Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1127/2023 25.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 25 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 noyabr 2021-ci il tarixli, “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsi üzrə yaranmış 57688,29 (əlli yeddi min altı yüz səksən səkkiz manat 29 qəpik) manat əsas icarə haqqı borcunun, elektrik enerjisi sərfiyyatına görə 3561,72 (üç min beş yüz altmış bir manat 72 qəpik) manat kommunal borcun və əsas icarə haqqı ödənişlərinin icrasının gecikdirilməsinə görə yaranmış 3277,3 (üç min iki yüz yetmiş yeddi manat 30 qəpik) manat faiz borcunun, o cümlədən mediasiya xərcləri üçün ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, 02 may 2019-cu il tarixli 2/2019 №-li İcarə Müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1144,4 kv.m. olan 2 və 1 mərtəbəli qeyri-yaşayış sahəsi İddiaçı MMC-yə 15 il müddətinə icarəyə verilmişdir. 01 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh arasında (bundan sonra “cavabdeh”) “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanmış və sözügedən ünvandakı ümumi sahənin 542 kv.metr ölçüyə malik hissəsi 5 (beş) il müddətinə cavabdehə icarəyə verilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavənin 14-cü bəndinə əsasən icarə haqqı icarəyə verilən obyektin hər kvadrat metri üçün 8,2 manat müəyyən edildiyindən, 542 kv.metr-lik obyekt üçün aylıq icarə haqqı ƏDV ilə birlikdə 5244,39 manat (4444,4 + 799,99 ƏDV) təşkil etmişdir. Lakin, 2022-ci ilin yanvar-noyabr ayları ərzində cavabdeh tərəfindən iddiaçıya heç bir icarə haqqı məbləği ödənilməmişdir. Beləliklə, icarəçinin 11 ay üçün icarə haqqı borcu ƏDV daxil 57688,29 manat təşkil etmişdir. Eyni zamanda, cavabdeh 2022-ci ilin iyul-dekabr ayları ərzində istifadə etdiyi elektrik enerjisi sərfiyyatına görə ödəməli olduğu 3561,72 manat borcu da İddiaçıya ödəməmişdir. Beləliklə, icarə haqqı və kommunal xidmətlərin haqqına görə ödənilməmiş ümumilikdə 61250 manat borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Bununla bağlı, cavabdehə “EMİS” və onlayn kargüzarlıq vasitəsilə göndərilmiş pretenziya məktubu hazırki iddia ərizəsinə əlavə olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd olunur ki, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (günlük 0,0137 faiz). Müqavilənin 4.1.2-ci bəndinə əsasən İcarəçi icarə haqqını qabaqcadan hər ayın əvvəlində hesablaşmaya dair sənədi aldıqdan 5 (beş) iş günündən gec olmayaraq həyata keçirməlidir. Beləliklə, 2022-ci ilin ödənilməmiş: 1) Yanvar ayının icarə haqqına görə (13 yanvar 2022 – 31 iyul 2023) – 405,2 manat (5244,39 x 564 gün x 0.0137%); 2) Fevral ayının icarə haqqına görə (10 fevral 2022 – 31 iyul 2023) – 385,1 manat (5244,39 x 536 gün x 0,0137%); 3) Mart ayının icarə haqqına görə (10 mart 2022 – 31 iyul 2023) – 364,9 manat (5244,39 x 508 gün x 0,0137%); 4) Aprel ayının icarə haqqına görə (11 aprel 2022 – 31 iyul 2023) – 342 manat (5244,39 x 476 gün x 0,0137%); 5) May ayının icarə haqqına görə (12 may 2022 – 31 iyul 2023) – 319,7 manat (5244,39 x 445 gün x 0,0137%); 6) İyun ayının icarə haqqına görə (13 iyun 2022 – 31 iyul 2023) – 296,7 manat (5244,39 x 413 gün x 0,0137%); 7) İyul ayının icarə haqqına görə (12 iyul 2022 – 31 iyul 2023) – 275,9 manat (5244,39 x 384 gün x 0,0137%); 8) Avqust ayının icarə haqqına görə (09 avqust 2022 – 31 iyul 2023) – 255,7 manat (5244,39 x 356 gün x 0,0137%); 9) Sentyabr ayının icarə haqqına görə (09 sentyabr 2022 – 31 iyul 2023) – 233,5 manat (5244,39 x 325 gün x 0,0137%); 10) Oktyabr ayının icarə haqqına görə (13 oktyabr 2022 – 31 iyul 2023) – 209 manat (5244,39 x 291 gün x 0,0137%); 11) Noyabr ayının icarə haqqına görə (09 noyabr – 31 iyul 2023) – 189,6 manat (5244,39 x 264 gün x 0,0137%). Yəni, ümumilikdə gecikdirilmiş vaxt üçün cavabdehin icarə haqqı və kommunal borcdan əlavə 3277,3 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərini pozduğuna görə cavabdehin ümumilikdə iddiaçıya ödəməli olduğu pul məbləği 64527,3 manatdır. Əlavə olaraq bildirilir ki, hazırkı mübahisə ilə əlaqədar mediasiya sessiyası keçirilmişdir. İlkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və bu barədə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim olunmuşdur. Bununla bağlı 405 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Qeyd olunan faktı təsdiq edən Sumqayıt 1 saylı Mediasiya Təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışı və mediasiya xərcini təsdiq edən ödəniş qəbzi hazırki iddia ərizəsinə əlavə edilir. 01 noyabr 2021-ci il tarixdə İddiaçı MMC (“icarəyə verən”) ilə Cavabdeh (“icarəçi”) arasında bağlanmış “5017 Ankaraw-H X12” nömrəli İcarə Müqaviləsinin: 2.1-ci bəndinə əsasən icarəyə verən bununla ünvan 2 ünvanda yerləşən və Əlavə 1-də göstərilmiş obyektləri burada verilmiş şərt və müddəalara əsasən və hazırkı X7 1 kimi qoşulmuş plana uyğun olaraq İcarəçiyə icarəyə verir və icarəçi bu obyektləri qəbul edir. 4.1.1-ci bəndinə əsasən İcarə Müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində İcarəçi aşağıda göstərilən məbləğin ödənməsi üçün cavabdehlik daşıyacaq: (i) sabit olan əsas icarə haqqını. 4.1.2-ci bəndinə əsasən əsas icarə haqqının ödənişi icarəçi tərəfindən qabaqcadan hər ayın əvvəlində icarəyə verən tərəfindən təqdim olunan hesablaşmaya dair sənədləri aldıqdan sonra 5 (beş) iş günündən gec olmayaraq həyata keçiriləcək. 4.1.3-cü bəndinə əsasən əsas icarə haqqı: icarənin birinci, ikinci və üçüncü illərdə tətbiq edilən bu haqqın məbləği Əlavə 1-də göstərildiyi kimi olacaq. 16.3-cü bəndinə əsasən İcarəyə verilmiş obyektin (Bölüm 2-də təsvir olunduğu kimi) bilavasitə istismarı zamanı istifadə olunan kommunal xidmətlərin dəyəri İcarəyə verən tərəfindən quraşdırılmış avadanlıqlar vasitəsilə ölçüləcək və hər ayın sonunda hesab-faktura formasında icarəçiyə təqdim olunacaqdır. Bu hesab-fakturanın dəyəri 7 (yeddi) iş günü ərzində ödənilməlidir. İcarəçi tərəfindən ödənilməli olan xərclərə icarəyə verənin sayğac paylanma sistemi əsasında birbaşa qeyd olunan elektrik enerjisi, su və qaz sərfiyyatı üzrə haqlar, habelə xidmət haqqı daxildir. 24.1-ci bəndinə əsasən icarəyə verənin burada verilmiş hüquqlarına, səlahiyyətlərinə və ziyanın əvəzinin ödənməsinə dair hüquqlarına xələl gətirmədən, icarəçinin hazırkı icarə müqaviləsinə əsasən icarəyə verənə ödəməli olduğu, lakin ödəmədiyi məbləğ üçün faiz ödəyəcək, belə Faizlər Faizin tətbiq edildiyi məbləğin ödəniş vaxtı çatdığı gündən bu ödənişin tam icra edildiyi günə qədər hesablanacaq və ödənilməli olan icarə haqqı kimi əsas məbləğlə birlikdə ödənəcəkdir. 24.4-cü bəndinə əsasən hər tərəf hazırkı icarə müqaviləsinə əməl etməməsi və ya onun öhdəliklərinin pozulması ilə əlaqədar, yaxud hazırkı İcarə Müqaviləsini pozmasından irəli gələn hər hansı ziyan ilə bağlı digər tərəfin qaldırdığı iddialar əsasında İcarə Müqaviləsinin hər hansı müddəasına uyğun tələb irəli sürdüyü halda yaranan xərcləri və/yaxud bu iddianın məcburi icrası nəticəsində yaranmış bütün qanuni xərcləri digər tərəfə ödəyəcək. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavənin 3-cü bəndinə əsasən icarəyə verilən obyektin sahəsi 542 kv.metr təşkil edir və həmin Əlavənin 14-cü bəndinə əsasən icarə haqqı ayda obyektin hər kv.metri üçün 8,2 manat hesablanmaqla (ƏDV xaric) ödənilir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən 23 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı” yazılı Etiraz təqdim edilərək, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinin 5244,39 (beş min iki yüz qırx dörd manat 39 qəpik) manat məbləğində olan hissənin təmin edilməsi, qalan hissədə isə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəflər arasında bağlanmış icarə müqaviləsinin 13.1- 13.2-ci bəndlərini və Mülki Qanunvericiliyin müddəalarını rəhbər tutaraq, iddia tələbini qismən – yəni, 2022-ci ilin yanvar ayına münasibətdə ƏDV daxil 5244,39 manat məbləğində qəbul edir. Qalan hissədə iddia tələbi tamamilə əsassızdır. Çünki, müqaviləyə əsasən 2022-ci ilin yanvar ayının sonundan etibarən icarə müqaviləsi özlüyündə qüvvədən düşmüşdür/xitam verilmişdir və həmin tarixdən sonrakı dövr üzrə icarə haqqı hesablanması Müqaviləyə və Qanuna uyğun deyildir. Bundan əlavə, Cavabdeh 2022-ci ilin yanvar ayının əvvəlindən etibarən icarə obyektində kommersiya fəaliyyətini dayandırmışdır. İddiaçı isə 2022-ci ilin noyabrına kimi icarə haqqı, 2022-ci ilin iyul-dekabr ayları üçün isə kommunal xidmət haqqı hesablamışdır. Halbuki, Cavabdeh 2022-ci ilin iyul ayının 10-dan etibarən Almaniya Federasiyasına getmişdir və həmin tarixdən orada yaşayır. Cavabdehin Almaniya Federasiyasına getməsini təsdiq edən təyyarə bileti, viza və pasportundan çıxarışlar etiraza əlavə olunur. Etirazın hüquqi əsasları ilə bağlı yazılı mülahizə isə ətraflı şəkildə məhkəmə baxış iclasına kimi təqdim ediləcəkdir. Bundan əlavə, Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən 08 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə yenidən “iddia tələbinə qarşı” yazılı Etiraz təqdim edilərək, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinin 5244,39 (beş min iki yüz qırx dörd manat 39 qəpik) manat məbləğində olan hissənin təmin edilməsi, qalan hissədə isə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, 1) icarə haqqı ilə bağlı hesablanmış borca münasibətdə: iddiaçı hər təqvim ayı üzrə ƏDV daxil 5244,39 manat olmaqla, ümumilikdə, 11 ay üzrə (2022-ci ilin yanvar-noyabr) ƏDV daxil 57688,29 manat icarə haqqı borcu hesablamış və həmin borcun cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. Cavabdeh Ülvi oğlu 10 iyul 2022ci il tarixindən Almaniya Federasiyasına getmişdir və indiyədək Azərbaycana qayıtmamışdır. Cavabdehin ölkə sərhədləri daxilində olmadığı dövr üzrə (2022-ci il iyulnoyabr) onun ölkə sərhədləri daxilində yerləşən icarə obyektindən istifadə etməsinə görə icarə haqqının hesablanması tamamilə əsassızdır. Həmçinin, 2022-ci ilin yanvar ayının əvvəlindən etibarən cavabdeh tərəfindən icarə obyektində kommersiya fəaliyyəti faktiki olaraq dayandırılmış və yanvar ayı üzrə icarə haqqı (5244,39 manat) iddiaçıya ödənilməmişdir. Müqavilə üzrə ödənilməli olan yanvar ayının icarə haqqı məbləği Müqavilənin 13.1 (a) yarımbəndinə əsasən ödəniş etmək öhdəliyinin icrasının çatdığı vaxtdan etibarən 30 (otuz) iş günü ərzində cavabdeh tərəfindən icraçıya ödənilmədiyi üçün Müqavilənin 13.2-ci yarımbəndinə əsasən müqavilə qüvvədən düşmüş və ona xitam verilmişdir. Müqavilənin 13.1 (a) yarımbəndində müəyyən edilən hal baş verdikdə müqaviləyə xitam verilməsi Müqavilənin - iki tərəf arasındakı qanunun (nəzərə alınsa ki, hüquq nəzəriyyəsinə əsasən müqavilə tərəflər arasında bir qanundur) imperativ (tərəflərin iradəsindən asılı olmayaraq tətbiq edilən) şərtindən irəli gəlir. Bu səbəbdən, cavabdeh tərəfindən aylıq icarə haqqı məbləğinin ödənilməsi 30 (otuz) iş günündən artıq müddətə gecikdirildiyinə görə iddiaçının iradəsindən (mülahizəsidən) asılı olmayaraq müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2 və 424.3-cü maddələrinə əsasən müqavilə ləğv edilərkən tərəflərin hüquq və öhdəliklərinə xitam verilir. Müqavilənin 13.2-ci yarımbəndinə əsasən müqavilə ləğv edildiyindən və tərəflərin həmin tarixdən sonra bir-birilərinə qarşı hər hansı hüquq və öhdəlikləri mövcud olmadığından müqaviləyə və qanuna uyğun olaraq cavabdehin yanvar ayının sonundan etibarən müqavilə üzrə borc öhdəliyi, iddiaçının isə icarə haqqı tələb etmək hüququ yaranmamışdır. Lakin, iddiaçı müqavilənin qüvvədən düşməsinə, müqavilə üzrə hüquq və öhdəliklərin ləğv edilməsinə baxmayaraq qüvvədən düşmüş müqavilə üzrə hüquqlarına istinad edərək iddiaçıdan icarə haqqı məbləğinin ödənilməsini tələb etmişdir. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə hesablanmış icarə haqqı borcunun müqavilənin qüvvədən düşmə tarixinə qədər iddiaçı qarşısında yaranmış öhdəlik olan yanvar ayının icarə haqqı məbləğində olan 5244,39 manat hissəsi cavabdeh tərəfindən müqavilə şərtlərinə və Mülki Məcəllənin 424.4-cü maddəsinin tələblərinə uyğun olaraq qəbul edilir. Lakin, iddia tələbi üzrə icarə haqqı borcunun digər hissəsi həmin tələbin əsası olan müqavilə həmin borcun hesablandığı tarixlərdə artıq mövcud olmadığı və həmin dövrə tətbiq edilmədiyi və ən əsası həmin dövr üzrə cavabdeh tərəfindən hər hansı formada icarə obyektindən faktiki olaraq istifadə edilmədiyi üçün cavabdeh tərəfindən qəbul edilmir. 2) Kommunal xidmətlər ilə bağlı hesablanmış borca münasibətdə: iddiaçı 2022-ci ilin iyul-dekabr ayları üzrə cavabdehin “istifadə etdiyi” elektrik enerjisi sərfiyyatına görə 3561,72 manat məbləğində borc hesablayaraq həmin borcun da İddiaçıya ödənilməsini tələb etmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi həmin tarixlərdə müqavilənin qüvvədən düşmüş olması səbəbindən iddiaçının həmin dövr üzrə hər hansı hüququnun mövcud olmadığını və cavabdehin 10 iyul 2022-ci il tarixindən Almaniya Federasiyasında olduğunu nəzərə alaraq, cavabdehin ölkə sərhədləri daxilində olmadığı 6 (altı) aylıq bir dövr üzrə (2022-ci il, iyul-dekabr) cavabdehin hər hansı kommunal xidmətdən “istifadə etdiyini” iddia etmək, həmin xidmətlərə görə cavabdehə borc hesablamaq tamamilə əsassızdır. Həmçinin, iddiaçı 2022-ci ilin dekabr ayı üzrə icarə haqqı borcu hesablanmadığı halda icarə obyektindəki kommunal xidmətlərdən istifadə üzrə borc hesablamışdır. Bu hal da iddiaçının tələblərinin tamamilə formal olduğunu bir daha sübut edir. 3) İcarə haqqı borcuna hesablanmış faiz borcuna münasibətdə: iddiaçı tərəfindən ödənilməmiş icarə haqqı borcuna dair illik 5% olmaqla, ümumilikdə, 3277,3 manat məbləğində faiz borcu hesablamışdır. Mülki Məcəllənin 439 və 449-cu maddələrinə əsasən faiz ödəmək öhdəliyi əlavə öhdəlik olub əsas öhdəliklərin icrasının təmin edilməsi məqsədilə hesablanır. Lakin, yuxarıda qeyd edildiyi kimi, iddiaçının icarə haqqı borcu və kommunal xidmətlərə görə borc hesabladığı dövr üzrə tərəflər arasında bağlanmış Müqavilə artıq qüvvədən düşdüyündən cavabdehin həmin dövr üzrə hər hansı bir pul və ya digər əsas öhdəliyi mövcud olmamışdır. Əsas öhdəliyin mövcud olmadığı halda faiz öhdəliyinin mövcudluğu mümkün deyildir və bu səbəbdən cavabdeh, icarə haqqı və kommunal xidmətlərə görə hesablanmış faiz borcunu da tam həcmdə əsassız hesab edir. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 08 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “cavabdehin etirazına Münasibət” təqdim edilərək, cavabdehin etirazının rədd edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş olunmuş və həmin “cavabdehin etirazına Münasibət” – məlum “Etiraz”ın Mülki-Prosessual Məcəllənin 154.1-ci maddəsi ilə müyyən edilmiş 20 günlük müddətin ötürülməsi, tərəflər arasında bağlanmış İcarə Müqaviləsinin 3.3-cü bəndinə əsasən müqavilənin birtərəfli qaydada xitamının yalnız icarə müddətinin ikinci ilində tərəflərdən birinin digərinə 6 ay qabaqcadan yazılı qaydada xitam vermək barədə niyyətini bildirdiyi halda mümkün olması, Müqavilənin 13.2-ci bəndinin isə İcarəyə verənin öz qərarı ilə icarə sahəsinə daxil olduğu halda və yalnız icarəyə verən bu hüququnu reallaşdırdıqdan sonra icarəçinin öhdəliklərini pozması ilə bağlı tədbir görmək hüququna xələl gətirmədən müqaviləyə xitam verilməsi, Müqavilənin xitamının isə İcarəyə verənin icarə sahəsinə daxil olmaq və icarəçidən sahəni boşaltmasını tələb etmək hüququnu icra etdiyi təqdirdə etibarlı olması, lakin faktiki olaraq İcarəyə verənin icarə sahəsinə daxil olmaması və icarəçinin öz fəaliyyətini dayandırmaması, cavabdehin ölkədən kənarda olmasının onun sahədə fəaliyyətini istisna etməməsi, faktiki olaraq cavabdehin 2022-ci ilin yanvar ayından noyabr ayına kimi icarə sahəsində fəaliyyət göstərməsi, bu səbəbdən də İcarəyə verənin sahəyə daxil olmaması, cavabdehin obyektdə kommersiya fəaliyyətini dayandırması ilə bağlı İcarəyə verənə hər hansı bildiriş göndərməməsi, cavabdehin obyektdə kommersiya fəaliyyətini dayandırdığını qeyd etməsinə baxmayaraq, faktiki olaraq icarə sahəsini 2022-ci ilin iyul ayında digər şəxslər qarşısında olan borcu müqabilində Davud adlı şəxsə İcarəyə verənin razılığı olmadan əsassız və qanunsuz olaraq təhvil verməsi, bu barədə həmin Davud adlı şəxsin 2022-ci ilin avqust ayında Şirkətin icarə şöbəsinin əməkdaşına “Whatsapp”la yazaraq bildirməsi, eyni zamanda borcunun ödənilməsi ilə bağlı yenə həmin proqram vasitəsilə Cavabdehlə də əlaqə saxlanıldıqda, cavabdeh də bu faktı, yəni sahəni Davud adlı şəxsə təhvil verdiyini təsdiqləməsi, bununla bağlı iddiaçı ilə cavabdeh və cavabdehin sahəni təhvil verdiyi Davud adlı şəxs arasındakı telefon yazışmalarından çıxarışları və səs yazılarından ibarət “DVD” diskin məhkəməyə təqdim olunması, həmçinin cavabdehin öz “etiraz”ında da ölkəni 10 iyul 2022-ci il tarixində tərk etməsini bildirməsi də cavabdehin iyul ayına qədər icarə sahəsində fəaliyyət göstərməsini və həmin tarixdən etibarən İcarəyə verənin heç bir razılığı alınmadan obyekti və obyektə yerləşən cavabdehin özünə məxsus malları üçüncü bir şəxsə sataraq təhvil verməsinin də təsdiq etməsi, 2022-ci ilin avqust ayından noyabr ayına qədər olan müddətdə icarə sahəsində iddiaçının razılıq vermədiyi, lakin cavabdehin təhvil verdiyi üçüncü bir şəxsin fəaliyyət göstərməsinin cavabdehi həmin müddət ərzindəki müqavilə üzrə öhdəliklərinin icrasından azad etməməsi ilə - əsaslandırılmışdır. İş üzrə tərəflərin iştirakı ilə 18 dekabr 2023-cü ildə keçirilmiş məhkəmə baxış iclasından sonra Cavabdeh nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 25 dekabr 2023-cü ildə (növbəti iclasın keçiriləcəyi gün) məhkəməyə “Etiraz”la müraciət edib, həmin Etirazda göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddiaçıya "xxxx" ASC tərəfindən təqdim edilmiş hesab fakturalar və həmin fakturalar üzrə ödənişlər təqdim edilmişdir. Halbuki, təqdim edilən həmin faktura və ödənişlərin isə cavabdehə heç bir aidiyyəti yoxdur və sonuncu məhkəmə iclasında isə iddiaçıdan müqayisə üçün abonent saldosunun təqdim edilməsi istənilmişdi. İddia tələbinə qarşı verilmiş Etirazda da bildirildiyi kimi, 2022-ci ilin yanvar ayının əvvəlindən etibarən cavabdeh tərəfindən icarə obyektində kommersiya fəaliyyəti faktiki olaraq dayandırılmışdır. Bundan əlavə, iddiaçı elektrik enerjisindən istifadə ilə bağlı cavabdehə ötən müddət ərzində hər hansı hesab-faktura təqdim etməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 16.3-cü bəndinə uyğun olaraq əgər elektrik enerjisindən istifadə edilmişdisə, iddiaçı sayğaca uyğun olaraq cavabdehin istifadə etdiyi elektrik enerjisinin həcmini müəyyən etməli və bu barədə cavabdehə hesab-faktura təqdim etməli idi. Bu isə özlüyündə cavabdehin obyektdən və elektrik enerjisindən istifadə etmədiyi faktını təsdiq edir. Həmçinin, təqdim edilmiş faktura və ödənişlərə diqqət yetirdikdə və xüsusilə dövrləri və dövlər üzrə ödənişləri müqayisə etdikdə, həmin məbləğlərin məhz iddiaçının öz fəaliyyəti ilə bağlı olduğu müəyyən edilir. Belə ki, 2022-ci ilin yanvar-aprel aylarında elektrik enerjisi haqqı azalan xətt üzrə davam etmiş və ardınca mövsümi olaraq temperturun artması səbəbindən 2022-ci ilin may ayından etibarən elektrik enerjisi xərcləri artmağa başlamışdır. Cavabdeh tərəf hesab edir ki, bu fakt da özlüyündə cavabdehin elektrik enerjisi və obyektdən istifadə etmədiyini təsdiq edir. Bundan sonra, İddiaçı MMC-nin nümayəndəsi 25 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “Məlumat”la müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən "xxxx" ASC-nin təqdim etdiyi hesab fakturalar və bunlara uyğun olaraq ödəniş tapşırıqları məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, cavabdehin icarə sahəsində fəaliyyətini təsdiq etmək üçün cavabdehin oradakı fəaliyyətindən əvvəlki aya (yəni, oktyabrdan noyabr ayınadək) dair də hesab-faktura (birinci hesab-faktura) və ödəniş tapşırığı təqdim edilmişdir. Belə ki, cavabdehin sahədə fəaliyyətə başlamazdan əvvəlki ayın sərfiyyatına nəzər yetirdikdə, sonrakı aylara nisbətdə dəfələrlə kiçik olduğu görünür. Həmçinin, 2022-ci ilin noyabr ayından iyul ayına kimi olan dövrdəki sərfiyyatla, iyul ayından dekabr ayına qədər olan sərfiyyatı müqayisə etdikdə göstəricilərin bir-birinə yaxın olduğu aydın olur. Bundan başqa cavabdehin, yəni Cavabdeh sahəni Davud adlı şəxsə olan 40000 manat məbləğində borcu qarşılığında verdiyini təsdiq edən məhz Cavabdeh aid yeni səs yazıları da məhkəmə iclasında təqdim olunacaqdır. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmçinin bildirmək lazımdır ki, cavabdehin nümayəndəsi müqavilənin 13.2-ci bəndinə istinad edərək müqavilənin xitamına əsaslanmaqla cavabdehin öhdəliklərindən azad olduğunu bildirsə də, müqavilənin tərkib hissəsi olan və tərəflər arasında bağlanmış 2 saylı Əlavənin (f) bəndinin (i) yarımbəndinə əsasən icarəyə verənin obyektə giriş hüququ bununla bağlı icarəçiyə bildiriş verdiyi halda yarandığından və işin hallarında İcarəyə verən tərəfindən icarəçiyə belə bir bildirişin verilmədiyi məlum olduğundan müqavilənin 13.2-ci bəndinə istinad edilərək müqavilənin xitamını bildirmək Müqavilənin və Mülki Məcəllənin tələblərinə tamamilə ziddir. Eyni zamanda, işin materiallarına əlavə edilmiş AVİS-dən elektron qaimələrin ümumi siyahısı ilə bağlı çıxarışdan görünür ki, icarəçi ona təqdim edilmiş elektronqaimələrə imtina verməmişdir. Sözügedən fakt da icarəçinin həmin sahədəki fəaliyyətini bir daha təsdiq edir. 2022-ci ilin iyul ayından sonrakı dövr üçünsə yenə də müqavilə tərəfi rəsmi olaraq cavabdehin özü olduğundan həmin dövr üçün borc məbləği də məhz onun tərəfindən ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Üçüncü şəxsin sahədən çıxarılması məsələsinə gəldikdə isə icarə hüququ ilə obyektdə sahiblik hüququnu həyata keçirən məhz cavabdeh olduğundan, digər üçüncü şəxslərin çıxarılmasını tələb etmək faktiki olaraq onun risk dairəsində olmuşdur. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, icarəçinin fakt üzrə lazımi ehtiyatlılıq göstərməməsi onu müqavilə üzrə öhdəliklərindən azad etmir. Qeyd olunanlara əsasən iddiaçı tərəf hesab edir ki, icarə müqaviləsi tam olaraq qüvvədə olmuş və cavabdehdən tələb edilən ümumi pul məbləği tamamilə əsaslıdır. Bundan sonra Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən isə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 25 dekabr 2023cü ildə məhkəməyə “Ərizə” təqdim edilərək, iddia tələbinin qismən (5244,39 manat) təmin edilməsi və qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuş və həmin "Ərizə" onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə 08 dekabr 2023cü il tarixli “Etiraz”a münasibət təqdim edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edilir ki, qeyd edilən müraciətdə göstərilən arqumentlər tamamilə əsassızdır. Etirazın rədd edilməsinə münasibətdə: - Mülki prosessual qanunvericilikdə etirazın rədd edilməsi əsasları müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarından da göründüyü kimi, cavabdeh tərəf elektron materialları 23 noyabr 2023-cü il tarixdə əldə etdikdən sonra ilkin “etiraz” və ardınca, tam yazılı formada “etiraz” təqdim edilmişdir. Bundan əlavə, iddiaçının özü tərəfindən prosessual pozuntulara yol verilir və məhkəmə hazırlıq iclası yekunlaşana kimi təqdim edilməli sübutlar - məhkəmə baxış iclasında təqdim edilir. İddiaçı Müqavilənin 13-cü bəndini təhrif etmişdir. Müqavilənin müvafiq bəndinin məzmunundan da aydın göründüyü kimi, müqavilənin qüvvədən düşməsi obyektə daxil olmaya deyil, "hüququn yaranmasına" istinad edilmişdir. Müqavilənin 13.1(a) bəndinin tələbləri baxımından 13.2-ci bənddəki hüququn yaranmasına və müqavilənin hüquqi qüvvəsini itirməsinə əsas olan hal baş vermişdir. Bundan əlavə, iddiaçının özünün də son məhkəmə iclasında etiraf etdiyi kimi, müqavilənin standart şərtləri iddiaçı tərəfindən təqdim edilmişdir və belə olan halda, hər hansı qeyri-müəyyənlik Mülki Məcəllənin 419.2-ci maddəsinin tələbləri baxımından iddiaçının əleyhinə təfsir edilməlidir. İddiaçı cavabdeh tərəfindən müqavilənin ləğvi ilə bağlı hər hansı bildirişin verilmədiyinə istinad edir. Halbuki, müqavilənin 13-cü bəndinin tətbiqi baxımından iddiaçının Müqavilə üzrə həmin öhdəliyi olmamışdır. İddiaçı müqavilənin “birtərəfli ləğvi” ilə Müqavilənin 13-cü bəndində qeyd edilən “tərəflərin iradəsindən asılı olmayaraq (avtomatik) hüquqi qüvvəsini itirməsini” eyniləşdirir. Halbuki, müqavilədən “birtərəfli ləğv” və “avotmatik ləğv” qaydalarının fərqləndirildiyi aydın şəkildə görünür. İddiaçının nümayəndəsinin son məhkəmə iclasında verdiyi izahatdan və məhkəməyə təqdim etdiyi sübutlardan da aydın olur ki, ən geci 2022-ci ilin iyul ayından etibarən İddiaçı icarə obyekti ilə bağlı üçüncü şəxslərlə icarə münasibətləri yaratmış və müqavilə danışıqlarına başlamışdır. Bu fakt da obyektin cavabdeh tərəfindən istifadə edilmədiyinin iddiaçıya məlum olduğunu sübut edir. İddiaçının məhkəməyə təqdim etdiyi "Whatsapp" proqramı üzərindən səsyazmalar birbaşa cavabdeh və İddiaçının səlahiyyətli nümayəndələri arasında səsyazmalar deyil, üçüncü şəxslərlə danışıqları əks etdirən səsyazmalardır. Ona görə də, həmin səsyazmalar AR MPM-in 76-cı maddəsinin tələblərinə və AR Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarında müəyyən edilmiş tələblərə uyğun deyildir və bu səbəbdən qanunauyğun əldə edilmiş sübut hesab edilə bilməz. Bundan əlavə, Cavabdeh nümayəndəsi Nümayəndə2 25 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə yenidən “Ərizə” ilə müraciət edib bildirmişdir ki, iddiaçı bu günki tarixdə təqdim etdiyi “Məlumat”da da müqavilə müddəalarını və işin hallarını təhrif etmişdir. İddiaçının AVİS proqramı ilə göndərdiyi elektron qaimə-fakturalar isə cavabdeh tərəfindən təsdiq edilməmiş, qanunvericiliyə uyğun olaraq 5 (beş) iş günü keçdikdən sonra sistem tərəfindən avtomatik təsdiq olunmuşdur. Digər hallarla bağlı mülahizələr isə yazılı şəkildə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclaslarında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 01 noyabr 2021-ci il tarixli, “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsi üzrə yaranmış 57688,29 manat əsas icarə haqqı borcunun, elektrik enerjisi sərfiyyatına görə 3561,72 manat kommunal borcun və əsas icarə haqqı ödənişlərinin icrasının gecikdirilməsinə görə yaranmış 3277,3 manat faiz borcunun, o cümlədən də mediasiya xərcləri üçün ödənilmiş 405 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 suallara cavab olaraq bildirmişdi ki, İddiaçı MMC və Cavabdeh arasında icarə müqaviləsi 01 noyabr 2021-ci ildə bağlanmış və hazırkı iddia tələbi üzrə cavabdehdən 2022-ci ilin yanvar ayından noyabr ayına qədər olan icarə haqqı borcu tələb olunur. Cavabdeh 2022-ci ilin aprel ayında bir aylıq icarə pulunu ödəsə də, 2021-ci ildən borcu qaldığı üçün ödənilən həmin məbləğ 2021-ci ilin borcuna hesablanmışdı. Çünki, cavabdehin birinci ödənişi 10 dekabr 2021-ci ildə 5245 manat məbləğində olmuş və ödəniş noyabr ayının icarə haqqına hesablanmışdır. 25 aprel 2022ci ildə edilən 5245 manat məbləğində ikinci ödənişi isə 2021-ci ilin dekabr ayının icarə haqqına hesablanmışdı. Cavabdeh icarə obyektini ötürdüyü Davud adlı şəxslə obyektin ona icarəyə verilməsi ilə əlaqədar yazışmalar 2022-ci ilin avqust ayında başlamışdır. Çünki, həmin şəxs Fəridin obyekti ona ötürməsi və yeni icarəçinin özü olması barədə məlumatı iddiaçıya həmin vaxt vermişdi. Cavabdeh icarə obyektini ötürdüyü 3-cü şəxs Davud adlı şəxs icarə obyektindən 2022-ci ilin noyabr ayından çıxdığı üçün iddiaçı da icarə müqaviləsinin 13.2-ci bəndinə əsasən icarə haqqını həmin dövrə qədər tələb edir. Həmin obyektlə əlaqədar yeni icarə müqaviləsi başqa bir icarəçi ilə 2023-cü ilin fevral ayında bağlanmışdır. Lakin, Fəridin icarə obyektini təhvil verdiyi Davud adlı şəxslə 2022-ci ilin avqust ayından danışıqlar aparılsa da, onunla icarə müqaviləsinin bağlanması mümkün olmamışdır. Məhkəməyə təqdim edilən 2022-ci ilə aid yazışmalar Davud adlı şəxs və iddiaçının İcarə Şöbəsinin əməkdaşı arasında aparılan yazışmalardır. İddiaçı obyektin üçüncü şəxsə, yəni Davud adlı şəxsə ötürüldüyünü 2022-ci ilin avqust ayında bilmişdi. Davud adlı şəxs 2022-ci ilin avqust, sentyabr, oktyabr aylarında icarə obyektindən istifadə etmiş və yeni icarə müqaviləsinin bağlanması üçün iddiaçı tərəfin məsul şəxsi ilə danışıqlar aparmışdır. Lakin, Davudla yeni icarə müqaviləsinin bağlanması ilə əlaqədar razılığa gəlmək mümkün olmamışdır. Buna görə də, iddiaçı başqa bir şəxslə müqavilə bağlamışdır. İddiaçı icarə müqaviləsinin 24.1-ci bəndinə və Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən cavabdehdən gecikdirilmiş məbləğə görə illik 5% dərəcə ilə 3277,3 manat faiz borcunun ödənilməsini tələb edir. Müqavilənin 12.1-ci bəndinə əsasən İcarəçinin icarəyə götürdüyü obyekti, yaxud da onun hər hansı bir hissəsini ötürmək, təhvil vermək və ya subicarəyə vermək hüququ yoxdur. Cavabdeh obyekti Davud adlı şəxsə ötürməklə müqavilənin bu bəndini də pozmuşdur. İş üzrə 18 dekabr 2023-cü il tarixində keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbinə qarşı vermiş olduğu yazılı etirazlarında yazılanlara uyğun izahat verərək, iddia tələbini qismən qəbul etdiyini və 2022-ci ilin yanvar ayı üçün nəzərdə tutulan bir aylıq icarə haqqı borcu olaraq cəmi 5244,39 manat məbləğində borcun iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirib, 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsi üzrə Cavabdeh cəmi 5244,39 manat məbləğində icarə haqqı borcunun olmasını təsdiq etmiş və öz mövqeyini onunla əsaslandırmışdı ki, tərəflər arasında bağlanmış İcarə müqaviləsinin 13.1-ci yarımbəndinə əsasən ödəniş etmək öhdəliyinin icrasının çatdığı vaxtdan etibarən 30 iş günü ərzində cavabdeh tərəfindən icarə haqqı İcarəverənə ödənilmədiyi üçün Müqavilənin 13.2-ci yarımbəndinə əsasən Müqavilə qüvvədən düşmüş və ona xitam verilmişdir. Cavabdeh tərəf 2022-ci ilin yanvar ayından fəaliyyətini dayandırmışdır. Ona görə də, cavabdeh iddianı 5344,39 manat həcmində qəbul edir. Çünki 30 günlük müddət var, yanvar ayı həmin 30 iş gününə düşür. Lakin, Cavabdeh yanvar ayından sonra tələb olunan icarə haqqı borcunu qəbul etmir. Çünki, tərəflərin faktiki olaraq razılaşdırdığı və hal-hazırkı iş üzrə iddiaçının özünün standart şərtlərini təqdim etdiyi müqavilə 2022-ci ilin fevral ayından hüquqi qüvvəsini itirmişdir. Belə olan halda 2022-ci ilin fevral ayından noyabr ayına qədər icarə haqqının tələb edilməsi doğru deyil. 2022-ci ilin iyul ayından cavabdeh icarə obyektindən faktiki olaraq istifadə etməmiş və tərəflər arasında icarə münasibətləri olmamışdır. Ona görə də, 2022-ci ilin yanvar ayından noyabr ayına qədər icarə haqqının tələb edilməsi düzgün deyildir. Eyni zamanda, 2022-ci ilin iyul ayından dekabr ayına qədər elektrik enerjisindən istifadə haqqının tələb edilməsi də doğru deyil. Hətta, icarə haqqı noyabr ayına qədər, elektrik enerjisindən istifadənin dəyəri isə dekabr ayına qədər tələb edilir. İddiaçı tərəf iddia edir ki, cavabdeh müqaviləni ləğv etməzdən əvvəl bildiriş təqdim etməli idi. Halbuki, Müqavilə şərtlərindən görünür ki, müqavilə öz hüquqi qüvvəsini itirdiyi halda və bu hər iki tərəfin razılaşdığı, onlara məlum olan halda - cavabdehin bildiriş vermək öhdəliyi olmamışdır. “Whatsapp” yazışmaları ilə bağlı demək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında vurğulanır ki, birbaşa müqavilə tərəfləri arasında olan yazışmalar sübut qismində qəbul oluna bilər. İddiaçı tərəfin təqdim etdiyi “Whatsapp” yazışmalarından isə görünür ki, bu danışıqlar üçüncü şəxslə iddiaçının işçisi arasında olmuşdur. Bu isə Mülki Prosessual Məcəllənin 67-ci maddəsinin tələbləri baxımından sübutların mümkünlüyü qaydasında mötəbər sübutlar hesab edilə bilməz. Eyni zamanda, Cavabdeh əsas borcu qəbul etmədiyi üçün digər tələb olunan dəbbə pulunu da qəbul etmir. İş üzrə 18 dekabr 2023-cü il tarixində keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 suallara cavab olaraq bildirmişdir ki, icarə müqaviləsində müqavilənin xitamının 2 əsası göstərilmişdir. Müqavilənin birtərəfli xitamı 3.2-ci bəndində, ikitərəfli xitamı isə 13.2-ci bəndində qeyd olunmuşdur. Mülki Məcəllənin 419-cu maddəsinin tələbinə əsasən müqavilənin standart şərtlərini hansı tərəf müəyyən edirsə, qeyri-müəyyənliyi də həmin tərəf müəyyən edir. Bu müqavilə üzrə də qeyrimüəyyənliyi iddiaçı tərəf yaratmışdır. İddiaçı tərəf 2022-ci ilin iyul və dekabr ayları arasında obyektdə elektrik enerjisindən istifadə edənin Cavabdeh olduğunu sübut etməlidir. İcarə müqaviləsinin 13.1-ci bəndinə əsasən əgər icarə haqqı ödəmə vaxtı çatdıqdan 30 iş günü ərzində ödənilməzsə, müqaviləyə xitam verilə bilər. Müqavilənin birtərəfli xitamı və ya avtomatik xitamı eyni anlam daşımır. Müqavilənin 13.2-ci bəndində isə icarəyə verənin obyektə yenidən daxil olmaq hüququ yaranır və müqavilə tam olaraq qüvvədən düşür. Həmin şərtlərə görə də İcarə Müqaviləsi fevral ayında tam qüvvədən düşmüşdür. Cavabdeh 2022-ci ilin fevral ayında kommersiya fəaliyyətini dayandırmışdır. Cavabdeh aylıq icarə haqqını gecikdirməsi faktı isə iddiaçı tərəfə 2022-ci ilin fevral ayından məlum olmuşdur. Kommersiya işi üzrə 25 dekabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və yaxud, onun nümayəndəsi Nümayəndə2 həmin məhkəmə iclasına gəlməmişlər. Qeyd etmək lazımdır ki, Cavabdeh nümayəndəsi Nümayəndə2 25 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün 25 dekabr 2023-cü ilə təyin edilmiş məhkəmə baxış iclasının cavabdeh tərəfin təqdim etdiyi etiraz və mülahizələr nəzərə alınmaqla, iştirakı olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə aktının qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı olmadan işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən X6 ilə icarəçi İddiaçı arasında bağlanmış 02 may 2019-cu il tarixli 2/2019 nömrəli İcarə Müqaviləsinə əsasən icarə obyekti - yəni, Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsində 0,0447 ha torpaq sahəsində yerləşən 1144,4 kv.m ümumi (764,1 kv.m əsas və 380,3 kv.m köməkçi) sahədən ibarət 2 və 1 mərtəbəli 16C nömrəli qeyri-yaşayış binası (dövlət reyestrindən çıxarışda təsbit olunub) sahənin 1 (bir) kvadrat metrinə görə aylıq olaraq 12 (on iki) manat icarə haqqı ödənilməklə 15 (on beş) il müddətinə sonuncuya (İcarəçiyə) icarəyə verilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, icarə Müqaviləsinin müddəti Sahənin market kimi fəaliyyət göstərməsinin açılış günündən hesablanır (bundan sonra “Başlama tarixi” adlanacaq) və bundan sonra bu İcarə Müqaviləsi 15 (on beş) il müddətinə davam edəcək (bundan sonra “Müddət” adlanacaq). Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən, icarəçi bu Müqavilə üzrə öhdəliklərini İcarəyə verənin razılığı ilə üçüncü tərəfə ötürə bilər. İş materialları ilə müəyyən olunur ki, icarəyə verən İddiaçı ilə icarəçi – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsinə əsasən İcarəyə verən ünvan 1 ünvanında yerləşən və Əlavə 1-də göstərilmiş obyektləri hazırkı müqavilədə nəzərdə tutulan şərt və müddəalara əsasən və hazırkı X7 1 kimi qoşulmuş Plana uyğun olaraq İcarəçiyə icarəyə verir və icarəçi bu obyektləri qəbul edir (müqavilənin 2.1-ci bəndi). Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, hazırkı müqavilə imzalandığı andan qüvvəyə minir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, hazırkı X2 “açılış tarixi”ndən etibarən 5 (beş) il davam edəcək. Mərkəzin ictimaiyyət üçün açılacağı tarix Əlavə 1-də müəyyən edilmiş tarix hesab edilir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, yuxarıda qeyd olunan müddəalara baxmayaraq, Tərəflərdən biri ikinci ilin sonunda hazırkı icarə Müqaviləsinə xitam vermək barədə niyyətini bildirərsə, X1rşılıqlı razılığı əsasında xitam verilə bilər. Yuxarıda qeyd olunan xitam barədə niyyət 6 (altı) ay qabaqcadan yazılı şəkildə bildirməlidir. Həmin Müqavilənin 4.1.2-ci bəndinə əsasən, əsas icarə haqqının ödənişi İcarəçi tərəfindən qabaqcadan hər ayın əvvəlində İcarəyə verən tərəfindən təqdim olunan hesablaşmaya dair sənədləri aldıqdan sonra 5 (beş) iş günündən gec olmayaraq həyata keçiriləcəkdir. Həmin Müqavilənin 4.1.3-cü bəndinə əsasən, əsas icarə haqqı: - İcarənin birinci, ikinci və üçüncü illərdə tətbiq edilən bu haqqın məbləği Əlavə 1-də göstərildiyi kimi olacaq. Həmin Müqavilənin 12.1-ci bəndinə əsasən, İcarəçi hazırkı İcarə Müqaviləsini və ya icarəyə götürülmüş Obyekti, yaxud onun hər hansı bir hissəsini ötürmək, təhvil və ya subicarəyə vermək, o cümlədən Obyekt ilə bağlı lisenziya vermək və ya Obyekti başqa şəxslərlə birgə istifadə elmək hüququna malik deyil. Belə tədbirlər tamamilə qadağan edilir və İcarəyə Verənin əvvəlcədən verdiyi yazılı razılığı olmadan icarəçi Obyekt üzərində hüquqlarını girov qoya, yaxud borc almaq üçün təminat kimi istifadə edə və ya üçüncü tərəflərə təqdim edə bilməz. Həmin Müqavilənin 12.2-ci bəndinə əsasən, İcarəyə Verən bu İcarə Müqaviləsi üzərində öz hüquqlarını və vəzifələrini yalnız İcarəçinin yazılı razılığı ilə hər hansı tərəfə ötürə və ya köçürməyə sərbəstdir. Həmin Müqavilənin 13.1-ci bəndində nəzərdə tutulan - (a) icarə haqqı, xidmət haqqı və ya hazırkı müqaviləyə əsasən İcarəçinin hər hansı digər vaxtı çatmış ödənişi və ya onun bir hissəsinin, hesabı təqdim edilmiş və hesabda göstərilmiş ödəmə vaxtı çatdıqdan sonra 30 (otuz) iş günü ərzində ödənməsə (rəsmi tələb edilən və ya edilməyən); yaxud (b) İcarəçi burada verilmiş hər hansı şərti, şəraiti, məsuliyyəti və ya razılaşmanı yerinə yetirməsə, yaxud bunlara əməl etməsə; yaxud (d) İcarəçi müflis olarsa, yaxud kreditorların xeyrinə hüquqlarını ötürərsə, yaxud kreditorlarla hər hansı razılaşma və ya sövdələşmə bağlayarsa və ya İcarəçi bir şirkət kimi ləğv edilərsə, yaxud İcarəçinin könüllü (birləşmə və ya yenidən təşkil məqsədi istisna olmaqla) və ya məcburi bağlanması hallarında (13.1-ci bənddə sadalanan hallarda) - həmin Müqavilənin 13.2-ci bəndinin tələblərinə uyğun olaraq İcarəyə Verən öz qərarı ilə Obyektə və ya onun hər hansı bir hissəsinə yenidən daxil olmaq hüququna malik olur və bundan sonra hazırkı X8 Verənin ödənilməmiş İcarə Haqqı və ya Xidmət Haqqı xərcləri ilə bağlı, yaxud İcarəçinin burada göstərilən şərtləri, müddəaları, ehtimalları, öhdəlikləri və ya razılaşmaları pozması ilə bağlı tədbir görmə hüququna xələl gətirmədən, tam olaraq qüvvədən düşəcək və ona xitam veriləcəkdir (13.2-ci bənd). Həmin Müqavilənin 16.3-cü bəndinə əsasən, icarəyə verilmiş obyektin (Bölüm 2-də təsvir olunduğu kimi) bilavasitə istismarı zamanı istifadə olunan kommunal xidmətlərin dəyəri İcarəyə verən tərəfindən quraşdırılmış avadanlıqlar vasitəsilə ölçüləcək və hər ayın sonunda hesab-faktura formasında İcarəçiyə təqdim olunacaqdır. Bu hesab-fakturanın dəyəri 7 (yeddi) iş günü ərzində ödənilməlidir. İcarəçi tərəfindən ödənilməli olan xərclərə İcarəyə verənin sayğac paylanma sistemi əsasında birbaşa qeyd olunan elektrik enerjisi, su və qaz sərfiyyatı üzrə haqlar, habelə xidmət haqqı daxildir. İş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsinə 1 nömrəli Əlavəsinə əsasən, icarəyə verən İddiaçı MMC tərəfindən hər m2–i 8,2 (səkkiz manat 20 qəpik) manat dəyərində olmaqla, cəmi 542 m2 olan icarə obyektini ümumilikdə aylıq icarə haqqı 5244,39 (beş min iki yüz qırx dörd manat 39 qəpik) manat (4444,40 icarə haqqı + 799,99 ƏDV=5244,39) məbləğində hesablanmaqla, icarəçi Cavabdeh 5 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsinə 2 nömrəli Əlavənin “F” bəndinə əsasən, İcarəçinin hazırkı İcarə Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin pozulmasını aradan qaldırmaq məqsədilə Obyektə daxil olmaq hüququ vardır (“i” yarımbəndi). Yuxarıda təsvir edilmiş bütün Obyektə giriş hüquqları müvaliq vaxtlarda və müvafiq bildiriş verməklə tətbiq edilir. Lakin fövqəladə hallarda X9 bildiriş vermədən və ya hər hansı itki, yaxud zədə üçün məsuliyyət daşımadan Obyektə girmək (yaxud, lazım gələrsə kilidləri sındıraraq daxil olmaq) hüququna malikdir. İş materiallarında olan Satış İnvoysları və Elektron Qaimələr ilə müəyyən olunur ki, 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsi üzrə icarəyə verən İddiaçı (VÖEN **********) tərəfindən icarəçi Cavabdeh (VÖEN **********) 2022-ci ilin yanvar ayından noyabr ayınadək icarə haqqının ödənilməsi ilə əlaqədar müvafiq qaydada tərtib olunmuş Elektron Qaimələr təqdim olunmuşdur. İş materiallarında olan olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16 oktyabr 2023-cü ildə təsdiq edilərək verilmiş İddiaçınə aid Bank Hesabı üzrə Çıxarışlardan görünür ki, 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsinə əsasən icarəçi Cavabdeh tərəfindən 10 dekabr 2021-ci ildə icarəyə verən İddiaçı bank hesabına 5245 (beş min iki yüz qırx beş) manat məbləğində və 25 aprel 2022-ci ildə isə 5245 (beş min iki yüz qırx beş) manat məbləğində pul vəsaitləri köçürülmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMC-nin adına tərtib olunmuş X4 görünür ki, 2021-ci ilin noyabr ayından 2022-ci ilin dekabr ayınadək elektrik enerjisindən istifadə edilməsinə görə müxtəlif vaxtlarda müəyyən məbləğlərdə borc məbləğləri hesablanmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilmiş Ödəniş Tapşırıqlarından və eləcə də ƏDV sub-uçot hesaba köçürülmənin aparılması haqqında Bildirişlərdən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına və sub-uçot hesabına müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş 17 oktyabr 2023-cü il tarixli 0632 nömrəli Maliyyə Arayışında göstərilir ki, 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsi üzrə icarəçi Cavabdeh icarəyə verən İddiaçınə 17 oktyabr 2023-cü il tarixə 57688,29 (əlli yeddi min altı yüz səksən səkkiz manat 29 qəpik) manat əsas icarə haqqı borcu və elektrik enerjisi sərfıyyatına görə 3561,72 (üç min beş yüz altmış bir manat 72 qəpik) manat kommunal borc olmaqla, ümumilikdə 61250 (altmış bir min iki yüz əlli) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Cavabdeh məxsus C01410860 nömrəli Ümumvətəndaş Pasportundan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının hava məkanından istifadə etməklə (təyyarə ilə) 10 iyul 2022-ci il tarixində Almaniya Federasiyasının "Berlin Brandenburg" Airportuna daxil olmuşdur. Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmiş səs yazıları, “votsap” mobil tətbiq vasitəsilə həyata keçirilən yazışmalar, fotoşəkillər və digər təqdim olunmuş sənədlər də proses iştirakçılarının iştirakı ilə tədqiq olunmuşdur. Həmin yazışmalar və səs yazıları əsasında müəyyən olunmuşdur ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsi üzrə məlum icarə obyekti 2022-ci ilin iyul ayınadək icarəçi Cavabdeh faktiki istifadəsində olsa da, o, 2022-ci ilin iyul ayında İcarəyə verənin razılığı olmadan məlum icarə obyektini Davud adlı şəxsə təhvil vermişdir. Davud adlı şəxs isə 2022-ci ilin iyul ayının 18-dən etibarən İddiaçı MMC-nin əməkdaşı ilə telefon vasitəsi ilə əlaqə yaradıb, danışıqlar aparmış və iddiaçı MMC-nin əməkdaşının sualına cavab olaraq "2022-ci ilin iyulun axırından icarə obyektini faktiki olaraq təhvil aldığını" bildirmişdir. İddiaçı MMC-nin əməkdaşı isə bunun cavabı olaraq Davud adlı şəxsə “müqaviləni 1 avqustdan bağlamağı” təklif etmişdir. Bundan sonra isə Davud adlı şəxslə İddiaçı MMC-nin əməkdaşı arasında məlum obyektin yeni icarə müqaviləsi bağlanmaqla icarəyə götürülməsi üçün danışıqlar aparılmışdır. Eyni zamanda, Cavabdehlə də “borcunun ödənilməsi” ilə bağlı yenə həmin proqram vasitəsilə əlaqə saxlanıldıqda, sonuncu da bu faktı, yəni sahəni Davud adlı şəxsə təhvil verdiyini təsdiqləmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli X5 verən tərəfindən hazırlanmış müqavilə şərtlərinə görə İcarəçi aylıq 5244,39 manat məbləğində nəzərdə tutulan icarə haqqını “hər ayın əvvəlində İcarəyə verən tərəfindən təqdim olunan hesablaşmaya” dair sənədləri aldıqdan sonra 5 iş günündən gec olmayaraq ödəməli olduğu halda, yalnız iki dəfə, yəni 10 dekabr 2021-ci ildə 5245 manat məbləğində və 25 aprel 2022-ci ildə isə 5245 manat məbləğində ödənişlər etmiş və həmin ödənişlər də İcarəyə verən tərəfindən 2021-ci ilin noyabr və dekabr aylarına hesablanmışdır. Bundan əlavə, icarəçi Cavabdeh məlum icarə obyektini İcarəyəverənin hər hansı bir yazılı razılığı olmadan Davud adlı şəxsə verib, 10 iyul 2022-ci ildə ölkəni tərk edib xaricə getmişdir. Davud adlı şəxs isə 2022-ci ilin iyul ayında İcarəyəverən MMC-nin məsul şəxsi ilə əlaqə saxlayıb bu barədə məlumat verərək, həmin icarə obyektini Cavabdeh borcunun əvəzinə götürərək işlətdiyini bildirmiş və onun özü ilə həmin obyektlə əlaqədar icarə müqaviləsi bağlamağı icarəyəverən MMC-nin əməkdaşına təklif etmişdir. Bundan sonra məlum icarə obyektinin Davud adlı şəxsə icarəyə verilməsi ilə əlaqədar bir neçə ay danışıqlar aparılmasına baxmayaraq, həmin danışıqlar heç bir nəticə verməmiş (icarə haqqında razılaşma olmadığına görə) və buna görə də, Davud adlı şəxs həmin obyekti boşaltmış və obyekt 2023-cü ilin fevral ayında başqasına icarəyə verilmişdir. Buna görə də, “2022-ci ilin yanvar-noyabr ayları ərzində heç bir icarə haqqı məbləği ödənilməməsi əsası ilə 11 ay üçün icarə haqqı borcu olaraq 57688,29 manat (ƏDV daxil) məbləğində icarə haqqı borcunun, 2022-ci ilin iyul-dekabr ayları ərzində istifadə olunan elektrik enerjisi sərfiyyatına görə 3561,72 manat məbləğində borcun və ödənişlərin gecikdirilməsi ilə əlaqədar əlavə hesablanmış 3277,3 manat məbləğində borcun, eləcə də mediasiya xərcləri üçün ödənilmiş 405 manat məbləğində pulun” Cavabdeh tutulması üçün İddiaçı MMC tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Lakin, məhkəmə araşdırması zamanı cavabdeh tərəf yalnız 2022-ci ilin yanvar ayı üçün nəzərdə tutulan 5244,39 manat məbləğində icarə haqqını ödəməli olduğunu bildirib, öz mövqeyini tərəflər arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli İcarə Müqaviləsinin şərtləri və o cümlədən də, 2022-ci ilin yanvar ayı üçün nəzərdə tutulan icarə haqqı ödənmədiyi halda Müqavilənin 13.1 və 13.2-ci bəndlərinə əsasən müqavilənin ləğv olunması, “ən geci 2022-ci ilin iyul ayından etibarən İddiaçı icarə obyekti ilə bağlı üçüncü şəxslərlə icarə münasibətləri yaratması və müqavilə danışıqlarına başlaması” və yuxarıda qeyd olunan iddia tələbinə qarşı vermiş olduğu yazılı etirazlarında istinad etdiyi digər hallarla əsaslandırmışdır. İş materiallarından görünür ki, icarə haqqı üzrə yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora iddia tələbində göstərilən “405 (dörd yüz beş) manat” məbləğində deyil, 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir (14 iyun 2023-cü il tarixli MŞS/MT030/2023/01144 nömrəli Mediasiya Arayışı). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda qeyd olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsi üzrə icarəyə verilmiş icarə obyekti Cavabdeh faktiki istifadəsində 2022-ci ilin iyul ayınadək olmuş və həmin tarixdə icarəçi Cavabdeh müqavilə şərtlərinin ziddinə olaraq, İcarəyə verənin razılığı olmadan həmin qeyri-yaşayış sahəsini 2022-ci ilin iyul ayında Davud adlı şəxsin faktiki istifadəsinə verərək, ölkəni tərk etmişdir. Davud isə 2022-ci ilin iyul ayında icarəyə verən İddiaçı MMC-nin əməkdaşı ilə telefon əlaqəsi yaradaraq, məlum icarə obyektini icarəyə götürmək üçün danışıqlara başlamış və bu danışıqlar zamanı o, icarə obyektini "2022-ci ilin iyulun axırından faktiki olaraq Cavabdeh təhvil aldığı" barədə həmin əməkdaşa məlumat vermiş və bu məlumatı alan icarəyə verən İddiaçı MMC-nin əməkdaşı isə ona “bu halda icarə obyekti ilə əlaqədar icarə müqaviləsini 01 avqust 2022-ci ildən bağlamağı” təklif etmişdir. İşin konkret hallarına görə məlum danışıqlar Davud adlı şəxslə icarə müqaviləsinin bağlanması ilə nəticələnməsə də, sonuncu tərəfindən İcarəyə verən İddiaçı MMC-nin məlumatının olması və heç bir etirazının olmaması əsasında həmin icarə sahəsindən 2022-ci ilin iyul ayından sonra da bir neçə ay ərzində istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, bu halın özü, eləcə də 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsinin şərtləri (4.1.2-ci, 13.1-ci və 13.2-ci bəndləri) cavabdeh 2022-ci ilin yanvar ayından etibarən icarə haqqını ödəmədiyinə görə həmin Müqavilənin ləğv edilməsi və obyektin geri qaytarılması üçün İcarəyəverənin kifayət qədər əsasları olmasına baxmayaraq, İcarəyə verən obyektin 2022-ci ilin iyul ayınadək hər ayın əvvəlində ödənilməli olan icarə haqqını ödəmədən cavabdehin faktiki istifadəsində qalmasına, eləcə də 2022-ci ilin iyul ayından sonra isə Davud adlı şəxsin obyektdən istifadə etməsinə şərait yaratmışdır. Yəni, iddiaçı 2022-ci ilin iyul ayının axırlarından etibarən məlum icarə obyekti ilə bağlı digər bir şəxslə faktiki icarə münasibətləri yaratmış və müqavilə danışıqlarına başlayaraq, cavabdehə icarəyə verilmiş icarə obyektindən həmin üçüncü şəxsin istifadəsinə şərait yaratmışdır. Bütün bu qeyd edilənlər belə bir qənaətə gəlməyə əsas verir ki, icarəyə verən İddiaçı MMC 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsinə 2 nömrəli Əlavənin “F” bəndinə əsasən İcarəçinin hazırkı İcarə Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin pozulmasını aradan qaldırmaq məqsədilə Obyektə daxil olmaq hüququndan istifadə etməyərək hərəkətsizlik nümayiş etdirmiş və eləcə də, öz hərəkət və davranışları ilə həmin icarə obyektinin hazırkı müqavilə üzrə tərəf olmayan şəxsə təhvil verilməsinə etiraz etməyərək, sonuncunun 2022-ci ilin iyul ayından sonra da həmin obyektdən istifadəsinə faktiki "razılığını" bildirmişdir. Bu halda isə cavabdeh iddia ərizəsində həmin icarə obyektinə görə son istifadə müddətinin 2022-ci ilin noyabr ayı nəzərdə tutulmaqla, aylıq 5244,39 manatdan olan “11 ay üçün hesablanmış 57688,29 manat məbləğində” icarə haqqı borcunun deyil, faktiki olaraq 2022-ci ilin iyul ayından həmin icarə obyektinin Davud adlı şəxsə təhvil verməsi və bu təhvil vermədən iddiaçı məlumatlı olmasına baxmayaraq, buna heç bir etirazını bildirməməsi və əksinə, həmin şəxslə yeni icarə müqaviləsinin bağlanması üçün danışıqlar apararaq onun obyektdən istifadəsinə şərait yaratması nəzərə alınaraq, 2022-ci ilin yanvar – iyul ayları üzrə, yəni yeddi aylıq icarə haqqının üzrə yaranmış icarə borcunun ödənilməməsinə görə müvafiq öhdəlik daşıyır. Qeyd etmək lazımdır ki, bu nəticə - 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsində nəzərdə tutulan şərtlər və işin konkret halları baxımından da öz təsdiqini tapır. Ona görə də, bütün bu hallara görə müəyyən olunur ki, İcarəçi olaraq Cavabdeh tərəfindən 2022-ci ilin yanvar - iyul aylarını əhatə edən icarə haqqı borcları ödənilməmişdir ki, bu borcun miqdarı da ümumilikdə 36710,73 manat məbləğindədir (5244,39 manat x 7 ay = 36710,73 manat). Yəni, yuxarıda qeyd olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, iddia ərizəsində mübahisəli icarə sahəsindən 11 ay ərzində istifadə ilə əlaqədar icarə haqqı olaraq cavabdehdən tutulması tələb olunan 57688,29 (əlli yeddi min altı yüz səksən səkkiz manat 29 qəpik) manat məbləğində pul vəsaitinin yalnız 36710,73 (otuz altı min yeddi yüz on manat 73 qəpik) manat məbləğində olan hissəsinin əsaslılığı - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1), bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2) və müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (maddə 404.4). Bundan əlavə, məhkəmə araşdırması zamanı işin halları və yuxarıda qeyd olunanlarla cavabdehdən "2022-ci ilin iyul-dekabr ayları ərzində istifadə olunan elektrik enerjisi sərfiyyatına görə 3561,72 manat məbləğində borcun tutulması" hissəsində iddianın əsaslılığı müəyyən olunmamış və təsdiq edilməmişdir. Yəni, məhkəmə araşdırması zamanı həmin iddia tələbi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda, işin halları ilə cavabdehdən "əsas icarə haqqı ödənişlərinin icrasının gecikdirilməsinə görə yaranmış 3277,3 (üç min iki yüz yetmiş yeddi manat 30 qəpik) manat faiz borcunun tutulması" hissəsində də iddianın əsaslılığı müəyyən olunmamış və təsdiq edilməmişdir. Yəni, məhkəmə araşdırması zamanı həmin iddia tələbi də iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında (İcarəçi tərəfindən 2022-ci ilin yanvar ayından etibarən 01 noyabr 2021ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsinin tələblərinə uyğun olaraq aylıq icarə haqları ödənilməmişdir) görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bundan əlavə, sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, 01 noyabr 2021-ci il tarixli “5017 Ankara W-H X12” nömrəli İcarə Müqaviləsi üzrə 7 aylıq icarə haqqı pulu olaraq cəmi 36710,73 (otuz altı min yeddi yüz on manat 73 qəpik) manat məbləğində pul vəsaiti icarəçi Cavabdeh tərəfindən icarəyə verən İddiaçı MMC-yə ödənilməmişdir. Lakin, işin halları ilə cavabdehdən "2022-ci ilin iyul - dekabr ayları ərzində istifadə olunan elektrik enerjisi sərfiyyatına görə 3561,72 manat məbləğində borcun tutulması" hissəsində və "əsas icarə haqqı ödənişlərinin icrasının gecikdirilməsinə görə yaranmış 3277,3 (üç min iki yüz yetmiş yeddi manat 30 qəpik) manat faiz borcunun tutulması" hissəsində isə iddianın əsaslılığı müəyyən olunmamış və təsdiq edilməmişdir. Bundan əlavə, iddia tələbi “mediasiya xərci qismində ödənilən 405 manat məbləğində vəsaitin əvəzinin tutulması” hissəsində isə qismən əsaslıdır. Çünki, iş materiallarında olan 14 iyun 2023-cü il tarixli MŞS/MT030/2023/01144 nömrəli Mediasiya Arayışı ilə müəyyən olunur ki, mediasiya xidməti ilə əlaqədar İddiaçı MMC tərəfindən mediatora iddia tələbində göstərilən 405 (dörd yüz beş) manat məbləğində deyil, 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir və buna görə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq mediatora ödənilmiş 400 manat pul vəsaiti cavabdehə aid edilərək, sonuncudan iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 01 noyabr 2021-ci il tarixli İcarə Müqaviləsi üzrə 36710,73 manat məbləğində icarə haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 37110,73 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq hesablanan 200,13 (iki yüz manat 13 qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 01 noyabr 2021-ci il tarixli İcarə Müqaviləsi üzrə 36710,73 (otuz altı min yeddi yüz on manat 73 qəpik) manat məbləğində icarə haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 37110,73 (otuz yeddi min yüz on manat 73 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 200,13 (iki yüz manat 13 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1127/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1127/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver