Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-111/2020 11.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X17 qızının katibliyi, iddiaçı “xxxxxxxxxxxxxxxxxx” X3 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil Sehran oğlunun, Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxxxxxx” X3 Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxx” X9 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X5 göstərilən öhdəliklər üzrə yaranmış ümumilikdə 33047,17 (otuz üç min qırx yeddi manat 17 qəpik) manat, vəkilə ödənilmiş 200 (iki yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pulun Cavabdehndən tutularaq “xxxxxxxxxxxxxxxxxx” X4 ödənilməsi və 24,253 kiloqramlıq avadanlığın (dəmir ayaqaltıların) Cavabdeh tərəfindən “xxxxxxxxxxxxxxxxxx” X4 geri qaytarması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə məhkəmə prosesi zamanı iddiaçı “xxxxxxxxxxxxxxxxxx” X9 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X8 əsasən 88519,19 (səksən səkkiz min beş yüz on doqquz manat 19 qəpik) manat məbləğində borcun, vəkilə ödənilmiş 200 (iki yüz) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh MMCdən tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nə ödənilməsi və 24,04 ton avadanlığın skofold boruların (760 ədəd 6 metr uzunluğunda, 32 ədəd 5 metr uzunluğunda, 145 ədəd 4 metr uzunluğunda və 100 ədəd 2,4 metr uzunluğunda) Cavabdeh MMC tərəfindən iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən “xxxxxxxxxxxxxxxxxx” X9 ilə icarəçi Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X10 bağlanılmışdır. İcarəyə verən iddiaçı tərəf avadanlıqları tam yararlı halda vaxtlı-vaxtında Cavabdeh MMC-nə təhvil verməklə, həmin Müqavilə ilə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişdir. Lakin, Cavabdeh MMC həmin Müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir. Yəni, Cavabdeh MMC tərəfindən ardıcıl olaraq ödənişlə bağlı gecikmələr edilərək, icarə haqqı vaxtlı-vaxtında ödənilməmiş və müqavilə müddətinin bitməsinə baxmayaraq, avadanlığın bir hissəsi hələ də cavabdeh tərəfindən geri qaytarılmamışdır. Buna görə də, müqavilənin müddətinin bitdiyi vaxta cavabdehin icarə haqqına görə ödənilməmiş qalan ümumi əsas borcu 30091,36 manat olmuşdur. Bundan əlavə, müqavilə müddətinin bitməsinə baxmayaraq 24,253 kiloqramlıq avadanlıq hələ də Cavabdeh MMCnin istifadəsindədir. Müqavilənin bitdiyi tarixdən etibarən Avadanlığın qaytarılmadığı hər gün üçün Avadanlığın hər tonuna görə 10 manat məbləğində kompensasiya məbləği də nəzərə alınmalı və avadanlığın qaytarılmayacağı növbəti hər bir gün üçün bu məbləğ hesablanıb ümumi borc məbləğinə əlavə edilməlidir. İddiaçı tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdar edilsə də, nə ödənişlər, nə də avadanlığın geri qaytarılması ilə bağlı hər hansı bir hərəkət Cavabdeh MMC tərəfindən icra edilməmişdir. Çünki, xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X6 tələblərinə uyğun olaraq Müqavilə üzrə İcarəyə verən tərəfindən dəmir ayaqaltı (avadanlıq) İcarəçiyə icarəyə verilir, İcarəçi isə bunun müqabilində bu Müqavilədə göstərilən qaydada icarə haqqı ödəyir, Müqavilə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək bağlanılır, avadanlıq üçün aylıq icarə haqqı hər ton üçün günlük 6 (altı) manat təşkil edir və müvafiq qanunvericilikdə birbaşa nəzərdə tutulmuş və irəli gələn hallar istisna olmaqla, icarə müddəti ərzində dəyişdirilmədən saxlanılır, icarə haqqının ödənişi icarə müddəti ərzində aylıq əsasla cari ayın 7-nə kimi həyata keçirilir, ödəniş qeyd olunan vaxt ərzində İcarəçi tərəfindən həyata keçirilmədikdə, ödənişin həyata keçirilmədiyi hər gün üçün 0,1 faiz cərimə hesablanır, İcarəyə verən Avadanlığın təhlükəsizlik normalarına uyğun olmasını təminat verir, İcarəyə verən avadanlığı bu Müqavilənin şərtlərinə uyğun və qanunvericilikdə nəzərdə tutulmuş qaydada İcarəçiyə icarəyə vermək və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyi öz üzərinə götürür və İcarəçi bu Müqavilə müddəti başa çatdıqdan sonra (ona xitam verildikdə) Avadanlığı olduğu kimi İcarəyə verənə təhvil-təslim aktı əsasında geri qaytarmağı, bu Müqavilənin müddəalarına uyğun olaraq icarə haqqının vaxtlı-vaxtında ödəməyi və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyi öz üzərinə götürür. Beləliklə də, “xxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X6 müddəti xx xxxxxx 2019-cu il tarixdə bitmişdir. Cavabdeh MMC-nin “xxxxxxxxxxxxxxxxxx” MMC-nə həmin tarixə kimi avadanlıqların (skofold boruların) icarəyə verilməsindən 30091,36 manat borcu ödənilməmişdir. Həmçinin, Müqavilənin müddəti bitməsinə baxmayaraq icarəyə verilmiş 760 ədəd 6 metr uzunluğunda, 32 ədəd 5 metr uzunluğunda, 145 ədəd 4 metr uzunluğunda və 100 ədəd 2,4 metr uzunluğunda icarəyə verilmiş skofold borular Cavabdeh MMC tərəfindən “xxxxxxxxxxxxxxxxxx” MMC-nə qaytarılmamışdır. Cavabdeh MMC öz öhdəliyini icra etməməsi səbəbindən “xxxxxxxxxxxxxxxxxx” MMC skofold borulardan istifadə etmək hüququndan məhrum olmuşdur ki, bu da “xxxxxxxxxxxxxxxxxx” MMC-ni müqavilə müddəti bitdikdən sonrakı tarixə qədər olan dövr üçün gəlir əldə etməkdən məhrum etmişdir. İddiaçı tərəfindən müqavilənin müddəti bitdikdən sonrakı tarix üçün həmin skofold boruların hər tonuna görə 10 manat məbləğində kompensasiya məbləği müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli 08-01 saylı X8 əsasən Cavabdeh MMC-nin “xxxxxxxxxxxxxxxxxx” MMC-nə xx xxxxxx 2019-cu il tarixə kimi 30091,36 manat borcu yaranmışdır. Daha sonra həmin dövrdən (xx xxxxxx 2019-cu ildən) xx xxxxxx 2020ci il tarixə kimi avadanlıqların Cavabdeh MMC-də saxlanılmasına görə cəmi 51205,20 manat məbləğində borc və həmçinin, həmin Müqavilənin 3.4-cü bəndinə əsasən hesablanmış cəmi 7222,63 manat cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 705-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Göründüyü kimi, Cavabdeh MMC Mülki Məcəllənin və xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X6 tələblərinə riayət etməyərək öz öhdəliklərini icra etməmişdir ki, bu da “xxxxxxxxxxxxxxxxxx” MMC-nə Cavabdeh MMC-nə verilmiş dəmir skofold boruları və həmin mallara görə ödənilməli olan icarə haqqını və cəriməni tələb etmək hüququ vermişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxxxxxxxx” X3 nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X8 əsasən 88519,19 manat məbləğində borcun, vəkilə ödənilmiş 200 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nə ödənilməsi və icarəyə verilmiş 24,04 ton avadanlığın, yəni 760 ədəd 6 metr uzunluğunda, 32 ədəd 5 metr uzunluğunda, 145 ədəd 4 metr uzunluğunda və 100 ədəd 2,4 metr uzunluğunda skofold boruların Cavabdeh MMC tərəfindən iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxxxxxxxx” X3 nümayəndəsi Vəkil suallara cavab olaraq bildirdi ki, xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X8 əsasən xx xxxxxx 2019-cu il tarixinidək icarəyəverən “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən icarəçi Cavabdeh MMC-yə tikintidə istifadə edilən müxtəlif ölçülü dəmir ayaqaltılar, yəni skofold boruları icarəyə verilmiş və həmin avadanlıqların hər tonuna görə günlük icarə haqqı 6 manat olmuşdur. İcarəyəverən müqavilədə nəzərdə tutulan avadanlıqları icarəçinin sifarişlərinə uyğun olaraq tərtib edilmiş qaimələr əsasında sonuncuya təhvil vermişdir. İcarəçi müqavilənin qüvvədə olduğu müddət ərzində icarəyə götürdüyü boruların bir hissəsini müvafiq qaimələr əsasında qaytarmış olsa da, müqavilənin müddəti bitməsinə baxmayaraq həmin boruların bir hissəsini, yəni 6 metr uzunluğunda 760 ədəd, 5 metr uzunluğunda 32 ədəd, 4 metr uzunluğunda 145 ədəd və 2,4 metr uzunluğunda 100 ədəd skofold boruları qaytarmamış və eləcə də, həmin borulara görə müqavilə müddətinə, yəni xx xxxxxx 2019-cu il tarixinədək günlük icarə haqqı hər ton üçün 6 manatdan hesablanmaqla, cəmi 30091,36 manat borcu ödəməmişdir. Müqavilə müddəti bitdikdən sonra da icarəçi tərəfindən qeyd olunan avadanlıqlar qaytarılmadığı üçün Müqavilə müddətindən sonra, yəni xx xxxxxx 2019-cu ildən xx xxxx 2020-ci ilədək günlük icarə haqqı hər ton üçün 10 manatdan hesablanmaqla, cəmi 51205,20 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Müqavilə müddətində icarə haqqı hər ton üçün günlük 6 manat məbləğində müəyyən edilmiş olsa da, Müqavilə müddətindən sonrakı dövrdə qaytarılmayan borulara görə icarəyəverən tərəfindən günlük hər ton üçün 10 manat olmaqla icarə pulu hesablanmış və bu barədə icarəçiyə ünvanlanmış xəbərdarlıq məktubunda qeyd olunmuşdur. Eyni zamanda, icarəçi tərəfindən müqavilə şərtləri pozulduğu üçün həmin Müqavilənin 3.4-cü bəndinə əsasən cəmi 7222,63 manat cərimə borcu da hesablanmışdır. Ona görə də, məlum “iddia tələbinin həcminin artırılması” barədə ərizədə cavabdehdən müqavilə müddətinə hesablanmış icarə pulu, müqavilə müddətindən sonra avadanlığın qaytarılmaması ilə əlaqədar hesablanmış icarə pulu və hesablanmış cərimə olmaqla, cəmi 88519,19 manat məbləğində borcun tutulması xahiş olunmuşdur. Müqavilədə nəzərdə tutulan borular icarəçi Cavabdeh MMC-nin işçiləri İdris Tağıyev və Rafiq İsmayılov adlı şəxslər tərəfindən anbardan qəbul edilərək “Atletlər kəndi”nə aparılmış və icarəyə götürülmüş borular bir hissəsi də istifadə olunduqdan sonra həmin şəxslər tərəfindən qaytarılmışdır. İddiaçının iddia tələbi tərəflər arasında bağlanmış Müqavilə, tərtib edilmiş qaimələr və digər sənədlərlə, eləcə də, cavabdeh təşkilatın rəhbəri Samir Nəbiyevlə aparılan danışıqlar, yazışmalar və videogörüntülərlə sübuta yetir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirib, iddiaçı “xxxxxxxxxxxxxxxxxx” X9 tərəfindən Cavabdehnə qarşı verilmiş pulun tutulması və avadanlıqların qaytarılması haqqında iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi Nümayəndə cavabdeh tərəfin hazırkı iddia ilə əlaqədar mövqeyini onunla əsaslandırmışdır ki, icarəyə verən “xxxxxxxxxxxxxxxxxx” X9 ilə icarəçi Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X10 bağlanmış olsa da, həmin Müqavilədə nəzərdə tutulan avadanlıqlar icarəçi, yəni Cavabdeh tərəfindən qəbul edilməmişdir. Çünki, bununla bağlı İcarəyə verən və İcarəçi şirkətlər arasında bağlanmış “təhvil-təslim” aktları mövcud deyildir. İddia ərizəsində tələb olunan dəmir borular Cavabdeh MMC-yə verilməmişdir və həmin borular Cavabdeh MMC-də yoxdur. İddiaçı tərəfindən təqdim edilən qaimə-fakturaları imzalamış İdris Tağıyev və Rafiq İsmayılov adlı şəxslərin isə Cavabdehnə heç bir aidiyyətləri yoxdur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və şahid ifadələrini dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 bildirdi ki, o, “xxxxxxxxxxxxxxxxxx” X4 məxsus avadanlıqların, yəni dəmir boruların saxlandığı anbarın anbardarı olmuş və 2019-cu ilin avqust-sentyabr aylarında müvafiq qaydada daxil olmuş elektron sifarişlər əsasında tərtib edilmiş qaimə-fakturalar əsasında Cavabdeh adından gəlmiş Rafiq və İdris adlı şəxslərə müxtəlif uzunluqda dəmir ayaqaltı boruları təhvil vermiş və eyni zamanda, sonradan həmin boruların müvafiq qaiməfakturalar əsasında qaytarılmış olan bir hissəsini qəbul etmişdir. Lakin, Cavabdeh MMCnin işçiləri tərəfindən aparılmış dəmir boruların bir hissəsi qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 bildirdi ki, onun maliyyə müdiri olduğu əsas şirkət olan “X14” MMC-nin və “xxxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi eyni şəxsdir və həmin hüquqi şəxslərin ofisi və anbarı eyni ünvanda yerləşir. Buna görə də, o, “xxxxxxxxxxxxxxxxxx” MMC-nin maliyyə məsələlərinin idarə olunması ilə yaxından məşğul olmuşdur. İcarəyə verən “xxxxxxxxxxxxxxxxxx” MMC ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X5 nəzərdə tutulan avadanlıqlar, yəni təxminən 80 ton dəmir boru-ayaqaltılar “X14” MMC-nin anbarından götürülüb müvafiq qaimələr əsasında Cavabdeh MMC-nin nümayəndələrinə təhvil verilmişdir. Həmin avadanlıqların çox hissəsi müqavilə müddətində istifadə olunub qaytarılmış olsa da, təxminən 24 ton miqdarında avadanlıq hal-hazıradək qaytarılmamışdır. Eyni zamanda, müqavilə əsasında icarəyə götürülmüş avadanlığa görə cavabdeh tərəfindən cəmi 12600 manat məbləğində icarə haqqı ödənilmiş olsa da, qalan məbləğ ödənməmişdir. Buna görə də, o, şəxsən Cavabdeh MMC-nin rəhbəri Samir Nəbiyevlə çoxsaylı danışıqlar aparmış və görüşlər keçirmişdir. Samir Nəbiyev icarə pulunun ödənilməsini və avadanlığın qalan hissəsinin qaytarılmasını “xxxxxxxxxxxxxx” MMC ilə yaranmış problemlərlə əlaqələndirmiş və müxtəlif bəhanələrlə avadanlığın qalan hissəsini qaytarmaqdan və borcun ödənilməsindən yayınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxx” X9 – “İcarəyə verən” ilə Cavabdeh – “İcarəçi” arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X7 1.1-ci bəndinə əsasən, İcarəyə verən tərəfindən dəmir ayaqaltı (Avadanlıq) İcarəçiyə icarəyə verilir, İcarəçi isə bunun müqabilində bu Müqavilədə göstərilən qaydada icarə haqqı ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu Müqavilə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək bağlanılmışdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, avadanlıq üçün aylıq icarə haqqı hər ton üçün günlük 6 (altı) manat təşkil edir və müvafiq qanunvericilikdə birbaşa nəzərdə tutulmuş və irəli gələn hallar istisna olmaqla, icarə müddəti ərzində dəyişdirilmədən saxlanılır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, icarə haqqının ödənişi icarə müddəti ərzində aylıq əsasla cari ayın 7-nə kimi həyata keçirilir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, ödəniş qeyd olunan vaxt ərzində İcarəçi tərəfindən həyata keçirilmədikdə, ödənişin həyata keçirilmədiyi hər gün üçün 0,1 faiz cərimə ödənilir. Həmin Müqavilənin 5.1-ci bəndinin tələblərinə görə, İcarəçi bu Müqavilə müddəti başa çatdıqdan sonra (ona xitam verildikdə) Avadanlığı olduğu kimi İcarəyə verənə təhviltəslim aktı əsasında geri qaytarmağı və bu Müqavilənin müddəalarına uyğun olaraq icarə haqqının vaxtlı-vaxtında ödəməyi üzərinə götürmüşdür. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli 08- 01 nömrəli X11 bağlandıqdan sonra Cavabdeh MMC-nin (direktor Samir Nəbiyevin) sifarişləri əsasında müxtəlif ölçülərdə (uzunluqda) dəmir skofold boruları (dəmir ayaqaltı borular) tərtib edilmiş müvafiq sənədlərdə (qaimə-fakturalar və s.) Cavabdeh MMC-nin işçiləri kimi göstərilmiş İdris Tağıyev və Rafiq İsmayılov adlı şəxslər tərəfindən anbardan qəbul edilmiş və eyni zamanda, həmin boruların bir hissəsi həmin şəxslər tərəfindən anbara qaytarılmışdır (bununla əlaqədar məhkəməyə təqdim edilmiş sənədlərdə “qəbul edən” və yaxud “təhvil verən” hüquqi şəxslərdən biri kimi Cavabdeh MMC göstərilmişdir). İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxx” X9 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 03/20 nömrəli arayışdan görünür ki,xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X11 üzrə icarəyə verən "xxxxxxxxxxxxxxxxxx" MMC (VÖEN **********) tərəfindən icarəçi "xxx" MMC-yə (VÖEN **********) x xxxxxxx 1710 ədəd, 5 metrlik 620 ədəd, 4 metrlik 500 ədəd, 3,60 metrlik 100 ədəd və 2,40 metrlik 100 ədəd dəmir skofold boruları verilmişdir. "xxx" MMC tərəfindən "xxxxxxxxxxxxxxxxxx" MMC-yə 6 metrlik 950 ədəd, 5 metrlik 588 ədəd, 4 metrlik 355 ədəd və 3,60 metrlik 100 ədəd dəmir skofold boruları geri qaytarılmışdır. "xxx" MMC-də qaytarılmamış 24,04 ton, yəni 6 metrlik 760 ədəd, 5 metrlik 32 ədəd, 4 metrlik 145 ədəd və 2,40 metrlik 100 ədəd dəmir skofold boruları qalmışdır. "xxx" MMC-nin xx xxxxxx 2019-ci il tarixli 08-01 nömrəli X10 əsasında xx xxxxxx 2019-cu il tarixə kimi 30091,36 manat və xx xxxxxx 2020 tarixindən xx xxxx 2020-ci il tarixinə kimi isə 51205,20 manat olmaqla, ümumilikdə cəmi 81296,56 manat məbləğində icarə borcu yaranmışdır. Eləcə də, həmin Müqavilə üzrə 7222,63 manat məbləğində cərimə borcu hesablanmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxx” X9 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il 02/20 nömrəli arayışdan görünür ki, "xxxxxxxxxxxxxxxxxx“ MMC və Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X11 üzrə "xxx“ MMCnin "xxxxxxxxxxxxxxxxxx“ MMC-yə cəmi 81196,79 manat (ƏDV xaric) debitor borcu yaranmış və 24,04 ton miqdarında dəmir ayaqaltılar qaytarılmamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X11 üzrə cavabdeh "xxx“ MMC-yə heç bir avadanlığın verilmədiyini və "xxx“ MMCnin adı qeyd edilmiş qaimə-fakturaları imzalayaraq dəmir boruları qəbul etmiş İdris Tağıyev və Rafiq İsmayılov adlı şəxslərin cavabdehin işçiləri olmadığını bildirərək, iddia tələbini qəbul etməmiş və eyni zamanda, cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasında “işin icraatının dayandırılması” barədə yazılı vəsatətlə məhkəməyə müraciət edərək, “Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh “xxxxxxxxxxxxxx” X1rşı pul tələbinə dair e-2-2(113)-1126/2020 saylı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək iddiaçı “xxxxxxxxxxxxxxxxxx” X3 Cavabdehnə qarşı pul tələbi və avadanlıqların geri qaytarılmasına barədə 2-2(119)-111/2020 nömrəli kommersiya mübahisələrinə dair işin icraatının dayandırılmasını” xahiş etmişdi (xx xxxxxxxx 2020-ci il tarixli qərardadla Cavabdeh nümayəndəsi tərəfindən verilmiş “işin icraatının dayandırılması” barədə vəsatət təmin edilməmişdir). Lakin, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamış və cavabdeh tərəfin iddia tələbini qəbul etməməsi əsasları məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla (iddiaçı və cavabdeh tərəfin təqdim etdiyi sənədlərlə və s.) təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.2.4-ci maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən “xxxxxxxxxxxxxxxxxx” X9 ilə icarəçi Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X11 üzrə xx xxxxxx 2019-cu il tarixinədək İcarəçiyə icarəyə verilmiş avadanlıqların bir hissəsi – yəni, 6 metr uzunluğunda 760 ədəd, 5 metr uzunluğunda 32 ədəd, 4 metr uzunluğunda 145 ədəd və 2,4 metr uzunluğunda 100 ədəd (cəmi 24,04 ton) skofold boruları (dəmir ayaqaltı borular) İcarəyə verənə qaytarılmamışdır. Ona görə də, bununla əlaqədar İcarəçi tərəfindən xx xxxxxx 2019-cu il tarixə kimi günlük hər ton üçün 6 manatdan hesablanmaqla 30091,36 manat icarə haqqı, xx xxxxxx 2020 tarixindən xx xxxx 2020-ci il tarixinə (müqavilə müddəti bitdikdən sonra icarə predmetinin qaytarılmaması ilə əlaqədar) kimi isə günlük hər ton üçün 10 manatdan hesablanmaqla 51205,20 manat icarə haqqı və 7222,63 manat cərimə borcu olmaqla, cəmi 88519,19 manat məbləğində hesablanmış borcun ödənilməsi və yuxarıda qeyd olunan qaytarılmamış avadanlıqların qaytarılması tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X11 üzrə xx xxxxxx 2019-cu il tarixinədək icarəyə verilmiş 6 metr uzunluğunda 760 ədəd, 5 metr uzunluğunda 32 ədəd, 4 metr uzunluğunda 145 ədəd və 2,4 metr uzunluğunda 100 ədəd (cəmi 24,04 ton) skofold boruların (dəmir ayaqaltı borular) Cavabdeh MMC tərəfindən iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nə qaytarılması barədə iddia tələbi əsaslıdır. Eyni zamanda, həmin Müqavilə üzrə müqavilə müddətində, yəni xx xxxxxx 2019-cu il tarixə kimi cəmi 30091,36 manat icarə haqqının hesablanması da əsaslıdır. Lakin, xx xxxxxx 2020 tarixindən xx xxxx 2020-ci il tarixinə (müqavilə müddəti bitdikdən sonra icarə predmetinin qaytarılmaması ilə əlaqədar) kimi “günlük hər ton üçün 10 manatdan” olmaqla 51205,20 manat icarə haqqının hesablanması isə qismən əsaslıdır. Çünki, tərəflər arasında bağlanmış məlum Müqavilədə icarə haqqının “günlük hər ton üçün 6 manatdan” hesablanması nəzərdə tutulduğundan, Müqavilənin müddəti bitdikdən sonra qaytarılmayan icarə predmetinə görə Müqavilədə nəzərdə tutulmadığı halda icarə haqqının “günlük hər ton üçün 10 manatdan” hesablanması əsassızdır (müqavilə şərtlərinin pozulması ilə əlaqədar Müqavilədə cərimənin hesablanması nəzərdə tutulmuşdur və cərimə kimi hesablanmış pulu da iddiaçı iddia tələbində ümumi tələb olunan məbləğə daxil etmişdir). Buna görə də, icarə predmetinin qaytarılmaması ilə əlaqədar xx xxxxxx 2020 tarixindən xx xxxx 2020-ci il tarixinə kimi ödənilməli pulun hesabatı da “günlük hər ton üçün 6 manatdan” olmaqla aparılmalıdır. Bu halda isə həmin dövr üçün iddia ərizəsində qeyd olunan 51205,20 manat məbləğində deyil, 30723,12 manat məbləğində pul hesablanmalıdır. Bununla da, Cavabdehndən xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X10 üzrə icarə haqqı olaraq 60814,48 manat (30091,36 manat + 30723,12 manat) məbləğində pul vəsaiti tutulmalıdır. Eləcə də, iddia tələbi üzrə cavabdehdən tələb olunan ümumi pul məbləğinə məlum Müqavilə şərtlərinə uyğun cərimə kimi hesablanmış 7222,63 manat miqdarında cərimə məbləği də daxil edilmişdir. Lakin, məhkəmə hesab edir ki, işin halları nəzərə alınmaqla, həmin cərimə məbləği azaldılaraq, cavabdehdən cərimə kimi cəmi 500 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda, iddia tələbində cavabdehdən “vəkilə ödənilmiş 200 (iki yüz) manat pulun” tutulması xahiş edilməsinə baxmayaraq, bununla əlaqədar hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Odur ki, hər hansı bir sübut təqdim edilmədiyi üçün “vəkilə ödənilmiş 200 (iki yüz) manat pulun” tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMCdən xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X10 üzrə cəmi 60814,48 manat məbləğində icarə haqqı və 500 manat məbləğində cərimə iddiaçı “xxxxxxxxxxxxxxxxxx” X3 xeyrinə tutulmalı və eyni zamanda, Cavabdehndən 6 metr uzunluğunda 760 ədəd, 5 metr uzunluğunda 32 ədəd, 4 metr uzunluğunda 145 ədəd və 2,4 metr uzunluğunda 100 ədəd (cəmi 24,04 ton) skofold boruları alınaraq iddiaçı “xxxxxxxxxxxxxxxxxx” MMC-nə verilməlidir. İddia qalan hissədə isə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx xxxxxx 2019-cu il tarixli 08-01 nömrəli X10 üzrə 60814,48 (altımış min səkkiz yüz on dörd manat 48 qəpik) manat məbləğində icarə haqqı, 500 (beş yüz) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 61344,48 (altımış bir min üç yüz qırx dörd manat 48 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxxxxxxxxxxxxxxxx” X3 xeyrinə tutulsun. Cavabdehndən 6 metr uzunluğunda 760 ədəd, 5 metr uzunluğunda 32 ədəd, 4 metr uzunluğunda 145 ədəd və 2,4 metr uzunluğunda 100 ədəd (cəmi 24,04 ton) skofold boruları (dəmir ayaqaltılar) alınaraq iddiaçı “xxxxxxxxxxxxxxxxxx” X4 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-111/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-111/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver