Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1142/2024 24.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş “növbədənkənar ümumi yığıncağın keçirilməsi və sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı2 və İddiaçı1 21 iyun 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “növbədənkənar ümumi yığıncağın keçirilməsi və sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 24 iyun 2024-cü il iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “növbədənkənar ümumi yığıncağın keçirilməsi və sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.9-cu maddələrinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda - məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, təsvir olunanlara əsasən hesab edirəm ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil 24 iyun 2024-cü il tarixli ərizəsinə əsasən Cavabdeh Mənzil- Tikinti Kooperativinə qarşı verilmiş “növbədənkənar ümumi yığıncağın keçirilməsi və sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil “iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş “növbədənkənar ümumi yığıncağın keçirilməsi və sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1142/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1142/2024
24.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver