Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-111/2025 25.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 03 mart 2022-ci il tarixli 1**- MF-*** nömrəli kredit müqaviləsi üzrə 205049,79 (iki yüz beş min qırx doqquz manat yetmiş doqquz qəpik) manat əsas borc, 53652,54 (əlli üç min altı yüz əlli iki manat əlli dörd qəpik) manat faiz borcu, 18919,69 (on səkkiz min doqquz yüz on doqquz manat altmış doqquz qəpik) manat cərimə olmaqla, cəmi 277622,02 (iki yüz yetmiş yeddi min altı yüz iyirmi iki manat iki qəpik) manat borcun, 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi 15 fevral 2023-cü il tarixə 149999,46 (yüz qırx doqquz min doqquz yüz doxsan doqquz manat qırx altı qəpik) manat əsas borc, 5749,98 (beş min yeddi yüz qırx doqquz manat doxsan səkkiz qəpik) manat faiz borcu, 01 oktyabr 2024-cü il tarixə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 12374,96 (on iki min üç yüz yetmiş dörd manat doxsan altı qəpik) manat olmaqla, cəmi 168124,40 (yüz altmış səkkiz min yüz iyirmi dörd manat qırx qəpik) manat borcun, hər iki kredit müqaviləsi üzrə cəmi 445746,42 (dörd yüz qırx beş min yeddi yüz qırx altı manat qırx iki qəpik) manat borcun tutulması, tutmanın Cavabdeh3 məxsus 15 fevral 2022-ci il tarixli, 113-MFİ-212 nömrəli ipoteka müqaviləsinə, 04 mart 2022-ci il tarixli 113-MFİ-223/1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 7 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzilə və Cavabdeh4 məxsus 22 fevral 2022-ci il tarixli, 113-MFİ-212/2 nömrəli ipoteka müqaviləsinə, 03 mart 2022-ci il tarixli 113-MFİ-223/2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka hüquqları ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evinə yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan ümumlikdə 445746,42 (dörd yüz qırx beş min yeddi yüz qırx altı manat qırx iki qəpik) manat borcun ödənilməsi, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 21 iyun 2022-ci il tarixli 1**-MF- *** nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi 21 iyun 2024-cü il tarixə 194309,99 (yüz doxsan dörd min üç yüz doqquz manat doxsan doqquz qəpik) manat əsas borc, 43929,76 (qırx üç min doqquz yüz iyirmi doqquz manat yetmiş altı qəpik) manat faiz borcu, 19938,4 (on doqquz min doqquz yüz otuz səkkiz manat qırx qəpik) manat cərimə, 01 oktyabr 2024-cü il tarixə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 2752,72 (iki min yeddi yüz əlli iki manat yetmiş iki qəpik) manat olmaqla, cəmi 260930,87 (iki yüz altmış min doqquz yüz otuz manat səksən yeddi qəpik) manat borcun tutulması, 21 iyun 2022-ci il tarixli 113-MFG-316 nömrəli girov müqaviləsinə əsasən yüklülük predmetinin iddiaçının sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 3254 ədəd avadanlıq və mal qalığı olan daşınar əmlaka tutmanın yönəldilməsi, girov obyektinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçıya olan cəmi 260930,87 (iki yüz altmış min doqquz yüz otuz manat səksən yeddi qəpik) manat borcunun ödənilməsi, Cavabdeh1ndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi 14 noyabr 2022-ci il tarixə 70355,04 (yetmiş min üç yüz əlli beş manat dörd qəpik) manat əsas borc, 19404,46 (on doqquz min dörd yüz dörd manat qırx altı qəpik) manat cərimə, 01 oktyabr 2024-cü il tarixə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 6713,04 (altı min yeddi yüz on üç manat dörd qəpik) manat olmaqla, cəmi 96472,54 (doxsan altı min dörd yüz yetmiş iki manat əlli dörd qəpik) manat borcun tutulması, 14 sentyabr 2022-ci il tarixli 113-MFG- 375 nömrəli girov müqaviləsinə əsasən yüklülük predmetinin iddiaçının sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh1 ünvan 3 ünvanında yerləşən istehsal avadanlıqları olan daşınar əmlaka tutmanın yönəldilməsi, girov obyektinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan cəmi 96472,54 (doxsan altı min dörd yüz yetmiş iki manat əlli dörd qəpik) manat borcunun ödənilməsi və 1093,15 (min doxsan üç manat on beş qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 15 faiz olmaqla, 150000 (yüz əlli min) manat məbləğində 12 ay müddətinə kredit ayrılmışdır. Kreditin təminatı olaraq Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A mənzil 17 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzil 15 fevral 2022-ci il tarixli, 113-MFİ-212 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Kreditin təminatı olaraq Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsi üzərində ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evi 22 fevral 2022-ci il tarixli, 113-MFİ-212/2 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 15 faiz olmaqla, 250000 (iki yüz əlli min) manat məbləğində 36 ay müddətinə kredit ayrılmışdır. Kreditin təminatı olaraq Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A mənzil 17 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.40 kvadrat metr olan mənzil xx.xx.2022-ci il tarixli, 113-MFİ-223/1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Kreditin təminatı olaraq Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evi xx.xx.2022-ci il tarixli, 113-MFİ-223/2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 250000 (iki yüz əlli min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh2 ilə bağlanmış 113-MFZ-316 nömrəli xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdir. Kreditin təminatı olaraq Cavabdeh1nə məxsus ünvan 3 ünvanında yerləşən 3254 ədəd avadanlıq və mal qalığı 21 iyun 2022-ci il tarixli 113-MFG-316 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 2 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 234000 (iki yüz otuz dörd min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh1nə məxsus ünvan 3 ünvanında yerləşən istehsal avadanlıqları 14 sentyabr 2022-ci il tarixli 113-MFG-375 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuşdur. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş nəticədə onun 01 oktyabr 2024-cü il tarixə: xx.xx.2022-ci il tarixli, 1**-MF- *** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 205049,79 manat əsas borc, 53652,54 manat faiz borcu, 18919,69 manat cərimə olmaqla, cəmi 277622,02 manat məbləğində borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi xx.xx.2023-cü il tarixə 149999,46 manat əsas borc, 5749,98 manat faiz borcu, Mülki Məcəllənin 445.7-ci maddəsinə illik 5% olmaqla hesablanmış 12374,96 manat olmaqla, cəmi 168124,40 manat məbləğində borcu yaranmışdır. 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi xx.xx.2024-cü il tarixə 194309,99 manat əsas borc, 43929,76 manat faiz borcu, 19938,4 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% olmaqla hesablanmış 2752,72 manat olmaqla, cəmi 260930,87 manat məbləğində borcuyaranmışdır. 14 sentyabr 2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi tarixə 70355,04 manat əsas borc, 0 manat faiz borcu, 19404,46 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinə illik 5% olmaqla hesablanmış 6713,04 manat olmaqla, cəmi 96472,54 manat məbləğində borcu yaranmışdır. Kredit müqavilələri üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc banka qaytarıldığı halda, bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Kreditlər üzrə borc axırıncı dəfə xx.xx.2023-cü il tarixdə 9330,70 manat məbləğində ödənilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbini müdafiə edib iddia ərizəsinə göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 arasında bağlanmış 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcverən 150000 manat krediti illik faiz dərəcəsi 15 % olmaqla 12 ay müddətinə borcalana verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu müqaviləyə 1 nömrəli əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh3 və borcalan Cavabdeh1 arasında bağlanmış 15 fevral 2022-ci il tarixli, 113-MFİ-212 nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 7 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzil ipoteka ilə yüklü edilmiş və onun bazar qiyməti 297000 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən öhdəliyin yaranma əsası 15 fevral 2022ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsidir. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh4 və borcalan Cavabdeh1 arasında bağlanmış 22 fevral 2022-ci il tarixli, 113-MFİ-212/2 nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evi ipoteka ilə yüklü edilmiş və həmin əmlakın bazar qiyməti 210000 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən öhdəliyin yaranma əsası 15 fevral 2022ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 arasında bağlanmış 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcverən 250000 manat krediti illik faiz dərəcəsi 15 % olmaqla 3 ay müddətinə borcalana verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu müqaviləyə 1 nömrəli əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. İş materiallarında olan 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 03 mart 2025-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh3 və borcalan Cavabdeh1 arasında bağlanmış 04 mart 2022-ci il tarixli, 113-MFİ-223/1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 7 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.40 kvadrat metr olan mənzil ipoteka ilə yüklü edilmiş və əmlakın bazar qiyməti 297000 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən öhdəliyin yaranma əsası 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli korporativ kredit müqaviləsidir. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh4 və borcalan Cavabdeh1 arasında bağlanmış 03 mart 2022-ci il tarixli 113-MFİ-223/2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evi ipoteka ilə yüklü edilmiş və həmin əmlakın bazar qiyməti 210000 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən öhdəliyin yaranma əsası 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli korporativ kredit müqaviləsidir. İş materiallarında olan bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 arasında bağlanmış 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcverən 250000 manat krediti illik faiz dərəcəsi 15 % olmaqla 24 ay müddətinə borcalana verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu müqaviləyə 1 nömrəli əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 21 iyun 2024-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 21 iyun 2022-ci il tarixli 113-MFZ-316 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə zamin bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə ilə birlikdə, dərhal banka ödənilməsini (qaytarılmasını) öz öhdəsinə götürür. İş materiallarında olan girov saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə girov qoyan Cavabdeh1 arasında bağlanmış 21 iyun 2022-ci il tarixli 113-MFG-316 nömrəli girov müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 3254 ədəd avadanlıq və mal qalığı, 1 ədəd “Ford Transit” avtomobili girov qoyulmuşdur. Avadanlıq və mal qalığının bazar dəyəri ******* manat, 1 ədəd “Ford Transit” avtomobilin bazar dəyəri 17000 manat, likvid dəyəri 15000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə girovla təmin olunma öhdəliyinin əmələ gəlməsi üçün əsas 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsidir. İş materiallarında olan bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcverən 234000 manat krediti illik faiz dərəcəsi 15 % olmaqla 2 ay müddətinə borcalana verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu müqaviləyə 1 nömrəli əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 14 noyabr 2022-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan girov saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə girov qoyan Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli 113-MFG-375 nömrəli girov müqaviləsinə əsasən Cavabdeh1nə məxsus ünvan 3 ünvanında yerləşən istehsal avadanlıqları girov qoyulmuş və həmin əmlakların bazar dəyəri ******* manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə girovla təmin olunma öhdəliyinin əmələ gəlməsi üçün əsas 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47a mənzil 17 (yeni qaydalarla: ünvan 1 nömrəli mənzil Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0615 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evi Cavabdeh4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışdan görünür ki, ünvan 7 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzil İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0615 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,0615 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışdan görünür ki, ünvan 7 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzil İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan Abşeron rayonu 2 nömrəli notariat ofisi tərəfindən verilmiş 8İ-3729 reyestr nömrəli 12 iyun 2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 150.30 kvadrat metr olan bağ evinə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən 1**-MF-*** müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 205049,79 manat əsas borc, 13250,46 manat faiz borcu, 894,82 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 219195,07 manat təşkil edir). İş materiallarında olan Abşeron rayonu 2 nömrəli notariat ofisi tərəfindən verilmiş 8İ-3900 reyestr nömrəli 16 iyun 2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, Cavabdeh1nə məxsus girov predmeti olan ünvan 3 ünvanında yerləşən istehsal avadanlıqlarına tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən 1**-MF-*** müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 70355,04 manat əsas borc, 4700,36 manat faiz borcu, 2142,41 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 77197,81 manat təşkil edir). İş materiallarında olan Abşeron rayonu 1 nömrəli notariat ofisi tərəfindən verilmiş 8İ-8886 reyestr nömrəli 21 iyun 2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ipoteka predmeti olan Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A, mənzil 17, (yeni qaydalarla: AZ142, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küç, 47, M6, m1) ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzilə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən 1**-MF-*** müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 205049,79 manat əsas borc, 13250,46 manat faiz borcu, 894,82 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 219195,07 manat təşkil edir). İş materiallarında olan Abşeron rayonu 1 nömrəli notariat ofisi tərəfindən verilmiş 8İ-8886 reyestr nömrəli 21 iyun 2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, Cavabdeh1nə məxsus girov predmeti olan 21 iyun 2022-ci il tarixli 113-MFG-317 nömrəli girov müqaviləsinə və akta əsasən Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, ev.3, döngə 4 ünvanında yerləşən Cavabdeh1nə məxsus ipoteka predmeti olan 3254 ədəd avadanlıqlar, mal qalığı və 1 ədəd “Ford Transit” avtomobilinə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən 1**-MF-*** müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 194309,99 manat əsas borc, 13503,12 mant faiz borcu, 1516,33 mant dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 209329,44 manat təşkil edir). İş materiallarında olan Abşeron rayonu 1 nömrəli notariat ofisi tərəfindən verilmiş 8İ-10218 reyestr nömrəli 15 iyul 2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ipoteka predmeti olan Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A, mənzil 17, (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzilə, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsinə və onun üzərindəki yerləşən 150.3 kvadrat metr olan bağ evinə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən 1**-MF-*** müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 149999,46 manat əsas borc, 5749,98 manat faiz borcu, 3020,82 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 158770,26 manat təşkil edir). İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli e-2- 2(012)-256/2024 nömrəli qətnaməsinə əsasən Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-8886 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, 8İ-8896 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ-10218 reyestr nömrəli icra qeydləri və Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-3729 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 8İ-3900 reyestr nömrəli icra qeydləri ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsinin 12 avqust 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsinin 12 avqust 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının 23 iyun 2022-ci il tarixli Daşınar Əmlakın yüklülüyünün dövlət reyestrindən çıxarışa əsasən 21 iyun 2022-ci il tarixli 113-MFG-316 sayli girov müqaviləsinə və akt əsasən bazar dəyəri-1072980 manat olan Abșeron, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 3, döngə 4 ünvanında yerləșən Cavabdeh1nə məxsus 3254 ədəd avadanlıqlar, mal qalığı və 1 ədəd “Ford Transit” avtomobili yüklü edilmişdir. İş materiallarında olan 01 oktyabr 2024-cü il tarixli arayışa əsasən 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 01 oktyabr 2024-cü il tarixinə əsas borcu 149999,46 manat, xx.xx.2023-cü il tarixə faiz borcu 5749,98 manat, xx.xx.2023-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 0 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri qaydasında –illik 5% olmaqla) 12374,96 manat olmaqla, cəmi 168124,40 manat məbləğində borcu vardır. İş materiallarında olan 01 oktyabr 2024-cü il tarixli arayışa əsasən 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 01 oktyabr 2024-cü il tarixinə əsas borcu 205049,79 manat, xx.xx.2024-cü il tarixə faiz borcu 53652,54 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 18919,69 manat olmaqla, cəmi 277622,02 manat məbləğində cəmi borcu vardır. İş materiallarında olan 01 oktyabr 2024-cü il tarixli arayışa əsasən 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 01 oktyabr 2024-cü il tarixinə əsas borcu 194309,99 manat, xx.xx.2024-cü il tarixə faiz borcu 43929,76 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 19938,40 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri qaydasında –illik 5% olmaqla) 2752,72 manat olmaqla, cəmi 260930,87 manat məbləğində borcu vardır. İş materiallarında olan 01 oktyabr 2024-cü il tarixli arayışa əsasən 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 01 oktyabr 2024-cü il tarixinə əsas borcu 70355,04 manat, faiz borcu 0 manat, gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 19404,46 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (MM-in 445.7-ci maddəsinin tələbləri qaydasında–illik 5% olmaqla) 6713,04 manat olmaqla, cəmi 96472,54 manat məbləğində cəmi borcu vardır. İş materiallarında olan 21 fevral 2025-ci il tarixli 9/91 nömrəli ekspert rəyindən görünür ki, 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 12 iyun 2023cü il tarixə əsas borc üzrə 205802,58 manat, faiz borcu üzrə 12862,66 manat, 05 avqust 2024-cü il tarixə əsas borc üzrə 205802,58 manat, faiz borcu üzrə 48277,86 manat, 01 oktyabr 2024-cü il tarixə əsas borc üzrə 205802,58 manat, faiz borcu üzrə 53079,92 manat, 28 noyabr 2024-cü il tarixə əsas borc üzrə 205802,58 manat, faiz borcu üzrə 57967,73 manat, 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə 05 avqust 2024-cü il tarixdən sonra faiz borcu hesablanmamaq şərtilə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 01 oktyabr 2024-cü il tarixə əsas borc üzrə 205802,58 manat, faiz borcu üzrə 48277,86 manat; 15 fevral 2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə 15 fevral 2023-cü il tarixə əsas borc üzrə 150008,86 manat, faiz borcu üzrə 5813,65 manat, 15 iyul 2023-cü il tarixə əsas borc üzrə 150008,86 manat, faiz borcu üzrə 5813,65 manat, illik 5%-lə hesablanmaqla faiz borcu 3125,18 manat, 01 oktyabr 2024-cü il tarixə əsas borc üzrə 150008,86 manat, faiz borcu üzrə 5813,65 manat, illik 5%-lə hesablanmaqla faiz borcu 12209,05 manat, 28 noyabr 2024-cü il tarixə əsas borc üzrə 150008,86 manat, faiz borcu 5813,65 manat, illik 5%-lə hesablanmaqla faiz borcu 13396,62 manat; 21 iyun 2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 21 iyun 2023-cü il tarixə əsas borc üzrə 195919,95 manat, faiz borcu üzrə 12979,70 manat, 21 iyun 2024-cü il tarixə əsas borc üzrə 195919,95 manat, faiz borcu üzrə 42367,69 manat, 01 oktyabr 2024-cü il il tarixə əsas borc üzrə 195919,95 manat, faiz borcu üzrə 42367,69 manat, illik 5 %-lə hesablanmaqla faiz borcu 2721,11 manat, 28 noyabr 2024-cü il tarixə əsas borc üzrə 195919,95 manat, faiz borcu üzrə 42367,69 manat, illik 5%-lə hesablanmaqla faiz borcu 4272,14 manat; 14 sentyabr 2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 14 noyabr 2022-ci il tarixə əsas borc üzrə 234000 manat, faiz borcu üzrə 4602,86 manat, 16 iyun 2023-cü il tarixə əsas borc üzrə 73619,50 manat, faiz borcu üzrə 0 manat, İllik 5%-lə hesablanmaqla faiz borcu 2014,31 manat, 01 oktyabr 2024-cü il tarixə əsas borc üzrə 73619,50 manat, faiz borcu üzrə 0 manat, illik 5%-lə hesablanmaqla faiz borcu 6768,90 manat, 28 noyabr 2024-cü il tarixə əsas borc üzrə 73619,50 manat, faiz borcu üzrə 0 manat, illik 5%-lə hesablanmaqla faiz borcu 7351,72 manat müəyyən edilir. İş materiallarında olan “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 may 2025-ci il tarixli 09 nömrəli məktubundan göstərilir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qərardadı ilə mütəxəssis qarşısında qoyulmuş suallarda göstərilən məsələnin həlli məqsədilə tədqiq olunan mənzilə baxış keçirilmiş, Şüvəlan qəsəbəsində yerləşən bağ evinə əməkdaşlar baxış keçirmək istəsələr də qapılar bağlı olduğundan baxış keçirilməmiş və Cavabdeh1nə məxsus tədqiqat obyektlərinə baxış keçirilməsi üçün şərait yaradılmamışdır. İş materiallarında olan “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 iyun 2025-ci il tarixli 89 nömrəli məktubundan göstərilir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qərardadı ilə mütəxəssis qarşısında qoyulmuş suallarda göstərilən məsələnin həlli məqsədilə, tədqiqat obyektlərinə baxış keçirilməsi zəruri olduğundan mərkəzin əməkdaşları cavabdehlərin nümayəndələri ilə dəfələrlə əlaqə saxlamış, lakin cavabdehlər baxışın keçirilməsi üçün şərait yaratmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 arasında 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli, 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli, 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli, 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqavilələri bağlanmışdır. Həmçinin 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı ilə Cavabdeh2 arasında 21 iyun 2022-ci il tarixli 113-MFZ-316 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin təminatı olaraq ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh3 və borcalan Cavabdeh1 arasında bağlanmış 15 fevral 2022-ci il tarixli, 113-MFİ-212 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A mənzil 17 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzil, İddiaçı Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh4 və və borcalan Cavabdeh1 arasında bağlanmış 22 fevral 2022-ci il tarixli, 113-MFİ-212/2 nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 0.0615 torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evi ipoteka ilə yüklü edilmiş, 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin təminatı olaraq ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh3 və borcalan Cavabdeh1 arasında bağlanmış arasında bağlanmış 04 mart 2022-ci il tarixli, 113-MFİ-223/1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 7 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.40 kvadrat metr olan mənzil, “İddiaçı Açıq Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh4 və və borcalan Cavabdeh1 arasında bağlanmış 03 mart 2022-ci il tarixli 113-MFİ-223/2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 150.30 kvadrat metr olan bağ evi ipoteka ilə yüklü edilmiş, 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə girov qoyan Cavabdeh1 arasında bağlanmış 21 iyun 2022-ci il tarixli 113-MFG-316 nömrəli girov müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 3254 ədəd avadanlıq və mal qalığı, 1 ədəd “Ford Transit” avtomobili girov qoyulmuş, 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə girov qoyan Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli 113-MFG-375 nömrəli girov müqaviləsinə əsasən Cavabdeh1nə məxsus ünvan 3 ünvanında yerləşən istehsal avadanlıqları girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında 15 fevral 2022ci il tarixli 1**-MF-*** nömrəli, 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli, 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli, 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, sözügedən kredit müqavilələrində nəzərdə tutulan pul vəsaitini borcalan Cavabdeh1nə vermişdir. Lakin Cavabdeh1 kredit müqaviələrini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə 149999,46 manat, 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 205049,79 manat, 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 194309,99 manat və 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 70355,04 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Faiz borcunun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia qaldırarkən 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi 15 fevral 2023-cü il tarixə hesablanmış 5749,98 manat faiz borcu, 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 01 oktyabr 2024-cü il tarixə hesablanmış 53652,54 (əlli üç min beş yüz altmış iki manat əlli dörd qəpik) manat faiz borcu və 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi 21 iyun 2024-cü il tarixə hesablanmış 43929,76 manat faiz borcunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcludan bütün borcu qaytarmasını tələb etməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, həmin vaxtdan sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 53652,54 manat məbləğində faiz borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının Abşeron rayonu 2 nömrəli notariat ofisi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli 8İ-3729 reyestr nömrəli icra qeydində kredit müqaviləsi üzrə ödənilməmiş borcun tam şəkildə ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və bu səbəbdən həmin tarixdən müqavilə birtərəfli qaydada ləğv olunmuş hesab edilməlidir. Buna görə məhkəmə hesab edir ki, həmin kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən Abşeron rayonu 2 nömrəli notariat ofisi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli icra qeydinin tarixinə 21 fevral 2025-ci il tarixli 9/91 nömrəli ekspert rəyində ekspert tərəfindən hesablanmış 12862,66 manat iddiaçının xeyrinə tutulmalıdır. 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 43929,76 manat faiz manat məbləğində faiz borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının Abşeron rayonu 2 nömrəli notariat ofisi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli 8İ-8886 reyestr nömrəli icra qeydində kredit müqaviləsi üzrə ödənilməmiş borcun tam şəkildə ödənilməsi üçün igirov predmetinə tutuma yönəldilməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və bu səbəbdən həmin tarixdən müqavilə birtərəfli qaydada ləğv olunmuş hesab edilməlidir. Buna görə məhkəmə hesab edir ki, həmin kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən Abşeron rayonu 2 nömrəli notariat ofisi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli icra qeydinin tarixinə 21 fevral 2025-ci il tarixli 9/91 nömrəli ekspert rəyində ekspert tərəfindən hesablanmış 12979,70 manat iddiaçının xeyrinə tutulmalıdır. 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə 5749,98 manat məbləğində faiz borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, 21 fevral 2025-ci il tarixli 9/91 nömrəli ekspert rəyi ilə müqavilənin müddətinin bitdiyi 15 fevral 2023-cü il tarixə faiz borcu üzrə 5813,65 manat hesablansa da, iddiaçı tələbində 5749,98 manatın tutulmasını xahiş etdiyindən, iddia tələbindən kənara çıxmayaraq Mülki Prosessual Məcəllənin 218.3-cü tələbinə uyğun olaraq 5749,98 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa İddiaçı iddia qaldırarkən 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi tarixdən 01 oktyabr 2024-cü il tarixə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 12374,96 (on iki min üç yüz yetmiş dörd manat doxsan altı qəpik) manat, 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi tarixdən 01 oktyabr 2024-cü il tarixə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 2752,72 (iki min yeddi yüz əlli iki manat yetmiş iki qəpik) manat və 14 sentyabr 2022-ci il tarixli 1**-MF- *** nömrəli kredit müqaviləsinin bitdiyi tarixdən 01 oktyabr 2024-cü il tarixə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 6713,04 (altı min yeddi yüz on üç manat dörd qəpik) manat pulun tutulmasını xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 21 fevral 2025-ci il tarixli 9/91 nömrəli ekspert rəyindən görünür ki, 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanma nəzərə alınmaqla 01 oktyabr 2024-cü il tarixə illik 5%lə hesablanmaqla faiz borcu 12209,05 manat, 21 iyun 2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanma nəzərə alınmaqla 01 oktyabr 2024-cü il il tarixə faiz borcu 2721,11 manat, 14 sentyabr 2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanma nəzərə alınmaqla 01 oktyabr 2024-cü il tarixə faiz borcu 6768,90 manat müəyyən edilir. 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə kredit müqaviləsinin bitdiyi tarixdən 01 oktyabr 2024-cü il tarixə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 12374,96 (on iki min üç yüz yetmiş dörd manat doxsan altı qəpik) manat pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, həmin məbləğ 21 fevral 2025-ci il tarixli 9/91 nömrəli ekspert rəyi ilə təsdiqini tapmadığından ekspert rəyi mötəbər sübut kimi götürülərək ekspert rəyində həmin kredit xətti müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 12209,05 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 2752,72 manat pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Abşeron rayonu 2 nömrəli notariat ofisi tərəfindən 8İ- 8886 reyestr nömrəli 21 iyun 2023-cü il tarixli icra qeydinin verildiyi tarixdən həmin müqavilə birtərəfli qaydada ləğv olunduğundan əsas borca illik 5 % 21 iyun 2023-cü il tarixdən hesablanmalıdır. 21 iyun 2023-cü il tarixdən 1 oktyabr 2024-cü il tarixə faiz borcu 12516,60 manat (gecikmə günlərinin sayı 460 gün x günlük faiz dərəcəsi 27,21 manat =12516,60 manat) təşkil etsə də, iddiaçı tələbində 2752,72 manatın tutulmasını xahiş etdiyindən, iddia tələbindən kənara çıxmayaraq Mülki Prosessual Məcəllənin 218.3-cü tələbinə uyğun olaraq müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 2752,72 manat iddiaçının xeyrinə tutulmalıdır. 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 01 oktyabr 2024-cü il tarixə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 6713,04 manat pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, 21 fevral 2025-ci il tarixli 9/91 nömrəli ekspert rəyi ilə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanma nəzərə alınmaqla 01 oktyabr 2024-cü il tarixə faiz borcu 6768,90 manat hesablansa da, iddiaçı tələbində 6713,04 manatın tutulmasını xahiş etdiyindən, iddia tələbindən kənara çıxmayaraq Mülki Prosessual Məcəllənin 218.3-cü tələbinə uyğun olaraq müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 6713,04 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilələlərdə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cərimə tənasübsüz sürətdə yüksək məbləğ olduğundan və tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafeləri nəzərə alınmaqla, 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 18919,69 manat məbləğində cərimənin, 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 19938,4 manat cərimənin, 14 sentyabr 2022-ci il tarixli 1**- MF-*** nömrəli kredit müqaviləsi üzrə 19404,46 manat cərimə tutulması” tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq, 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 10000 manat məbləğində, 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 9000 manat məbləğində, 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 3500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 21 iyun 2022-ci il tarixli 113- MFZ-316 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. -269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. -295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 297-ci maddəsinə əssasən girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. -319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, işin yuxarıda göstərilən hallarına və qanunvericilik normalarına əsasən müəyyən edilir ki, borc alan Cavabdeh1 15 fevral 2022-ci il tarixli 1**- MF-*** nömrəli, 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli, 21 iyun 2022-ci il tarixli 1**- MF-*** nömrəli, 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirdiyindən ipoteka və girov saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ipoteka və girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, ipoteka və girov predmetlərinin ilkin satış qiymətinin və ümumi bazar dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmənin 28 noyabr 2024-cü il tarixli və 10 aprel 2025-ci il tarixli qərardadları ilə müvafiq olaraq məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinin və mütəxəssis rəyinin alınması qərara alınsa da, həmin ipoteka və girov predmetləri cavabdehlər tərəfindən baxışa təqdim edilmədiyi üçün ekspert və mütəxəssislər tərəfindən ekspertizanın aparılmasından və mütəxəssis rəyinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh3 və borcalan Cavabdeh1 arasında bağlanmış 15 fevral 2022-ci il tarixli, 113-MFİ-212 nömrəli ipoteka müqaviləsinə, 04 mart 2022-ci il tarixli, 113-MFİ-223/1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 47, 47A mənzil 17 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzilin ilkin satış qiyməti 297000 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh4 arasında bağlanmış 22 fevral 2022-ci il tarixli, 113-MFİ-212/2 nömrəli ipoteka müqaviləsinə, 03 mart 2022-ci il tarixli 113-MFİ-223/2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsinin və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evinin ilkin satış qiyməti 210000 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə girov qoyan Cavabdeh1 arasında bağlanmış 21 iyun 2022-ci il tarixli 113-MFG-316 nömrəli girov müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 3254 ədəd avadanlıq və mal qalığının (mal qalığı 40 ədəd 780000 manat, avadanlıq 1 ədəd 30000 manat, avadalıq 1 ədəd 500 manat, avadanlıq 6 ədəd 6000 manat, mal qalığı 3206 ədəd 256480 manat) ilkin satış qiyməti ******* manat, 1 ədəd “Ford Transit” avtomobilin ilkin satış qiyməti 15000 manat və 14 sentyabr 2022-ci il tarixli 113-MFG-375 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh1nə məxsus ünvan 3 ünvanında yerləşən istehsal avadanlıqlarının ilkin satış qiyməti ******* manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “21 iyun 2022-ci il tarixli 113-MFG-316 nömrəli girov müqaviləsinə və 14 sentyabr 2022-ci il tarixli 113-MFG-375 nömrəli girov müqaviləsinə əsasən yüklülük predmetinin iddiaçının sahibliyinə verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, sahiblik hüquqi mülkiyyət hüququnu tərkib hissəsidir. Sözügedən girov predmetlərinə dair hazırda iddiaçının mülkiyyət hüququ yoxdur. Digər tərəfdən girov predmetlərinin mülkiyyətçisi Cavabdeh1 sahiblik hüququ əmlak satılıb, mülkiyyətçisi dəyişənə qədər qüvvəsində qalır və həmin girov predmetləri açıq hərracda satıldıqdan sonra onların mülkiyyətçiləri bəlli olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “1093,15 (min doxsan üç manat on beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 985,48 (doqquz yüz səksən beş manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1ndən 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə 149999,46 (yüz qırx doqquz min doqquz yüz doxsan doqquz manat qırx altı qəpik) manat məbləğində əsas borc, 5749,98 (beş min yeddi yüz qırx doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 12209,05 (on iki min iki yüz doqquz manat beş qəpik) manat məbləğində pul, 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 205049,79 (iki yüz beş min qırx doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində əsas borc, 12862,66 (on iki min səkkiz yüz altmış iki manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 10000 (on min) manat məbləğində cərimə olmaqla, cəmi 395870,94 (üç yüz doxsan beş min səkkiz yüz yetmiş manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, Cavabdeh1ndən tutulmalı olan 395870,94 (üç yüz doxsan beş min səkkiz yüz yetmiş manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 7 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzilə və Cavabdeh4 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evinə yönəldilməli və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 395870,94 (üç yüz doxsan beş min səkkiz yüz yetmiş manat doxsan dörd qəpik) manat məbləğində borc ödənilməli, ünvan 7 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzilin ilkin satış qiyməti 297000 (iki yüz doxsan yeddi min) manat, ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsinin və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evinin ilkin satış qiyməti 210000 (iki yüz on min) manat müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 194309,99 (yüz doxsan dörd min üç yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc, 12979,70 (on iki min doqquz yüz yetmiş doqquz manat yetmiş qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 2752,72 (iki min yeddi yüz əlli iki manat yetmiş iki qəpik) manat məbləğində pul və 9000 (doqquz min) manat məbləğində cərimə olmaqla, cəmi 219042,41 (iki yüz on doqquz min qırx iki manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutulmalı olan 219042,41 (iki yüz on doqquz min qırx iki manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti 21 iyun 2022-ci il tarixli 113-MFG-316 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş ünvan 3 ünvanında yerləşən Cavabdeh1nə məxsus 3254 ədəd avadanlığa və mal qalığına (mal qalığı 40 ədəd, avadanlıq 1 ədəd, avadanlıq 1 ədəd, avadanlıq 6 ədəd, mal qalığı 3206 ədəd), 1 ədəd “Ford Transit” avtomobilə yönəldilməli və həmin girov predmetləri açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 219042,41 (iki yüz on doqquz min qırx iki manat qırx bir qəpik) manat məbləğində borc ödənilməli, ünvan 3 ünvanında yerləşən 3254 ədəd avadanlığın və mal qalığının (mal qalığı 40 ədəd 780000 manat, avadanlıq 1 ədəd 30000 manat, avadanlıq 1 ədəd 500 manat, avadanlıq 6 ədəd 6000 manat, mal qalığı 3206 ədəd 256480 manat) ilkin satış qiyməti ******* (bir milyon yetmiş iki min doqquz yüz səksən) manat və 1 ədəd “Ford Transit” avtomobilin ilkin satış qiyməti 15000 (on beş min) manat müəyyən edilməlidir. Cavabdeh1ndən 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 70355,04 (yetmiş min üç yüz əlli beş manat dörd qəpik) manat məbləğində əsas borc, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 6713,04 (altı min yeddi yüz on üç manat dörd qəpik) manat məbləğində pul, 3500 (üç min beş yüz) manat məbləğində cərimə və 985,48 (doqquz yüz səksən beş manat qırx səkkiz qəpik) dövlət rüsumu olmaqla, cəmi 81553,56 (səksən bir min beş yüz əlli üç manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, Cavabdeh1ndən tutulmalı olan 81553,56 (səksən bir min beş yüz əlli üç manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti 14 sentyabr 2022-ci il tarixli 113-MFG-375 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş ünvan 3 ünvanında yerləşən Cavabdeh1nə məxsus istehsal avadanlıqlarına yönəldilməli və həmin girov predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 81553,56 (səksən bir min beş yüz əlli üç manat əlli altı qəpik) manat məbləğində borc ödənilməli, ünvan 3 ünvanında yerləşən istehsal avadanlıqlarının ilkin satış qiyməti ******* (bir milyon yetmiş iki min doqquz yüz səksən) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 15 fevral 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit xətti müqaviləsi üzrə 149999,46 (yüz qırx doqquz min doqquz yüz doxsan doqquz manat qırx altı qəpik) manat məbləğində əsas borc, 5749,98 (beş min yeddi yüz qırx doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 12209,05 (on iki min iki yüz doqquz manat beş qəpik) manat məbləğində pul, 03 mart 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 205049,79 (iki yüz beş min qırx doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində əsas borc, 12862,66 (on iki min səkkiz yüz altmış iki manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 10000 (on min) manat məbləğində cərimə olmaqla, cəmi 395870,94 (üç yüz doxsan beş min səkkiz yüz yetmiş manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1ndən tutulmalı olan 395870,94 (üç yüz doxsan beş min səkkiz yüz yetmiş manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 7 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzilə və Cavabdeh4 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evinə yönəldilsin və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 395870,94 (üç yüz doxsan beş min səkkiz yüz yetmiş manat doxsan dörd qəpik) manat məbləğində borc ödənilsin. ünvan 7 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 270.4 kvadrat metr olan mənzilin ilkin satış qiyməti 297000 (iki yüz doxsan yeddi min) manat, ünvan 2 ünvanında yerləşən 0.0615 ha torpaq sahəsinin və onun üzərindəki ümumi sahəsi 150.3 kvadrat metr olan bağ evinin ilkin satış qiyməti 210000 (iki yüz on min) manat müəyyən edilsin. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 21 iyun 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 194309,99 (yüz doxsan dörd min üç yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc, 12979,70 (on iki min doqquz yüz yetmiş doqquz manat yetmiş qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 2752,72 (iki min yeddi yüz əlli iki manat yetmiş iki qəpik) manat məbləğində pul və 9000 (doqquz min) manat məbləğində cərimə olmaqla, cəmi 219042,41 (iki yüz on doqquz min qırx iki manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutulmalı olan 219042,41 (iki yüz on doqquz min qırx iki manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti 21 iyun 2022-ci il tarixli 113-MFG-316 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş ünvan 3 ünvanında yerləşən Cavabdeh1nə məxsus 3254 ədəd avadanlığa və mal qalığına (mal qalığı 40 ədəd, avadanlıq 1 ədəd, avadanlıq 1 ədəd, avadanlıq 6 ədəd, mal qalığı 3206 ədəd), 1 ədəd “Ford Transit” avtomobilə yönəldilsin və həmin girov predmetləri açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 219042,41 (iki yüz on doqquz min qırx iki manat qırx bir qəpik) manat məbləğində borc ödənilsin. ünvan 3 ünvanında yerləşən 3254 ədəd avadanlığın və mal qalığının (mal qalığı 40 ədəd 780000 manat, avadanlıq 1 ədəd 30000 manat, avadanlıq 1 ədəd 500 manat, avadanlıq 6 ədəd 6000 manat, mal qalığı 3206 ədəd 256480 manat) ilkin satış qiyməti ******* (bir milyon yetmiş iki min doqquz yüz səksən) manat və 1 ədəd “Ford Transit” avtomobilin ilkin satış qiyməti 15000 (on beş min) manat müəyyən edilsin. Cavabdeh1ndən 14 sentyabr 2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 70355,04 (yetmiş min üç yüz əlli beş manat dörd qəpik) manat məbləğində əsas borc, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 6713,04 (altı min yeddi yüz on üç manat dörd qəpik) manat məbləğində pul, 3500 (üç min beş yüz) manat məbləğində cərimə və 985,48 (doqquz yüz səksən beş manat qırx səkkiz qəpik) dövlət rüsumu olmaqla, cəmi 81553,56 (səksən bir min beş yüz əlli üç manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1ndən tutulmalı olan 81553,56 (səksən bir min beş yüz əlli üç manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti 14 sentyabr 2022-ci il tarixli 113-MFG-375 nömrəli girov müqaviləsinə əsasən girov qoyulmuş ünvan 3 ünvanında yerləşən Cavabdeh1nə məxsus istehsal avadanlıqlarına yönəldilsin və həmin girov predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 81553,56 (səksən bir min beş yüz əlli üç manat əlli altı qəpik) manat məbləğində borc ödənilsin. ünvan 3 ünvanında yerləşən istehsal avadanlıqlarının ilkin satış qiyməti ******* (bir milyon yetmiş iki min doqquz yüz səksən) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh1ndən tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-111/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-111/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver