Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-110/2025 27.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Komleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 15000 (on beş min) manat məbləğində əsas borc, 1504,03 (min beş yüz dörd manat üç qəpik) manat məbləğində faiz borcu və 691,32 (altı yüz doxsan bir manat otuz iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 17195,35 (on yeddi min yüz doxsan beş manat otuz beş qəpik) manat məbləğində borcun, 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 11000 (on bir min) manat məbləğində əsas borc, 708,60 (yeddi yüz səkkiz manat altmış qəpik) manat məbləğində faiz borcu və 314,6 (üç yüz on dörd manat altmış qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 12023,20 (on iki min iyirmi üç manat iyirmi qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 177,66 (yüz yetmiş yeddi manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 09 sentyabr 2022-ci il tarixli 020L**********04 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma ilə müəyyən olunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 uzunmüddətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pozaraq kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11 iyul 2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 15000 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 29 fevral 2024-cü il tarixə 233 gün üçün hesablanmış faiz borcu 1504,03 (min beş yüz dörd manat üç qəpik) manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. 29 fevral 2024-cü il tarixə 233 gün üçün hesablanmış cərimə 691,32 (altı yüz doxsan bir manat otuz iki qəpik) manat təşkil edir. Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11000 (on bir min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 uzunmüddətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pozaraq kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 09 oktyabr 2023cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 11000 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 29 fevral 2024-cü il tarixə 143 gün üçün hesablanmış faiz borcu 708,60 (yeddi yüz səkkiz manat altmış qəpik) manat təşkil edir.Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə ödəməlidir. 29 fevral 2024-cü il tarixə 143 gün üçün hesablanmış cərimə 314,6 (üç yüz on dörd manat altmış qəpik) manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit və təminat müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə həmin razılaşmanın müddətinin bitdiyi tarixə, yəni 11 sentyabr 2023-cü il tarixinə faiz borcunun məbləğinin 364,03 manat, 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə isə həmin razılaşmanın müddətinin bitdiyi tarixə, yəni 07 fevral 2024-cü il tarixinə faiz borcunun məbləğinin 601,04 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “kredit alan” və Cavabdeh1 – “zamin” olmaqla bağlanmış 09 sentyabr 2022ci il tarixli 020L**********04 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci bəndinə görə kredit alana sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “kredit alan” olmaqla bağlanmış 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 15000 (on beş min) manat olan biznes kreditini illik faiz dərəcəsi 16 (on altı) % olmaqla 12 (on iki) ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ95ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 15000 (on beş min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması üzrə tərtib olunmuş 09 sentyabr 2022-ci il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 11 sentabr 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit razılaşması üzrə 29 fevral 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 15000 (on beş min) manat məbləğində əsas bоrc 1504,03 (min beş yüz dörd manat üç qəpik) manat məbləğində faiz borcu və 691,32 (altı yüz doxsan bir manat otuz iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 17195,35 (on yeddi min yüz doxsan beş manat otuz beş qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit razılaşması üzrə 11 sentyabr 2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 15000 (on beş min) manat məbləğində əsas bоrc, 364,03 (üç yüz altmış dörd manat üç qəpik) manat məbləğində faiz bоrcu və 691,32 (altı yüz doxsan bir manat otuz iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 16055,35 (on altı min əlli beş manat otuz beş qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “kredit alan” olmaqla bağlanmış 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 11000 (on bir min) manat olan biznes kreditini illik faiz dərəcəsi 16 (on altı) % olmaqla 12 (on iki) ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ95ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 11000 (on bir min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşması üzrə tərtib olunmuş 07 fevral 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 07 fevral 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit razılaşması üzrə 29 fevral 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 11000 (on bir min) manat məbləğində kredit borcu, 708,60 (yeddi yüz səkkiz manat altmış qəpik) manat məbləğində faiz borcu və 314,6 (üç yüz on dörd manat altmış qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 12023,20 (on iki min iyirmi üç manat iyirmi qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit razılaşması üzrə 07 fevral 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 11000 (on bir min) manat məbləğində əsas bоrc, 601,04 (altı yüz bir manat dörd qəpik) manat məbləğində faiz bоrcu və 314,6 (üç yüz on dörd manat altmış qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 11915,64 (on bir min doqquz yüz on beş manat altmış dörd qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit razılaşması üzrə 15000 (on beş min) manat məbləğində əsas bоrc, 364,03 (üç yüz altmış dörd manat üç qəpik) manat məbləğində faiz bоrcu və 691,32 (altı yüz doxsan bir manat otuz iki qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 16055,35 (on altı min əlli beş manat otuz beş qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun 10 mart 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit razılaşması üzrə 11000 (on bir min) manat məbləğində əsas bоrc, 601,04 (altı yüz bir manat dörd qəpik) manat məbləğində faiz bоrcu və 314,6 (üç yüz on dörd manat altmış qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 11915,64 (on bir min doqquz yüz on beş manat altmış dörd qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun 10 mart 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl ləğv ediləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN: **********) İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh2 09 sentyabr 2022-ci il tarixli 020L**********04 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi, 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma və 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit razılaşmaları üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin razılaşmalar üzrə yaranmış borclar iddiaçının xeyrinə tutulmalıdır. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 15000 (on beş min) manat və 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 11000 (on bir min) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia qaldırarkən 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 29 fevral 2024-cü il tarixinə hesablanmış 1504,03 (min beş yüz dörd manat üç qəpik) manat məbləğində və 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 29 fevral 2024-cü il tarixinə hesablanmış 708,60 (yeddi yüz səkkiz manat altmış qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Lakin həmin kredit razılaşmaları üzrə tərtib edilmiş 27 yanvar 2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə həmin razılaşmanın müddətinin bitdiyi tarixə, yəni 11 sentyabr 2023-cü il tarixinə faiz borcunun məbləği 364,03 (üç yüz altmış dörd manat üç qəpik) manat, 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə isə həmin razılaşmanın müddətinin bitdiyi tarixə, yəni 07 fevral 2024-cü il tarixinə faiz borcunun məbləği 601,04 (altı yüz bir manat dörd qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında olan hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə kredit müddətinin başa çatma tarixinə, yəni 11 sentyabr 2023-cü il il tarixinə hesablanmış 364,03 (üç yüz altmış dörd manat üç qəpik) manat və 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə kredit müddətinin başa çatma tarixinə, yəni 07 fevral 2024-cü il tarixinə hesablanmış 601,04 (altı yüz bir manat dörd qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsi tələb edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddianın “09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 691,32 (altı yüz doxsan bir manat otuz iki qəpik) manat və 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 314,6 (üç yüz on dörd manat altmış qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissələri ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissələrdə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 09 sentyabr 2022-ci il tarixli 020L**********04 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zamin Cavabdeh1 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin cavabdehdəhlərdən müştərək qaydada "177,66 (yüz yetmiş yeddi manat altmış altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 173,91 (yüz yetmiş üç manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 15000 (on beş min) manat məbləğində əsas borc, 364,03 (üç yüz altmış dörd manat üç qəpik) manat məbləğində faiz borcu, 691,32 (altı yüz doxsan bir manat otuz iki qəpik) manat məbləğində cərimə, 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 11000 (on bir min) manat məbləğində əsas borc, 601,04 (altı yüz bir manat dörd qəpik) manat məbləğində faiz borcu, 314,6 (üç yüz on dörd manat altmış qəpik) manat məbləğində cərimə və 173,91 (yüz yetmiş üç manat doxsan bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 28144,90 (iyirmi səkkiz min yüz qırx dörd manat doxsan qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 09 sentyabr 2022-ci il tarixli 020R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 15000 (on beş min) manat məbləğində əsas borc, 364,03 (üç yüz altmış dörd manat üç qəpik) manat məbləğində faiz borcu, 691,32 (altı yüz doxsan bir manat otuz iki qəpik) manat məbləğində cərimə, 07 fevral 2023-cü il tarixli 020R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 11000 (on bir min) manat məbləğində əsas borc, 601,04 (altı yüz bir manat dörd qəpik) manat məbləğində faiz borcu, 314,6 (üç yüz on dörd manat altmış qəpik) manat məbləğində cərimə və 173,91 (yüz yetmiş üç manat doxsan bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 28144,90 (iyirmi səkkiz min yüz qırx dörd manat doxsan qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-110/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-110/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver