Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1107/2024 23.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 10 may 2019-cu il tariхli GA.692316.1 nömrəli kredit limitinin ayrılması haqqında baş saziş və 30 noyabr 2021-ci il tarixli, 101875-692316/6 nömrəli kredit müqaviləsi üzrə 16 aprel 2024-cü il tarixinə hesablanmış 28884,41 (iyirmi səkkiz min səkkiz yüz səksən dörd dollar, qırx bir sent) ABŞ dolları məbləğində əsas borc və 2026,72 (iki min iyirmi altı dollar, yetmiş iki sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 30911,13 (otuz min doqquz yüz on bir dollar, on üç sent) ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 135 (yüz otuz beş) manat məbləğində xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 247,65 (iki yüz qırx yeddi manat, altmış beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 5 ünvanında yerləşən 1,1005 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1726,1 kv.m-dən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 5 ünvanında yerləşən 1,1005 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 1726,1 kv.m-dən ibarət əmlak kompleksi kimi müəssisədən çıxarılması və həmin əmlakın boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 02 avqust 2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edildiyi üçün həmin kommersiya işinin icraatı ekspert rəyləri alınanadək dayandırılmışdır. İddiaçı 06 noyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət cavabdeh tərəfindən müvafiq ödənişlər edildiyi üçün iddia ərizəsinin baxılmadan geri qaytarılması və iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən 07 noyabr 2024-cü il tarixli e-2- 2(119)- 1107/2024 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilərək həmin kommersiya işinin məhkəməyə geri qaytarılması xahiş edilmiş və kommersiya işi rəy verilmədən Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli e-2-2(119)- 1107/2024 nömrəli qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizənin baxılmamış saxlanılması haqqında ərizəsi təmin edilməli və onun tərəfindən cavabdehlərə qarşı verilmiş "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1107/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1107/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver