeyd olunsa da, iddiaçı iddia tələbində “9726,02 manat məbləğində əsas borcun tutulmasını” xahiş etmişdir. Lakin, iddia tələbində 10 dekabr 2021-ci il tarixə hesablanaraq tələb edilən “5593,89 manat məbləğində” faiz borcu isə 12 yanvar 2023-cü il tarixli 9/8920 nömrəli Ekspertiza Rəyi ilə təsdiq olunmur və ona görə də, 22 yanvar 2019-cu il tarixli 101875- 516353/2 nömrəli Müqavilə üzrə faiz borcunun tutulması hissəsində Ekspertiza Rəyi mötəbər sübut kimi nəzərə alınmalı və Cavabdehndən 22 yanvar 2019-cu il tarixli 101875- 516353/2 nömrəli Kredit müqaviləsi üzrə Ekspertiza Rəyində 10 dekabr 2021-ci il tarixə müəyyən edilmiş “1762,71 manat” miqdarında faiz borcu tutulmalıdır. Eləcə də, 12 yanvar 2023-cü il tarixli 9/8920 nömrəli Ekspertiza Rəyində Cavabdeh ilə bağlanmış 03 iyul 2019-cu il tarixli 101875-516353/4 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən borcun hesablandığı 10 dekabr 2021-ci il tarixə – “əsas borc 4214,47 manat və faiz borcu 780,42 manat miqdarında” müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən Cavabdehndən “4204,06 manat məbləğində əsas borcun“, yəni nisbətən daha az miqdarda əsas borcun tutulması tələb olunur. Bu halda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən 03 iyul 2019-cu il tarixli 101875-516353/4 nömrəli müqavilə üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 4204,06 manat məbləğində əsas borc tutulmalıdır. Çünki, ekspert rəyində əsas borcun 4214,47 manat məbləğində olduğu qeyd olunsa da, iddiaçı iddia tələbində “4204,06 manat məbləğində əsas borcun tutulmasını” xahiş etmişdir. Lakin, iddia tələbində 10 dekabr 2021-ci il tarixə hesablanaraq tələb edilən “2629,42 manat məbləğində” faiz borcu isə 12 yanvar 2023-cü il tarixli 9/8920 nömrəli Ekspertiza Rəyi ilə təsdiq olunmur və ona görə də, 03 iyul 2019-cu il tarixli 101875- 516353/4 nömrəli Müqavilə üzrə faiz borcunun tutulması hissəsində Ekspertiza Rəyi mötəbər sübut kimi nəzərə alınmalı və Cavabdehndən 03 iyul 2019-cu il tarixli 101875- 516353/4 nömrəli Kredit müqaviləsi üzrə Ekspertiza Rəyində 10 dekabr 2021-ci il tarixə müəyyən edilmiş “780,42 manat” miqdarında faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh Cavabdehndən 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli Kredit Müqaviləsi üzrə 9726,02 manat məbləğində əsas borc və 1762,71 manat məbləğində faiz borcu, 03 iyul 2019-cu il tarixli 101875-516353/4 nömrəli Kredit Müqaviləsi üzrə isə 4204,06 manat məbləğində əsas borc və 780,42 manat məbləğində faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, cavabdeh Cavabdeh MMC-dən dövlət nəfinə 139,42 (yüz otuz doqquz manat 42 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməli və eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı isə cavabdeh Cavabdeh MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdehndən 22 yanvar 2019-cu il tarixli 101875-516353/2 nömrəli Kredit Müqaviləsi üzrə 9726,02 (doqquz min yeddi yüz iyirmi altı manat 02 qəpik) manat məbləğində əsas borc və 1762,71 (min yeddi yüz altmış iki manat 71 qəpik) manat məbləğində faiz borcu, 03 iyul 2019-cu il tarixli 101875-516353/4 nömrəli Kredit Müqaviləsi üzrə 4204,06 (dörd min iki yüz dörd manat 06 qəpik) manat məbləğində əsas borc və 780,42 (yeddi yüz səksən manat 42 qəpik) manat məbləğində faiz borcu və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 16673,21 (on altı min altı yüz yetmiş üç manat 21 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 139,42 (yüz otuz doqquz manat 42 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-11/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-11/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver